Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek
    Digər QAZAXISTANDAN MƏKTUB üçün şərhlər bağlıdır

    %d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f-1231Salam, əziz “Yeni Tərtər” qazetinin əməkdaşları.
    Mən Rişad Rzayev sizə Astanadan məktub göndərirəm. Əlavə məlumat lazım olarsa, çox şad olub göndərərəm.
    Salam, əziz həmvətənlilərim!
    Mən Rzayev Rişad İlqar oğlu sizi Qazaxıstanın paytaxtı Astana şəhərindən salamlayır, qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlıların Həmrəliyi Günü münasibətləriylə təbrik edirəm.
    Taleh elə gətirib ki, mən 3 aprel 1992-ci ildə Qazaxıstanın Astana şəhərində doğulmuşam və Qazaxıstanın vətəndaşıyam. Qazaxıstan mənə və həmçinin hər bir vətəndaşına milliyətindən asılı olmayaraq çox gözəl imkanlar yaradır və onları hər bir sahədə dəstəkləyir. Amma buna baxmayaraq mənim qəlbim həmişə Ana Vətənim Azərbaycanım üçün döyünüb. Bəli, mənim iki Vətənim var, Azərbaycanda doğulmasam da, Azərbaycan mənim Vətənimdir və mən onunla həmişə qürur duyuram. Demək olar ki, hər il Azərbaycana gəlirəm, və orda keçirdiyim hər bir gün mənim üçün ən gözəl, yaddaqalan və sevincli günlərdir. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər Yeni ili səngərlərdə qarşılayanlar üçün şərhlər bağlıdır

    BAYRAMIN MÜBARƏK, VƏTƏN OĞLU!

    %d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f-5037sgrlr-n-gozl-dusunurlr87dba57fccb0d3506a6eTariximizin yeni ili–2017-ci il yurdumuza qədəm qoyur. Bütün dünya xalqları bu bayramı gözəl əhval-ruhiyyə ilə qeyd edir. 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəliyi Günüdür. Ölkəmizdə həmin gün ikiqat bayram edilir. Kimisi evində, kimisi səyahətdə, kimisi də iş başında. Lakin bayram günü sərhədlərimizin keşiyində dayanan, şaxtalı, soyuq səngərlərdə düşmən fitnəsinə və hiyləsinə sinə gərən oğullarımız var ki, onların bayramı süfrə başında qeyd etməyə vaxtları və imkanları yoxdur. Amma onların hər biri mənən evlərimizin sakini, süfrələrimizin qonağıdır.
    Vətənimin hərbiçi oğlu!
    Sən əlində silah ölkəmizin sərhədlərinin keşiyini çəkirsən ki, torpağına, elinə zaval gəlməsin. Avtomatını, pulemyotunu daim hazır saxlayırsan ki, düşmənə yenilməyəsən, yağının başının üstünü bir göz qırpımında alasan. Vətən oğlu biz də sənə arxalanıb rahat ocaqlarımızda yaşayırıq. Sən yurd sevginə, silahına, gücünə, iradənə arxalan! Biz də sənə arxalanaq, Vətən oğlu! Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər Yeni ili iş başında qarşılayanlar üçün şərhlər bağlıdır

    GƏRGİN VƏ ŞƏRƏFLİ PEŞƏ SAHİBLƏRİ

    dsc_1451dsc_1443Yeni il ərəfəsində Tərtər Rayon Dövlət Yanğından Mühafizə hissəsində olduq. Hissənin rəisi daxili xidmət polkovnik-leytenantı Mübariz Əliyevlə iş yerində görüşdük. Söhbət zamanı rəis bildirdi ki, heyətimizin tərkibində 5 yanğınsondürən maşın var. Onlardan birinin su tutumu 8 ton, birininki 6 ton, digərininki isə 5 ton, 3,3 ton və 2,5 tondur.
    Burada çalışan işçilərin sayı 50 nəfərdir. Onların 6 nəfəri zabit, qalan 44 nəfəri isə sıravidir. Sutka ərzində 14 nəfər növbə çəkir.
    Söhbətimiz zamanı hissənin rəisi Mübariz Əliyev bildirdi ki, rayonumuzun ucqar yaşayış məntəqəsi olan Bəyim-sarov kəndində 1 yanğınsöndürən maşın və 4 nəfər şəxsi heyət növbə çəkir. 6 aydan çoxdur ki, Bəyimsarov və ona yaxın olan kəndlərdə 9 yanğın hadisəsi baş verib. Qeyd edim ki, yanğın zamanı Tərtərdən həmin əraziyə yanğınsöndürən maşınlar 20-27 dəqiqəyə çatdığı halda, Bəyimsarov kəndində olan yanğınsöndürən maşın hadisə yerinə 3-5 dəqiqəyə çatır, bu da baş verən yanğının genişlənməməsinə və itkinin azalmasına səbəb olur. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNİN ÜZVLƏRİNƏ üçün şərhlər bağlıdır

    Əziz həmvətənlər, sevimli dostlar!
    Bilirik ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaranmış bu konqres fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıları bir yerə toplayaraq, bu iki ölkə arasında siyasi, mədəni, ticarət və digər əlaqələrin inkişafında mühüm rol oynayır. Eyni zamanda, vətəndən kənarda yaşayan və daim ürəyi vətənlə döyünən hər bir azərbaycanlı milli adət-ənənələrimizin qorunub saxlanmasına, hazırda Rusiyada böyüyən gənc azərbaycanlılar arasında geniş təbliğinə səy göstərir.
    Sizin vasitənizlə rusiyalılar və burada yaşayan çoxsaylı millətlərin nümayəndələri Azərbaycanı görür, tanıyır və sevirlər. Bütün bunlara görə biz sizlərlə fəxr edir, fəaliyyətinizdən qürur duyuruq.
    Bayramqabağı günlərdə Azərbaycanın dilbər guşəsi olan və uzun illərdir ki, cəbhə bölgəsinə çevrilən Tərtər rayonundan sizlərə öz səmimi salamlarımızı çatdırırıq. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər 2017-ci İLDƏ BÜRCLƏRİ NƏ GÖZLƏYİR? üçün şərhlər bağlıdır

    12Qoç (21 mart-19 aprel). İstirahət haqqı qazandınız. Bundan öncəki “Həyat mübarizədir” devizi altında keçən iki çətin ildən sonra hər şey geridə qaldı. Zəhmətinizin bəhrəsini görmək zamanı gəldi. Hər şey heç də ayaq altına xalı kimi sərilməyəcək. İstədiyinizi almaq üçün səy göstərməlisiniz. Diqqətli olun!
    publika-az1429456782bugaBuğa (20 aprel-20 may).  Həyatdan zövq almaq zamanı gəldi. Meymun ilinin uğursuzluqları geridə qaldı. Hər şey yağ kimi olmayacaq, amma çəkdiyiniz əziyyətlərin kompensasiyasını alacaqsınız. 3 il ardıcıl həyatdan keyf almaq şansınız var.
    6Əkizlər (21 may-20 iyun). Pozitiv zaman. Xoruz ili gözəl başlayacaq. Əkizlər üçün hər mənada pozitivlə dolu olacaq bu il. Onlar havada möcüzə hiss edəcəklər. Növbəti 4 il sizin iliniz olacaq. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər YENİ İL İNANCLARI üçün şərhlər bağlıdır

    stol1204797950_kitten_3Yeni ildə pulsuz qalmayın. İnanclara görə, bayram günü pulsuz qalanlar ili ehtiyac içində keçirəcək.
    Evdən zibil atmayın
    Yeni il axşamı evi süpürmək və ya zibil atmaq olmaz, əks halda
    ailədə mehribanlıq olmaz. «Bəs bayram iməciliyi necə olsun?»
    – deyə soruşursunuzsa, təmizlik işlərini bayrama bir
    həftə qalmış bitirin. Sadəcə dekabrın 30-u evi yüngülvari yığışdırın, amma 31-i heç nəyə əl vurmayın.
    Bayram masası. Süfrə müxtəlif naz-nemətlə bol olmalıdır ki, il də bolluq içində keçsin.
    Masaya düz-çörək qoymağı unutmayın, ənənəyə görə bu, firavanlıq simvoludur.
    Bayramda pulsuz qalmaq olmaz, yoxsa ili ehtiyac içində keçirəcəksiniz. Əgər pulunuz yoxdursa, borc götürün.
    Amma bayramqabağı borc qaytarmaq məsləhət deyil, əks təqdirdə, bütün ili borclu qalacaqsınız.
    Bir çoxları inanır ki, ili təklikdə keçirsə, bütün ili tənha qalacaq.
    Ona görə bayramda kimisə tapmağa çalışırlar, bu insanı bəyənməsələr belə. O zaman ili təklikdə keçirməsəniz belə, pis əhval-ruhiyyədə olacaqsınız. Bundansa bayramqabağı bütün qohum-əqrəbanızı telefonla təbrik edin və bayramda tək olacağınızı söyləyin. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər YENİ İL HAQQINDA MARAQLI FAKTLAR üçün şərhlər bağlıdır

    %d1%81%d0%ba%d0%b0%d1%87%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b5-%d1%84%d0%b0%d0%b9%d0%bb%d1%8bYeni ilə bənzər bayramın keçirilməsi haqqında məlumatlar b. e. 3-cü minillikdə Mesopatamiyaya aiddir.
    Şam ağacını bəzəmək ənənəsi ilk dəfə orta əsrlərdə müasir Almaniyanın ərazisində əmələ gəlmişdi.
    1 yanvardan etibarən yeni ili I Pyotrun sərəncamından sonra qeyd etməyə başladılar.
    İlk dəfə Şaxta baba 1840-cı ildə Odoyevskinin “İriney babanın nağılları”nın personajı kimi xatırlanır. “Şaxta daşıyıcısı”- nın kökləri isə slavyan mifologiyasına gedir.
    Qarqız və Şaxta baba isə sovet vaxtlarında yaranmışdılar. İlk dəfə 1937-ci ildə bayramda Qar qızın və Şaxta babanın dueti baş tutmuşdu.
    Rəsmi olaraq Yeni ilin əsas personajının ad gününü 18 noyabrda qeyd edirlər.
    Qar qızının vətəni Kostrom əyalətidir.
    “Qar qızı” pyesinin müəllifi Aleksandr Ostrovskiy də Kostrom əyalətindəndir.
    İspaniyada və Kubada Yeni ildə 12 üzüm yemək kimi bir adət var.
    Yeni ildə fişəng partlatmaq adəti Asiyadan gəlib. Bunun mənası ondadır ki, fişəng nə qədər rəngarəng və yüksək səsli olsa, pis ruhlar bir o qədər qorxarlar. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər YENİ İLİN TARİXİ üçün şərhlər bağlıdır

    1447969312_12212430_906975912716347_348516252_nBu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkinbiçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər YENİ İL LƏTİFƏLƏRİ üçün şərhlər bağlıdır

    4-Anacan, sən həqiqətən də istəyirsən ki, yeni ili evdə keçirim?
    – Əlbəttə.
    – Onda 31-i gecəsi harasa get.
    ***
    Əziz Şaxta Baba, bəlkə bu il çoxlu pulla gələsən, hə?
    “Əziz rus xanımları, bəsdir Şaxta Babadan kişi istədiniz! Artıq Tacikistan və keçmiş sovet ölkələrinin kişilərinin yarısı bizə köçüb”.

    ***
    Əziz Şaxta Baba!
    Mənə bu Yeni ildə əsl tapança hədiyyə elə. Yoxsa oyuncaq tapançanı gəzdirməkdən yoruldum.
    İmza: Sahə müvəkkili
    ***
    Uşağın:
    – Şaxta Baba, sən doğruçusan? – sualından sonra Şaxta Baba sertifikatını, vergi bəyannaməsini, lisenziyasını uşağa göstərdi. Daha ətraflı »

    Teqlər:

  • 17Dek
    Digər Tərtərin qış etüdləri üçün şərhlər bağlıdır

    BAHARLA QIŞIN QOVUŞUĞU

    14818379243772120990_1000x669bu1Qışın oğlan çağına xeyli qalmış uca göylərdən göndərilmiş sovqata bax! Yoxsa, Yeni ilin özündən əvvəl göndərdiyi müjdədir o?! Azacıq saralmış çəmən, payızın acığına yamyaşıl
    qalmış həmişəyaşıl palma, küknar ağacları qol açaraq hamıdan, hər kəsdən əvvəl bu müjdəni qucmaq eşqinəmi düşüblər? Deyəsən, Günəşin hərarətinə öyrənmiş budaqlar dümağ qarın soyuqluğundan çəkinərək ana torpağın məhəbbət dolu qucağına doğru əyiliblər. Hələ eşqdən dünyanı cəhcəhə bürüyən bülbülün qarla bələnmiş qızıl gülünə bax! Ürkək-ürkək yollara boylandığı bir vaxtda qışın göndərdiyi qar onun eşqini soyutmaqmı istəyir? Yoxsa ləçəklərini üşütməzdi. Bəlkə ana təbiətin bir sınağıdır bu? Bir-birindən incik düşən fəsillər indi necədə qolboyun olublar! Baxın, bir gül butasında baharla qış necə görüşürlər?! Bu, təbiətin möcüzəsi deyilmi?

    Qış rəngləri də çaşdırıb. Ağ, yaşıl, qırmızı, sarı… Bir kolun budağında bu rənglərin “Yallı”sına diqqət yetirin! Adam sehirlənir.

    Yaşa səni, mənim ovsunlu Ana Təbiətim! Daha ətraflı »

    Teqlər: