Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,140
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Digər üçün şərhlər bağlıdır

    “Bu gün həm Şuşada, həm Laçında toy-bayramdır, həm də sakinlər öz doğma torpaqlarına qayıdırlar. İşğaldan azad olunan bütün əzəli Azərbaycan torpaqları dirçələcək və qaçqın düşmüş şəxslər öz ata-baba torpaqlarına qayıdacaqlar”.
    “Biz qurub-yaradan xalqıq. Erməninin otuz il dağıtdığını biz iki ilə artıq qururuq, qurmuşuq, insanlar qayıdıblar. Biz öz torpağımızdayıq. Bura da əzəli Azərbaycan torpağı olub. İşğal dövründə hansı eybəcər ad verir-sən-ver, onun əhəmiyyəti yoxdur. O ad da onların başına dəydi, elə onlarla da cəhənnəmə getdi”.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

  • 31Avq
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Qəhrəman tərtərlilər adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli, mehriban, sevimli Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edirik! Həmişə bizlərdən ötrü ümid yeri olasınız! Azərbaycan xalqı öz Mehribanını çox sevir! Sizə humanist fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq!

  • 31Avq
    Səhiyyə Tərtərdə şəhid və qazi ailələrinin üzvləri,Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev aksiyada çıxış edib. Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı mütəxəssisləri tərəfindən 200-ə yaxın qazi və şəhid ailəsi üzvlərinin müayinəsi həyata keçirilib. Onların müayinəsi və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlardan istifadə edilib. Daha ətraflı »

  • 31Avq
    Kəndlərimiz Rayon rəhbərinin İlxıçılar kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    KƏNDİN İQTİSADİYYATI MÖHKƏMLƏNİR, TİKİNTİ
    VƏ ABADLIQ İŞLƏRİNƏ DİQQƏT ARTIR

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun İlxıçılar kəndində keçirilən qəbul-görüşündə səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, Vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən danışıb. Daha ətraflı »

  • 31Avq
    Qazilərimiz İcra başçısı daha bir qazi ailəsi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azadqaraqoyunlu kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Sadiq Abbaslının ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edən “N” saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu Sadiqin keçdiyi döyüş yolundan danışıb.
    Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Sadiq kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
    Qeyd olunub ki, Sadiq Abbaslı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşcü”, “Suqovuşanın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Daha ətraflı »

  • 31Avq
    İdman Boks idman növü üzrə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan Murad Allahverdiyevlə görüş üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks idman növü üzrə 6 qat Azərbaycan çempionu, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu, Avropa oyunlarının bürünc mükafatçısı olmuş, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan idman ustası Murad Allahverdiyevi qəbul edib.
    Rayon rəhbəri Murad Allahverdiyevi idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Daha ətraflı »

  • 31Avq
    Şəhidlər İllər keçsə də, qəhrəmanlar və onların ailələri unudulmur üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ Müharibəsi şəhidi Mustafayev Maarif Hüseyn oğlunun anasının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
    Şəhid Maarif Mustafayev 1968-ci ildə Tərtər şəhərində anadan olub. 1988-1990-cı illərdə Tümendə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçdikdən sonra Tərtər şəhər Maşınların Təmiri Stansiyasında işləmişdir. 1992-ci ildə Ağdərə polisi yarandıqdan sonra polis nəfəri kimi bu şöbəyə işə qəbul edilmişdir. Hərbçilərlə birgə er-məni işğalçılarına qarşı döyüşmək tapşırığı almış Ağdərə polisinin digər əməkdaşları ilə birgə Maarif Mustafayev də Ağdərə bölgəsindəki döyüşlərdə iştirak edirdi. 1992-ci il dekabr ayının 5-də döyüş tapşırığını yerinə yetirən polis işçiləri Vəng istiqamətində avtobusla gedərkən yolda onların maşını ermənilər tərəfindən atəşə tutulmuşdur. Bu atəşdən avtobusda olan digər əməkdaşlarla bərabər Maarif Mustafayev də şəhid olmuşdur. Subay idi. Tərtər şəhər qəbiristanlığında dəfn edilib. Daha ətraflı »

  • 31Avq
    Digər SEVİNC GÖZ YAŞLARI İLƏ QEYD EDİLƏN TARİX üçün şərhlər bağlıdır

    Bildiyimiz kimi hər 2 rayon – Cəbrayıl və Füzuli eyni tarixdə – 1993-cü il avqustun 23-də işğal olunmuşdu. Ərazisi 1050 kv. km, əhalisi isə 60 minə yaxın olan Cəbrayıl işğal olunanda rayona 14 milyon dollardan çox ziyan dəymişdi. Erməni işğalçıları ilə olan döyüşlərdə 180 nəfər həlak olmuşdu. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişmişdi, 90 nəfərə yaxın isə əsir və itkin düşmüşdü.
    Eynən Füzuli rayonu da 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdi. Füzuli rayonu müharibə zamanı 1100-dən çox şəhid vermişdi, 1450 rayon sakini isə əlil olmuşdu.
    Torpaqlarımızın işğalından uzun illər ötmüşdü və biz torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Nəhayət, o gün gəlmişdi. 2020-ci il sentyabrın 27-si Cəbrayıl rayonunun Böyük Mər-canlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi– Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal azad edilib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad edilmişdi. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Daha ətraflı »

  • 31Avq
    Digər Deportasiyaya məruz qalmış ailələr üçün şərhlər bağlıdır

    Qədim yurd yerlərimizə sahib çıxmalıyıq

    Tərtər rayonunun Təzəkənd kəndində dünyaya göz açmışam, ancaq dədə-baba yurdum Qərbi Azərbaycandır. Təzəkənd 1953-cü ildə Basarkeçər rayonunun Bala Məzrə kəndindən deportasiya edilmiş insanlar tərəfindən salınıb.
    Atam Ədil Məmmədov, anam Güləbatın, bacılarım Nazlı, Bəsti, Məmləkət Bala Məzrədə doğulub, orada yaşamışlar. Bu kəndin hər daşında, qayasında ulu babalarımızın, nənələrimizin izləri var, lakin Sovet imperiyasının ermənipərəst rəhbərlərinin tarixin izlərini kobudcasına itirmək cəhdləri bizim ailəni də öz isti ocağından didərgin saldı.
    Digər bacı və qardaşlarım – Səfər, Qafar, Cəlil, Zöhrab, Telli və mən Tərtər rayonunda dünyaya gəlsək də daim o yerlərin həsrəti ilə yaşamışıq. Böyüklərin söhbətlərindən, uzun qış axşamlarında onların Bala Məzrə barədə danışıqlarından aydın olurdu ki, valideynlərim üçün bu ayrılığa dözmək çox çətin idi. Daha ətraflı »

  • 31Avq
    Digər Böyük Qayıdış üçün şərhlər bağlıdır

    Sakinlər işlə təmin olunurlar

    Bu kəndə qayıdış 16 mart 2023-cü ildə baş tutub. Bu zaman Talışa 20 ailə, 90 nəfər köçürülüb. Kənd sakinləri yeni evlərlə təmin olunublar, həmçinin onlar üçün rahat infrastruktur yaradılıb, məktəb, uşaq bağçası, ictimai icma mərkəzi tikilib, tibb mərkəzi müasir avadanlıqlarla təmin olunub. Yeniliklərdən biri də müasir üslubda salınmış parklar və burada günəş enerjisindən istifadə olunmasıdır, həmçinin kənd yolları da rahatdır.
    Kəndin ilk qonağının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olması sakinlər arasında yüksək əhval-ruhiyyə yaradıb.
    Talış kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 7 ailəyə – hər ailəyə 3 heyvan və 1 ton yem verilib. Bundan əlavə, 1 ailəyə arıçılıqla məşğul olmaq üçün hər cür avadanlıq və arı ailələri çatdırılıb. Daha ətraflı »