Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek
    Digər “Azərbaycan Xalq Cümhuriyyəti İli” üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ DÖVLƏT–DİN MÜNASİBƏTLƏRİ

    Müstəqilliyin elan olunması çar hökumətinin milli müstəmləkəçilik əsarətindən yorulmuş və öz milli dövlətini yaratmaq arzusunda olan xalqımızın istəyi idi. Həmin illərdə Azərbaycan gənclərinin imperiyanın və dünyanın müxtəlif təhsil ocaqlarına göndərilməsi öz bəhrəsini verirdi. Bu gənclər təhsillərini başa vurub vətənə qayıtdıqdan sonra milli demokratik hərəkatın yaranmasında və inkişafında böyük rol oynadılar. Qeyd etmək istəyirəm ki, xaricdə təhsil alıb vətəninə, xalqına layiqincə xidmət edən gənclərdən biri də həmyerlimiz, Tərtərin Azadqaraqoyunlu kəndinin sakini Behbudağa Cavanşir olub. Behbudağa Cavanşir müstəqil respublikanı quranlardan biri, ilk Daxili İşlər naziri idi.
    Avropada mütərəqqi ideyalarla tanış olan gənc mütəxəssislər xalqın milli-mənəvi sərvətlərinin, onun qan yaddaşının, adət-ənənələrinin, dininin özünə qaytarılması istiqamətində ardıcıl və yorulmaz fəaliyyət göstərirdilər. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər ÖMÜRDƏN CİZGİLƏR üçün şərhlər bağlıdır

    “Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar. Alimlərə hörmət edən şəxs elə bil mənə hörmət edir”
    Məhəmməd Peyğəmbər
    50 il əvvəl bir müdrik ağ-saqqaldan eşitmişəm: “Bütün dövrlərdə haqsızlıqlar olub və olacaq, ancaq həmişə yaxşılar pislərdən çox olmuşdur. Bu cür olmasaydı dünya çoxdan alt-üst olardı”. Mən buna inanmışam!
    Məlum həqiqətdir ki, ömür zirvəsini aşan hər bir kamil insan keçdiyi yola nəzər salır, həyatında qisməti olan acı-şirini, sevinc-kədəri, etdikləri yaxşılıq-pislikləri və nəhayət, nə qoyub getdiyini yad edir, ölçüb-biçir, öz ömrünə qiymət veirir.
    Öz həyatımı yada salanda yüzlərlə gözəl, ağıllı, ədalətli, tələbkar, qayğıkeş, təmiz, zəhmətkeş, təmənnasız maddi-mənəvi köməkliklər göstərən əsl insanları görmüşəm. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər TƏRTƏRİN QARABAĞ MÜHARİBƏSİ GÜNLƏRİNDƏN BƏZİ ACI XATİRƏLƏR üçün şərhlər bağlıdır

    Qarabağ müharibəsi illərində düşmən hücumlarına vaxtaşırı məruz qalan bölgələrdən biri də Tərtər rayonu idi. Bu rayonun ermənilər üçün çox böyük strateji əhəmiyyəti vardı. Düşmən Yevlaxdan keçən Kür çayının körpüsünədək olan ərazini məhz Tərtəri işğal etməklə ələ keçirmək niyyətində idi. Amma həm Tərtərin, həm də digər bölgələrdən köməyə gəlmiş igid oğulların qanı, canı bahasına yağılar bu ərazinin bir qarış torpağını belə ala bilmədilər, əksinə, özlərinin yaşadıqları o vaxtkı Mardakert (Ağdərə) rayonunun 17 kəndini tərk etməyə məcbur oldular.
    Tərtərin müdafiəsində 1991-1994-cü illərdə minlərlə Azərbaycan oğlu şəhidlik zirvəsinə ucaldı, əlil oldu, bəziləri itkin düşdü, lakin bu torpağa ermənilərin murdar ayaqlarının dəyməsinə imkan vermədilər. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər “ZƏHMƏT ÇƏKMƏYƏN RAHATLIĞIN QƏDRİNİ BİLMƏZ” üçün şərhlər bağlıdır

    Həyatımızdakı bütün müvəffəqiyyətlər əməklə bağlıdır. Halal zəhməti ilə çörək qazanan şəxslər cəmiyyət içində üzüağ, alnıaçıq, nüfuzlu olurlar. Hər kəs əməyi ilə bu həyatda mövqe tutur. Lakin zəhmət dedikdə tək fiziki işdən yox, həm də zehni işdən söhbət gedir. Necə deyərlər: “Adam ağır zəhmətlə alim olur”. Hansı sahəni fərqi yoxdur, özünə peşə seçən zaman gərək ona qarşı səndə maraq ola. Bir sözlə, arzuladığın deyil, bacardığın işlə məşğul ol. Valideynlərin təkidi ilə seçim edənlər, bu sənətdə yarımçıq qala bilərlər. Bir məşhur aforizm var: “O xalq xoşbəxt xalqdır ki, hər kəs öz bacardığı işlə məşğuldur”. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi: “Kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan”. Əlbəttə, sənətin pisi yoxdur. Belə bir atalar sözü var: “Sənətkar günortaya qədər ac qalar”. Bu sözlərin dərin mənası var. Hər bir müəllimin, valideynin borcu gənc nəsldə əməyə məhəbbət oyatmaqdan, çalışmaqdan, yorulmamağa və mübariz olmağa alışdırmaqdan ibarət olmalıdır. İnsan var ki, özünə əziyyət vermək istəmir. Lakin unutmaq lazım deyil ki, zəhmətlə qazanılan hər bir şey dəyərli, əməksiz başa gələn isə qiymətsiz olur və tez itirilir. Ölkəmiz daim əməksevər, bacarıqlı oğul və qızları ilə tanınıb. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər Qarabağ müharibəsi veteranı üçün şərhlər bağlıdır

    BİR ATANIN ARZUSU

    İltifat Məmmədov Qaradağlı kəndində yaşayır. Qarabağ müharibəsi veteranıdır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ hadisələri tüğyan edən vaxt İltifat həqiqi hərbi xidmətə çağrılıb. O, “Tərtər Özünümüdafiə Batalonu”nda xidmət edib. Keçdiyi döyüş yolundan danışması üçün onu redaksiyaya dəvət etdik.
    Elə ilk söhbətindən müharibənin ona vurduğu zərbənin təsirini hiss etdim.. Danışarkən xeyli əziyyət çəkirdi. Fikirlərini çətinliklə olsa da mənə çatdırırdı. Bildirdi ki, bu cür vəziyyətə qalmasının səbəbi Madagiz uğrunda gedən döyüşdə yanına mərmi düşməsi olub. O zaman başının arxasından ağır zərbə alıb. Hətta bir neçə gün özünü bilməyib. Sağaldıqdan sonra yenidən batalyona qayıdaraq torpaqlarımızın müdafiəsi uğrunda mübarizəni davam etirib.
    İltifat bildirdi ki, 1992-ci ildən 1996-ci ilə kimi “Tərtər Özünümüdafiə Batalyonu”nun tərkibində Ağdərə ətrafı kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib.
    Ani olaraq fikrə getdi və özünü toplayaraq sözə başladı: Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Digər 12 DEKABR–ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
    * * *

    Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.

    Heydər ƏLİYEV

    TARİXİN DAHİ AZƏRBAYCANLISI

    İllər ötür, nəsillər dəyişir, amma Heydər Əliyevin adı Azərbaycanda daim hörmət və ehtiramla çəkilir. O, Azərbaycanın xilaskarı, müstəqil dövlətçiliyimizin memarı, fenomen səxsiyyət, azərbaycançılığın simvoludur.
    Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada bu böyük dühanın müstəsna xidmətləri olmasın. Heydər Əliyev ötən əsrdə Tanrı tərəfindən Azərbaycan xalqına bəxş edilən nadir şəxsiyyətdir. Bu qeyriadi zəka sahibi xalqımıza azadlıq və müstəqil dövlət bəxş edib.
    Xalqımızın ümummilli lideri həm də XX əsrin ən qüdrətli siyasətçilərindən biridir. Daha ətraflı »

    Teqlər:

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

    Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür.

    İlham ƏLİYEV
    Azərbaycan Respublikasının Prezidenti

    Əminəm ki, ədliyyə və məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması, vətəndaşlarının hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində səylərini bundan sonra da daetirərək Azərbaycan ədliyyəsinin inkişafına öz töhfəsini verəcəklər.

    İlham ƏLİYEV
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 30Noy
    Digər HƏR BİR İNFORMASİYA OBYEKTİV VƏ QƏRƏZSİZ OLMALIDIR üçün şərhlər bağlıdır

    Demokratik cəmiyyəti səciyyələndirən başlıca cəhətlərdən biri ölkədə söz və mətbuat azadlığının olmasıdır. Bu baxımdan Azərbaycan dünyanın ən sivil dövlətlərı ilə bir sıradadır. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə hələ 1998-ci ildə ölkəmizdə mətbuat üzərindən senzura götürüldü. Hər bir mətbu orqana, o cümlədən indi sayı-hesabı olmayan elektron media təmsilcilərinə öz fikirlərini açıq şəkildə ifadə etmək imkanı yaradıldı.
    Bununla bərabər jurnalistlər cəmiyyətdə qayğı və hörmətlə əhatə olundular. Ümummilli liderimiz qələm sahiblərinin işini yüksək qiymətləndirir, onlara daim diqqət və qayğı göstərirdi.
    Həmin siyasət indi Prezident İlham Əliyev tərəfindən davam etdirilir Dövlət ehtiyacı olan media təmsilçilərini pulsuz evlərlə təmin edir, hər kəs sərbəst şəkildə istədiyi qəzet və jurnalı çap elətdirir, istədiyi saytı yaradır. Daha ətraflı »

    Teqlər:

  • 30Noy
    Digər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi üçün şərhlər bağlıdır

    TƏHLÜKƏLİ ZİYARƏT

    YURD HƏSRƏTİ

    Erməni quldurları izimizə düşmüşdülər. Onları azdırmaq üçün gah qayaların arxasında, gah kol-kosun içində, gah da meşədə gizlənir, əksərən alatoranlıqda və qaranlıqda dağ cığırları, çay yataqları, dərələrlə irəliləyir, heç nə hiss etdirməməyə çalışırdıq. Ələ keçsək, başımıza hansı müsibətlərin gələcəyini, hansı əzablara düçar olacağımızı bilirdik. Çünki bu murdar xislətli millətin vəhşiliyinə zaman-zaman bələd olmuşuq. Türk xalqının ermənidən böyük düşməni yoxdur. Bu kin, bu küdurət onlarda hardandır, necə yaranıb?! Dünyaya elə bil türkün qanını içmək üçün gəliblər. Nə zəlilər belə ola bilər, nə vəhşi heyvanlar, nə də vampirlər.
    …Kol-kosa ilişdiyimizdən əynimizdəki paltarlar cırıq-cırıq olmuşdu. Ayaqqabılarımızı daş parçaları tikə-tikə etmişdi. Yalın ayaqlarımız qançır olmuşdu, yaralardan qan axırdı. Nəfəsimiz kəsilmişdi, yeriməyə taqətimiz qalmamışdı. Bir yandan da aclıq bizə əzab verirdi.
    Amma neyləyə bilərdik?!. Bu yırtıcı, qəddar ermənilərin əllərinə keçsəydik, cəhənnəm əzabını yaşadardılar bizə, qol-bud edərdilər, diri-diri gözlərimizi çıxarardılar, əzalarımızı doğrayardılar, sümüklərimizi quru budaq kimi şaqqıltıyla sındırardılar. Belə ağır işgəncələri isə kim yaşamaq istərdi ki?! Bu zülümlərin yanında ölüm bir kişi işidir! Daha ətraflı »

    Teqlər:

  • 30Noy
    Digər ƏBƏDİ HƏYAT üçün şərhlər bağlıdır

    Bu gün fikrim də, qələmim də şəhid oğullarımızdan biri–Milli Qəhrəmanlarımız Elman Hüseynov və Vəzir Orucovla çiyin-çiyinə, eyni səngərlərdə döyüşən, eyni barıt qoxusuna bələnən, nəhayətdə vuruşduğu torpaq tərəfindən altında gizlədilən, igidliyi, döyüş yoldaşları demişkən, Milli Qəhrəmanlığa layiq olan, 10 aydan sonra nəşi döyüş meydanından gətirilərək Tərtər şəhər qəbristanlığında dəfn olunan İnqilab Ağayev haqqında köklənib. O, Tərtərin övladı, Tərtərin yetirməsi idi.
    Son günlərdə sosial şəbəkədə şəkli və döyüş sücaətlərini əks etdirən video çarxların paylaşılması onun haqqında yazmağıma daha səbəb oldu. Barəsində döyüş yoldaşlarının fikirləri marağımı bir qədər də artırdı. Öyrəndim ki, 1991-ci ildə “Tərtər Özünümüdafiə Batalyonu” yaradılanda batalyonun tərkibinə könüllü daxil edilənlərdən olub. Mərd, cəsur, qorxubilməz bir döyüşçü hesab olunurdu. Ağdərəətrafı döyüşlərdə iştirak edərək fədakarlıq göstərmişdi. 1992-ci ilin iyul ayının 21-də Marquşavan kəndinin alınması uğrunda gedən döyüşdə ağır yaralanmışdı. Daha ətraflı »

    Teqlər: