Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar
    Xəbərlər MİLLİ QƏHRƏMANIN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır

    IMG_6997IMG_7045Rayonumuzda Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nü-mayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
    Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Vətən yolunda canından keçmiş şəhidlərimizin adı əbədiləşdirilir. Tərtərdə də onlarla şəhid adları daşıyan bulaq, məktəb, bağça, xəstəxana və küçə var. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Xəbərlər TƏRTƏRLİLƏR DƏ İDEA İCTİMAİ BİRLİYİNİN TƏŞƏBBÜSUNƏ QOŞULUBLAR üçün şərhlər bağlıdır

    0b7b3c91eebcfeb2b356023320ef9bafÖlkəmizdə ekologiyanın və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı İDEA İctimai Birliyinin təşəbbüsü tərtərlilər tərəfindən də geniş dəstəklənir.
    Bu münasibətlə keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, rayonun digər sakinləri iştirak etmişdirlər. İlk növbədə, ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. “Tərtər-Bərdə,” “Tərtər-Ağdam” avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində və Nizami, Elman Hüseynov, Ə.Paşayev, Mahir Əsədov küçələrində əsasən rayonda yetişdirilən, yerli təbiətə uyğunlaşdırılmış müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacların suvarılmasına su maşınları cəlb edilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 09Mar
    Xəbərlər Qadınlara həsr olunmuş bayram tədbiri üçün şərhlər bağlıdır

    Изображение 086Изображение 195Bayramsayağı bəzədilmiş “Asiman” şadlıq sarayında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi. Rayonumuzun 52 minə yaxın qadınlar ordusunu burada şəhid anaları, ağbirçəklər, əməkdə və ictimai işlərdə fərqlənən qadınlar təmsil edirdilər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ana və bacıları 8 Mart–Qadınlar Günü münasibəti ilə təbrik etdi. O göstərdi ki, Azərbaycan qadınlarının cəmiyyətimizdə qazandıqları yüksək mövqe, müxtəlif sahələrdə fəth etdikləri zirvələr bizim qürur mənbəyimizdir. Sürətlə qloballaşan dünyamızda qadınlar gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Daha ətraflı »

    Teqlər:

  • 09Mar
    Xəbərlər Səyyar görüş–qəbul üçün şərhlər bağlıdır

    Lazımi tapşırıqlar verildi

    Изображение 157Изображение 143Rayon icra hakimiyyəti başçısının növbəti görüş-qəbulu Bəyimsarov kəndində keçirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov bildirdi ki, kəndin ərazisi 2929 hektar, təsərrüfatların sayı 624-dür. Əhalinin sayı 2808 nəfərdir. O cümlədən kənddə 400 ailədə 1350 nəfər məcburi köçkün məskunlaşıb.
    Kənd sakinləri həm əkinçiliklə, həm də maldarlıqla məşğul olurlar. Burada malqaranın sayı 1068 baş, qoyun-keçilərin sayı 2428 baş, quşların sayı 10 min 500 -dən çoxdur.
    Görüş-qəbula gələn kənd sakinlərindən Vaqif Əliyev və Meydan Şabanov çıxışlarında son zamanlar rayonumuzda görülən quruculuq-abadlıq işlərindən məmnun qaldıqlarını söyləmiş, bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər Ümumdünya Mülki Müdafiə Günü üçün şərhlər bağlıdır

    Müdafiə təlimləri

    Изображение 301Rayonumuzda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov açdı. Sonra söz məktəbdə mülki müdafiə qərargahının rəisi Günay Cəfərovaya verildi. O, “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda məruzə etdi.
    Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir.
    Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Beynəlxalq MM Təşkilatının əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, mülki mü-dafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər Haray, Xocalım, haray! üçün şərhlər bağlıdır

    Ümumrayon tədbiri

    Изображение 348Изображение 370Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımının 24-cü ildönümü günündə şəhidlər abidəkompleksini ziyarət edərək, önünə tər gül-çiçəklər düzüblər. Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov şəhidlərin müqəddəs ruhuna Quran surəsi oxuyub.
    Tədbir iştirakçıları Gənclər Mərkəzinin həyətində rayon məktəblərinin Xocalı faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə tamaşa ediblər. Tədbir Gənclər Mərkəzində davam etdirilib.
    Toplantını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra icra başçısı Xocalı faciəsi ilə bağlı geniş və ətraflı məruzə edib. O göstərib ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi– Xocalı qırğını baş verdi. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər Amansız soyqırım günü üçün şərhlər bağlıdır

    Изображение 073Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatı Aparatının rəhbəri Kamil Məmmədov açdı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP gənclər təşkilatının sədri Emin Pənahov məruzə ilə çıxış etdi. Göstərdi ki, bəşər tarixində kütləvi qətliamı ilə tarixə yazılan faciələr çox olub. Bunların sırasında ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu soyqırımı törətməkdə məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən o faciəni törətsə də, öz niyyətinə çata bilmədi. Xocalılar amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmışlar.
    Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində həmin gecə 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin– qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərinə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Regional müşavirə üçün şərhlər bağlıdır

    Изображение 059Изображение 055Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti  tərəfindən Tərtər şəhərində Xidmətin yerli qurumlarının rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyə təmsilçilərinin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə keçirilmişdir.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsi müdirinin müavini Xatirə Məmmədova açmışdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir.. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla Tərtər rayon ictimaiyyətinin görüşü üçün şərhlər bağlıdır


    Изображение 029Изображение 074Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Tərtər rayonu ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.
    Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli İider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Sonra görüşdə qeyri-neft sektorunun inkişafında Tərtər rayonunun potensial imkanları müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov regionların sosial-iqtisadi inki-şafı Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Səyyar görüş-qəbullar üçün şərhlər bağlıdır

    Изображение 028Изображение 449Tərətr Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Seydimli kəndində keçirildi. Toplantıda rayon icra hakimiyyəti aparatının işçiləri, hüqüqmühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak edirdilər.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı.
    Sonra Seydimli kənd İƏD üzrə nümayəndə Güloğlan Kərimov məlumat verdi. Bildirdi ki, burada 683 təsərrüfatda 2720 nəfər əhali yaşayır. Ərazidə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, 3 məişət xidməti, 4 iaşə obyekti, poçtamt , 304 nömrəlik ATS və s. fəaliyyət göstərir. Həmçinin ərazidə 86 məcburi köçkün ailəsi məskunlaşıb. Onların sayı 311 nəfərdir. Daha ətraflı »

    Teqlər: