Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Yan
    Digər TƏMAS XƏTTİNDƏ MONİTORİNQ üçün şərhlər bağlıdır

    Изображение 016Изображение 025ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib. Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şvedberq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
    Monitorinq insidentsiz başa çatıb.

    Teqlər:

  • 25Yan
    Digər Xaricdə yaşayan həmvətənlərimiz üçün şərhlər bağlıdır

    AZƏRBAYCANI LAYİQİNCƏ TƏMSİL EDƏN HƏMYERLİMİZ

    Дис-2img349 копияÖtən ilin Novruz bayramı günləri idi. Həmişəki kimi Tərtərin mərkəzi meydanında bayram şənliyi keçirilirdi. Şənlikdə rayon sakinləri ilə yanaşı qonaqlar da vardı. Onların arasında hündürboylu, yaraşıqlı bir qadın diqqətimi cəlb etdi. Bir azdan o, aparıcı tərəfindən şənlik iştirakçılarına təqdim olundu: Abdullayeva (Həsənova) Mehriban Surxay qızı. Onu da öyrəndik ki, Mehriban xanım Moskva şəhərində yaşayır, Rusiya Dövlət Xarici Dillər Universitetinin Şərq və nadir dillər fakültəsində Azərbaycan dili fənnini tədris edir. Mehriban xanım Rusiyada yaşayan həmvətənlərimiz adından tərtərliləri bayram münasibəti ilə ürəkdən təbrik etdi. Sonra şənlikdə onun atası Surxay Həsənovun sözlərinə yazılmış “Tərtərim” mahnısı səsləndi. Moskvadan gəlib tərtərlilərlə birgə Novruz bayramını qeyd etməsi də, şənlikdə rayonumuza aid mahnının səslənməsi də Vətəndən uzaqda yaşayan bu qadının sonsuz vətən sevgisinin təsdiqi idi. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Digər Müharibə veteranının xatirələri üçün şərhlər bağlıdır

    “VƏTƏN ELƏ EVİMİZDƏN BAŞLAYIR…”

    Изображение 008Qarabağ müharibəsi əlili Saleh Sultani əlillərə göstərilən qayğı ilə əlaqədar redaksiyaya dəvət olunmuşdu. Belə qərara gəldim ki, onun xatirələrini dinləyib bir yazı hazırlayım. Məlumdur ki, ötüb keçən hər gün ömrümüzün yaddaşı, tariximizin səhifəsidir. Elə bir insan yoxdur ki, onun ömür kitabına ağlı-qaralı sətirlər düşməmiş olsun. Saleh Sultani də belə insanlardandır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Bütün müharibə iştirakçıları kimi o da qanlı-qadalı günləri həyəcansız xatırlamır. Saleh Sultaninin dediklərindən:
    –1992-ci il elə bir iliydi ki, ölkəmizin, eləcə də bizim rayonumuzun üzərində qara buludlar toplaşmışdı. Məlumdur ki, ermənilərin iki addımlığındaydı Tərtər. O günlərdə nəinki kişilər, hətta qadınlar, uşaqlar öz evlərini tərk etmirdilər. Tərtərin əli silah tutan kişiləri kimi mən də vətənin müdafiəsinə qoşulmuşdum. Kimin gücü nəyə çatırdısa onu edirdi ki, təki o murdarların ayağı bizim torpaqlarımıza dəyməsin. 1992-ci ilin mayından “Tərtər özünümüdafiə Batalyonuna” üzv yazıldım. Marquşevan, Madagiz, Çaylı, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etdim. 1992-ci il iyun ayının 21-də Madagiz uğrunda gedən döyüşlərdə sağ budumdan ilk güllə yarası aldım. Onbeşiyirmi gün müalicə götürdükdən sonra yenidən döyüşlərə qatıldım. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Digər VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır

    Vergi-logoAzərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinmişdir.
    Qanunun 2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar za-manı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:
    -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;
    -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Digər “ZİNGER” TİKİŞ MAŞINLARININ SİRRİ üçün şərhlər bağlıdır

    27031502060775_mini1851-ci il avqustun 12-də amerikalı mühəndis-sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Bu tikiş maşınları tezliklə populyarlaşdı və dünya şöhrəti qazandı. Onun satışa çıxarılan ilk nümunəsi 100 dollar dəyərləndirildi, lakin o dövrdə çox az adam tikiş maşınını faydalı hesab edirdi, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əmək daha əlverişli idi.
    İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. O, tikiş maşınının ehtiyat hissələrini ayrılıqda satışa buraxdı. Bunun sayəsində tikiş maşını ev şəraitində təmir olunurdu.
    “Zinger” şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr var. Bəziləri deyirlər ki, qədim “Zinger” tikiş maşınları qiymətli metallardan hazırlanıb. Ən məhşur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal polladium olması haqqındadır. Hətta bu əfsanələrə inanan “Zinger ovçuları” cinayət də törədiblər. Onlar üzərinə qapını açan qadını evindəcə qətlə yetirib, “Zinger” tikiş maşınını oğurlayıblar. Polislər görüblər ki, evdən yalnız tikiş maşını oğurlanıb.
    Digər əfsanəyə görə 1998-ci ildə “Zinger” kampaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan edib. Guya, həmin seriyalı maşınlar keçmiş Sovet ölkələrindədir. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Digər Sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr üçün şərhlər bağlıdır

    2017-ci İL AZƏRBAYCANDA “İSLAM HƏMRƏYLİYİ İLİ”DİR

    14840371175355555285_1000x669Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
    Iclasda söylədiyi giriş nitqində Prezident İlham Əliyev deyib ki, 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr davam etmişdir. Azərbaycan isə öz yoluna sadiqdir.
    Iqtisadi sahədə əldə edilən uğurlardan danışan ölkə başçısı deyib: “Iqtisadi sahədə 2016-cı ildə önəmli ad-dımlar atılmışdır. 2016-ci il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qə-rarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir”.
    Kənd təsərrüfatının inkişafını önəmli göstərici kimi diqqətə çatdıran cənab Prezident qeyd edib ki, bu sahədə görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır.
    Iclasda cənab Prezident bir daha bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu yalnız işğalçı qüvvələrin bizim torpaqlarımızdan çıxarılmasıdır. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Digər ÖZÜNÜ VƏTƏNDAŞ ZƏNN EDƏN BİR KƏS VƏTƏNİN DƏRDİNƏ YAD QALA BİLMƏZ! üçün şərhlər bağlıdır

    Saxalindən “Yeni Tərtər” qəzetinin redaksiyasına məktub

    VƏTƏNƏ SEVGİMİZİ ƏMƏLLƏRİMİZDƏ AXTARIN

    _1Hərbçi ruhuyla böyümək biz iki qardaşda uşaqlıqdan ən gözəl duyğu və valideynlərimiz tərəfindən verilən tərbiyədir, məncə. Bəli, özüm bu gün erməni separatçıları tərəfindən işğal altında olan Qarabağın Laçın rayonunda anadan olmuşam.
    1980 – cı ildə valideynlərim Laçın rayonundan köçərək Tərtər rayonunda məskunlaşmışlar. Tərtərdə yaşayarkən hər il biz ata-baba yurdumuz olan Laçın rayonunu ziyarətə gedərdik. Orta təhsilimi yeddinci sinifə kimi hal-hazırda təmas xəttində yerləşən və düşmən tərəfindən daim atəşə məruz qalan Tərtər rayonunun Qapanlı kənd orta məktəbində almışam. Özümü gələcəyin bir hərbçisi kimi görmək üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Hazırlıq Məktəbinə qəbul oldum. Orda təhsilimi başa vurduqdan sonra hərbi təhsilimi davam etdirmək, ali hərbi təhsilə yiyələnərək gələcəkdə Vətənə layiqli hərbçi kimi yetişmək üçün Rusiya Federasiya-sına gəldim.
    Təhsilimi bitirdikdən sonra 2012-ci ilə qədər Rusiyanın müxtəlif bölgələrində bir zabit kimi hərbi hissələrdə qulluq eləmişəm. Hərbi qulluq etdiyim müddətdə müxtəlif medallarla təltif olunmuşam. Rusiyanın müxtəlif bölgələrində hərbi qulluq keçərək sonda göndərişlə Saxalin vilayəti üzrə Hərbi Komissarlıqda xidmət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam.
    2012-ci ildə təqaüdə çıxaraq hərbi fəaliyyətimi dayandırmışam. Həmin il Saxalin vilayətində yaşayan azərbaycanlıların istəyi ilə Ulu Öndərimizin qurduğu demokratik, suveren Azərbaycan Respublikasını Saxalin vilayətində təmsil etmək üçün mənim təşəbbüsümlə ”Birlik” cəmiyyətinin yaradılmasına nail olmuşuq. Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəsmi məlumat vermişik. Fəaliyətə başladığımız ilk günlərdən milli, mədəni, irsi dəyərlərimizin təbliği üzrə bir çox fəaliyyətlərimiz olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Digər Qarabağ müharibəsi veteranı üçün şərhlər bağlıdır

    DÖYÜŞ GÜNLƏRİNİN ACILI XATİRƏLƏRİ

    1454Tale onun qismətini çoxdan Tərtərə bağlamışdı. El dilincə desək, telli-toqqalı gənclik illərində tərtərli qızı sevib onunla ailə həyatı qurmuşdu. İşğaldan əvvəl Ağdam şəhərində yaşayırdılar. Xoşbəxt idilər. Bu xoşbəxtliyin qarşılığında Uca Allah ailəyə beş oğul veribdi. Bu bəxtəvərliyə bəlkə həsəd aparanlar da olub. Lakin Tərtərdə yaşamasının başqa səbəbi vardı. Səbəb mənfur ermənilərin onun doğma yurdunu–Ağdamı işğal etməsi idi…
    Fərzəliyev Qəzənfər İbiş oğlu Ağdam rayonunun Şotlanlı kəndindəndir. Şuşa şəhərindəki pedaqoji texnikumun bədən tərbiyəsi fakültəsini bitirib. İşğaldan əvvəl Ağdam şəhərindəki 1 saylı tam orta məktəbdə işləyib. Qarabağ savaşı başlayan zaman Qəzənfər müəllim də torpaqlarımızın müdafiəsinə qatılıb. N saylı hərbi hissədə kəşfiyyat komandiri olub. Ağdam, Ağdərə və Xocavənd rayonları ətrafında gedən döyüşlərdə iştirak edib. Döyüş günləri onun xatirəsində silinməz acılarla qalıb. O günləri həyəcansız yada salmaq mümkün deyil.
    Ermənilərin camaata vurduğu zərbələr hamı kimi Qəzənfər müəllimin də ürəyini göynədir. Söz düşəndə isə dedi:
    –Mən yoldaşlarımdan ayrılıb bir gün də evdə qala bilmirdim. Döyüşçü yoldaşlarımızın hamısı mənim kimi düşünürdü. Bir qarış torpağımızdan keçəsi deyildik. Hər əməliyyata var gücümüzlə qoşulurduq. Ilk dəfə Əsgəran rayonunun müdafiəsində minaya düşdüm. Başımdan, qolumdan ağır yaralanmışdım. Bərdədə qospitalda bir aya qədər müalicə aldım, yaralarım sağalmamış yenidən hərbi hissəyə qayıtdım. Ikinci dəfə isə Mərzili uğrunda gedən döyüşdə qolumdan, qılçımdan güllə yarası aldım. Bir müddət qospitalda müalicə olundum. Oradan çıxan kimi yenə də yoldaşlarımın yanına, hərbi hisssəyə qayıtdım. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Digər 20 YANVAR AZƏRBAYCAN XALQININ HÜZN GÜNÜDÜR üçün şərhlər bağlıdır

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
    Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda—yanvarın 25-də Neftçalada və yanvarın26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
    Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zəbə vurmaq məqsədi daşımışdır.

    Teqlər:

  • 17Yan
    Digər QÜRUR GÜNÜ üçün şərhlər bağlıdır

    740132369-195201990-cı ilin yanvarında xalqımız, daha bir faciəli tarixə şahidlik elədi. Qarlı qış günündə rus və erməni silahlı quldurları Bakıda qırğınlar törətdilər. Qadınlara, qocalara, uşaqlara, ümumiyyətlə dinc sakinlərə aman verilmədi.
    Əslində 20 Yanvar hadisələrinin tarixi bir qədər də əvvələ gedib çıxır. Hələ XVIII əsrdə Pyotrun dövründən Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin burada yerləşdirilməsi siyasi maraqlara hesablanmışdı. Belə ki, gələcəkdə burada “erməni dövləti” yaratmaq və onların əli ilə işğalçılıq planlarını həyata keçirmək, daha sonra isə həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmək nəzərdə tutulmuşdu. Bu proseslərin davamı olaraq 1905-ci il hadisələrini, 1918-ci il mart soyqırımını, 1948-53-cü il hadisələrini, 1988-ci ildən bəri baş verən qırğın və deportasiya proseslərini misal göstərmək olar.
    Bu faciələrin törədilməsi zamanı ümumilikdə 100 minlərlə soydaşmız qırğınların qurbanı oldu. Göründüyü kimi 20 Yanvar faciəsinin də törə-dilməsi planlı şəkildə həyata keçirilmişdi.
    Bu faciənin baş verməsi həm də siyasi amillərlə bağlı idi. SSRİ-nin dağılması ilə Rusiyanın Qafqazda mövqeyinin itirilməsi təhlükəsi yaranırdı. Ona görə də Rusiyanın bu çirkin əmələ əl atması təbii idi. Lakin bu hadisələr Azərbaycan xalqının müstəqillik ideyalarına zərbə vura bilmədi.
    Azərbaycanın müstəqil olmasını qəbul etməyən mənfur qonşularımız zaman-zaman xalqımızı qırğınlara məruz qoydular. Onlar ərazilərimizin iş-ğalını həyata keçirdilər. Azərbaycanın müstəqilliyi isə yaşadı. Daha ətraflı »

    Teqlər: