Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek
    Digər MƏNİM QALA TƏRTƏRİM, QƏHRƏMAN TƏRTƏRİM üçün şərhlər bağlıdır

    001İllər, İllər! Kimini həyata gətirən, kimini həyatdan aparan illər! Bir-birini həsrətlə gözləyən, görüşəndə qol-boyun olub, yola saldığının davamçısına çevrilən illər.
    Ömrümüzdən-günümüzdən ötən illər ipə-sapa düzülmüş mirvari kimi sıralanır və tariximizə dönür. Bu illəri yaşamaq və yaşatmaq, yaddaqalan etmək üçün yer üzünün əşrəfi insan onları bir naxış kimi öz ömrünə ilmələyir ki, torpağının, Vətəninin, elinin tarixinə cevrilsin. Xatırlandıqca qürurumuza dönsün.
    Mənim başı bəlalar görmüş, müharibələrdə mətinləşmiş, müdrikləşmiş Tərtərim! Yenə illərin qovuşuğundasan, mehriban, zəhmətkeş insanlarınla 2017-ci ili uğurla yola salıb, 2018-i qarşılayırsan. Hərdən başının üstünü çən-duman aldı. Səni sındırmağa qara əllər uzandı. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər 2018-ci il sakit və mehriban Sarı it ilidir üçün şərhlər bağlıdır

    İT İLİNİN XARAKTERİ

    perros-navidad-regalos-listgChristmas-Tree-With-Lights-071922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018
    İtlər – bu, sadiqliyə, vəfalılığa nişandır, onlar uşaqların tərbiyəsinə qarşı çox diqqətçildirlər. İt ilində doğulan insanlar sağlam fikirli, təşəbbüslü olurlar. Müvəffəqiyyət qazanmaq üçün onlara kimsə kömək və qayğı göstərməlidir. Gözəl xasiyyətləri olduğu üçün, onların çoxlu dostu olur. Yapon inamına görə, itlər insan xasiyyətlərinin gözəl əlamətlərinə malikdirlər: sadiqlik, düzgünlük, borcluluq hissi. İt etibar hiss etdirir, başqasının sirrini saxlaya bilir. İti adətən yüksək qiymətləndirirlər və bu da təsdiqlənmişdir. O, başqaları üçün əlindən gələni edir, onun sadiqliyi yüksək həddədir. Hətta özünə də qəsd edə bilər. Onu öz varlılığı az maraqlandırır. O, böyük ürəkli və təmannasızdır. Ancaq ona pul lazım olarsa, o, pulu başqalarından yaxşı tapa bilər. Onun yığından xoşu gəlmir, qapalıdır. İtlər çox tərsdirlər və nə istədiklərini çox yaxşı bilirlər. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər YENİ İLDƏ BİZİ NƏ GÖZLƏYİR? üçün şərhlər bağlıdır

    VipTalisman2İt ili. 2018-ci il İtlər üçün hər baxımdan uğurlu olacaq. Siz imicinizi dəyişmək qərarına gəlmisiniz? Peşənizi dəyişmək istəyirsiniz? Münasibətləri rəsmiləşdirmək arzusundasınız? İrəli! İlahi qüvvələr sizi bütün pisliklərdən qoruyacaq. Hərəkətə keçin!
    Siçan ili. Siçan ilindən olanlar çox çalışmalıdır. Bu il sizin üçün çətin olacaq, amma əvəzində işin nəticəsindən razı qalacaq və özünüzü tam xoşbəxt hiss edəcəksiniz. Bu işdə 2018-ci ilin hamısı sizə kömək edəcək. Əsas odur ki, arzularınızı həyata keçirmək üçün öz qüvvələrinizi əsirgəməyin və az tənbəllik edin.
    Öküz ili. Öküzlər üçün 2018-ci il pul gəlirlərinin artması və ya vəzifənin qaldırılması kimi sürprizlər hazırlayıb. Tənha Öküzlər noyabrda sevdiyi insanın ürəyinə “yol” tapacaq və həmin insanla gözəl ailə quracaqlar.
    Pələng ili. Qarşıdakı il Pələnglərin öz potensialını reallaşdırması və istedadlarının üzə çıxmasına imkan yaradacaq. İt Sizə kömək edəcək, odur ki, yeni və qəribə görünən addımlardan qorxmayın, arzuya doğru gedin!
    Dovşan ili. Dovşan (Pişik) bütün ili hər bir işdə birinci olmağa və qələbə qazanmağa çalışacaq. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər HANSI BÜRCLƏR VARLANACAQLAR? üçün şərhlər bağlıdır

    VipTalisman32018 Sarı İt ili üzərində təhvil olacaq. İlin hamısı Oğlaqlara, Əqrəblərə və Dolçalara mərhəmət göstərəcək, halbuki, ilk ayların onlar üçün çətin keçəcəyi proqnoz edilir.
    2017-ci ilin sonunda Şirlərə və Əkizlərə hansı istiqamətdə irəliləmək haqqında müəyyən işarələr göndəriləcək. Onlar yeni nailiyyətlər əldə etməyə müvəffəq olacaq. Qoçlar ailə səadətinə qovuşacaq, Qızlar və Xərçənglər isə əksinə, yaxınlarının rəğbətini itirmək riski ilə qarşılaşacaq.
    Məşhur astroloq Tamara Qlobanın bürclər haqqında 2018-ci il üçün hazırladığı proqnozları təqdim edirik:
    Qoç. İt ili yeni təşəbbüslər və yeni işə başlamaq istəyən, ali məktəbə daxil olmağı planlaşdıran Qoçlar üçün uğurlu olacaq. Dəyişikliklər mütləqdir. 2018-ci ildə Qoçlar daha təmkinli davranacaq, macəralara atılmağı dayandıracaqlar, bütün qüvvələrini və pulunu şübhəli layihələrə yatırmayacaqlar. Onlar ilin simvolunun təsiri altında öz coşqun enerjisini düzgün istiqamətə yönləndirəcək. Səfərlər dünyagörüşünü genişləndirəcək, həmçinin sevinc və yeni emosiyalar bəxş edəcək. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər SÜLH BƏRQƏRAR OLACAQ üçün şərhlər bağlıdır

    goldretriveraa00a2d8Çin təqviminə görə, 2018-in sahibi sakit və mehriban İt ili olacaq. Qarşıdakı il də sahibinin xarakterinə uyğun keçəcək. Astroloqlar iddia edirlər ki, İt ili bütün zodiak işarələrinə uğur və müvəffəqiyyət vəd edir.
    Onların sözlərinə görə, 2018-ci il həm karyera yüksəlişi, həm şəxsi nailiyyətlər, həm də şəxsi həyatda müsbət hadisələrlə yadda qalacaq.
    Çin təqviminə əsasən sadiq və yüksək intellektli heyvan – İt bütün alçaldılmış və incidilmiş insanların köməyinə gələrək onları təhqir edənləri cəzalandıracaq. Onun gəlişi ilə dünyada, hətta düşmənçilik edənlər arasında da sülh və həmrəylik bərqərar olacaq. Astroloqlar bildirirlər ki, it ili sakit və qalmaqalsız ötüşəcək. O, müqavilələrin bağlanması, sülh və diplomatik əlaqələrin qurulması üçün ideal olacaq. Qarşıdakı il şəxsi həyatda da müsbət dəyişikliklər gətirəcək. Şərq təqviminə görə, ümumlikdə 2018-ci il hər kəsi öz nikbinliyi və müsbət əhval-ruhiyyəsi ilə sevindirəcəcək.

    Teqlər:

  • 29Dek
    Digər “Bala Kirpi”nin Yeni il qabağı sərgüzəştləri üçün şərhlər bağlıdır

    kirpii_jurnaliDSC_6059DİLXORÇULUQ

    Yeni il qabağı “Bala Kirpi” şəhərin kücələrini gəzməyə çıxdı. Tərtərin gözəlliyi həmişə onu valeh edib, baxdıqca gözləri doymayıb. Yol boyu salınan yaşıllıqlar, güllər, çiçəklər əsra-rəngiz bir mənzərə yaradıb. Amma… Məsələ də elə bu “amma”dadır.
    “Bala Kirpi” yol gedə-gedə başladı fikirləşməyə: “Nəyə görə bəzi adamlar bu gözəlliklərin qədrini bilmir? Bu güllər, çiçəklər, bu təmizlik onların ruhunu oxşamırmı? Niyə bəzi cahillər qırmağa, dağıtmağa, zibilləməyə həvəsli olurlar?
    “Bala Kirpi” o vaxt fikirdən ayılıb gördü ki, öz-özünə danışır və elə bu an ayağı yolun ortasına atılmış zibil torbasına ilişdi, az qaldı ki, yıxılsın. Deyindi: “Şəhərin hər küçəsində kifayət qədər müasir zibil qutuları qoyulduğu halda, bu adamlar niyə zir-zibili hara gəldi atıllar? Onlar bilmirlərmi ki, ətrafa səpələnmiş zibillər üfunət yaradır, infeksiya mənbəyinə çevrilir, antisanitariya vəziyyətinə səbəb olur? .Heç olmasa, niyə Yeni il qabağı şəhərin küçələrini zibillə-məkdən əl çəkmirlər?”. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər HİKMƏTLİ KƏLAMLAR üçün şərhlər bağlıdır

    скачанные файлыİslam Peyğəmbəri HZ. Mühəmməd (s) buyurub: “Dörd şeyi, dörd şeyə yetişməzdən əvvəl qənimət bil: 1.Cavanlığı qocalmazdan əvvəl.
    2.Sağlamlığı xəstələnməzdən əvvəl. 3.Dövləti kasıblıqdan əvvəl. 4.Həyatı ölümdən əvvəl”.
    İmam Hz.Əli (ə) buyurub: “Dörd şeyin qədrini dörd kəsdən başqa heç kim bilməz: 1.Cavanlığı qocalar. 2.Rahatlığı çətinliyə düşənlər. 3.Sağlamlığı xəstələr. 4.Həyatı ölülər”.
    Cavanlıq, gənclik insan ömrünün ən qüdrətli və çiçəklənən bir dövrüdür. Buna görə də təsadüfi deyil ki, hədislərdə ilk yer alan söz “cavanlıq” sözüdür. Yenə də hədislərdə buyrulur ki, “Qocalıb qolunuz gücdən, zehniniz qüvvədən, gözünüz nurdan düşməmiş cavanlığınızdan qolunuzun gücüylə savab və xeyirxah işlərdə, zehninizin qüvvətiylə hikmətli və nəsihətamiz əhvalatlar və elm öyrənməkdə, gözünüzün nuruyla kitab oxumaqda və bu ibrətli dünyaya diqqətlə baxıb nəsə qazanmaqda istifadə edin”. Hz.Əli (ə) buyurur: “Baxışlar iki cürdür: biriylə baxıb ötmək, o birisiylə baxıb götürmək. Nə xoşbəxtdir o kəslər ki, baxıb götürələr”. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər DOSTLUQ HAQQINDA üçün şərhlər bağlıdır

    Namərdlə dost olma, yaman gündə atar səni.
    Dostunu dar gündə sına.
    Dost-dosta tən gərək, tən olmasa gen gərək.
    Dostunun damına çıxma, torpaq tökulər.
    Unutqanlı adamla dost olma.
    Çörək dostu olma, ürək dostu ol.
    Roma imperiyasının böyük sərkərdəsi Antey torpağa çox bağlı adam olub. Onun təlimçiləri Anteyi torpaqdan aralayanda, qüvvədən düşür. Bu sirri heç kimə açmırlar. Odur ki, Anteyi basılmaz qəhrəman bilirlər.
    Namərd dostun olunca, yağı düşmənun olsun.
    Namərdi özümə mən dost eylədim,
    Yolunda canıma mən qəsd eylədim.
    Söyüddən bağ saldım, piyvəst eylədim,
    Almasın, heyvasın, narın görmədim. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər Şəkililər gülürlər üçün şərhlər bağlıdır

    1111Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
    –Oğlan, siz bu kənddənsooz?
    Oğlan:
    –Mən bu kənddənəm, eşşək Şəkidən.
    Lütvəli:
    –Artıq benzinin varmı?
    Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
    –Nolu göstərir.
    ***
    Qarınqulu ehsandan o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur: Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər Qabrovoluların zarafatları üçün şərhlər bağlıdır

    image_1951Qabrovolu bir qoca evinin damını təmir eləyəndə, ayağı sürüşüb yıxılar. Pəncərənin yanından keçəndə arvadını səsləyib deyir:
    –Xörəyi bir adamlıq az bişir, məndə yeməyə hal qalmayacaq.
    ***
    Bir qabrovolu qayınanası üçün başdaşı sifariş vermək istəyir. Ustanın yanına gəlib deyir:
    –Mənə elə başdaşı lazımdır ki, həm ucuz olsun, həm də qəşəng.
    Usta üstü yazılmamış hamar bir daşı göstərir:
    –Bu daşın qiyməti yüz levdir. Mərhumun adını yazmaq üçün səndən 50 lev alacağam.
    Qabrovolu ustaya yüz lev verib deyir:
    –Ad yazmaq lazım deyil, qayınanam savadsızdır, oxuya bilməyəcək.
    ***
    Qabrovolu Sofiyada oxuyan oğlunu görməyə gələndə oğlan özünü öyüb dedi:
    –Ata, bu gün on stotinq qənaət etmişəm.
    –Sağ ol, oğlum, bir ətraflı danış görək. Daha ətraflı »

    Teqlər: