Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr
    Xəbərlər REYDLƏR KEÇİRİLİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda xüsusi karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət, koronavirus infeksiyasının yayılmasının qarsısının alınması məqsədilə reydlər davam etdirilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən reydlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir.
    Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq onlara sanitar rejimin tələbləri izah edilir.

  • 19Apr
    Səhiyyə DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
    İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq həyata keçirilir. Hazırlanmış cədvələ əsasən növbəti dezinfeksiya işləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında və Şıxarx qəsəbəsi ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında aparılır.

     

  • 19Apr
    Digər TƏRTƏR RAYON QƏZETİNİN 87 YAŞI TAMAM OLDU üçün şərhlər bağlıdır

    Tərtər rayon qəzeti 87 illik bir ömur yolu keçib. Bu illər heç də rahat və hamar olmayıb. 1934-cü ilin yazında “Kolxozçuların varlanması ugrunda” adı ilə fəaliyyətə başlayan rayon qəzeti üzərinə ağır bir missiya götürdü: yerli əhaliyə, kənd camaatına yaxın olmağa, onların maarifləndirilməsində öz gücündən maksimum istifadə etməyə çalışdı və 87 ilin keşməkeşli, zəhmət dolu günləri ilə bu günümüzə kimi gəlib çatdı.
    Rayonumuzun hər bir sakininə doğma olan bu qəzetin səhifələrində baş verən yeniliklərdən, əməkçi insanların zəhmətindən ətraflı bəhs edilir. Son 87 ildə baş vermiş müharibələrdə rayon sakinlərinin fədakarlığından, torpaqlarımız uğrunda canından-qanından Daha ətraflı »

  • 19Apr
    Milli-mənəvi dəyərlər RAMAZAN AYI üçün şərhlər bağlıdır

    Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
    Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “əhya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Daha ətraflı »

  • 19Apr
    Digər ƏFSANƏVİ QƏHRƏMAN üçün şərhlər bağlıdır

                                Vəzir Surxay oğlu Orucov…
    Əfsanəvi qəhrəman, namərd düşmənin üstünə əlində silah gözünü qırpmadan gedən qorxubilməz, yenilməz bir igid. «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüş Tərtərin ilk cəngavər oğlu. Döyüşçü dostlarının xatirələrində, Azərbaycan xalqının ürəyində özünə əbədi məskən salmış əsl vətəndaş. Bu gün onun cəsarəti, döyüşlərdə göstərdiyi igidlikləri haqqında saysız-hesabsız rəvayətə bənzəyən, əslində isə gerçək olan neçə-neçə maraqlı əhvalatlar danışırlar. Onun hər döyüşü bir qəhrəmanlıq salnaməsidir.
    Vəzir Orucov 1956-cı il dekabr ayının 11-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində başa vurduqdan sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdur. Bir il sonra hərbi xidmətə çağrılmış, hərbi xidmətdən sonra təhsilini başa vurub doğma rayonuna dönərək əmək fəaliyyətinə başlamışdır. 1982-ci ildən 1992-ci ilədək ailə həyatı quraraq Rusiyanın Arxangelsk Vilayətində yaşamışdır. Daha ətraflı »

  • 19Apr
    Digər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                                          ZƏHMƏTKEŞ AİLƏNİN İGİD OĞLU

    Onları Yuxarı Qapanlı kəndində hamı zəhmətkeş bir ailə kimi tanıyır. Firqani və Arifə öz halal zəhmətləri ilə–təsərrüfat işləri ilə məşğul olaraq 3 oğul övladı böyüdürdülər. Rüstəm ailənin böyük oğlu idi. O, 2001-ci il sentyabr ayının 22-də Qapanlı kəndində anadan olmuşdu. Elə doğulduğu kənddə də orta təhsili almış, böyüyüb boya-başa çatmışdır.
    Vətən borcunu yerinə yetirmək vaxtı idi. Həmyaşıdları kimi o da 2019-cu il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırıldı, Daşkəsən rayonunda “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirirdi. Hərbi xidmət müddəti Rüstəm üçün ən unudulmaz anlar idi. O həm burda özünə yeni yoldaş və dostlar tapır, həm də “kişilik məktəbi” keçirdi. Bu müddətdə hərbi texnikanın sirlərini öyrənmişdi.
    Artiq bir ilə yaxınıydı ki, Vətənin bir əsgər oğlu kimi qulluq edirdi. Ad gününü də burada qeyd etmişdi. Həmin gün valideynləri ilə telefonla əlaqə saxlamışdı və hər şeyin çox gözəl olduğunu söyləmişdi. Lakin, bütün bu xoşbəxt günlərin sonunda nələr baş verəcəyindən əsgər Rüstəm də valideynləri də xəbərsiz idilər. Son vaxtlar ağızlarda gəzən müharibə söhbəti ata-ananı narahat etsə də, bu barədə bir kəlmə danışmırdılar. Dövlətimizin siyasətinə hamı kimi onlar da inanırdılar.
    Sentyabrın 27-i… Mənfur ermənilərin məkrli təxribatları dözülməz həddə çatmışdı. Daha ətraflı »

  • 19Apr
    Digər PƏRƏN-PƏRƏN OLMUŞ ARZULAR üçün şərhlər bağlıdır

    Elməddin Əliyev Qazyan kənd tam orta məktəbin məzunu olub. Orta məktəbdə təhsil aldığı illərdə pis oxumayıb. Amma qismətində ali təhsil almaq olmayıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Füzuli rayonunda çəkib hərbi xidmətini. Vətənə borcunu verdikdən sonra ordudan ayrılmaq istəməyib. Hərbidə qalıb xidmət etmək istəsə də, işi alınmayıb. Ona görə də bir müddət Bakı və Moskva şəhərlərində işləməli olub. Özündən kiçik qardaşı Samir Ordumuzda xidmət edirdi. Odur ki, doğma kəndə qayıtmışdı. Samirlə söhbəti onun hərbiçi olmaq istəyinin reallaşmasına zəmin yaratmışdır.
    2 il idi ki, Elməddin Orduda müddətdən artıq xidmət edirdi, ”N” saylı hərbi hissənin həmlə bölməsində kiçik çavuş idi. Elməddin hələ orta məktəbdə oxuduğu zamanlarda idmanın ağır atletika növü ilə məşğul olurdu. Bir neçə dəfə yarışlarda iştirak edərək, uğurlar qazanmışdı, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdı. Ordumuzun tərkibində xidməti zamanı da idmanı unutmamışdı, ağır atletika ilə daim məşğul olurdu.
    27 Sentyabr 2020-ci il Elməddin bütün Azərbaycan xalqı və Azərbaycan ordusunda xidmət edən zabit və əsgərlərimiz kimi düşmənə qarşı mübarizəyə qalxdı. Daha ətraflı »

  • 19Apr
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

                                                                                  DİNİ KƏBİN VACİBDİRMİ?

    Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbin anlayışı da var. Təbii ki, ölkəmizdə nikahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir.
    Bir çoxları dini kəbinin vacib olmadığını, əsas zəruri olanın rəsmi dövlət nikahı olduğunu desə də, bunun əksini düşünüb hər iki nikahı kəsdirənlər də var. Bəzən isə sadəcə dini kəbinlə kifayətlənən qadınlar gələcəkdə müxtəlif problemlərlə üzləşirlər.
    Maraqlıdır, doğrudanmı dini kəbin rəsmi dövlət nikahı qədər vacibdir və onu kəsdirməmək günah sayılır?Ümumiyyətlə, kəbinin mahiyyəti nədir, kəbin oxunarkən hansı sözlər deyilir?
    “İmam Hüseyn” məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül kəbinsiz yaşamağın zina hesab edildiyini demişdir.
    “Kəbin kəsdirmək üçün hər iki tərəfin – qızın və oğlanın razılığı olmalıdır. Daha ətraflı »

  • 19Apr
    Digər VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANILAN ŞANLI QƏLƏBƏ AZƏRBAYCANIN QÜDRƏTİNİN GÖSTƏRİCİSİDİR üçün şərhlər bağlıdır

    Azərbaycan xalqinin başına gətirilmiş müsibətlərin tarixin hər dönəmində baş verməsi haqqında hər bir vətəndaşımızın müəyyən qədər məlumatı vardır. Hazırki dövrdə yaşayan insaların gözü qarşısında baş vermiş Qarabağ müsibətləri xalqımızın səbr kasasını daşdırırdı. Müstəqilliyimizin ilk illərində mənfur qonşularımıza qarşı aparılan mübarizənin plansız şəkildə təşkil olunması, orduda baş verən özbaşınalıq və vahid ordu komandanlığının olmaması bizi döyüş meydanında məğlub duruma saldı. Son illərdə aparılmış əməli iş nəticəsində Azərbaycan regionda iqtisadı və hərbi sahədə güclü bir dövlətə çevrildi. Öz dədə-baba torpaqlarından didərgin edilmiş insanların, 30 ildir oğlunun qayıdacağını gözləyən anaların və atasının üzünü görməyən şəhid övladlarının yarasının üstünə su səpməyin zamanı gəlmişdi. Belə bir məqamda xalqın dəstəyinə və müzəffər ordunun gücünə əmin olan Ali Baş Komandan öz planını hazırlayaraq 10 milyonluq “ordu”ya döyüş əmrini verdi. Ali Baş Komandanın siyasi arenadakı üstünlüyünü, Daha ətraflı »

  • 19Apr
    Digər MÜHARİBƏ ZAMANI BEYNƏLXALQ İCTİMAİYYƏT BİR DAHA ERMƏNİ BARBARLIĞININ ŞAHİDİ OLDU. üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə son qoyuldu.

    Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Bu fikirləri aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir. Daha ətraflı »