Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Dek
    Tərtər RİH-də KÖÇƏRLİ KƏNDİNDƏ QƏBUL-GÖRÜŞ OLDU üçün şərhlər bağlıdır

    Görüşdə rayon icra haki-miyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin, xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahlarının yaxşılaşdığını qeyd etdi.
    Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əmək-haqqının 180 manatdan 250 manata çatdırılmasını, minimum pensiyanın, tələbələrin təqaüdlərinin əhə-miyyətli dərəcədə artırılmasını, qaçqınlar və məcburi köçkünlər də daxil ol-maqla bütün növ müavnət-lərin 100 faiz həcmində qaldırıldığını diqqətə çatdırdı. Daha ətraflı »

  • 19Dek
    Sosial KÜÇƏLƏR ABADLAŞIR üçün şərhlər bağlıdır

    Düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən Tərtər rayonu günü-gündən abadlaşır, gözəlləşir və müasirləşir. Rayon mərkəzində və kəndlərdə yeni binalar tikilir, küçələr salınır və yaşıllıqlar çoxaldılır. Görülən işlər son zamanlar yaşayış məntə-qələrinin simasını büsbütün dəyişmişdir.
    Tərtər şəhərində bir-birinin ardınca görülən işlər sakinlərin rahatlığını təmin edir. Küçələr təmir olunur, qaydaya salınır, asfaltlanır, səliqəsəhman işləri görülür, yollar çəkilir, işıqlanma sistemi quraşdırılır. Şəhidlərimizdən Azərbaycanın Milli Qəhrəmanı Vəzur Orucovun, Nicat İskəndərovun, Mehrac Mahmudovun, Mübariz İbrahimovun, Ədalət Paşayevin adlarına verilmiş küçələr son zamanlar əsaslı şəkildə təmir olunaraq nizama salınıb.
    Bəsti Bağırova küçəsində tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb. Daha ətraflı »

  • 19Dek
    Milli-mənəvi dəyərlər MƏNƏVİYYAT BAYRAĞIMIZ üçün şərhlər bağlıdır

    “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
    Heydər ƏLİYEV
    Dil milli-mənəvi dəyərlərimizə aid olduğu üçün adətlərimiz və mədəniyyətimizlə eyni sırada dayanır.
    Xalqımızın yaşadığı yer adlarının(Dərbənd, Göyçə, Təbriz və s.) ana dilimizdə olması sübut edir ki, Azərbaycanın qədim tarixi vardır.
    Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarım-qrupuna daxildir. Qədim zamanlarda dilimiz ərəb və fars dillərinin təsiri altında olsa da, orta əsr dövründən başlayaraq İmədəddin Nə-simi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və s. şairlərin yaradıcılıqları ilə Azərbaycan dilində yazmaq ənənəsi saray dilini üstələdi. Cəlil Məmmədquluzadə “Anamın Kita-bı” pyesində yad dillərdən istifadə edən adamların si-masında dil məsələsini daha qabarıq şəkildə əks et-dirib. Böyük dramaturq “Azərbaycan” məqaləsində yazırdı:
    Dilim nə dilidir?
    –Azərbaycan dilidir.
    İctimai xadim Sultan Məcid Qənizadə Azərbaycan dili haqqında deyirdi: “Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarı-ğına malik olmaqla öz xü-susiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox ma-raqlıdır… Buradakı xüsusiyyətlərə bənzər hadi-sələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar”.
    Azərbaycan dilinin inki-şaf dövrləri: Daha ətraflı »

  • 19Dek
    Milli-mənəvi dəyərlər ÇÖRƏK MÜQƏDDƏS NEMƏTDİR üçün şərhlər bağlıdır

    Çörək insanlar üçün mü-qəddəs nemətdir. Belə deyirlər ki, dünyaya əvvəl çörək sonra Quran gəlib. Ona görə də çörəyə Quran kimi hörmət edirik.
    Körpəlikdən valideynlərimizdən və müəllimlərimizdən eşitmişik ki, ayaq altında çörək parça-sı gördükdə götürərək, öpüb gözlərimizin üstünə qoyaq.
    Çörəyi and yeri bilirik. Bir yerdə çörək yeyən insanların bir-birinə xüsusi bağlılığı olur. And içəndə “çörək haqqı!”, “bərəkət haqqı!” deyirik. El arasında bu müqəddəs nemətlə bağlı xeyli atalar sözləri vardır: “Çörək itirən, çörək tapmaz”, “Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik”, “Çörəyi tək yeyən yükün özü çəkər”, “Çörəyi torpaqdan al kiminsə ağzından yox”. Hətta namərd adamların haqqında “Çörəyi dizinin üstündədi”, “Çörəkitirən”, “Çörəkiti-rən çörək tapmaz”, “Bir tikəni bilməyən min tikəni də bilməz”, “Tikəni görməyən yekəni də görməz”, yaxşı adamların barəsində isə “Çörək verən adam” deyimləri var.
    Hal-hazırda mağazalarımızda çeşid-çeşid çörək satılır. Buğda unundan hazırlanan çörəyin müxtəlif növləri vardır: ağ çörək, səngək, yuxa, lavaş, fətir, xamralı, ləzgi çörəyi, kəpək çö-rəyi və s. 1941-1945-ci illərdə xalqımız çörək-dən çox ehtiyac çəkib. Çətinliyə baxmayaraq, camaat son tikə çörəklərini də cəbhəyə yollayırdı. Daha ətraflı »

  • 19Dek
    Mədəniyyət “UMUDLU” FOLKLOR EVİNİN TAPINTILARI üçün şərhlər bağlıdır

    Zaman-zaman qanımıza, canımıza hopan incəsənət mədəniyyətimiz və musiqi incilərimiz var. Ruhumuuoxşayan sazımız, muğamımız əsrlərnən yaşayıb, bu günümüzə kimi öz ecazkarlığını saxlayıb, klassik sənətçilərimizin ifalarından süzülərək müasir gəncliyimizə ərmağan olub.
    Sözümü sazdan, muğamdan salmağım nahaqdan deyildi. Yaxın günlərin söhbətidir. Facebook səhi-fəmi nəzərdən keçirirdim. “Umudlu” Folklor Evinin paylaşdığı bir video ilə qarşılaşdım. Heyrət məni bürüdü. 2 oğlan uşağı çıxış edirdi. Biri gözəl saz çalırdı, biri isə əlində qaval oxuyurdu. Bu yeniyetmələrin çıxışları xoşuma gəldiyindən təkrarən onla-rın ifalarını bir də izləyəsi oldum və sonra əlaqə sax-layaraq onları redaksiyaya dəvət etdim.
    Müəyyən vaxt keçmişdi. Bir gün iş otağının qapısı döyüldü. İçəri tanımadığım bir qadın və iki nəfər azyaşlı oğlan girdi. Qadın dilləndi: “Mən demişdim ki, vaxt eliyib gətirəcəm. Sözümü yerinə yetirdim”.
    Uşaqların birinin əlində saz, birinin əlində qavalı görəndə gələnlərin kim olduğunu anladım. Əvvəcə qadınla tanış oldum, söhbətdən öyrəndim ki, “Umudlu” Folklor Evinin müdiri Könül Niftaliyevadır. O, Şuşa Mədəni-Maarif texnikumunun klub işçisi, özfəaliyyət xalq çalğı alətləri orkestrinin rəhbəri fakültəsini bitirdikdən sonra Umudlu kən-di əsir düşməmişdən əvvəl folklor evində bədii rəhbər işləyib. Hazırda isə Şıxarx qəsəbəsindəki musiqi məktəbində fəaliyyət göstərən “Umudlu” Folklor Evinin müdiri işləyir. O, folklor evinin fəaliyyətini günün tələbləri səviyyəsinə çatdırmaq məqsədilə orta təhsil müəssisələrində Daha ətraflı »

  • 19Dek
    Milli-mənəvi dəyərlər İSLAMDA GÖZƏLLİK üçün şərhlər bağlıdır

    Bismillahir Rahmənir Rəhim.
    Mehriban və bağışlayan Allahın adı ilə!
    İslam! Bu əzəmətli və möhtəşəm ad çəkilərkən belə, insanda istəristəməz qəribə bir hiss oyanır. Çünki artıq əsrlərdi ki, bu adı daşıyan dinin nuru bütün dünyaya işıq saçmaqdadır. Bütün səmavi dinlər kimi, islam dini də Təkallahlıq inancına sahibdir. Bu din həm inanc cəhətindən dəyişməz olaraq gəlib günümüzə çatmışdır və həm də kamilliyini qoruyub saxlamaqda davam edir. Demək olar ki, dinimizin kitabı müqəddəs Qurani Kərim hər əsrdə elmə bir yeni töhfə verməkdədir. Hələ yeddinci əsrdə sevimli islam peyğəmbəri Hz. Muhəmməd (s) tərəfindən söylənmiş balıq haqqındakı hədis bu gün də yeni iyirmibirinci əsrdə də öz aktuallığını qoruyub saxlayır.
    Uca Rəbbimiz (c.c) Qurani Kərimdə buyurur. ”Ey inananlar, itaət edin Allaha və Rəsuluna!”
    Əziz islam peyğəmbəri (s) buyurur: ”Mənim sözlərimi Quran ayələri ilə tutuşdurun! Əgər onlar bir-birini tamamlayırsa deməli mənim sözlərimdir, əks təqdirdə onu divara vurun!” (Yəni, əgər hədis və ayələr uyğun gəlmirsə Peyğəmbərin (s) adından uydurulmuş sözlərdir demək. Bəli, çox təəssüf ki, bu gün islamın bədxahları saxta hədisləri çox qabardırlar.
    Dinimizin ən böyük tövsiyyəsi: Daha ətraflı »

  • 19Dek
    İdman İdman üçün şərhlər bağlıdır

    BOKSÇU QIZ

    Eşidəndə heyrətləndim. Zərif, bu balaca qız necə döyüşə bilər, özü də oğlanlarla. Onun valideynləri bu qızcığazın əzil-məsindən, zədələnməsindən ehtiyat etmirlərmi?–deyə tərəddüd etdim. Məşqçi Faiq Məmmədov Aysu haqqında danışdıqca onu görməyə, tanımağa marağım daha da artdı. Bu döyüşkən qızı boksçu Aysunu redaksiyaya dəvət etdim.
    Sabahı Aysu İsmayılova dediyi vaxtda redaksiyanın qonağı oldu. Qaraqaş, qaragöz, saçları oğlansayağı vurulmuş bu qızın yerişində, oturuşunda, duruşunda onu yaşından böyük oğlanların görkəminə oxşatdım. Bu boksçu qızı təsəvvür etdiyim kimi gördüm. Artıq heyrətlənmədim. Əsl idmançılara xas olan bir görkəmi vardır…
    Aysu İsmayılova Səhlabad kənd tam orta məktəbinin şagirdidir. Səkkizinci sinifdə oxuyur. Sadə bir ailənin 2 qız övladından biridir. Özündən böyük bacısı var. Onuncu si-nifdə oxuyur. Söhbətə başlayırıq. Suallarımın əsası bu balaca qızın nə üçün boksçu olmasına səmtlənib.
    –Aysu, neçə yaşından boksla məşğulsan?
    Böyüklərə məxsus formada qaşlarını düyünləyib dilləndi:
    –Hələ kiçik yaşlarımda atamla, əmimlə, dayımla bokslaşmağı xoşlayırdım. Atam da bu həvəsimi görüb məni Faiq müəllimin yanına apardı ki, öyrənim. Amma, ikinci sinifdə oxuyarkən yarışlara qatıldım və oğlanla döyüşdüm. Daha ətraflı »

  • 19Dek
    Səhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır

    SİQARETİN ZƏRƏRLƏRİ

    Artıq hamı siqaretin nə qədər zərərli olduğunu bilir. Tütünün insanın orqanizminə vurduğu ziyanı eşitməyən, bilməyən yoxdur. O, hər cür ürək və ağ ciyər xəstəliklərinə yol açır, damar tutulmasına qədər apara bilir. Siqaret çəkərkən elə ilk anda orqanizminizə təsir edir, nəbz yüksəlir, qan dövranı yavaşıyır.
    Siqaretin tərkibində 3700 zəhərli maddə vardır ki bunların da böyük bir hissəsi kanserogen (xərçəng əmələ gətirən) maddələrdir. Ən zərərliləri isə tərkibindəki monoksi, hidrogen siyanid və amonyakdır. Siqaretin təsiri nəticəsində bronxial astma, ağ ciyər çatmamazlığı və döş qəfəsində ağrılar başlayır və nəticədə tez-tez qrip, soyuqdəymə halları başlayır.
    Məlum olmuşdur ki, hər 13 saniyədə bir nəfər siqaretlə bağlı hər hansı bir xəstəlikdən həyatını itirməkdədir. Hər il dünyada təxminən 2.500.000 (iki milyon beş yüz min) insan siqaret üzündən həyatını itirir. Bu ölümlərin əsas səbəbi ağ ciyər xərçəngidir. İkinci yerdə ürək xəstəlikləri və digər orqanların xərçəngidir. İnsan orqanizmində elə bir orqan yoxdur ki, siqaretin tərkibində olan kimyəvi maddələrdən öz payını almasın. Siqaret çəkənlərdə ağız böşluğu orqanla-rının xərçəng risqi artır, dişlərin çürüməsinə və ağızdan xoşagəlməz qoxunun gəlməsinə səbəb olur. Beyin damarla-rının daralması nəticəsində qan dövranının pozulmasına və nəticədə iflicə qədər aparıb çıxarır. Siqaretin tərkibindəki hidrogen siyanid bronxların divarını yandırır və nəticədə xroniki öskürək meydana çıxır. Bir sözlə, siqaret çəkənlər çəkməyənlərə nisbətən on qat artıq ağ ciyər xərçəngi olma riski daşıyırlar. Daha ətraflı »

  • 09Dek
    Digər 12 DEKABR–HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Ulu öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir.

  • 09Dek
    Digər DAHİ ŞƏXSİYYƏTİN ÖMÜR YOLU üçün şərhlər bağlıdır

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.
    1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə da-xil olub, lakin İkinci Dünya müha-ribəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
    Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
    1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
    1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktə-bində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.
    1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.
    1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.
    1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.
    1967-ci ildə Azərbaycan SSR Na-zirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
    Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali So-vetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq So-vetinin sədr müavini vəzifəsini tutub.
    1976-cı ildə Sovet İttifaqı Kom-munist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
    Daha ətraflı »