Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05İyl
    Xəbərlər BMT QAK-ın TƏMSİLÇİLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_9624Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin müdir müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayevi qəbul etmişdir. BMT QAK-ın nümayəndələri aprel ayında gedən döyüşlər zamanı rayona dəymiş zərərin necə aradan qaldırılması ilə maraqlanmışlar.
    Rayon rəhbəri bildirmişdir ki, respublika Prezidenti cənab İlham Əliyevin Tərtərə səfərindən sonra dağılmış evlərin bərpası, dəymiş zərərin aradan qaldırılması üçün rayona 3 miliyon manat vəsait ayrılmışdır. Hazırda həmin vəsaitlə dağılmış evlər bərpa olunur, dəymiş ziyan aradan qaldırılır. Sonra rayon rəhbəri qonaqları maraqlandıran suallara cavab vermişdir.

    Teqlər:

  • 05İyl
    Xəbərlər UNİCEF-in NÜMAYƏNDƏLƏRİ QONAĞIMIZDIR üçün şərhlər bağlıdır

    DSC_0204(1)DSC_0044(1)BMT-nin Uşaq Fondunun (UNICEF) fövqəladə hallar üzrə rəhbəri Robert Makkarti, fövqəladə hallar üzrə mütəxəssisi Asim Rəhman, Fondun Azərbaycandakı nümayəndəliyinin yeniyetmə və gənclərlə iş üzrə mütəxəssisi Aida Aylarova Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə UNICEF-in birgə həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində Tərtər rayonunda səfərdə olublar.
    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon haqqında qonaqlara məlumat verib, cəbhə xəttində yerləşən yaşayış məntəqələri və orada yaşayan yeniyetmə və gənclərin həyat şəraiti ilə bağlı fikirlərini bölüşüb.
    Sonra BMT Uşaq Fondunun rəsmiləri və BAMF-ın təmsilçiləri rayon icra hakimiyyətində “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən Tərtər, Bərdə, Goranboy rayonlarının icra hakimiyyəti rəsmiləri, Gənclər və İdman idarələrinin rəhbərləri və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə birlikdə “dəyirmi masa”da müzakirələr aparıblar. Müzakirələr zamanı cəbhə xəttində yerləşən yaşayış məntəqələrində yaşayan yeniyetmə və gənclərin təhsil almaları, asudə vaxtlarını keçirmələri ilə bağlı fikirlər səsləndirilib. İcra hakimiyyətinin nümayəndələri ilə qonaqlar yeniyetmə və gənclərin fövqəladə hallar zamanı keçirdikləri psixoloji sarsıntı və bu problemlərin həlli yollarını müzakirə ediblər. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Xəbərlər, Sosial CƏBHƏ BÖLGƏSİNDƏ DAĞIDILAN EVLƏR  DÖVLƏT TƏRƏFİNDƏN BƏRPA EDİLİR üçün şərhlər bağlıdır

    38726dd0479ae708d5d5e8485f8b4792_9945603DSC_9350__copy_copy_9945605Prezident İlham Əliyevin təmas xəttində yaşayan insanlara
    davamlı diqqət və qayğısı böyük minnətdarlıqla qarşılanır

    Aprel hadisələrində Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində çox sayda yaşayış evlərinə ziyan dəymişdi.
    Ermənilər törətdikləri bu təxribatın layiqli cavabını aldılar. Canlı qüvvə və xeyli döyüş texnikası itirən düşmən geri otuzduruldu. Ancaq bu da faktdır ki, rayonun cəbhə xəttinə yaxın ərazilərdə yaşayan əhalinin rahatlığı pozulmuş, evləri yararsız vəziyyətə düşmüşdü. O ağrılı günlərdə Prezident İlham Əliyev bölgəyə səfər etmişdi. Ağdam və Tərtər rayonlarında yaranmış vəziyyətlə yerindəcə tanış olmuşdu. Ağır gündə, bərk ayaqda öz rəhbərini yanında görən insanların keçirdiyi hissləri təsəvvür etmək çətin deyil. Bölgə əhalisi ilə səmimi və unudulmaz görüşün sabahı günü Prezident xüsusi sərəncam imzaladı, müharibədən zərər çəkən evlərin təmiri və bərpası üçün dövlət büdcəsindən yetərincə vəsait ayırdı. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər OMBUDSMAN TƏRTƏRDƏ İCTİMAİ DİNLƏMƏ KEÇİRDİ üçün şərhlər bağlıdır

    DSC_9458DSC_9456Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən Tərtər rayonunda ictimai dinləmə keçirilmişdir.
    İlk olaraq Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə tər çiçəklər qoymuşlar.
    Tərtər şəhər Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, qaçqın və məcburi köçkünlərin, KİV-lərin nümayəndələri, habelə çoxsaylı əhali qrupları, ağsaqqallar, qadınlar və gənclər iştirak etmişlər.
    Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun açılış nitqi ilə başlanmışdır. O, Ombudsman Elmira Süleymanovanı salamlamış, Ombudsmanın yerli sakinlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarını, vəziyyətlərini daim diqqətdə saxladığını, tez-tez buraya, təmas xəttinə səfərlər etdiyini, əhali, əsgər və zabitlərlə görüşdüyünü yüksək dəyərləndirmiş, növbəti ictimai dinləmənin bu rayonda keçirilməsinə görə təşəkkürünü bildirmiş, insan hüquqlarının müdafiəsi və təbliği sahəsində burada həyata keçirilən tədbirlər haqqında danışmışdır. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər ŞƏHİD MEHRAC MAHMUDOVUN ADINI DAŞIYAN KÜÇƏNİN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Изображение 116DSC_9771 (Копировать)Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adı verilmişdir.
    Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimini Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov açmışdır. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açmışdır. Qeyd etmişdir ki, Mehrac Mahmudov 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
    Rayon rəhbəri Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər TƏRTƏRLİLƏR BU GÜNÜ QÜRURLA QEYD ETDİLƏR üçün şərhlər bağlıdır

    DSC_8708 (Копировать)Изображение 025Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyimizin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Belə bir vəziyyətdə hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş Günü kimi xalqımızın yaddaşında hər zaman əbədi yaşayacaqdır.
    Sonra rayon prokuroru Azər Hətəmov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər şəhər 5 saylı tam orta məktəbinin tarix müəllimi Nigar Vəliyeva çıxış ediblər. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər AMERİKA SƏFİRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_9034 (Копировать)Изображение 170Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Tərtər rayonuna səfər etmişdir. Səfər çərçivəsində yerli sakinlərlə və rəsmilərlə görüşən səfir onları narahat edən məsələləri, həmçinin əməkdaşlığın mövcud və yeni sahələrini müzakirə edib, ABŞ-ın dəstək ola biləcəyi sahələrlə maraqlanmışdı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfirə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
    Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə yüzlərlə evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər YADDAŞLARA ƏBƏDİ HƏKK OLUNAN TARİX üçün şərhlər bağlıdır

    DSC_8074Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birlikdə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirmişdir.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzində ucaldılmış büstü önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmiş, sonra həyat və fəaliyyətini əks etdirən foto stendə baxmışlar. Toplantı mərkəzin konfrans zalında davam etdirilmişdir.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimyyəti Başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov açaraq Milli Qurtuluş Gününün müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi bu günkü və gələcək nəsillərin yaddaşlarına əbədi həkk olunduğunu qeyd edib.
    Vətənpərvərlik ideologiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçi-rilməsindən, ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlardan danışaraq əmin olduğunu bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunun əhalisi respublikamızın və rayonumuzun sürətli inkişaf xəttinin davam etdirilməsinə öz töhfələrini artıracaqdır. Daha ətraflı »

  • 28İyn
    Xəbərlər AZƏRBAYCANDA MİLLİ İNSAN HÜQUQLARI GÜNÜ üçün şərhlər bağlıdır

    DSC_9478Изображение 14018 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”-nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları Günü təsis edilib.
    Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.
    2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Xəbərlər ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ üçün şərhlər bağlıdır

    2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Təəssüf ki, indi bu mövzu biz azərbaycanlılar üçün də ən ağrılı mövzulardan biridir. Ermənistanın ölkəmizə təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkəsinə çevirib. Dövlətimizin qayğısı ilə bu gün məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur.
    Bu problemlərin həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Böyük öndərin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlayıb.
    2003-cü ildən başlayaraq Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb. Daha ətraflı »

    Teqlər: