Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt
    Digər Müdrik kəlamlar üçün şərhlər bağlıdır

    220px-hegel_portrait_by_schlesinger_1831Pis yaradılışlı adam Allaha yalvarmasın deyə Allah ona dərd-kədər verməz. Unutma, Fironun başı bir dəfə belə ağrımadı.
    Pulunu ver, könülünü ver, canını ver. Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma!
    Sev səni sevəni dağda çoban olsa da, sevmə səni sevməyəni Misirdə sultan olsa da!
    Sevgi və şəfqət insanlığın məhək daşıdır.
    Sən yerdə olanlara mərhəmət et ki, göydə olanlar da sənə mərhəmət etsin. Səndən aşağıda olanın halına acı ki, səndən üstün olan da sənə acısın.
    Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.

    Teqlər:

  • 18Okt
    Digər UĞURLARA VERİLƏN LAYİQLİ QİYMƏT üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-163-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8fHaqqında yazmaq istədiyim, hamı kimi mənim də şəxsiyyətinə çox böyük hörmət bəslədi- yim bir insandır. Təxminən bir neçə il əvvəl onun barəsində kiçik bir məqalə işləmişdim. Bu gün yazmağımın səbəbi isə onun fəxri ada layiq görülməsi, ölkə rəhbərinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasıdır.
    Hamının hörmətini qazanmış bu insan rayon statistika idarəsinin rəhbəri Ədalət Məmmədovdur. Ədalət müəllim, haqqında həmişə xoş sözlər söylənilən dövlət qulluqçularından sayılır. O, çox da böyük olmayan bir kollektivə rəhbərlik edir. Kollektivin çalışdığı sahəni rayonun güzgüsü adlandırmaq olar. İctimai mühitdə elə sahələr var ki, onlarsız həyatımızı təsəvvür etmək qeyri-mümkündür. Məktəbsiz-müəllimsiz təhsilimiz olmadığı, xəstəxanasız-həkimsiz sağlamlıqdan danışılmadığı kimi məlumatsız-rəqəmsiz statistikamız yoxdur. Elmin, texnikanın gündən-günə inkişaf etdiyi bir zamanda statistikamız da öz yerində saymayıb. O, elektron formaya, onlayn sistemə keçib. Bunu rayon rəhbərliyinin təşəbbüsü ilə Prezident tərəfindən yüksək mükafata layiq görülmüş Ədalət müəllimlə söhbətimiz zamanı bir daha təsdiq etdi və dedi:
    –Ölkədə aparılan islahatlar statistika sahəsindən də yan keçməyib. Hamıya məlumdur ki, son illərə kimi bizim idarəmiz uyğun olmayan binada yerləşirdi, köhnə avadanlıqlardan istifadə edilirdi. Hazırda yüksək standartlara cavab verən, hər cür müasir avadanlıqlarla təchiz olunmuş idarəmiz var. Artıq bütün məlumatları elektron sistemlə işləyirik. Onu da bildirim ki, hələ 2014-cü ildə mənə Dövlət Statistika Komitəsinin sərəncamı ilə Dövlət Qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilib. Daha ətraflı »

    Teqlər:

  • 18Okt
    Digər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır

    QAYĞI VARSA, YAŞAMAĞA DƏYƏR

    dsc_7800Xanoğlan kişi həyatında birinci dəfəydi ki, təyyarəyə minirdi. Qızı Könül əl çəkməmişdi. Demişdi ki, Astanaya gəlib bizim həyatımızla tanış ol, bu şəhərin görməli yerlərinə bax. Axı, bütün ömrün boyu başın işdən açılmayıb ki, görəsən dünyada nə var, nə yox. İndi əsl istirahət etmək vaxtıdır.
    Xanoğlan kişi ürəyində qızı ilə razılaşırdı. Düşündü ki, Könül düz deyir. İllər uzunu müxtəlif sahələrdə bənna, rəngsaz, suvaqçı işləyəndə o, bax, belə günləri, övladlarının xoş güzəranını gözləri qarşısına gətirib, yorulmaq bilmirdi. Bağında ən nadir meyvələri əkib, barını gözləyən bağban kimi, uşaqlarının bəhrəsini görmək istəyirdi. Təyyarə Astana şəhərinin hava limanına çatmışdı. Hələ enməmişdən şəhərin gur işıqlarını görən ata ürəyində çox sevindi. Bax, bu işıqların arasında onun övladının da isti, xoşbəxt yuvasının işığı var.
    Hava limanında onu bütün ailə qarşılayırdı: kürəkəni İlqar, qızı və üç nəvəsi–Rəşad, Arzu, Ruslan.
    İlqar Rzayevin ailəsi Qazaxıstanda Azərbaycanı ləyaqətlə təmsil edən ailələrdəndir. İlqar müəllim özü vergi müfəttişidir, Rəşad Malaziyada ali məktəb bitirib və yaşadığı ölkənin Prezident Administrasiyasında çalışır. Arzu hüquqşünasdır. Sonbeşik Ruslan da bu ixtisası seçib. Hazırda universitetin hüquq fakültəsində təhsil alır.
    Ailə üzvləri Qazaxıstanda Azərbaycan diasporu ilə sıx əlaqə saxlayırlar. Astanada qonaq olan azərbaycanlıları, xüsusən də mədəniyyətimizi təmsil edənləri evlərinə aparır, onları xalqımıza məxsus qonaqpərvərliklə qarşılayırlar. Aşıq Ədalət, Yusif Nəğməkar və başqaları dəfələrlə bu ocağın qonağı olublar.
    Ata üçün övladının yaxşı gününü görməkdən böyük xoşbəxtlik nə ola bilər? Hava limanından qızının evinə gələnədək yolboyu Xanoğlan kişi bu barədə düşünür, xəyalən keçmişə qayıdır, uşaqlarını necə əziyyətlə böyütdüyünü xatırlayırdı. Daha ətraflı »

    Teqlər:

  • 18Okt
    Milli-mənəvi dəyərlər NARAHAT ŞƏHİD RUHU üçün şərhlər bağlıdır

    15buNəcməddin Savalanov İmişli rayonunun Göbəktala kəndində 1985-ci ilin 26 fevralında dünyaya gəlmişdi. O, üç qardaşın ortancılı idi. Uşaqlıqdan onu qardaşlarından fərqləndirən bir cəhət varıydı, o da hərbçi olmaq arzusu idi. Bu arzu ilə yaşamağının səbəbi isə 2 əmisinin hərbçi olması idi…O, əmisinin əsgər papağını başına qoyub, güzgüyə baxıb deyirdi: “ Mən də əmim kimi komandir olacam”.
    …Quş qanadlı illər bir-birini əvəz etdikcə Nəcməddin də arzularının dalınca qanadlanıb uçurdu. Səkkizinci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil oldu. Sonra Heydər Əliyev adına Hərbi Komandirlər Məktəbində təhsilini davam etdirdi. İlk iş yerinə leytenant rütbəsi ilə başlayan Nəcməddin ayrı-ayrı hərbi hissələrdə komandir, qərargah rəisi işləyib. Həmişə də üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib.
    Nəcməddin 4 yaşında olarkən atasını itirmişdi. Atasının 31 yaşı olarkən avtomobil qəzası nəticəsində dünyasını dəyişmişdi. Anası Ramilə müəllimə yaşadıqları Göbəktala kəndindəki orta məktəbdə sinif müəllimi işləyərək ailənin yükünü öz çiyinlərinə götürmüşdü. Övladlarının üçünə də həm ata, həm ana qayğısı göstərərək ərsəyə çatdırmışdı. Hər üçü ailəli idi. Ana övladlarından güc-qüvvət alaraq yaşayırdı. Lakin cəbhə bölgəsində olduğu üçün oğlu Nəcməddindən nigaran idi. Sən demə bu narahatçılıq nahaq deyilmiş Ramilə ananın ürəyinə qara fikirlərin gəlməsi onun hissiyatından qaynaqlanırmış.
    Aprelin 2-də Tərtər rayonunun Qapanlı kəndində düşmən təxribatının qarşısını almaq üçün döyüş tapşırığını yerinə yetirən bu vətənpərvər oğlan ağır yaralanır. Döyüş yoldaşı Nəcmulla Əliyev deyir: Daha ətraflı »

    Teqlər: ,

  • 18Okt
    Digər ZƏNGİLAN RAYONUNUN İŞĞAL EDİLMƏSİNİN 23 İLİ TAMAM OLUR üçün şərhlər bağlıdır

    dagliq-qarabag-isgal-liderxeberOktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur.
    1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.
    Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.
    Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
    İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və başqa yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir. Rayon ərazisində 1974-cü il də yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər.
    Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.

    Teqlər:

  • 18Okt
    Digər BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI GÜNÜ üçün şərhlər bağlıdır

    onu_diploosBirinci Dünya müharibəsi (1914-1918) 15 milyon insanın həyatına son qoydu. Müharibənin bütün dəhşətlərini görmüş Avropa xalqları birgə bəyanat qəbul etdilər: “Müharibə olmasın!” Birinci Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal sülh konfransında (1914) sülhü müdafiə etmək naminə beynəlxalq birliyin yaradılması ideyası irəli sürüldü. Bu ideyanın müəllifi ABŞ prezidenti Vudro Vilson idi. Bu təklif konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı və Millətlər Cəmiyyəti adlanan beynəlxalq təşkilat yaradıldı. Bu təşkilat elə yarandığı ilk gündən çətinliklərlə qarşılaşdı. ABŞ Senatı Vilsonun Millətlər Cəmiyyətinə daxil olmaq barədə təklifini rədd etdi. SSRİ yalnız 1933-cü ildə bu təşkilata daxil oldu, lakin tezliklə – 1939-cu ildə Finlandiya ilə müharibədə təqsirləndirilərək oradan qovuldu. 1939-cu ildə Almaniya Çexoslovakiya və Polşaya soxuldu. Bununla da İkinci Dünya müharibəsi başlandı. Bu, Millətlər Cəmiyyətinin dağılması demək idi.
    İkinci Dünya müharibəsi (1939-1945) başa çatanda dünya xalqları bir daha qətiyyətlə dedilər: “Müharibə olmasın!” Bu dəfə müharibə 60 milyon insanın həyatına son qoymuşdu. Əbədi sülhü bərqərar edib möhkəmləndirən yeni bey-nəlxalq birliyin yaradılması zərurəti meydana çıxdı. Daha ətraflı »

    Teqlər:

  • 17Okt
    Digər “Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda seminar keçirilib üçün şərhlər bağlıdır

    foto-at%c9%99t-1foto-at%c9%99t-2Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə “Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda ikigünlük seminar keçirib.

    Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Mərkəzin müşaviri Aytən Qəhraman, şöbə müdirləri Rəşad İlyasov və Sərxanbəy Xuduyev, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç iştirak edib.

    Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov çıxış edərək Dövlət müşaviri Kamal Abdullayevin adından seminar iştirakçılarını salamlayıb. O, Azərbaycanın multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını qeyd edib. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşdıqları və dini radikalizmin qarşısının alındığı diqqətə çatdırılıb. Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    ŞƏHƏRİMİZDƏ BİR KÜÇƏ VAR…

    sehid1Tərtər şəhərinin yaraşıqlı küçələrindən biri şəhid İlqar Həsənovun adını daşıyır. Qısa, lakin mənalı ömür yaşayan bu qəhrəman rayonumuzun Söylən kəndində çoxuşaqlı ailədə doğulub. Onlar 4 oğlan, 3 qız olublar. Valideynləri ailənin ruzisini böyük zəhmətlə qazanıblar. Hər ikisi kolxozun fermasında işləyiblər. Gözlərini açandan ailədə bu cür dolanışığı görən uşaqlar da böyüdükcə ata-analarına kömək ediblər. Ilqarın anası Bağdagül Həsənova söhbət edir ki, bir dəfə fermanın malheyvanını dağa aparmışdıq. Ilqar da bizimlə getmişdi. 10 yaşı yenicə tamam olmuşdu. Fermanın sənədləşmə işləri ilə bağlı ikimiz də geri dönəsi olduq. Güman edirdik ki, axşam qayıdacağıq. Amma bu, mümkün olmadı. Ilqar fermanın sürüsünü də qorudu, özü də heç bir həyəcan keçirmədi. Ona görə ki, körpəlikdən o yerlərə çox yaxşı bələd idi. Dağlarda hər cığırı tanıyırdı. Canavarları sürüdən necə uzaqlaşdırmağı, özünü necə qorumağı bilirdi.
    Bağdagül ana danışır ki, sonralar müharibə zamanı onun bu təcrübəsi çox köməyə gəlirdi. Ən çətin məqamlarda İlqarı kəşfiyyata göndərirdilər. O, canından artıq sevdiyi o dağların erməni tapdağında qalmasına dözə bilmirdi. Bütün varlığı ilə torpaqlarımızın işğaldan azad olunmasına çalışırdı. Burada ona təkcə həmin yerləri yaxşı tanıması deyil, həm də peşəkar hərbiçi bilikləri kömək edirdi. Çünki qəhrəman döyüşçü milli orduya gəlməzdən əvvəl Sovet Ordusu sıralarında Polşada xidmət etmişdi, özü də təyyarələrin uçuş meydançasında. Doğulduğu kənddən, bir də yayda qalxdığı yaylaqlardan başqa heç yeri görməyən İlqar üçün burada hər şey yeni idi. Buna baxmayaraq, tezliklə uçuş meydançasında məsuliyyəti və bacarığı ilə seçilən ən nümunəvi əsgərlərdən biri oldu və hətta uzaq Polşadan Söylən kəndinə bu barədə razılıq məktubu da göndərildi… Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Digər 25 YAŞINDA ŞƏHİD OLDU üçün şərhlər bağlıdır

    sehid-2“Torpaq uğrunda ölən varsa, Vətəndir”–deyimini tez-tez işlədirik. Bu da əbəs deyil. Vətən, torpaq uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalanlar xalqın yaddaşına əbədi həkk olur. Nəsildən nəsilə ötürülür.
    Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də İbrahimov Oktay Qaçay oğludur. Oktay 1967-ci il noyabrın 24-də rayonumuzun Dəmirçilər kəndində anadan olub. 1984-cü ildə Dəmirçilər kənd tam orta məktəbini bitirib. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurandan sonra Gəncədə qaynaqcı peşəsinə yiyələnmişdi. 1993-cü il aprelin 5-də Tərtər Özünümüdafiə Batalyonuna yazılıb. Mayın 3-də Talış kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Bakıdakı hərbi qospitalda müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb. Avqust ayının 17-də Ağdərə istiqamətindəki 3 №-li sovxoz ətrafındakı döyüşlərdə şəhid olub.
    Qardaşı Behbud deyir ki, ailədə çox uşaq olsaq da, atam Qaçay kişi Oktayı hamımızdan çox istəyirdi. Elə ona görə də düz 16 il atam “Oqtay” deyə-deyə dünyasını də-yişdi. Yəqin ki, bu da bir alın yazsı imiş. 25 yaşında şəhid oldu.
    Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
    Oktayın digər bir qardaşı Maarif İbrahimov da torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. İndi İbrahimov Maarif Qaçay oğlu da Qarabağ müharibəsi veteranıdır. Onun döyüşçü yoldaşları Maarif haqqında həmişə xoş sözlər danışırlar. Çünki o da qorxmaz, igid oğlan olub.

    Mirzə Nəsir

    Teqlər:

  • 07Okt
    Digər VALİDEYNƏ HÖRMƏT HAQQINDA üçün şərhlər bağlıdır

    1.Bir kişi Rəsulullahdan soruşdu: “Valideynin övlad üzərində haqqı nədir,” Peyğəmbər (s) buyurdu: “Onlar sənin cənnətin və cəhənnəmindir.”
    2.Heç bir ata övladına gözəl tərbiyədən qiymətli şey verə bilməz.
    3.Allahın rizası (razılığı) valideynin rizasıyla, Allahın qəzəbi də valideynin qəzəbiylədir.
    4.Ömrünüzün uzanmasını və ruzinin artmasını istəyirsinizsə, ata-ananıza ehtiram edin, qohumlarınıza baş çəkin.
    5.Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar.
    6.Atası öldükdən sonra onu yad etmək istəyən kimsə qoy onun dostları ilə əlaqə saxlasın.
    7.Ataya itaət Allaha itaət, ataya üsyan Allaha qarşı üsyan deməkdir.
    8.Xeyir -bərəkət qocalardadı.
    9. Üç duanın olacağına şübhə yoxdur: məzlumun duası, qocanın duası, ata-ananın övlada etdiyi dua.
    10.Yaxşı övlad öz valideyninə gündə neçə dəfə hörmət və məhəbbətlə baxsa, hər baxışı üçün ona bir həcc savabı olar.

    Teqlər: