Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek
    Digər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır

    Yaşadığımız hər gün boyunca yeni xəbərlər, məlumatlar eşidirik. Necə deyərlər “Qulaq hər gün yeni bir söz eşitməsə kar olar”. Amerikalı alimlər insanlar arasında maraqlı bir araşdırma aparıblar. İnsan ömrünü orta hesabla 78 il olaraq hesablayan mütəxəssislər maraqlı nəticələrə gəliblər.
    Son ana kimi Eynşteynin yanında olan tibb bacısı alman dilini bilmədiyi üçün yəhudi əsilli alman fizikin ölmədən öncə nə dediyi bilinmir.
    Hər bir insan orta hesabla 290 min dəfə gülür.
    Hər bir insan ömrü boyunca 25 il yatır.
    Marafon qaçışı yarışlarında zəncilərin daha çox uğur qazanmasının səbəbi ayaqlarında ağ dərililərdən fərqli olaraq 2 ədəd artıq vətərin olmasıdır. Daha ətraflı »

  • 29Dek
    Ədəbiyyat HƏR KÖNÜLDƏN BİR NƏĞMƏ üçün şərhlər bağlıdır

    DEYİLMİ?…

    Ömür başdan-başa, beşikdən-qəbrə

    Həyat sevinci, qəmi deyilmi ?

    Ölüm bir ömürlük iztirabların-

    Ağrının, acının cəmi deyilmi ?

     

    Mənəvi dünyaya qalxıb ucalmaq

    Qanadlı duyğuya qismətdir ancaq.

    Beləysə,  ömürdən, gündən kam almaq

    Hər kəsin arzusu, kamı deyilmi ?

     

    Keçir məqamlar  da   gündə  yüz  əldən

    Hansı gizli əldir pozan, düzəldən?

    Sənin güvəndiyin dünya əzəldən             

    Əkilən, biçilən zəmi deyilmi ?

    Ayaqlar altında yer  oldu tapdaq,      

    Sirrini, məğzini bilmədik ancaq.

    Tapdaq  etdiyimiz bu  qara torpaq

    Əbədi mənzilin damı deyilmi ?

     

    Damımız üstündə gəzər, hey gəzər,

    Hərə ürəyincə bir mənzil bəzər.

    Torpağı sormaqdan etmədik həzər,

    Bu da ağlımızın kəmi deyilmi ?

     

    Ötəri mənzildə qədər hökm edər,

    Kimimiz bal içər, kimimiz zəhər:

    Əbədi mənzildə hamı-bir nəfər,

    Bir nəfər özü də hamı deyilmi ?

     

                                     Bəxtiyar VAHABZADƏ

     

  • 29Dek
    Ədəbiyyat VƏTƏN DESİN! üçün şərhlər bağlıdır
    Bu gün gərək

    Hər anımız Vətən! – desin!

    Qılıncımız, qalxanımız

    Vətən! – desin

    Ölənlərin əvəzinə

    Qalanımız Vətən! – desin.

    Vətən! – desin

    Qəlbimizin hər duyğusu,

    hər vurğusu

    Vətən! – desin.

    Fərqi yoxdur, harda olaq,

    Zamanımız, məkanımız

    Vətən! – desin

    Çox yatdıq, çox mürgülədik,

    Qoca millət!

    Mürgülədik: qoşa-qoşa

    Dağlarımız oğurlandı.

    Çaylarımız, göllərimiz

    oğurlandı.

    Düzlərimiz, çöllərimiz oğurlandı

    Oğurlatdıq!

    İndi saysaq saya sığmaz,

    Daha nələr, nələr oğurlanıb.

    Yer üstündə xəzinələr,

    Yer altında dəfinələr

    oğurlanıb!

    Qoca millət, hər andımız,

    Amanımız,

    Əgər varsa,

    Zərrə qədər imanımız,

    İmanımız Vətən! – desin

    Hər yaxşımız, yamanımız

    Vətən! – desin

    Əli kəsik, dili kəsik

    Uşaqlar var – hələ dustaq,

    Körpə dustaq Vətən! – deyir.

    Bu nə külək, bu nə bulud,

    Bu nə yağış, bu nə qardı?

    Didərginlər üzərində

    susub durdu,

    Vətən! – dedi,

    Mürgülüsən, qoca millət:

    Daha möhkəm, daha ötkəm

    gəlsin səsin,

    Vətən! – desin

    Qoca millət, Bu gün gərək

    Hər anımız Vətən! – desin.

     

                                                  Məmməd ARAZ

     

  • 29Dek
    Ədəbiyyat GETMİSƏN… üçün şərhlər bağlıdır
    Gülüm, axı hamı məni tanıyır,

    Bilmədiyin nə öyrənib getmisən?

    İndiyədək çəmən məni qınayır,

    Çiçəklərə gileylənib getmisən.

     

    Yar, olmaya canım sənə qəfəsmiş,

    Aramızdan nə çatlayıb, nə əsmiş?

    Bəlkə sevgi sənin üçün həvəsmiş?

    Ətrafımda veyillənib getmisən.

     

    Axı məni yoxun-varın bilirdin,

    Al günəşin, ilk baharın bilirdin,

    Saçlarımı zirvə qarın bilirdin;

    Bəlkə, elə o sellənib getmisən?

    Bir zamanlar hər an dil-dil ötərdin,

    Çeşmələrdən, bülbüllərdən  betərdin,

    Nə sevincin bəlli oldu, nə dərdin

    Nə  hönkürüb, nə  dillənib getmisən.

     

    Sevənlərdir xatirələr qoruyan,

    Torpaqları göz yaşıyla doyuran,

    Yollar çoxdur insanları ayıran –

    Hara baxsan, şaxələnib getmisən

     

    Tab edərdim məkrindəki qılınca,

    O yaxşıydı – xəzəl olub solunca,

    İstəsəydin-su atardım dalınca

    Göz yaşlarım səpələnib, getmisən..

    Vahid ƏZİZ

     

  • 19Dek
    Xəbərlər ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsini daim uca tutan tərtərlilər onun vəfatınının 16-cı ildönümünü ehtiramla yad ediblər.
    Ümummilli Liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini minlərlə insan ziyarət edib. Rayon ictimaiyyəti, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, ərazidəki “N” saylı hərbi hissənin şəxsi heyəti dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gülçiçək dəstələri düzüblər, Tanrıdan ona rəhmət diləyiblər.
    Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gələ-rək, ulu öndərin zəngin həyatını və siyasi Daha ətraflı »

  • 19Dek
    Xəbərlər AĞACƏKMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yüksək fəallıqla həyata keçirilib.
    Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb əkinə tam hazır vəziyyətə gətirilib.
    Tərtərlilər aksiya çərçivəsində “Tərtər-Bərdə”, “Tərtər-Hindarx”, “Tərtər-Şıxarx”, “Tərtər-Gəncə” avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kənd-lərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 500 ədəd şam, 3000 ədəd göyrüc, 2500 ədəd akasiya, 2000 ədəd iydə, 1000 ədəd çinar, 1000 ədəd sərv, yerli tingçilər tərəfindən isə 5000 ədəd müxtəlif növ meyvə ağacları, ümumilikdə, 15 min ağac əkiblər.
    Ağac əkilən ərazilərdə abadlıqtəmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib.
    Əlavə olaraq gün ərzində Çin Xalq Respublikasından baramaçılığın inkişafı məqsədi ilə gətirilən 30000 ədəd tut tinginin də əkilməsinə start verilib.

  • 19Dek
    Xəbərlər VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır

    “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Tərtər rayonunda sakinlərlə görüşüb. Qəbulda Bərdə rayonunun sakinləri də iştirak edib. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Füzuli, Ceyhun Şıxəliyev isə Ağdam rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin ək-səriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə mü-vafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
    Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

  • 19Dek
    Xəbərlər TƏRTƏRDƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtərdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib. Rayon Gənclər Mərkəzində keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quluyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Tərtər və Ağdam rayonlarından olan fermerlər iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı Daha ətraflı »

  • 19Dek
    Kənd Təsərufatı TƏRTƏR MƏHSULU RUSİYAYA İXRAC OLUNACAQ üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri yara-dılır.
    Belə təsərrüfatlardan biri rayonun Soyulan kəndi ərazisində yaradılan istixana kompleksidir. “Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərə-findən yaradılan kompleksin tikintisinə keçən ilin aprel ayında başlanılıb. Ümumi ərazisi 2 hektar olan komplek-sin 1 hektarında istixana təsərrüfatı təşkil olunub.
    Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemlə-ri tam avtomatlaşdırılmış şəkildə ida-rə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 15 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 200 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal ediləcək. Artıq oktyabr ayında pomidor şitilləri əkilib. Bitkilərin inkişafı qənaətbəxşdir. İlk məhsul yığımına 2020-ci il yanvarın əvvəllərində başlanacaq. İstehsal edilən məhsul daxili bazara çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac olunacaq.

  • 19Dek
    Digər Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    TƏRTƏR GƏNCLƏRİ SABAHA İNAMLA BAXIRLAR

    Uğurlu illər sırasında mühüm ictimai-si-yasi hadisələrlə, yüksək sosial-iqtisadi inkişaf tempi ilə yadda qalacaq 2019-cu il artıq başa çatmaq üzrədir. 2019-cu ilin qürurverici töhfələri cəbhə bölgəsi olan Tərtər rayonunda da diqqət çəkir.
    Prezident İlham Əli-yevin cəbhə bölgələrinə xüsusi qayğı və diqqəti sayəsində son illər Tərtərin siması müqayisə edilməyəcək dərə-cədə dəyişib gözəlləşmiş, rayon mərkəzi də, kəndlər də abad görkəm almış, bölgə əhalisinin güzəranı, həyat səviyyəsi əsaslı şəkildə yaxşılaşmışdır.
    Dövlətin davamlı qayğısından güc alan tərtərli gənclər yeni quruculuq dövrünün fəal iştirakçılarıdır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında qarşıya qoyulan vəzifələr rayon gənclər və idman idarəsi olaraq bizim fə-aliyyətimizə yeni və aydın istiqamət verir. Biz tikinti, abadlıqquruculuq işlərində fəal iştirak etməklə, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq ölkənin Ərzaq Təhlükəsizliyi Proqramına sanballı töhfələr verməklə yanaşı, yüksək intellektual səviyyəyə malik, vətəni canından artıq sevən yeni nəsil yetişdirilməsinə böyük önəm veririk. Uğurla reallaşan təşkilati, ideoloji işin nəticələri isə fərəhlidir. Öl-kəmizin nüfuzlu ali məktəblərinə qəbul olunan tərtərli məzunların sayı ildənilə artmaqdadır. Bu il təkcə Bakı Dövlət Universitetinə qəbul olunan tər-tərli gənclərin sayı 50 nəfərdən çoxdur. Dövlətin, eyni zamanda Heydər Əliyev Fondunun qayğısı ilə rayonumuzda onlarla məktəb, uşaq bağçası tikilib istifadəyə verilmiş, təhsilin maddi-texniki ba-zası əsaslı şəkildə möhkəmlənmişdir. Daha ətraflı »