Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10May
    Xəbərlər Tərtərdə Ümummilli Liderə həsr olunmuş fotosərgi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə sərgi keçirilib.

    Sərgidə tədbir iştirakçıları Ulu Öndərin Tərtər rayonuna 1975, 1976 və 1978-ci illərdə səfərlərini əks etdirən foto şəkillərə, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin çəkdikləri rəsm və hazırladıqları dekorativ tətbiqi sənət nümunələrinə baxıblar. Daha ətraflı »

  • 10May
    Xəbərlər Tərtərlilər Ümummilli Lider Heydər Əliyevə ümumxalq məhəbbətini nümayiş etdirdilər üçün şərhlər bağlıdır

    May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubleyi Tərtər rayonunda da qeyd olunub. Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər. Daha ətraflı »

  • 09May
    Digər 2023-cü il “Heydər Əliyev İli”dir üçün şərhlər bağlıdır

    “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

    Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün əsasını Azərbaycançılıq məfkurəsi təşkil edir.

    Ümummilli Lider deyirdi: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.”

    “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik.” – deyən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi.

    O hesab edirdi ki, “Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur.”

    Heydər Əliyev bildirirdi: “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur.”

    Öz xalqının vətənpərvərliyini yüksək qiymətləndirən Ümummilli Lider deyirdi ki, “ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir.” “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.” “Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib gedir.” Daha ətraflı »

  • 09May
    Digər Heydər Əliyev –100 üçün şərhlər bağlıdır

    Azərbaycan xalqına həsr olunmuş fədakar ömür

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

    1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdir.

    1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirmişdir. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə general-mayor rütbəsi vəzifəsinə layiq görülmüşdür. Daha ətraflı »

  • 09May
    Digər 9 May Faşizm üzərində qələbə günüdür üçün şərhlər bağlıdır

    Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

    1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.

    Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Daha ətraflı »

  • 08May
    Qazilərimiz Tərtərdə daha bir Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Milli Məclisin  deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər şəhər sakini, 2-ci qrup Vətən Müharibəsi əlili, mülki şəhid Ədavət Axundovun qızı ilə ailə həyatı quran İsmayılzadə Elvin Şakir  oğlunun toy mərasimində iştirak edib.

    Toy şənliyində iştirak edən rayon rəhbəri qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışıb. Elvinin torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”-deyib.

    İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız olduğunu bildirib.

    Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu bildirib. Daha ətraflı »

  • 08May
    Qazilərimiz Tərtərdə daha bir Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov şəhid Şaban Cəfərov adına Xeyriyyə Cəmiyyətinin sədri Nərmin Şaban qızı, Dayaq Vətən Müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər şəhər sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Mehdizadə Elmin Elgün  oğlunun toy mərasimində iştirak edib.

    Toy şənliyində iştirak edən rayon rəhbəri qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışıb. Elminin torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”-deyib.

    İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız olduğunu bildirib. Daha ətraflı »

  • 08May
    Digər Prezident kuboku-2023″ reqatasının birinci gününə yekun vurulub üçün şərhlər bağlıdır

    Suqovuşan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” reqatasının birinci gününə yekun vurulub.

    Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 20-dək ölkədən avarçəkmənin kayak və kanoe növlərində 100-dən çox idmançı mübarizə aparıb.

    Yarışlar Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

     

  • 08May
    Xəbərlər “Prezident kuboku-2023” reqatasında iyirmiyədək ölkədən 100-dən çox idmançı mübarizə aparır üçün şərhlər bağlıdır

    Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2023” reqatası start götürüb.

    Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reqata Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

    Suqovuşan su anbarında təşkil olunan yarışa 20-dək ölkədən 100-dən çox idmançı qatılıb. Onlar kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüş edəcəklər.

    Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

     

  • 08May
    Digər “NƏ QƏDƏR Kİ, AZƏRBAYCAN VAR, MƏN DƏ VARAM! MƏN İSƏ AZƏRBAYCANDA HƏMİŞƏ OLACAĞAM”. Ümummilli Lider Heydər Əliyev üçün şərhlər bağlıdır

    Yeni tariximizi yazmış tarixi şəxsiyyət

    İnsan yarandığı gündən işığa doğru can atır. Əgər bir anlıq tarix səhifəsində yaddaşımıza iz salan səxsiyyətləri göz önünə gətirsək, demək olar ki, ilk baxışda əzəmətli, dürüst, məğrur görkəmi, işıqlı siması ilə canlanan Heydər Əliyevi görəcəyik. Ulu Öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, o, özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, islam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu Öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.
    Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən çətin məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. 10 may 1923-cü ildə Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Moskvadan qayıtdıqdan sonra Heydər Əliyev əziyyətli və ağır şəraitə baxmayaraq, muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə, onu təcavüzkarlardan qorumağa nail oldu, bircə kənd də düşmən əlinə keçmədi. O ağır günlərdə Ulu Öndər deyirdi: “Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm… Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir”. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız Azərbaycan və Heydər Əliyevin adını qəlbində əbədi yaşadacaq. Daha ətraflı »