Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,456
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Dek
    Digər YENİ İL BAYRAMININ TARİXİNDƏN üçün şərhlər bağlıdır

    Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkinbiçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda “qul ağaya
    çevrilərmiş”. Yeri gəlmişkən, “Karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi,
    ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan Daha ətraflı »

  • 28Dek
    Digər YENİ İLİN SİMVOLLARI üçün şərhlər bağlıdır

    Yeni ilin ən önəmli atributlarından ən birincisi Şaxta babadır. Şaxta baba qırmızı kürk geyinir, başında qardan papaq, çiynində xurcun olur, əlində isə əsa tutur, uzun ağ saqqalı, qırmızı burnu var.
    Cəmiyyətimizdə rus dilindən (“Ded Moroz”) tərcümə edilən Şaxta babanın dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, Müqəddəs ata, Kristmas, Noel baba və sairə. “Saç-saqqalı tamam ağ, başında qardan papaq” olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da, bu adlardan ən çox populyar olanı Santa Klausdur.
    Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır.
    Onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən-şəklə düşüb və bu Daha ətraflı »

  • 28Dek
    Digər YENİ İL LƏTİFƏLƏRİ üçün şərhlər bağlıdır

    31 Dekabr. Oğul anasına yaxınlaşır və deyir: -Ana gəl 12-nin yarısı qışqıraq Yeni İl, Yeni İl! Anası təəccüblə soruşur: -Niyə oğlum? – Qoy qonşular elə bilsin ki yeni il birinci bizə gəlib.

    Şaxta Baba bir neçə evdə olduqdan sonra növbəti evə gəlir və deyir:
    -Oğlum, sən Şaxta Babadan nə istəyirsən? Oğlan heç nə demədən Şaxta Ba-baya bir təpik vurur. Şaxta Baba “niyə vurdun” deyə soruşur. Bu keçən il üçündü.

    Uşaq qışqıraraq deyir: – Şaxta Baba mən yeni ildə maşın istəyirəm. Anası:
    -Oğlum bərk qışqırma Şaxta Baba ən asta səsi belə eşidir. Uşaq:
    – Amma atam eşitmir. Daha ətraflı »

  • 28Dek
    Digər ÖKÜZ İLİNDƏ İNSANLIĞI NƏ GÖZLƏYİR? üçün şərhlər bağlıdır

    2021-ci il ÖKÜZ ili 12 fevralda başlayır və 2022-ci ilin yanvarın 21-də başa çatacaq. Bu il bütün problemlərin ciddi nizamintizamla həll edilə biləcəyini göstərir.
    2020-ci il SİÇOVOL ili həyatın bütün sahələrində çox çətin keçdi. Qlobal dünyada sağlamlıq problemləri yarandı, iqtisadiyyat tənəzzülə uğradı. Ölkələr isə daha sərt nəzarət və qaydalar tətbiq etdilər. Ancaq 2021-ci il isə daha ümidli görünür.
    Cəmiyyət
    2021-ci il həyatınızı qaydaya salmaq üçün əla fürsətdir. 2021-ci il uğur qazanmaq istəyənlərə və bunun üçün ciddi səy göstərənlərə gülümsəyəcək.
    Metalik Öküz insanları təbii ehtiyatlara yönəlməyə və planetin ekologiyasına daha çox qayğı göstərməyə çağırır. Ailə, dost, əzizlərinizə qayğı göstərdiyiniz qədər planetə də qayğı göstərməlisiniz. Öküz işarəsi xüsusilə təbii fəlakətlər zamanı şəfqət, Daha ətraflı »

  • 28Dek
    Digər DÜNYA ÖLKƏLƏRİNDƏ YENİ İL üçün şərhlər bağlıdır

    Yeni il sözün əsl məna-sında beynəlxalq bayramdır. Amma müxtəlif ölkələrdə bu bayramı fərqli tərzdə qeyd edirlər. Bəs yeni ili ilk dəfə kimlər qeyd edib?
    Təqvim ilinin yanvarın 1-dən hesablanmasının əsası eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar tərəfindən qoyulmuşdur. Yanvar ayı giriş və çıxışların, qapıların və bütün başlanğıcların tanrısı Roma allahı Yanusun şərəfinə adlandırılıb.
    Təxminən 3 yüz il öncə 1700-cü illərdə rus çarı I Pyotr yanvarın 1-də Yeni ilin qeyd edilməsi ilə bağlı qərar verdi. Elə həmin dövrdə də yolkaların bəzədilməsi, atəşfəşanlığın və kostyum karnavallarının təşkili ənənəsi yarandı.
    Dünya ölkələrində Yeni il necə qeyd edilir?
    İngiltərədə bütün gecə küçə satıcıları uşaqlar üçün oyuncaqlar, tütəklər, maskalar və şarlar satırlar. Uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Daha ətraflı »

  • 25Dek
    Digər ŞƏHİD STATUSU TƏYİN OLUNMASI ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR üçün şərhlər bağlıdır

    Şəhid statusu təyin olunması üçün tələb olunan sənədlərin siyahısı:

     Hərbi qulluqçulara münasibətdə:v hərbi hissənin arayışı və ölüm haqqında şəhadətnamə, itkin düşmə hallarında isə məhkəmə qətnaməsi

     Mülki vətəndaşa münasibətdə:v rayon (şəhər) YİHO-nın verdiyi arayış

    Müraciət edilən dövlət qurumu:

    1. Hərbi qulluqçulara münasibətdə:
      o gizir və zabit heyəti üçün – MN, DİN, DTX, XKX, DSX, XDMX (hansı orqanda xidmət edibsə)
      o əsgərlər üçün – Səfərbərlik Xidmətinin (SHXÇDX) yerli bölmələri (komissarlıqlar)
    2. Mülki vətəndaşa münasibətdə:yerli rayon (şəhər) İHO.
      Sənədlər əsasında şəhid, ailəsinə şəhid ailəsi statusu verilməsi barədə 1 aydan gec olmayaraq arayış verilir və həmin arayış əsasında ƏƏSMN-nin yerli şöbələri tərəfindən şəhid ailəsi vəsiqəsi verilir.

    Daha ətraflı »

  • 25Dek
    Digər ƏLİLLİK, ŞƏHİD STATUSLARI VƏ ƏMƏK PENSİYALARI HAQQINDA üçün şərhlər bağlıdır

                                                                                   Müharibə ilə əlaqədar əlillik statusu 

    Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar:

    1. ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar(ARƏBM)
      2. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar(HXVYY)

    Müharibə ilə əlaqədar əlillik təyinatı üçün tələb olunan sənəd:

     Xəstəlik haqqında Şəhadətnaməv – hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir və xəstəliyin, yaralanmanın və zədənin yuxarıdakı səbəblərdən biri ilə əlaqəsini təsbit edir.
     Göndəriş (forma 88)v – öncəki sənəd əsasında müharibə səbəbilə göndəriş rəsmiləşdirilir
    (elektron) və şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilir.

    Müraciət edilən dövlət qurumu: Daha ətraflı »

  • 21Dek
    Digər AZƏRBAYCAN DÜNYANIN ƏN İSLAHATÇI ON ÖLKƏSİNDƏN BİRİDİR üçün şərhlər bağlıdır

    Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.

    Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir. Daha ətraflı »

  • 18Dek
    Digər DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ARTIQ TARİXƏ QOVUŞUB üçün şərhlər bağlıdır

    ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir.  Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti  sayəsində dəyişdirilmişdir.Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyev: “Hərbi variant yoxdur” deyənlər  sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.Hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir. Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Daha ətraflı »

  • 18Dek
    Digər YAŞASIN AZƏRBAYCANIN ŞANLI ORDUSU üçün şərhlər bağlıdır

    Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını dünyaya nümayiş etdirdi.
    Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın rəzilliyini bütün dünyaya nümayiş etdirdi. Xüsusilə də nəzərə alsaq ki, Bakıda keçirilən möhtəşəm Zəfər paradı Yerevanda 44 günlük müharibədə məhv edilmiş erməni hərbçilərinin ailələrinin etiraz aksiyaları fonunda keçirilirdi, bu faktor da Ermənistanın bundan sonrakı məğlub, rəzil damğası ilə yaşayacağına siyasi işarə oldu. Bu səbəbdən də Zəfər paradı nə qədər azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvoludursa, bir o qədər də ermənilər üçün məğlubiyyət, rəzillik amili olaraq yaddaşlarda qalacaq.
    “Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir” Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi Azərbaycan güclü orduya, təkmilləşmiş Daha ətraflı »