Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr
    Xəbərlər Dövlət müşaviri Kamal Abdullayev Fransa Milli Assambleyasının üzvü ilə görüşüb üçün şərhlər bağlıdır

    Foto Fransa Senatoru 1Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri  Kamal Abdullayev Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ilə görüşüb.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdəki milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünya ictimaiyyətinə  tanıdılması üçün atılan addımlardan, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən  ətraflı söz açıb. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Xəbərlər “HƏR ANIMIZ VƏTƏN DEYİR” üçün şərhlər bağlıdır

    DSC_2434(2)DSC_2483Aprelin əvvəllərində cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
    Tərtər şəhərində Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçı-lığı ilə “Hər anımız Vətən deyir” adlı kütləvi hərbi şöhrət bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirib, Azərbaycanın dövlət himnini ifa ediblər. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Xəbərlər TƏRTƏRDƏ İLK DƏFƏ “SAHİBKARLAR GÜNÜ” QEYD OLUNDU üçün şərhlər bağlıdır

    DSC_2729(1)Изображение 047Ölkə iqtisadiyyatında, məşğulluğun təmin olunmasında sahibkarlığın müstəsna əhəmiyyətini nəzərə alaraq Respublika Prezidenti cənab İlham Əliyev 21 aprel 2016-cı il tarixdə “Sahibkarlar Günü”- nün təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il aprel ayının 25-i “Sahibkarlar Günü” kimi qeyd ediləcək.
    Dövlət tərəfindən bu sahənin inkişafına göstərilən diqqət və qayğı tərtərli sahibkarları da ürəkdən sevindirmiş-dır. Bayramlarını qeyd etmək üçün onlar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bir araya toplaşmışlar.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra isə yığıncaq rayon Gənclər Mərkəzinin zalında davam etdirilmişdir.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə sahibkarları ilk peşə bayramları münasibəti ilə təbrik etmiş, ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsində onların rolundan danışmışdır. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Xəbərlər Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    TƏRTƏRDƏ QURUCULUQ İŞLƏRİ SAKİNLƏRƏ RAHATLIQ GƏTİRİR

    182e7ec7111f25bf00761ecc1f182c8bИзображение 062Təmas xəttində yaşayan tərtərlilər hətta cəbhədə vəziyyətin
    gərginləşdiyi vaxtda belə, tikinti-abadlıq işlərini davam etdirirlər. Bu işgüzarlığın sayəsində rayon ilbəil abadlaşır, əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll olunur.

    Tərtər şəhərinin Heydər Əliyev prospektinə və bir sıra küçələrinə asfalt-beton örtüyü salınması üçün hazırlıq işləri aparılır. E.Hüseynov küçəsi və küçənin davamı olan magistral yol isə Şıxarx qəsəbəsinədək artıq asfaltlanmağa başlanmışdır. Bundan əlavə, Tərtər çayı sahilində salınacaq yeni parkın ərazisi təmizlənir, ağaclar budanır. Ərazidən keçən yüksək gərginlikli elektrik hava xətti kənarlaşdırılmışdır. İndi park ərazisindən keçən Buruc arxı betonla üzlənir.
    Şəhərdəki çoxmərtəbəli ictimai yaşayış binalarının fasad və daxili hissələrinin suvanıb rənglənməsi, inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçasında, tikilən şahmat məktəbi və kənd təsərrüfatı idarəsinin inzibati binasında işlərin davam etməsi də rayonda aparılan tikinti-abadlıq tədbirləri sırasındadır. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Xəbərlər TƏRTƏR RAYONUNA DƏYMİŞ ZƏRƏR ARADAN QALDIRILIR üçün şərhlər bağlıdır

    Изображение 120Erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Tərtər rayonuna xeyli ziyan dəyib.
    Tərtər Rayon İcra Hakimiyyətindən bildirirlər ki, erməni silahlıları tərəfindən yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 22, Ağkənd kəndində 5, Çaylı kəndində 8, Şıxarx qəsəbəsində 35, Azadqaraqoyunlu kəndində 2, Düyərli kəndində 2, Qapanlı kəndində 51, Yuxarı Qaradağlı kəndində 47, Qaraağacı kəndində 19, Seydimli kəndində 1 olmaqla, 192 fərdi yaşayış evinə ziyan dəyib. Bunlardan 26 ev tamamilə dağılıb, 124 evin dam örtüyü, qapı-pəncərə blokları və pəncərə şüşələri sıradan çıxıb, 42 evin divarında çatlar əmələ gəlib. 46 yardımçı tikili yararsız vəziyyətə düşüb. Qaraağacı kəndindəki tam orta məktəb binasının divarı, dam örtüyü, qapı-pəncərə blokları və Qapanlı tibb məntəqəsinin pəncərələri də sıradan çıxıb. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Xəbərlər XARİCİ MEDİA NÜMAYƏNDƏLƏRİ CƏBHƏ BÖLGƏSİNDƏ üçün şərhlər bağlıdır

    Изображение 028Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub. Qrupun tərkibinə “Al Jazeera International”, “Reuters”, “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komso-molskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, “Milliyyət” qəzeti, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir.
    Xarici jurnalistlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, cəbhə xəttindəki vəziyyətlə maraqlanıblar.
    Sonra KİV nümayəndələri Azərbaycan hərbçilərinin müşayiəti ilə cəbhə bölgəsinin ön xəttini, həmçinin bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən azad olunaraq nəzarətə götürülən Lələtəpə yüksəkliyini kənardan müşahidə ediblər. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər PREZİDENT İLHAM ƏLİYEV: BİZ BÖYÜK HƏRBİ QƏLƏBƏNİ QAZANDIQ üçün şərhlər bağlıdır

    14596784613092358506_1000x669Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib.
    Prezident İlham Əliyev deyib:
    – Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur.
    Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar.
    Həlak olanların xatirəsi iclasda bir dəqiqəlik sükutla yad edilmişdir.
    Fikrini davam etdirən ölkə başçısı bildirib ki, “bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır”. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər CƏBHƏDƏ VƏZİYYƏT GƏRGİNLƏŞDİ: ERMƏNİLƏR HÜCUMA KEÇDİ; ÖLƏN VƏ YARALANANLAR VAR . AZƏRBAYCAN ORDUSU LAYİQLİ CAVAB VERDİ üçün şərhlər bağlıdır

    Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
    Bildirilib ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əkshəmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
    Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər TƏRTƏRİN DAHA BİR QƏHRƏMAN OĞLU ŞƏHİD OLDU üçün şərhlər bağlıdır

    nİCATAprelin 2-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Tərtərin daha bir qəhrəman oğlu- “N” saylı hərbi hissənin giziri İsgəndərov Nicat Bəhruz oğlu aprelin 3-də doğulduğu Tərtər şəhərində torpağa tapşırıldı.
    Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Tərtər Rayon İcra Hakimiyyətinin, “N” saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və Milli Məclisin deputatı Sahib Alıyev iştirak etdilər.
    Şəhidlə vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusibov və digərləri çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Nicat İsgəndərovun xatirəsinin tərtərlilərin qəlbində həmişə yaşayacağını bildirdilər.
    Dəfn mərasimində şəhidin atası Bəhruz İsgəndərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirdi.

    Teqlər:

  • 07Apr
    Xəbərlər ŞƏHİD ELŞAD ABBASZADƏNİN ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİYİ “HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI AİLƏSİNƏ TƏQDİM OLUNUB üçün şərhlər bağlıdır

    Изображение 052Tərtər rayonunun Kəngərli kəndində martın 25-də qoşunların təmas xəttinin Tərtər rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.
    Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ müharibəsi veteranları və əlillərinin, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə şəhid əsgərlərimizin şücaətindən bəhs olunub, ruhlarına dualar oxunub.
    Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, martın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonu ərazisində qoşunların təmas xəttində təxribat törətməyə cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilərək, qarşısı alınıb. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib. Daha ətraflı »

    Teqlər: