Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Noy
    Digər KƏLBƏCƏRİN İŞGALDAN AZAD OLUNMASI AZƏRBAYCANIN MÖHTƏŞƏM TARİXİ QƏLƏBƏSİNİN DAHA BİR TƏSDİQİDİR üçün şərhlər bağlıdır

    25 noyabr 2020-ci il tarixdə 27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonu işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.

    Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini,
    ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bununla bütün dünya şahidi oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir. Daha ətraflı »

  • 25Noy
    Digər ÜÇTƏRƏFLİ BƏYANAT AZƏRBAYCANIN QƏLƏBƏSİDİR üçün şərhlər bağlıdır

    Ağdam rayonu Qarabağ ərazisində çox inkişaf edən və əhalisinin sayına görə ən böyük rayondur.

    Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.

    Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. 2010-cu ilin noyabr ayında erməni separatçıları Daha ətraflı »

  • 20Noy
    Digər ŞUŞANIN İŞĞALDAN AZAD EDİLMƏSİ ŞANLI QƏLƏBƏNİN RƏMZİDİR üçün şərhlər bağlıdır

    Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 noyabr qələbəsindən cəmi 6 gün sonra işğaldan azad olunmuş Cəbrayıl və Füzuli şəhərlərinə getdilər. Bu gediş tarixi gediş idi. Azərbaycan 28 ildən sonra həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyinin davamı – növbəti əzəməti, qüruru yaşandı. Azərbaycan qalib kimi qayıtdı Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə. Müharibə davam etdiyi müddətdə istər Prezident İlham Əliyev, istərsə də Birinci vitse-Prezident Mehriban Əliyeva mütəmadi olaraq yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə saxladılar, hər zaman yanlarında olduqlarını nümayiş etdirdilər. Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanının işğaldan azad olunan bölgələrə səfəri zamanı Daha ətraflı »

  • 20Noy
    Digər QƏLƏBƏ HİSSLƏRİNİ YAŞADAN PREZİDENTƏ XALQ ÖZ SEVGİSİNİ NÜMAYİŞ ETDİRİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri qalib Sərkərdənin işğaldan azad olunmuş torpaqlarda xalqla birlikdə qeyd etdiyi Zəfər bayramı idi. Dövlət başçısının səfərinin Milli Dirçəliş Günü ərəfəsində baş tutması həm siyasi, həm də tarixi aspektdən böyük önəm kəsb edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan yenicə azad edilmiş, təhlükəsizliyi hələ tam təmin olunmamış, minalardan tam təmizlənməmiş rayonlara səfər etməklə bir daha xüsusi cəsarət və liderlik nümayiş etdirdi. Dövlətimizin başçısı bütün dünyaya göstərdi ki, bu torpaqlar vahid Azərbaycan dövlətinin ərazisidir.
    Siyasətdə, cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hər zaman Prezidentinin ətrafında sıx birləşən, Daha ətraflı »

  • 20Noy
    Digər QARABAĞ AZƏRBAYCANDIR! üçün şərhlər bağlıdır

                                                                     ŞANLI ORDUMUZUN TARİXİ QƏLƏBƏSİ

    Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılan böyük Qələbə dünyada geniş əks-səda doğurmuşdur. Həmin Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi. Xalqımıza sevinc bəxş edən həmin günlərdə Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlər etdi.
    Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gündür.
    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Daha ətraflı »

  • 20Noy
    Digər ÜÇTƏRƏFLİ BƏYANAT İMZALANDI üçün şərhlər bağlıdır

                   

    Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

    1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ mü-naqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Er-mənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
    2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
    3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Daha ətraflı »

  • 20Noy
    Digər BƏYANATIN ÜSTÜNLÜKLƏRİ üçün şərhlər bağlıdır

    Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsini müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı;
    Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır;
    Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir;
    Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi;
    Bəyanat uzun illər davam edən işğala son qoyur;
    Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir;
    Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir; Daha ətraflı »

  • 20Noy
    Digər İKİNCİ QARABAĞ MÜHARİBƏSİ–VƏTƏN MÜHARİBƏSİ üçün şərhlər bağlıdır


    İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya Ermənistanı sülhə məcburetmə əmə-liyyatı—Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
    27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından Daha ətraflı »

  • 20Noy
    Digər QƏHRƏMAN TƏRTƏR MÜHARİBƏ GÜNLƏRİNDƏ üçün şərhlər bağlıdır

    Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir.
                                                                                                         İLHAM ƏLİYEV,
    AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN

       

       

       

       

       

    2020-ci il sentyabrın 27-si saat 06:00-dan 16 noyabr saat 23:59-dək Tərtər rayonunun yaşayış məntəqələrində ziyan dəymiş tikililər barədə
    MƏLUMAT

    Rayonun 40 yaşayış məntəqəsinə – Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Həsənqaya, Seydimli, Borsunlu, Azadqaraqoyunlu, İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı, Köçərli, Ələsgərli, Kəbirli, Təzəkənd və Kovdadıq kəndlərinə təxminən 16277 mərmi və 21 raket düşmüşdür.
    Tamamilə dağılmış fərdi yaşayış evləri-150
    Ziyan dəymiş fərdi yaşayış evləri-1482
    Tamamilə dağılmış çoxmənzilli yaşayış binaları-1
    Ziyan dəymiş çoxmənzilli yaşayış binaları-75
    Tamamilə dağılmış yardımçı tikililər-33
    Ziyan dəymiş yardımçı tikililər-98
    Tamamilə dağılmış sosial obyektlər-2
    Ziyan dəymiş sosial obyektlər-32
    Tamamilə dağılmış istehsal obyektləri-3
    Ziyan dəymiş istehsal obyektləri-17
    Tamamilə dağılmış ticarət obyektləri-11
    Ziyan dəymiş ticarət obyektləri-39
    Tamamilə dağılmış ictimai-iaşə obyektləri-2
    Ziyan dəymiş ictimai-iaşə obyektləri-20
    Tamamilə dağılmış inzibati binalar-3
    Ziyan dəymiş inzibati binalar-17
    Ziyan dəymiş qəbiristanlıqlar-10
    Tamamilə dağılmış digər obyektlər-2
    Ziyan dəymiş digər obyektlər-3
    Ziyan dəymiş abidələr-1
    Ziyan dəymiş istilik təchizatı obyektləri-1
    Ziyan dəymiş su təchizatı obyektləri-3
    Ziyan dəymiş xidmət sahəsi-8

  • 20Noy
    Digər MÜZƏFFƏR ORDUMUZUN İŞĞALDAN AZAD ETDİYİ AZƏRBAYCAN ƏRAZİLƏRİ üçün şərhlər bağlıdır

    27.09.2020 saat 07-36-dan başlayaraq aşağıdakı şəhər və kəndlərimiz işğaldan azad edilib
    1.Qaraxanbəyli kəndi (Füzuli, 27.09.2020),
    2.Qərvənd kəndi (Füzuli, 27.09.2020),
    3.Kənd Horadiz (Füzuli, 27.09.2020),
    4.Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli, 27.09.2020),
    5.Böyük Mərcanlı kəndi (Cəbrayıl, 27.09.2020),
    6.Nüzgar kəndi (Cəbrayıl, 27.09.2020),
    7.Şərvəj kəndi (Füzuli, 28.09.2020),
    8.Suqovuşan kəndi (Tərtər, 03.10.2020),
    9.Talış kəndi (Tərtər,
    03.10.2020), Daha ətraflı »