Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen
    Səhiyyə PAYIZ XƏSTƏLİKLƏRİ üçün şərhlər bağlıdır

    Mövsüm dəyişikliyi zamanı insan orqanizmində immunitet zəifliyi yaranır. Bunun nəticəsində bronxit, astma, qrip və soyuqdəymə kimi müxtəlif xəstəliklər əmələ gəlir.

    Payız xəstəlikləri bəzi insanlarda özünü halsızlıq, yorğunluqla büruzə versə də, bəzilərində yuxusuzluq, iştahsızlıq, depressiya ilə müşahidə olunur.
    Yaşlı nəslin nümayəndələrinə, eləcə də ürək-damar, təzyiq oynaması xəstəliklərindən əziyyət çəkənlərə qrip peyvəndi olmalarını məsləhət görürlər. Hər bir fəslin özünəməxsus xəstəlikləri olsa da, payız soyuqdəymə ilə başlayan və ağır fəsadlar yarada bilən xəstəliklər fəslidir. Payızda xəstəliklərə yoluxma ehtimalını azaltmaq üçün yayın sonlarından orqanizmə ciddi qulluq etməyi məsləhət görürlər. Daha ətraflı »

  • 21Sen
    Ədəbiyyat Duyğular dil açanda üçün şərhlər bağlıdır

                                                                                      AY XANIM NƏNƏLƏR, XATIN NƏNƏLƏR

                                                                 (Əlövsət Saldaşın “A köhnə kişilər, köhnə kişilər” şeirinə cavab)

     

    Əlimiz uzalı qalıb ismətə,

    Tuş oldu ömrümüz hansı qismətə?

    İndiki nənələr gəlmir nisbətə,

    Ay xanım nənələr, xatın nənələr.

    Hər tərəf qan-qada, hər tərəf şivən,

    Qəhətə çəkilib etibar, güvən.

    Barmaqla sayılır sevilən, sevən,

    Ay xanım nənələr, xatın nənələr.

     

    Hanı ismət dolu həyalı çağlar?

    O   namus yaylıqlar, qeyrət papaqlar?

    Gəlin, dilinizdə dinsin bulaqlar,

    Ay xanım nənələr, xatın nənələr.

    Qızlar sinə açıq, gəlinlər boya,

    Hardadır o ismət, o abır-haya?

    Şeytan da mat qalıb belə dünyaya,

    Ay xanım nənələr, xatın nənələr.

    Gəlin, bir səhmana salın dünyanı,

    Bu sərsəm, ağıldan yalın dünyanı .

    Ölümün cəngindən alın dünyanı.

    Ay xanım nənələr, xatın nənələr.

     

    Hənələr dünyanın başında tacdır,

    Gəlin, zəmanəmiz sizə möhtacdır,

    Ürəklər qayğıya, sevgiyə acdır,

    Ay xanım nənələr, xatın nənələr.

     

    Getdi sizin ilə urvatlı dünya,

    Quranlı, İncilli, Tövratlı dünya.

    O şirin nağıllı, ovqatlı dünya…

    Ay xanım nənələr, xatın nənələr.

    On iki taxtalı tumanlar getdi,

    Sevgiyə, vəfaya gümanlar getdi.

    Sizinlə birlikdə imanlar getdi,

    Ay xanım nənələr, xatın nənələr.

     

    Gəlin, özünüzü yetirin, gəlin,

    Qucaq nənnimizi gətirin, gəlin.

    O uşaq Tofiqi götürün, gəlin,

    Ay xanım nənələr, xatın nənələr,

    Ay xanım nənələr, xatın nənələr.

                             Tofiq YUSİF

     

  • 21Sen
    Ədəbiyyat İLAHİ üçün şərhlər bağlıdır
    Çəkdikləri naxışlanıb telində,

    Dinə bilmir həsrətinin dilində.

    Tək qalıbdı dərdlərinin əlində,

    Bu gözəlin nisgili var, İlahi!

    Sevgisinın tutub yasın,danışır,

    Havalanıb, qulaq asın, danışır…

    Öz- özünə xısın-xısın danışır,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Yalan olub ölüm-itim, ağlayır,

    Bilməm necə dada yetim, ağlayır.

    Boynuburuq, yetim-yetim ağlayır,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Gözlərindən ümidsizlik saçır bu,

    Adamlardan dəli kimi qaçır bu,

    Ürəyini dağa – daşa açır bu,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Kimsə yoxdu, yarasını sarısın,

    Rəvadımı lal-dinməzcə qarısın.

    Bir gün ağla, taleyindən yarısın,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Əlövsətəm, saçlarında dənəmsə,

    Çəkilərəm, yollarında çənəmsə

    Öldür məni, günahkarı mənəmsə

    Bu gözəlin nisgili var, İlahi!

                                               Əlövsət SALDAŞ

     

  • 21Sen
    Ədəbiyyat TANRIM, BU YOL EŞQ YOLU üçün şərhlər bağlıdır
    Tanrım, bu yol eşq yolu,

    Gedirəm, bitmirəm ki.

    Alırsan, al canımı,

    Xəsislik etmirəm ki…

     

    Yüz yerdən izlənmişəm,

    Düzünə düzlənmişəm.

    Gözündə gizlənmişəm,

    Gözündən itmirəm ki…

     

    Dadmışam hər azardan,

    Nəyim var üz qızardan?!

    Qorxum yoxdu məzardan,

    Piyada getmirəm ki…

                            Ramiz Qusarçaylı

     

  • 21Sen
    Ədəbiyyat DƏRDİ ƏLİMDƏN ALMAYIN üçün şərhlər bağlıdır

     

    Tanrım verirsə, lazımdı,

    Qismətim çoxum-azımdı.

    Dərd mənim alın yazımdı,

    Dərdi əlimnən almayın.

    Dostum, sirdaşım, tacımdı,

    Doğma qardaşım, bacımdı.

    Əsamdı, əl ağacımdı,

    Dərdi əlimnən almayın.

     

    İlk babama mehir salıb,

    O köçərkən atam alıb,

    Mənə də atamdan qalıb,

    Dərdi əlimnən almayın.

     

     

    Hər ərkinə səbirəm ta,

    Üz vermişəm, canbirəm ta.

    Dərd ucunnan şairəm ta.

    Dərdi əlimnən almayın.

             Talıb HƏSƏNOĞLU

  • 21Sen
    Ədəbiyyat AZƏRBAYCAN ƏSGƏRİ üçün şərhlər bağlıdır
    Salam, Azərbaycan əsgəri, salam!

    Ey odlar yurdunun polad sipəri!

    Ey millətin vuran qolu, dayağı!

    Vətən qalası, Vətən əsgəri!

     

    Ümidim, pənahım, sabahım əsgər!

    Həyatım, xoş günüm, rifahım əsgər!

    Ey mənim ən güclü silahım əsgər!

    Qüdrətlisən, titrət yeri, göyləri

    Ey qartal caynaqlım, Həzi ürəklim!

    Cavanşir biləklim, Babək biləklim!

    Ey mənim qırıcım, topum, tüfəngim!

    Qaytar Qarabağı, sən çal zəfəri!

     

    Düşmənin üstünə hücum zəfərdir,

    Əsgər köməyi silah, səngərdi.

    Yamandı yurd dərdi, Qarabağ dərdi!

    Hücum yalnız hücum, millət əsgəri!

    İgid babaları sən sal yadına,

    Zəfər çələngisən odlar yurduna

    Qaytar Qarabağı, çat muradına!

    Ey millət əsgəri, millət təpəri!

    Səbrimiz qalmadı, doymuşuq cana,

    “Allahu Əkbər!”-de, atıl meydana!

    Qoy yağı düşmənlər boyansın qana!

    Qovun Qarabağdan erməniləri!

    Sabir PAPRAVƏNDLİ

    Hər əsgər, komandir odlu şimşəkdir,

    Bütün oğulların şirdi, pələngdi.

    Qələbə üçünsə hücum gərəkdi,

    Hücum et, hücum et, gətir zəfəri

  • 21Sen
    Ədəbiyyat GENERAL POLAD üçün şərhlər bağlıdır

                                                            (General-mayor Polad Həşimova)

    Polad inamıyla səngərdə yatan,

    O enməz bayrağı qürurla tutan,

    Lələ-Təpə kimi dastan yaradan,

    Aslan biləkliydi General Polad.

     

     

    Düşmənin içinə vahimə salan,

    Hər bir əsgərinin qeydinə qalan,

    Əzmiylə çoxuna nümunə olan,

    Şirin diləkliydi General Polad.

     

    İgidlik göstərib, tökdü qanını,

    Mübariztək  yazdı öz dastanını.

    Odlar diyarına verdi canını,

    Vətən ürəkliydi General Polad.

    Mir Abbas,

    Güləbatlı kənd tam orta məktəbinin məzunu    

     

  • 21Sen
    Ədəbiyyat VƏTƏN OĞLU üçün şərhlər bağlıdır

                                                          (Şəhidlərimizə)

    Ana vətən:”Oğul!”-deyib, ağlayır,

    Yaraları sinəsini dağlayır.

    Neçə ildir şəhid yası saxlayır…

    Gəl, Vətən çağırır, ey Vətən oğlu!

    Əsir tək ölənlər qalır kəfənsiz,

    Vətəni sevənlər indi Vətənsiz.

    Qaçqınlar,  köçkünlər doğma məskənsiz…

    Gəl, Vətən çağırır, ey Vətən oğlu!

     

    Gəl, yenə yurduna xidmət eylə sən,

    Küləkdən Vətənə salam söylə sən.

    Gəl çevril tufana, oda, selə sən,

    Gəl , Vətən çağırır, ey Vətən oğlu!

     

     

    Vaxt gələr sovuşar, bitər bu həsrət,

    Bu eldən, obadan ötər bu həsrət.

    Vətənin köksündən itər bu həsrət,

    Gəl, Vətən çağırır, ey Vətən oğlu!

    İgidlər səngərdə, əllərdə silah,

    Gəl ki, qoy açılsın nurlu bir sabah.

    Qarabağ sinəmdə qəlpədir Vallah!

    Gəl, Vətən çağırır, ey Vətən oğlu!

    Vüsal ƏDİLZADƏ

    Səhləbad kənd tam orta məktəbin 11-ci sinif şagirdi.

     

  • 16Sen
    Təhsil BU GÜN BİZ SUMQAYIT KİMYA SƏNAYE PARKININ TİMSALINDA YENİLƏŞƏN, GÜCLƏNƏN AZƏRBAYCANI GÖRÜRÜK- İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır


    “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışd
    a iştirak edib.

    Bildirilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.
    Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Mərkəzin təhsil proqramı Daha ətraflı »

  • 10Sen
    Səhiyyə AZƏRBAYCAN PREZİDENTİNİN KORONAVİRUS PANDEMİYASINA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏŞƏBBÜSLƏRİ üçün şərhlər bağlıdır

    Koronavirus–sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan insanlığa qarşı ünvanlanmış total müharibədir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Azərbaycan Respublikası biomüharibənin qarşısını almaq üçün düşünülmüş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından dünya ölkələrini qabaqlamışdır.
    Prezident İlham Əliyevin qəti tapşırıq-ları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu
    dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavi-rus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir.
    Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət Daha ətraflı »