Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek
    Təhsil VALİDEYNLƏR, SİZƏ SÖZÜM VAR üçün şərhlər bağlıdır

    Hazırda valideynlərin tez-tez: “bizim dövrümüzdə yeniyetmələr belə deyildi. Biz belə hərəkətlər etməzdik. Biz bu cür danışmazdıq” kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq.Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar. Məsələ burasındadır ki, hər bir dövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir, nəinki keçmişə. Keçmişin onları qəbul edə bilməməsinin səbəbi isə valideynlərin məsələyə subyektiv yanaşmasıdır. Əslində illərdir ki, valideynlərin yeniyetmələrlə bağlı şikayətlərinin səbəbi də məhz bunlardır.
    Bildiyimiz kimi, yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir .11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə ,13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar, lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz. Daha ətraflı »

  • 10Dek
    Digər Qəhrəmanları tanıdaq üçün şərhlər bağlıdır

                                                                “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ VETERAN

    Rayonumuzun Qazyan kəndində yaşayan Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Əhliman Məstalı oğlu Nəzərovla görüş zamanı təşkilatçılarla birlikdə mən də iştirak edirdim.
    Veteranımızla görüş mənim üçün çox maraqlıydı. Əvvəla haqqında heç bir məlumatım olmayan igid, vətənpərvər eloğlumuzu tanıyacaqdım. Sonra isə şərəf işi bilirdim onun haqqında yazmağı. Düşünürdüm ki, onu tanımasam da bu insan torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşüb.
    Maşın Qazyan kənd tam orta məktəbinə gedən yolda dayandı. Bizdən əvvəl bura gələnlər artıq əllərində gül-çiçək şəhidlərin adlarına ucaldılmış abidənin önünə gedirdilər. Maraq məni götürdü. Buradakı hər kəsə diqqət etdim. Məndə bir sual yarandı: görəsən veteranımız bunların hansıdır? Daha ətraflı »

  • 10Dek
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimiz üçün şərhlər bağlıdır

                                                                       KEÇMİŞLƏ GƏLƏCƏYİN ARASINDA KÖRPÜ

    Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində vacib məsələlərdən biri böyüklərə hörmət, kiçiklərə qayğı hissinin formalaşdırılmasıdır. Hər bir ailədə valideynlər bu hissləri övladlarına öz davranışları ilə göstərməlidirlər. Çünki, evlərdə böyüyən övladlar gələcəyin ailə başçılarıdır. Məlumdur ki, insanın hər zaman qayğıya və hörmətə ehtiyacı olur. Odur ki, böyüklərə hörmət, kiçiklərə qayğı hər birimizin mənəvi borcudur. Bu barədə dinimizdə də xəbərdarlıq edilir. “Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən bizdən deyildir” və ya “Kim insanlara rəhm etməzsə, qüdrətli və əzəmətli Allah da ona rəhm etməz”. Peyğəmbərimiz buyurmuşdur :“Valideyn razı qalarsa, Allah da razı qalar. Valideyn qəzəblənərsə, Allah da qəzəblənər”. Daha ətraflı »

  • 10Dek
    Milli-mənəvi dəyərlər QADIN ZORAKILIĞI DÜNYAMIZIN EYBƏCƏRLİYİDİR üçün şərhlər bağlıdır

    BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib. Baş katib Pan Gi Munun müraciətində deyilir: “Qadın zorakılığı ailələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir və bu, icmanı yoxsullaşmağa gətirib çıxarır. Zorakılıq qadınlara bütün potensial imkanlarından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur”.
    Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır.
    O vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb. Daha ətraflı »

  • 10Dek
    Digər ƏLİBABANIN DÖYÜŞ ŞÜCAƏTLƏRİ üçün şərhlər bağlıdır

    Hörmətli oxucular, Sizə keçmiş döyüşçülərdən–Tərtər könüllülərindən biri barəsində danışmaq istəyirəm.
    Əliyev Əlibaba Şafa oğ-lu 1969-cu ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi qurtardıqdan sonra 1987-ci ildə hərbi xidmətə çağırılıb. Tank batalyonunda tankçı olub. 1988-ci ildə Polşa ordusu Sovet ordusuyla yarışmaya gələn vaxt o da yarışda iştirak edib. Yaxşı nəticə göstərdiyinə görə həmin tank ekipajı Əlibabanın sayəsində mükafatlandırılıb. Əlibaba “qvardiya” nişanıyla təltif olunub. Sonrakı əsgərlik müddətində də “Sovet ordusu əlaçısı” döş nişanıyla mükafatlandırılır. Hərbi xidməti bitirdikdən sonra kolxozda işləyir. Vətənimizin ağır günlərində o da 1992-ci il mart ayının 25-də könüllü olaraq Tərtər Özünümüdafiə Batalyonuna yazılıb.
    Azərbaycanın qeyrətli oğullarıyla çiyin-çiyinə vuruşub. Birinci dəfə “Marquşevan əməliyyatı”nda iştirak edib. Bu əməliyyata qorxubilməz döyüşçülərimizin fədakarlığı nəticəsində düşməni kənddən çıxardırlar. Çox çəkmir ki, düşmən güclü qüvvə ilə geri qayıdır. Bu zaman döyüşçülərimiz mühasirəyə düşmək qorxusu ilə üz-üzə qalırlar. Lakin bu döyüşdə şücaət göstərərək mühasirəyə düşməkdən xilas olur və kəndi birdəfəlik azad edirlər. Daha ətraflı »

  • 05Dek
    Digər LAÇIN RAYONUNUN İŞĞALDAN AZAD OLUNMASI TARİXİ HADİSƏDİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dekabrın 1-də xalqa etdiyi müraciətdə söylədiyi kimi: “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir”.

    Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.

    Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.

    Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr – 9 noyabr) Daha ətraflı »

  • 30Noy
    Digər TƏRTƏRLİLƏRİN PREZİDENT İLHAM ƏLİYEVƏ MİNNƏTDARLIQ MƏKTUBLARI üçün şərhlər bağlıdır

    Möhtərəm Prezident, yenilməz Sərkərdə!
    Siz İkinci Qarabağ müharibəsinin-Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində vətəndaşlarımızın qürur mənbəyinə çevrildiniz. Qardaş Türkiyə xalqının mənəvi dəstəyinə arxalanaraq illərdi qaçqın adı altında yaşayan insanları əsir torpaqlarımızı işğaldan azad edərək hamını sevindirdiniz. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə desək:
                                                                           Bir ananın iki oğlu,
                                                                           Bir ağacın iki qolu,
                                                                           Oda ulu, bu da ulu
                                                                           Azərbaycan-Türkiyə
    Hər iki qətiyyətli şəxsiyyətin birliyi və müzəffər Ordumuzun cəsarəti ilə yeni tarixə imza atıldı. Mənfur düşmən təslim edildi, torpaqlarımızın ərazi bütövlüyü özünə qaytarıldı. Daha ətraflı »

  • 30Noy
    Xəbərlər YAP-ın 28-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönumu ilə əlaqədar YAP Tərtər Rayon Təşkilatında tədbir kecirildi.
    Tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarda çalışan fəal YAP uzvləri rayon təşkilatının Şura üzvləri, rayon təşkilatı Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ərazi ilk partiya təşkilat sədrləri iştirak etdilər.
    Öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı müasir Azərbaycan Dövlətinin banisi, Ümummulli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
    YAP rayon təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildö-nümünə həsr olunmuş məruzə ilə çıxış etdi.
    Məruzə ətrafında YAP rayon təşkilatının şura üzvlərindən Məhəbbət Məmmədov, Faiq Məmmədov, Fitat Əliyeva, Kərrar Bayramov, ərazi ilk partiya təşkilat sədrlərindən Sahib Həsənov, Çingiz İsayev və Firdovsi Hüseynov çıxış etdilər.
    Tədbirin sonunda rayon təşkilatının sədri Ramiz Şabanov bütün tərtərlilərin adından ölkə başçısı, partiyamızın sədri cənab İlham Əliyevi əmin etdi ki, rayon əhalisi həmişə olduğu kimi, bundan sonra da Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin daxili və xarici siyasətinə sədaqətlərini nümayiş etdirəcəklər.
                                                                                                                                                “Yeni Tərtər”

  • 30Noy
    Xəbərlər KARANTİN REJİMİ İLƏ BAĞLI REYDLƏR üçün şərhlər bağlıdır

    Rayonumuzda yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə reydlər davam etdirilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən yoxlamalarda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir.
    Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq onlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən,
    qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində,
    ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunur.
    Yeni koronavirus pandemiyasına mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərini pozanlar haqqında isə qanunamüvafiq tədbirlər görülür.
                                                                                                                                             “Yeni Tərtər”

  • 30Noy
    Digər QARABAĞ BİZİMDİR! üçün şərhlər bağlıdır

    Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
                                                                                                                                   İlham ƏLİYEV,
                                      Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan                          

                                                                                                                     Cəbrayıl

    Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir.
    23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.
    4 oktyabr 2020-ci ildə Cəbrayıl şanlı ordumuz tərəfindən işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.