Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq
    Xəbərlər İki nüfuzlu dövlət rəsmi müttəfiq oldular üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı mətbuata bəyanat verib.

    Qeyd olunub ki, Prezident İlham Əliyevin son iki ildə Özbəkistana beş səfəri olmuşdur.

    Dövlət başçısı bildirib ki, müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.

    Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.

    Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik.

    Daha ətraflı »

  • 26Avq
    Digər 26 avqust Laçın şəhəri günüdür üçün şərhlər bağlıdır

    Xəyanətin qurbanı olan Laçın Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycana təhvil verilib

    1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

    Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

    Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.

    Daha ətraflı »

  • 20Avq
    Digər Ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verən tarixi səfər üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Prezident İlham Əliyev cari ilin 19 avqust tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Bu Səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

    Qeyd olunub ki, yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Cari il iki dəfə – bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüş təşkil olunmuşdur.

    Səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir.

    Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq. Daha ətraflı »

  • 16Avq
    Digər 1 sentyabr Milli Məclisə növbədənkənar seçkilər günüdür üçün şərhlər bağlıdır

    TƏRTƏRDƏ SEÇİCİLƏRİN ƏHVAL – RUHİYYƏSİ YÜKSƏKDİR

    97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində növbədənkənar parlament seçkilərinə hazırlıq işləri yüksək səviyyədədir.
    Məntəqənin sədri Məzahir Cəfərov deyir:
    –Seçki məntəqəsi zəruri texniki və metodiki vasitələrlə, elektrik generatoru ilə təmin edilib, burada veb-kameralar quraşdırılıb. Seçicilərin namizədlərə öz münasibətlərini sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb. Məntəqədə seçkini izləyəcək yerli və xarici müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
    Öyrəndik ki, qarşıdan gələn bu mühüm siyasi kampaniyada iştirak edənlərin 6 nəfəri ilk dəfə səs verənlər, 3 nəfəri əlildir. 11 nəfər seçicinin yaşı 80-dən yuxarıdır. Məntəqəyə gələ bilməyənlər üçün daşınan qutu hazırlanıb.
    1940-cı il təvəllüdlü seçici Camal Kərimovla əlaqə saxladıq. O dedi:
    –2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbəmiz və bundan sonra keçirilən antiterror əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan azad edildi, suverenliyimiz tam təmin olundu. Bundan sonra insanlarda böyük ruh yüksəkliyi, qurub-yaratmaq həvəsi yaranıb. O cümlədən qəhrəman tərtərlilər 30 ildən artıq bir müddətdə daim mənfur qonşularımızın hücumlarına məruz qalan rayonumuzu abadlaşdırır, gözəlləşdirirlər. Biz qarşıdan gələn siyasi kampaniyada da fəal iştirak edəcəyik. Daha ətraflı »

  • 16Avq
    Digər Rayon rəhbərinin səyyar qəbul-görüşləri üçün şərhlər bağlıdır

    İqtisadi göstəricilər artdıqca, əhalinin rifahı yaxşılaşır

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Cəmilli kənd İƏD üzrə nümayəndəliyin Bala Kəngərli kəndində keçirilib.
    Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bala Kəngərli kəndində görülən işlərdən, sakinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
    Qeyd olunub ki, Bala Kəngərli kəndinin 358 hektar ərazisi, 141 təsərrüfatı, 636 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 3 ticarət obyekti, 1 iaşə obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 298 baş iribuynuzlu, 259 baş xırdabuynuzlu heyvan, 2560 baş quş, 95 arı ailəsi saxlayırlar. Daha ətraflı »

  • 16Avq
    Xəbərlər Keçmiş döyüşçü ziyarət olunub üçün şərhlər bağlıdır

    Rayon rəhbəri Bala Kəngərli kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Abbasov Əkrəm Əşrəf oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, Əkrəm Abbasov Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından Ağdərə Rayon Polis Şöbəsinin əməkdaşı olaraq döyüşlərə qatılmış, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə həmin istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
    Əkrəm Abbasova müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir.

     

  • 16Avq
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Bu istiqamətdə rayonda görülən işlər müzakirə edilib, yeni hədəflər müəyyənləşdirilib

    Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində İƏD üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyindən danışıb. Ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyiş-mələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib. 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirərək, bu il çərçivəsində ötən müddət ərzində Tədbirlər Planına uyğun olaraq Tərtər rayonunda görülən işlər haqqında ətraflı məlumat verib.
    Sonda rayon rəhbəri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verib.

     

  • 16Avq
    Kənd təsərrüfatı Ulu Öndərin tövsiyəsini unutmayaq! üçün şərhlər bağlıdır

    Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Heydər Əliyev

    2023-cü il dekabrın 25-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
    Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətinin etibarlı və məsluliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhvəsini verdiyi qeyd olunur.

    Bu gün bütün dünyanı narahat edən problemlərdən biri də iqlim dəyişmələridir. Ölkəmiz də bu problemlərdən yan keçməyib. Planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, daşqınlar, torpaq sürüşmələri, bir çox xəstəliklər Azərbaycana da öz təsirini göstərir.
    Həyatımızı daha rahat, sağlam, yaxşı yaşamaq üçün təbii sərvətlərdən səmərəli istifadə etməli və təbiəti qorumalıyıq.Təbiətə qarşı zorakılıq törədənləri isə maarifləndirməliyik. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri getdikcə insanları daha çox narahat etməkdədir. Təbii ki, bu dəyişikliklər təkcə təbiətlə bağlı deyil, havaya buraxılan raketlər, maşınlardan çıxan zəhərli qazlar, məişət tullantıları, ərazilərin çirkləndirilməsi, yaşıl sahələrin qurudulması buna səbəb ola bilir. Bu problemlərin həlli üçün təbiəti qoruyan qurumlara və təşkilatlara kömək etməliyik. Dövlət qurumları mütəmadi olaraq təmiz enerjidən istifadəni, tullantıların təkrar emal edilməsini, çirklənmiş ərazilərin yenidən təmizlənməsini həyata keçirirlər. Unutmayaq ki, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası hər birimizin borcudur.
    Meşə sahələrindən düzgün istifadə etməliyik. Təəssüflər olsun ki, son illərdə meşələrimiz insan əli ilə davamlı şəkildə zərər görür. Ətraf mühitin yaxşılaşdırılmasında, mühafizəsində meşələrin rolu danılmazdır. Bu məsələ ilə bağlı ölkəmizdə ardıcıl tədbirlər görülür. 2010-cu ilin “Ekalogiya ili” elan edilməsi problemlərin həllinə mühüm töhvələr verib.
    Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmasıdır. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
    İşğaldan azad edilmiş torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilmişdi. Azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işləri ilə bərabər ətraf mühitin qorunması da ön plandadır. Torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” layihələri aparılır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına çıxarılması enerji siyasətinin əsasını təşkil edir.
    Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda da ardıcıl tədbirlər davam etdirilir. Belə ki, yol kənarlarında, kənd və qəsəbələrdə hamılıqla iməciliklər keçirilir, buradakı yaşıllıqlara qulluq göstərilir, ağac əkini mövsümündə yeni ağaclar əkilir. Ərazilərdə olan məişət tullantıları daşınır, səliqə-səhman yaradılır. Təbiəti qorumaqla biz öz sağlamlığımızı və gələcəyimizi qoruyuruq.
    Daha ətraflı »

  • 16Avq
    Digər “Nümunəvi valideynlik İnstitutu” üçün şərhlər bağlıdır

    Tərtər Peşə Məktəbinin binasında “Regional Gender Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində tədbir keçirib.
    Tədbirdə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Svetlana Əzizova, Rəqsanə Quliyeva, Tərtər şəhərindən, Yuxarı Qapanlı, Soyulan, Səhlabad, Cəmilli, Evoğlu, Azad Qaraqoyunlu, Qaynaq, Düyərli, Seydimli, İsmayılbəyli, Qaraağacı kəndlərindən olan valideynlər və himayədarlar iştirak ediblər.
    Əvvəlcə rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Svetlana Əzizova və Rəqsanə Quliyeva çıxış edərək qonaqları təqdim edib və mövzu haqqqında məlumat veriblər.
    Layihə rəhbəri Ş.Dadaşova və ekspert A.İmanova layihə və donor təşkilatı haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə danışıblar.
    Sonra mövzu ətrafında müzakirələr olub.

     

  • 16Avq
    Şəhidlər VƏTƏN ÜÇÜN CANINI FƏDA EDƏNLƏR üçün şərhlər bağlıdır

    “DÜŞMƏNİ QOVUB, TORPAQLARIMIZDAN ÇIXARMALIYIQ”

    Vətən sadəcə bir torpaq parçası deyil, millətin namusu, qüruru, ana qucağıdır. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin müqəddəs torpağıdır, qanımızın axdığı yerdir.

    Şəhidlik müqqədəs bir iş üçün canını fəda etməkdir. Din, torpaq, namus, bayraq uğrunda canından keçənləri şəhid adlandırırıq. Şəhidlik dinimizdə ən yüksək dərəcədir. Bu gün rahat yaşadığımız, əkib becərdiyimiz, bərəkətindən bəhrələndiyimiz torpaqlar üçün məhz şəhidlərimizə borcluyuq. Bizim də onlar, vətən qarşısında borcumuz bu torpaqları göz bəbəyi kimi qorumağımızdır.
    Bu ali yüksəkliyə ucalan insanlar ölmürlər. Ölümü ilə ölməzlik qazanan igid oğullarımızdan biri də Surxayzadə Cahangir Hətəm oğludur.
    Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı ildə iyulun 9-da rayonumuzun Qaynaq kəndində dünyaya göz açıb. Surxay ailənin ikinci övladıdır. Özündən böyük Babək adlı bir qardaşı var. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanır. Ailəsi deyir ki, Cahangir çox sevincli idi. Bu, onun gözlərindən oxunurdu. Ayrılarkən belə üzündən gülüş əskik olmadı.
    Anasına: “Ana, heç nədən qorxma, mən Vətənə olan borcumu layiqincə ödəyib geri, evimizə dönəcəm,” – deyərək, yola düşür. Əsgərliyə getməmişdən öncə hər kəslə bir-bir görüşüb sağollaşmışdı. Çox qohumcanlı uşaq idi.
    Əsgəri borcunu yerinə yetirdikdən sonra yenidən hərbiyə qayıdır. Ordumuzda müddətdən artıq hərbi qulluqcu kimi xidmət etməyə başlayır. Bu, onun uşaqlıq arzusu olub. Torpaqlarımızın düşmən tapdağı altında olması hər bir azərbaycanlı kimi Cahangiri də narahat edirdi. Bu işğalla heç zaman barışmırdı. İnanırdı ki, nə vaxtsa torpaqlarımızı düşməndən azad edəcəyik. Elə belə də oldu. Daha ətraflı »