Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl
    Digər Rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Elman Səfərov küçəsində keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Elman Səfərov küçəsində keçirilib.

    Qəbulda YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.

    Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. Daha ətraflı »

  • 29İyl
    İdman Tərtər Olimpiya İdman Kompleksində Üzgüçülük yarışı keçirilmişdir üçün şərhlər bağlıdır

    26 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 29 illiyi münasibəti ilə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Tərtər Olimpiya İdman Kompleksi ilə birlikdə təşkilatçılığı əsasında Tərtər OİK-da üzgüçülük idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Yarışda ümumilikdə 19 yeniyetmə iştirak etmişdir.

    Yarışda iştirak edən Qarabağ Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Şəhram Quliyev və Tərtər OİK-nın direktoru Emin Dadaşov çıxış edərək bildirmişlər ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasətinin inkişafında məhz Gənclər və İdman Nazirliyinin vahid mərkəzi icra hakimiyyəti orqanı kimi müstəsna rolu olmuşdur. Çıxış edənlər bildirmişlər ki, 1997-ci ildən Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra ölkəmizdə idmanın inkişafına böyük təkan verilmişdir. Məhz ölkə başçımızın idman siyasətinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

    Çıxışlardan sonra yarışa start verilmişdir.

    Yarışın yekununda qaliblər Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplom və fərqləndirici sertifikatları ilə təltif edildilər.

  • 29İyl
    Şəhidlər Rayon rəhbəri 85 yaşlı şəhid anası Bəsirə Nuruyevanı ad günü ərəfəsində ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov  birinci Qarabağ müharibəsi şəhidi-Nuruyev Rafiq Əli oğlunun anası Bəsirə xanımla onun ad günü ərəfəsində  görüşüb, şəhid anasını 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını bildirib. İcra başçısı bütün şəhid analarının baş tacımız olduğunu, Vətənə layiqli, vətənpərvər oğullar böyütdükləri üçün onların da Vətən qədər əziz olduqlarınını vurğulayıb, anaya rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

    Şəhid Nuriyev Rafiq Əli oğlu 1969-cu il may ayının 26-da Tərtər şəhərində anadan olub. Tərtər şəhər 6 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1987-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə gedib. 1989-cu ildə hərbi xidmətdən qayıdaraq Bakıda Səttarxan adına zavodda işləməyə başlayıb. Qarabağ hadisələri başlanan vaxtdan erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərə dözməyərək düşmənə qarşı döyüşmək əzmi ilə 1991-ci ilin noyabr ayında könüllü olaraq milli Ordu sıralarına yazılıb. İlk Azərbaycan batalyonunun tərkibində Kərkicahan və Malıbəyli kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında şəhid olub. Subay idi.

    Bəsirə Nuruyeva ona, bütün şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 26İyl
    Digər Qərb mətbuatının Aərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir üçün şərhlər bağlıdır
    Cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında Prezident İlham Əliyev müsahibəsi yayımlanıb.
    Dövlət başçısı bildirib ki, şəhərlərimizin əsl orijinallığını və nailiyyətlərini qoruyub saxlayırıq. Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir.
    Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi.
    30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı.
    Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
    Ulu Öndər Heydər Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi.
    Ulu Öndər Heydər Əliyev hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin.
    Prezident deyib ki, Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Azərbaycan cəmiyyətində hər bir övlad üçün onun valideynləri çox əzizdir. Bu ənənələr dərin köklərə malikdir. 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik.

    Daha ətraflı »

  • 25İyl
    Digər Mediamız cəmiyyətin nəbzini hər zaman hiss etməlidir üçün şərhlər bağlıdır

    Cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.

    Dövlət başçısı deyib ki,  Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir.

    Prezident bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur.

    Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Daha ətraflı »

  • 23İyl
    Xəbərlər İcra başçısı “Yeni Tərtər”in kollektivi ilə görüşüb üçün şərhlər bağlıdır

    22 iyul-Milli mətbuat günü münasibəti ilə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Yeni Tərtər” rayon qəzetinin redaksiyasında qəzetin kollektivi ilə görüşüb, onları peşə bayramları münasibəti ilə təbrik edərək, iş şəraitləri ilə tanış olub. Daha ətraflı »

  • 23İyl
    Xəbərlər Media işçiləri Tərtərdə Milli Mətbuat gününü qeyd etdilər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Tərtərdə media işçiləri Milli Mətbuat gününü qeyd ediblər.

    Tədbir iştirakçıları əvvəlcə  Şəhidlər Abidə kompleksini, sonra isə Ümummilli Liderin abidəsini ziyarət edib, xatirələrinə hörmət əlaməti olaraq gül dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında “dəyirmi masa” ətrafında davam etdirilib. Daha ətraflı »

  • 21İyl
    Xəbərlər Milli Mətbuatımızın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

    İyulun 20-də Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib.

    Konfransda müasir mediada ənənəlik  prinsiplərindən, Ulu Öndər Heydər Əliyevin mətbuata göstərdiyi qayğıdan danışılıb. Həmçinin qeyd olunub ki, Ümummilli Liderin mətbuatla  bağlı həyata  keçirdiyi tədbirlər onun siyasi varisi  Prezident  İlham Əliyev tərəfindən davam etdirilir.  Müasir dövrdə media sahəsində islahatların dərinləşməsi,  Medianın İnkişafı Agentliyinin yaranması “Media haqqında” yeni Qanunun qəbulu dövlətimizin başçısının bu sahəyə verdiyi qiymətin təzahürüdür.

    Konfransda həmçinin müasir dövrdə bölgə qəzetlərinin fəaliyyəti və onların üzləşdikləri problemlər müzakirə olunub. Tədbirdə qəzetimizin baş redaktoru Svetlana Bağırova da iştirak edib.

    Onu da qeyd edək ki, “Yeni Tərtər” qəzeti  media subyekti olaraq artıq öz məlumatlarını Media Reyestrinə bəyan edib.

     

  • 19İyl
    Digər Dostluğumuz, qardaşlığımız əbədidir üçün şərhlər bağlıdır

    Azərbaycanla Türkiyə arasındakı münasibətlərin tarixi çox qədimlərə söykənir. Sovetlər birliyi dönəmində məqsədyönlü şəkildə türk xalqlarının qəddar, qaniçən obrazı yaradılaraq dünya ictimaiyyətinə təqdim olunurdu. Lakin həmin dönəmlərdə də Azərbaycan və türk xalqlarının ürəyi bir döyünürdü. Əsasən Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifələrdə çalışdığı zamanlarda, saxta sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Ulu Öndərin Türkiyəyə sevgisi sonsuz olmuşdur. Bu gün Ümummilli Liderin söylədiyi “Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir” kəlamı dillər əzbəridir. Hazırda vəzifəsindən, yaşından asılı olmayaraq istər türk, istər Azərbaycan vətəndaşları aramızda olan yüksək qardaşlıq, dostluq münasibətindən qürur duyur.
    44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin daim Azərbaycanın yanında olması, Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya ölkəmizi dəstəklədiyini açıq-aşkar bəyan etməsi xalqımıza əsl sevincli günlər, qürurlu anlar yaşatdı. Bəllidir ki, qardaş ölkənin göstərdiyi mənəvi və siyasi dəstək igid, cəngavər əsgərlərimizə yalnız irəliyə getmək üçün güc və qüvvət verdi. Sözsüz ki, bu münasibət Azərbaycan xalqının sevimlisi Rəcəb Tayyib Ərdoğanın xalqımıza və ölkəmizə sonsuz məhəbbətinin nəticəsi kimi səciyyələndirilir. Daha ətraflı »

  • 19İyl
    Digər İyulun 22-si Azərbaycan Milli Mətbuatının yarandığı gündür üçün şərhlər bağlıdır

    90 illik yubileyə doğru

    Azərbaycan jurnalistikasının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyulub. İnsanların maariflənməsinə xidmət edən bu mətbu orqan o zamankı cəmiyyətdə şüurlara işıq saçan bir vasitəyə çevrilib və, təbii ki, bu, çar Rusiyasının xoşuna gəlmədiyi üçün, qısa müddətdən sonra qəzet bağlanıb. Ancaq elə qısa müddət kifayət etmişdi ki, insanlar mətbu sözünün gücünü və qüdrətini duysunlar. Bundan sonra Azərbaycanın o zamankı işıqlı dühaları Həsən bəy Zərdabinin yolunu davam etdirərək, bir-birinin ardınca müxtəlif qəzet və jurnalların çapına başlamışlar.
    SSRİ dövründə Azərbaycan imperiyanın tərkibində olsa da, ölkəmizdə öz işini ürəkdən sevən milli peşəkar jurnalistlər ordusu yaranmışdı. Təbii ki, sözə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev qəzet və jurnalların fəaliyyətini daim dəstəkləyir, jurnalistlərə maddi və mənəvi yardımlar göstərilməsini diqqət mərkəzində saxlayırdı.
    Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda mətbuat üzərində senzuranı həyata keçirən qurum ləğv olundu, qəzet və jurnalların nəşriyyatlara olan borcları bağışlanıldı. Məhz həmin dövrdən Azərbaycanda azad mətbuatın inkişafı başlandı. Onlara göstərilən qayğıya görə mətbuat işçiləri Ulu Öndər Heydər Əliyevi “Jurnalistlərin dostu” adlandırdılar.
    Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev öz fəaliyyətində daim mətbuata geniş yer ayırır, qəzet və jurnalların, onlayn medianın müasir dövrə uyğun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə “Media haqqında” Qanunun qəbul edilməsi də bunun bariz nümunəsidir.
    Əlbəttə, XXI əsrdə, informasiya bolluğu şəraitində bəzi mətbu orqanların, o cümlədən rayon qəzetlərinin çıxması indi daha da mürəkkəbləşib. 90 illik tariximizə nəzər yetirdikdə görürük ki, rayon qəzetlərinin fəaliyyətində çətinliklər həmişə olub və yəqin ki, gələcəkdə də olacaq. Bununla belə o da aydındır ki, informasiya nə qədər bol olursa olsun, bu bolluq içində rayon qəzetinin öz rolu, öz yeri var. Yaxşı yadımdadır, tələbəlik illərində universitetdə bizə dərs deyən mərhum professorumuz, Azərbaycan jurnalistikasının korifeylərindən olan Şirməmməd Hüseynov daim bildirirdi ki, bir bölgənin, bir rayonun tarixinin öyrənilməsində rayon qəzetləri əvəzolunmaz qiymətli mənbədir. Qəzetin tarixi həmin rayonun tarixidir. O hesab edirdi ki, rayon qəzetlərinin tarixi öyrənilməlidir. Daha ətraflı »