Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    Qədir Allahverdiyev, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri

    Mən uzun müddət rayon qəzetində çalışmışam və bu işin çətinliklərinə yax-şı bələdəm. Qəzet əməkdaşı olmaq, həm şərəfli, həm də məsuliyyətli bir vəzifədir. Oxuculara informasiyanı vaxtında çatdırmaq, onun maraqlılığını təmin etmək, dəqiq və obyektivliyinə nail olmaq jurnalistin əsas peşəsidir. Bu isə rayon yerində elə də asanlıqla başa gəlmir.
    Mən rayon qəzetində işlədiyim vaxtlarda onun özünün mətbəəsi, yəni çap avadanlıqları və xeyli sayda işçisi vardı. İndi isə tamamilə başqa cürdür. Qələm dostum, “Yeni Tərtər” qə-zetinin baş redaktoru Tofiq Yusif mənə danışır ki, qəzetin səhifələri burada kompüterdə yığı-lır, Bakı şəhərinə göndərilir, orada çap olunur, geri qaytarılır və redaksiya tərəfindən oxucula-ra çatdırılır. Bu proseslər elə də yüngül deyil, onun müqabilində isə cəmi-cümlətanı redaksi-yanın 6 nəfər əsas işçisi var ki, onların da 2-si yaradıcı işçidir.
    Demək istəyirəm ki, belə bir vəziyyətdə ra-yon qəzetini çap edib oxuculara çatdırmaq çox böyük zəhmət tələb edir.
    Mən qarşıdan gələn Yeni il və Dünya Azər-baycanlılarının Həmrəyliyi Günü münasibətilə “Yeni Tərtər” qəzetinin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara bu ağır və şərəfli işlərində uğurlar diləyirəm.

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    Məhiyəddin Kərimov, rayon ağsaqqalı

    Ta qədimdən il təzələnəndə adətdir ki, böyüklər–ağsaqqal, ağbirçək, ziyalılar xeyrdua verər, ilin uğurlu olması üçün xoş sözlər söyləyərlər. Elə bilirəm ki, bu gün rayonun bir ağsaqqal sakini kimi mənim də söz demək haqqım var. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2020-ci il öz mübarək qədəmlərini yer üzünə qoymaqdadır. Arzu edirəm ki, qarşıdan gələn ilimiz insanlarımıza firavanlıq, xoş günlər gətirsin! Uşaqlarımız nəvazişlə böyüsünlər, qocalarımız qayğı ilə əhatə olunsunlar. İllərdi xalqımız üçün unudulmaz dərd hesab olunan Qarabağ yaramıza əlac tapılsın, ev-eşiyindən el-obasından didərgin düşənlər öz doğma yurd-yuvalarına qayıtsınlar.
    Məlumdur ki, “Yeni Tərtər” qəzeti rayonumu-zun aynası olaraq sakinlərimizin sevimlisinə çevrilib.
    Rayon qəzetini maraqla oxuyuram. Səhifələrində dərc olunmuş məqalələr–siyasi, bədii və publisistik yazılar, rayonumuzda baş verən müsbət dəyişiklikləri əks etdirən material və fotoşəkillər adamda xoş təəssürat yaradır. Əlbəttə, qəzetin belə oxunaqlı dərc olunmasında redaksiya əməkdaşlarının gərgin zəhməti vardır. Yeniilqabağı “Yeni Tərtər”in əməkdaşlarını ürəkdən təbrik edir, onlara cansağlığı, yaradıcılıq uğurları və iti qələm arzulayıram. İstəyirəm ki, şəhər və kəndlərimizin sosial inkişafındakı yeniliklər qəzet səhifələrində həmişə layiqincə öz əksini tapsın.

  • 29Dek
    Digər BAYRAM TƏBRİKLƏRİ üçün şərhlər bağlıdır


    Yaşar Məhərrəmov, Tərtər Rayon Təhsil Şöbəsinin müdiri

    İndiki dövrdə təhsil sistemində islahatların aparılmasına, təlim-tərbiyə səviyyəsinin daha da yüksəldilməsinə, maddi-texniki bazanın müasirləşdirilməsinə, yeni şəraitin yaradılmasına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Bu diqqət Prezident İlham Əliyevin imzaladığı çoxsaylı proqram və sərəncamların həyata keçirilməsində öz əksini tapır. Yeni təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri nəticəsində Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.
    Müəllimlərin peşəkarlıq səviyyəsinin, nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlər gənc müəllimlərin bu peşəyə marağını xeyli dərəcədə artırıb. Təhsil müəssisələrində istedadlı uşaqlarla görülən işlərin nəticəsində beynəlxalq və olimpiya yarışlarında uğurlar qazananların sayı ilbəil artır, təmayülləşmənin əhatə dairəsi genişlənir. Ümidvarıq ki, yeni ildə də təhsil sahəsindəki uğurlar daha da çoxalacaq. Bu uğurlar internet saytlarında və mətbuat səhifələrində vaxtaşırı yayımlanaraq xalqa çatdırılır. Bu sahədə “Yeni Tərtər” qəzetinin də rolu təqdirəlayiqdir. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə rayonumuzun yeganə mətbu orqanı olan “Yeni Tərtər” qəzetinin əməkdaşlarını təhsil işçilərimiz adından səmimiyyətlə təbrik edir, onlara daha maraqlı və sanballı yazılar, bol informasiya arzulayır, hər birinə cansağlığı, mənalı ömür və ailələrinə xoşbəxtlik diləyirəm!
     

     

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    Sahib Həsənov, Tərtər Şəhər İƏD üzrə nümayəndə
    “Yeni Tərtər” qəzeti bizim ən yaxın dostumuzdur. O, rayonda gedən bütün proseslərin aynası kimidir. Rəsmi tədbirlərlə yanaşı, aparılan tikinti, quruculuq və abadlıq işləri ekologiyanın və ətraf mühitin mühafizə olunması, həmçinin yaşıllıqların salınması və qorunması, Qarabağ müharibəsinin tarixi kökləri, şəhidlərimiz, əlillərimiz və müharibə veteranlarımız, insanların sosial vəziyyəti, qaçqın və məcburi köçkünlərin həyat tərzi, milli-mənəvi dəyərlərimiz, ağsaqqal, ağbirçək və ziyalılarımız, İslam dini ilə bağlı dəyərli fikirlər, bədii yazılar və sair məsələlər bu qəzetin səhifələrində həmişə ön plana çəkilir. Ona görə də region mətbuatı sırasında “Yeni Tərtər” qəzeti özünəməxsus çəkiyə malikdir və xüsusi sanbalı vardır.
    Bunlarla yanaşı, şəhər İƏD-nin bütün tədbirlərində rayon qəzetinin əməkdaşları iştirak edir və bu tədbirləri öz səhifələrində daim işıqlandırır.
    Mən öz adımdan və rəhbərlik etdiyim kollektivin adından “Yeni Tərtər” qəzetinin bütün işçilərini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, onların hər birinə möhkəm cansağlığı və uğurlar diləyirəm! Qoy 2020-ci il sülh və əmin-amanlıq ili olsun! İşğal altında olan torpaqlarımız tezliklə azad edilsin! Ruzimiz bol, çörəyimiz bərəkətli olsun!
      

     

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    Saleh Ədilov,
    Əskipara kənd
    məscidinin mütəvəllisi
    İslamçılıq dinimizin əsasını təşkil edir. Onun təbliği saf əqidəli, dini dəyərlərimizi yüksək tutan din adamlarının üzərinə düşür. Gündən-günə Allahın yolunu saxlayanlara can atanların sayı çoxalır. Məlumdur ki, ölkəmizdə din azadlığı mövcuddur və dində məcburiyyət yoxdur. Dini etiqadlarin yerinə yetirilməsi, dini əqidənin formalaşması, etdiyinin Allaha xatir edilməsi sahəsində aparılan təbliğat işimizin düzgün qurulmasından irəli gəlir.
    Bu sahədə mətbuatın rolu əvəzedilməzdir. Mən həmişə “Yeni Tərtər” qəzetində öz yazılarımla çıxış edirəm. Bu yazılar əsasən müsəlman aləminin milli-mənəvi dəyərlərinə söykənir, tarixi-dini hadisələrə, dini bayramlara, Allaha yaxın mömin bəndələrə, müqəddəs dini şəxsiyyətlərə həsr olunur. Din adamları belə mövzularda olan yazıları maraqla qarşılayırlar. Bu sahədə mənə şərait yaradan qəzetin baş redaktoru Tofiq Yusifə öz təşəkkürümü bildirirəm. Artıq onun sayəsində qəzetin yaxın dostuna çevrilmişəm, hətta redaksiya heyəti tərəfindən diplomla mükafatlandırılmışam. Bu gün mənim haqqım var ki, qəzetin kollektivini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayam. Yeni 2020-ci il bu qəzetin əməkdaşlarına düşərli olsun!

     

     

  • 29Dek
    Digər İstirahət vaxtlarında üçün şərhlər bağlıdır

    ATALAR SÖZLƏRİ

    Abad məclis aşığından bəllidir.
    Abad kənd tüstüsündən bəlli olar.
    Abbas Abbasdan, Abbas da kor Abbasdan.
    Abbasını bəyənməyən beş şahı çıxardar.
    Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
    Abırsızdan abrını saxla.
    Ac acı aldı, acdan ləlöyün törədi.
    Ac acı dalayar, tox toxu yalayar.
    Ac adam özünü oda vurar.
    Ac adamı qurd yeməz. Daha ətraflı »

  • 29Dek
    Digər MÜDRİK KƏLAMLAR üçün şərhlər bağlıdır

    Həya-abırla yaşayıb dolanmaq istəyirsənsə, başqalarını rüsvay etmə.
    Aldanmaq istəmirsənsə, görülməmiş işi görülmüş hesab etmə.
    Nadana hər şeyi qorumaq özünü nadanlıqdan qorumaqdan daha asandır.
    Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!
    Artıq dərəcədə kədərli olmaq istəmirsənsə, paxıl olma.
    İncidilmək istəmirsənsə, özünə rəva bilmədiyini başqasına da rəva görmə.
    İstəyirsən ki, sirrinin üstü açılmasın, başqalarının sirrini açma.
    Zirək olmaq istəyirsənsə, öz üzünü başqalarının aynasında gör. Daha ətraflı »

  • 29Dek
    Digər AFORİZMLƏR üçün şərhlər bağlıdır

    1.Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə Həyat deyilir.
    2. Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş.
    3. İnsan kəsrə bənzəyir; surət onun həqiqətdə necə olması, məxrəc isə onun özü barədə nə düşünməsidir. Məxrəc böyüdükcə kəsr də kiçilir.
    4. Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.
    5. Ən çətini əzab çəkdiyini heç kəsə deyə bilməməkdir.
    6. Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
    7. Axmaq görünməyə çalışmaq ən böyük ağıllılıqdır.
    8. Bir insana əvəzolunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
    9. Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülmələr vardır ki, ən böyük ağrıları gizləmək üçündür.
    10. İnsan, həyatda iki məna anlayar: Birinci ağlayanda, digəri gülərkən. Və yalnız bir dəfə qiymət bilər; O da əlindəkini itirərkən.
    11. Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
    12. Həyatın ən çətin sualları –ağılın düşündüyü amma ürəyin cavablandıra bilmədiyi suallardır.
    13. Yalançı olmaq üçün yaddaş lazımdır.
    14. Hər şey keçmişdə qalır, amma heç bir şey keçmir.
    15. İnsanların sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən.
    16. Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.
    17. İt sənə dost olar, bir sümük atsan, namərd qədir bilməz qurban da olsan.
    18. Ən kasıb insan malı az olan deyil, arzusu çox olandır.
    19. Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir.
    20. Zaman keçir? Yox səhv olaraq belə düşünürsünüz!… Zaman dayanıb siz keçib gedirsiniz.

  • 29Dek
    Digər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır

    1.Ayın bütöv şəkildə görünmədiyi yeganə tarix 1865-ci ilin fevralıdır.
    2. Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1000 hüceyrə ölür.
    3. Bir qarışqa yuvasına gündə təxminən 2500 böcək daşıyır.
    4. Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə də bitir.
    5. Okeanın ən dərin yerində dəmir bir topun suyun dibinə çökməsi bir saatdan çox vaxt aparar.
    6. Bir kiloqram limonda bir kiloqram çiyələkdəkindən daha çox şəkər var.
    7. Bilyard topu sıxılmış kağızdan düzəldilir.
    8. İlanlar eşitmirlər, siçanlar qusmurlar, kenqurilər arxaya yeriyə bilmirlər, kəpənəklər ayaqlarıyla dadırlar.
    9. Qurbağanın 2600 növü var.
    10. Bayquş mavi rəngi görə bilən yeganə quşdur.
    11. Qarışqalar yatmırlar.
    12. Dünyadakı heyvanların 80%-i altı ayaqlıdır.
    13. Bu günə qədər qeydə alınmış ən böyük aysberq 200 mil uzunluqda və 60 mil enliyində olaraq, Belçikadan daha böyük sahəyə malik olub.

  • 29Dek
    Digər FAYDALI MƏSLƏHƏTLƏR üçün şərhlər bağlıdır

     

                                                                                                          Üzüm
    Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2 və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir.
    Ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir.
    Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir. Həzm prosesini asanlaşdırır. Uşaqların inkişafı üçün çox faydalıdır. Daha ətraflı »