Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr
    Xəbərlər Tərtərdə Azərbayacan Dövlət Aqrar Universitetinin tədbiri üçün şərhlər bağlıdır

    DSC_9180DSC_9173Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Saatlıda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində nitqindən irəli gələn vəzifələrlə əlaqədar ADAU-nun növbəti tədbiri rayonumuzda keçirildi.

    Tədbirə toplaşanlar əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti barədə video-çarxa baxdılar.

    Sonra tədbiri Tərtər Rayon İcra Hakimiyəti başçısının birinci müavini Ramiz Şabanov açdı və ölkə Prezidentinin qeyri-neft sektorunu inkişaf etdirmək, xüsusən aqrar sahənin inkişafı üçün gənc kadrların təhsilinə qayğı ilə yanaşılmaq məsələlərindən ətraflı bəhs etdi. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Xəbərlər Nicat İsgəndərovun xatirəsi anıldı üçün şərhlər bağlıdır

    Nicat İsgəndərovun xatirəsi anıldı

    IMG-20170419-WA0011Tərtər rayon Mərkəzləşmiş Kitabxana Sisteminin mərkəzi və şəhər kitabxanalarının işçiləri aprel döyüşlərində şəhid olmuş həmyerlimiz İsgəndərov Nicat Bəhruz oğlunun xatirəsini yad ediblər.

    Kitabxana işçiləri vaxtilə Nicatın yaşadığı ünvana gəliblər. Şəhidin anası Maya xanım onları xoş qarşılayaraq, igid oğlunun həyatından xatirələrini danışıb.

    Kitabxana işçiləri Nicatın vətənpərvərliyindən, Lələ Təpə yüksəkliyi uğrunda gedən döyüşlərdəki şücaətindən bəhs ediblər. Reyhan İsmayılova bildirib ki, Nicat tək bu ailənin deyil, hamımızın, Vətənin övladıdır. O, heç zaman unudulmayacaq, qədirbilən insanların yaddaşında yaşayacaq. Anım tədbirində məktəbli Aysel Əliyeva “Şəhidlər” şeirini söyləyib.

    Mərkəzi kitabxanada şəhid Nicat İsgəndərova həsr olunmuş “Torpaq uğrunda ölən varsa, vətəndir”, sərlövhəli sərgi də həmyerlimizin şücaətindən, xalqımızın igid oğullarına olan sonsuz ehtiramından bəhs edir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19Apr
    Xəbərlər Narkomanlıqla mübarizəyə həsr olunmuş “Dəyirmi masa” üçün şərhlər bağlıdır

    DSC_9098Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, daxili işlər, səhiyyə, təhsil nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının  iştirakı ilə Tərtərdə təlim-məşğələ keçirilib. Burada müvafiq dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması önə çəkilib, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə kütləvi idman və bilik yarışlarının keçirilməsinin zəruriliyi barədə məlumatlar verilib, həmçinin təlim iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən  ətraflı cavablandırılıb və mövzu ətrafında  geniş diskussiyalar aparılıb.

    “Yeni Tərtər”

     

    Teqlər:

  • 12Apr
    Xəbərlər TİKİNTİ İŞLƏRİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır

    w_1614909620783623249822_1000x669w_1614909620782857047841_1000x669Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub.
    Baş nazirin müavini Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Tərtər rayonunda 25 hektar sahədə inşa edilən yaşayış məhəlləsi bu günədək tikilmiş 95 qəsəbə içərisində ən böyük qəsəbələrdən biridir. Yaşayış məhəlləsində orta məktəb binası, uşaq bağçası və musiqi məktəbi yeni layihə əsasında inşa edilir. Orta məktəbdə 700 yerlik akt zalı, 400 yerlik yeməkxana yaradılacaq. Tikintidə əsasən məcburi köçkünlər olmaqla 2 minə yaxın işçi çalışır. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Xəbərlər ƏLİLLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ FƏRDİ YAŞAYIŞ EVLƏRİ VERİLİB üçün şərhlər bağlıdır

    Изображение 161Изображение 202Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
    Bu münasibətlə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Xəbərlər AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARINI YAD ETDİLƏR üçün şərhlər bağlıdır

    Изображение 338Изображение 345Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Əvvəlcə rayon məktəblilərinin rəsm işlərindən ibarət sərgiyə baxılıb. Sonra Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxuyub. Onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edib və soyqırımla bağlı ətraflı məlumat verib.
    Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, YAP rayon təşkilatının baş məsləhətçisi Eldar Əsədov, şəhər 5 saylı tam orta məktəbin ikinci sinif şagirdi Aysel Əliyeva çıxış ediblər. Sonra tədbir iştirakçıları şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 12Apr
    Xəbərlər “RƏŞADƏTLİ AZƏRBAYCAN ORDUSU” MÖVZUSUNDA İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    IMG_5657Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə YAP Tərtər Rayon Təşkilatı təhsil şöbəsi ilə birgə rayonun ümumtəhsil məktəblərinin doqquzuncu sinif şagirdləri arasında ötən ilin 4 günlük aprel savaşında Azərbaycan Ordusunun mənfur erməni qəsbkarlarının törətdikləri fitnəkarlığa qarşı vuruşaraq əldə etdiyi tarixi qələbənin ildönümünə həsr olunmuş “Rəşadətli Azərbaycan Ordusu” mövzusunda inşa-yazı müsabiqəsi keçirdi.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin bu gün möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Ordusunun təkcə regionda deyil, uzun tarixə malik dövlətlərin orduları arasında da qabaqcıl yerlərdən birinə sahib olmasından, ordumuzun hər an düşmən tapdaqları altında olan torpaqlarımızın azadlığı uğrunda aparılacaq mübarizəyə hazır olmalarından danışdılar. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Xəbərlər HƏRBİ HİSSƏLƏRDƏ NOVRUZ ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    1Изображение 182Tərtər Rayon İcra Hakimiyyəti İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə rayonun ərazisində yerləşən “N” saylı hərbi hissədə Novruz şənliyi keçirib.
    Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları, əsgər və zabit heyətini xalqımızın milli bayramı olan Novruz münasibəti ilə təbrik edib.
    Sonra “N” saylı hərbi hissənin komandiri və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülərlə kommunikasiya üzrə baş meneceri Əfsun Qurbanov hərbçilərə bayram münasibəti ilə xoşarzularını çatdırıblar. Daha ətraflı »

    Teqlər: ,

  • 31Mar
    Xəbərlər UŞAQLARIN BAHAR SEVİNCİ üçün şərhlər bağlıdır

    DSC_4907DSC_4789Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri bağçanın tərbiyəçisi, həm də şənliyin aparıcısı Sahilə İbrahimova açdı. Körpələr evi-uşaq bağçasının müdiri Mahirə Quliyeva çıxış etdi. Xalqımızın ən gözəl, ülvi bayramlarından biri olan Novruz münasibəti ilə hamıya təbriklərini çatdırdı.
    Mahirə müəllim bağça haqqında qısa məlumat verərək bildirdi ki, burada 6 qrup fəaliyyət göstərir. Onun biri kiçik, qalan 5-i isə böyük qrupdur. Bağçada olan 115 uşağın təlim tərbiyəsi ilə 30 nəfər məşğul olur. Onların 15-i tərbiyəçi, qalanı isə texniki işçilərdir.
    Həmin gün Novruz şənliyinə uşaq yaradıcılıq mərkəzinin şagirdləri də gəlmişdilər. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Xəbərlər AZƏRBAYCAN QADINLARI ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜN QORUNMASINDA BÖYÜK FƏDAKARLIQLAR GÖSTƏRİBLƏR üçün şərhlər bağlıdır

    Изображение 098Изображение 152Tərtər rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və “Təmiz ürəklər” Qeyri-Hökumət Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Ağdam, Füzuli, Goranboy, Tərtər rayonlarından və Naftalan şəhərindən olan fəal qadınlar, həmçinin Qarabağ döyüşlərində xidmətləri olan, şəhid və aztəminatlı ailələrdən olan qadınlar iştirak ediblər.
    Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
    Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha ətraflı »

    Teqlər: