Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May
    Şəhidlər Tərtərin küçələrindən biri Rasim Mürsəlovun adını daşıyır üçün şərhlər bağlıdır

    Birinci Qarabağ müharibəsi şəhidi Rasim Mürsəlov 1956-cı il may ayının 17-də Tərtər şəhərində anadan olub. Sadə, zəhmətkeş ailədə böyüyüb. Özü də müxtəlif peşələrə, o cümlədən rəngsazlığa, sürücülüyə maraq göstərib. Odur ki, 1972-1974-cü illərdə keç-miş Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurandan sonra Bakı şəhərindəki 48 nömrəli texniki peşə məktəbində təhsil alıb və paytaxtda qalıb işləyib.
    Lakin ötən əsrin 90-cı illərinin əvvəlində ermənilərin törətdikləri təxribatlar nəticəsində rayonumuzda vəziyyət gərginləşəndə, Rasim Tərtərə qayıdıb və bir müddət sürücü işləyib. “Tərtər Özünümüdafiə Batalyonu” yaradılarkən könüllü olaraq həmin batalyona yazılıb.
    Rasim Mürsəlov Qarabağ müharibəsi tarixinə “Marquşevan əməliyyatı” adı ilə daxil olmuş döyüşün iştirakçısıdır. Həmin döyüş 1992-ci il aprelin 10-da başlamış və 2 gün davam etmişdir. Batalyona yerli polis əməkdaşları və mülki əhali yaxından kömək edirdi. Tərtərlilər qəhrəmancasına vuruşurdular. Daha ətraflı »

  • 06May
    Digər Azərbaycanın siyasəti bütün dövlətlərlə münasibətlərin normallaşması istiqamətində aparılır üçün şərhlər bağlıdır

    Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda çıxış edib.

    Dövlət başçısı bildirib ki,  Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur.

    Qeyd olunub ki, cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.

    Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.

    Biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq. Daha ətraflı »

  • 01May
    Xəbərlər Vətəndaşların nəzərinə! üçün şərhlər bağlıdır

    30 aprel 2023-cü il tarixdə axşam saatlarında rayon ərazisinə yağan aramsız yağış Dəmirçilər, Ağkənd, Həsənqaya və Çaylı kəndlərinə sel gəlməsinə səbəb olmuşdur. Bununla əlaqədar həmin ərazilərə sellə birlikdə  partlamamış hərbi sursat və şübhəli əşiyaların gəlmə ehtimalını nəzərə alaraq bu halda vətəndaşlardan Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və DİN-in “102” xidməti-zəng mərkəzi zəng etmələrini xahiş edirik.

     

     

  • 01May
    Xəbərlər Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır üçün şərhlər bağlıdır

    Axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub.

    Güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər, Ağkənd və Çaylı kəndlərində  fərdi təsərrüfatlara, taxıl, arpa, yonca, meyvə bağlarına və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəymişdir.

    Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmış, ötürücü su arxları təmizlənərək, kəndlərə daxil olan sel sularının qarşısının alınması işləri aparılır.

    Həmçinin rayonun Həsənqaya, Çaylı, Qaynaq, Yuxarı Qaradağlı, Qaraağacı, Qapanlı, Düyərli, İrəvanlı, İsmayılbəyli, Səhlabad, Yuxarı Qapanlı, Qazyan, Soyulan və Əskipara kəndlərinə yağan güclü dolu nəticəsində vətəndaşlara məxsus təsərrüfatlara və əkin sahələrinə də ziyan dəymişdir.

    Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə sel hadisəsi baş verən Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.

     

  • 01May
    Digər “Heydər Əliyev İli -2023”: “Uşaq Gənclər İdman Şahmat məktəbinin kollektivi “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiya ediblər üçün şərhlər bağlıdır

      Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat məktəbinin kollektivi Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiyası təşkil edilib.

    Əvvəlcə ekskursiya iştirakçılarına muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında onların xüsusi əhəmiyyəti var. Daha ətraflı »

  • 29Apr
    Şəhidlər İcra başçısı Müstəqim Məmmədov rayonun Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədov birlikdə “Rəşadət” ordenli, Vətən müharibəsi şəhidi  Qənbər Qənbərlinin rayonun Kəngərli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

    Rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tarixmizi yazan şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Qənbər Qənbərlinin keçdiyi şərəfli ömür yoluna nəzər salıb.

    Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

    Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Kəngərli kəndində keçirilib.

    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.

    Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Rayon rəhbəri aprelin 23-də Azərbaycanın tarixində ən əlamətdar bir tarix kimi yaddaşlara həkk olunduğunu bildirib. Qeyd olunub ki, həmin tarixdə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində süverenliyinin növbəti təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın-əminamanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır. Daha ətraflı »

  • 28Apr
    Digər Heydər Əliyev ili–2023 üçün şərhlər bağlıdır

    XALQIN ULU ÖNDƏRƏ OLAN MƏHƏBBƏTİ SONSUZDUR

    Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə konkret, məqsədyönlü, uğurlu siyasət aparmış və Azərbaycan vətəndaşları bunun müqabilində firavan həyat sürməkdədirlər. Hələ Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərərkən Azərbaycan xalqına xidmət etmək Heydər Əliyevin amalı, onun ən ümdə vəzifələrindən biri olmuşdur.
    1969-cu ildən, Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən Ulu Öndərin işgüzar fəaliyyətinin bəhrələrini Azərbaycan vətəndaşları öz həyatlarında yaxından hiss etmişlər. Bu nailiyyətləri sadalamaqla bitən deyil.
    Şirvan zonasında olan şoran torpaqlarda münbit şərait yaradıldı. Bakı Kondinsionerlər Zavodunun açılmasına görə Ukrayna dövləti 2 il Azərbaycanla incik vəziyyətdə qaldı. Çünki həmin kondinsionerlər zavodu Ukraynada açılmalı idi. Lakin, Ulu Öndərin səyi nəticəsində həmin müəssisə məhz Bakıda açıldı.
    1978-ci ildə Azərbaycan Konstitusiyası qəbul edildi. Ulu Öndər öz xatirələrində bu-nunla bağlı belə qeyd edirdi: “Məni o vaxt SSRİ-nin rəhbərlərindən biri Ponomaryov yanına çağırtdırıb dedi ki, Qarabağda yaşayan ermənilərə ayrıca xüsusi bir status vermək lazımdır”. 2 gün sonra Azərbaycan Konstitusiyası qəbul edilməli idi. Ulu Öndər bu təklifdən dərhal sonra bir günün içərisində Sov.İKP MK-nın Baş Katibi Brejnev ilə görüşüb bu məsələni müsbət həll etdi. Daha ətraflı »

  • 28Apr
    Digər “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və Bölgə Təcrübə Stansiyasının kollektivi iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
    Sonra “dəyirmi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    “Dəyirmi masa”da iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. Daha ətraflı »

  • 28Apr
    İdman Tərtər İdman Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib üçün şərhlər bağlıdır

    Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin və Tərtər Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib.
    Yarışdan öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti ola-raq onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, N. saylı hərbi hissənin polkovniki Seymur Həbibullayev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər Olimpiya İdman Kompleksinin müdiri Emin Dadaşov, Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən tədbirlərdən, idman yarışlarından, “dəyirmi masa”, elmi konfranslar və sair tədbirlər haqqında məlumat verib və id-mançılara uğurlar arzulayıblar.
    Yarışda 40 nəfər hərbçi, 25 nəfər məktəbli, 15 nəfər həvəskar idmançı iştirak edib. Daha ətraflı »