Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen
    Digər O DAĞLARIN NİSGİLİNİ ÇƏKİRƏM üçün şərhlər bağlıdır

    236Kəlbəcər mahalından qaçqın düşən Dağıstan Abdullayev 1993-cü ildən Tərtər rayonunun Ağkənd kəndində məskunlaşıb. Gəncə Dövlət Universitetini də elə 1993-cü ildə bitirib. O vaxdan da Ağkənddə yerləşən Kəlbəcər rayon 68 saylı orta məktəbində direktor müavini işləyir. Ailəlikcə kənd camaatına qaynayıb qarışıblar. Ailədə 4 nəfərdilər–özü, həyat yoldaşı və iki qızı.
    O danışır, mən qulaq asıram. Hiss edirəm ki, kəndlərindən, o dağlardan, meşələrdən, buz bulaqlardan danışdıqca kövrəlir. Deyir ki, Azərbaycanımızın hər bir guşəsi bizim üçün doğmadır, əzizdir. Amma bununla belə hər kəsin doğulub, boya-başa çatdığı istər kənd olsun, istərsə də şəhər, onun əsl vətəni, yurd yeri sayılır.
    Elə mənim doğulub boya-başa çatdığım Kəlbəcər mahalının Zivel kəndi kimi. Uca dağların qoynunda qərar tutan bu kənd Kəlbəcərin ən qədim kəndlərindən sayılır. Qalın meşələrlə, sıldırım qayalarla əhatə olunmuş bu kəndin havası da, durna gözlü bulaqları da insan sağlamlığı üçün sanki can dərmanıdır.
    Necə qaçqın düşdüyünü soruşuram. Deyir ki, ermənilər kəndimizi qəflətən ağır silahlardan atəşə tutdular. Camaat–kimi piyada, kimi atlaulaqla kəndi tərk elədi: 72 nəfər qız-gəlini isə bir “KamAZ”maşınına yığıb, Murov yolu ilə Gəncəyə yola saldıq. Oradan da Tərtərin Ağkənd kəndinə gəldik. Əvvəldən də bilirdik ki, bu kənddə Kəlbəcərdən olan insanlar çoxdur. O, sözünə davam edir. Daha ətraflı »

    Teqlər:

  • 29Avq
    Digər AVQUSTUN 23-də AZƏRBAYCANIN FÜZULİ VƏ CƏBRAYIL, AVQUSTUN 31-də İSƏ QUBADLI RAYONLARININ ERMƏNİSTAN TƏRƏFİNDƏN İŞĞAL OLUNMASININ  23-cü İLİ  TAMAM OLDU üçün şərhlər bağlıdır

    fuzuli1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub.
    Rayonun ümumi sahəsi 1386 kv.kmdir.
    Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

    Teqlər:

  • 29Avq

    Digər üçün şərhlər bağlıdır

    cebrail Həmin gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.kmə yaxın ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.
    Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.
    Ümumilikdə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal altındadır.

    Teqlər:

  • 29Avq

    Digər üçün şərhlər bağlıdır

    Qubadli31 avqust Qubadlı rayonunun işğal günüdür. 1993-cü ildə Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunub. İşğal nəticəsində rayonun 95 yaşayış məntəqəsi talan edilib və yandırılıb. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən və Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlının sahəsi 826 kv.kmdir. Hazırda rayonun 50 minədək əhalisi dədə-baba yurdundan uzaqda, respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır.

    Teqlər:

  • 29Avq
    Digər NANKORLUQ üçün şərhlər bağlıdır

    7790riyakar-2119e6ab-araez“Nankor” sözü dilimizdə işlədilən ən ağır sözlərdən biridir. “Nankor”, yəni “yediyi çörəyə kor baxan” mənasını verir. Və əlbəttə, bizim içimizdə də nankorlar vardır və deyərdim ki, az deyil, çoxdur. Bunlardan ən dözülməzi Vətənə qarşı nankorluqdur ki, bu əməlin sahibini nə qanun, nə yer, nə göy, nə də Allah bağışlamır.
    Deyirlər ki, çörək Qurandan irəli gəlib. Yəni mentalitetimizdə çörəyə müqəddəs kitabımız Quran qədər uca mərtəbədə hörmət vardır.
    Yadımdadır, mən uşaq ikən yerə çörək qırığı düşəndə, valideynlərim onu götürüb öpərək gözlərinin üstünə toxun-durardılar və süfrəyə qoyardılar. Onlar bu hərəkətləri ilə sanki çörəkdən üzr istəyərdilər ki, onu yerə salıblar. Və çörəyi çox müqəddəs bilərdilər. Kimsə, lap yalandan da olsa belə, “Çörək haqqı” andını içdi, ona hamı inanardı. Biri ilə çörək kəsdinmi, bu əbədi yadda qalar, hörmət-izzət və dostluq rəmzinə çevrilərdi.
    Rəvayət: Bir kişi günorta vaxtı yaşıl bir ağacın kölgəsində oturub nahar edirmiş. Baxıb görür ki, yaxınlıqdan saç-saqqalı ağappaq bir qoca keçir. Onu çağırır və birlikdə nahar etməyi xahiş edir. Qoca əyləşib onunla çörək yeyir. Durub getmək istəyəndə kişi qocadan kim olduğunu soruşur. Demək istəməyəndə kişi onu anda verir:
    –Sən kəsdiyimiz bu çörək, de görüm sən kimsən?
    Qoca bu müqəddəs andın qarşısında aciz qalıb deyir: Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər GƏNCLƏR BÖYÜK QÜVVƏDİR üçün şərhlər bağlıdır

    Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə– istər sovet dönəmində, istərsə də müstəqillik illərində daim gənclərə qayğı göstərmiş, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm vermişdir. Bu baxımdan qeyd etməyə dəyər ki, əgər böyük öndər hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqillik illərində isə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Məhz 1993-2003-cü illərdə gənclərin himayədarı kimi çıxış edən dahi şəxsiyyət, təcrübəli dövlət başçısı sağlam düşüncəli yeni nəslin yetişdirilməsində misilsiz işlər görmüş və bu istiqaməti dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Həmişə gənclərə böyük ümidlər bəsləyən Ümummilli Lider dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdir.
    1994-cü il iyulun 26-sında ölkəmizdə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və Ulu Öndər tədbirdə şəxsən iştirak edib. Təsadüfi deyil ki, 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər “2 fevral Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər QƏLƏBƏ BİZİM OLACAQ! üçün şərhlər bağlıdır

    ÜRƏKLƏRƏ MƏLHƏM MEYVƏ ŞİRƏSİ

    IMG-20160801-WA0015-12016-cı il, aprelin 2-si. Tərtər rayonunun Qapanlı kəndi. Gecədən başlanan erməni təxribatı sakinlər arasında təşviş yaradıb. Dinc əhalidən ölənlər var. 7 nəfər hərbçi yaralanıb. Atışma isə davam edir. Evlərdə qalmaq təhlükəlidir. Bəs bu qadın kimdir? O, həyət darvazasından çıxaraq, titrək əllərində zorla saxladığı o ağır yeşiyi hara aparır? Qadın yolun kənarına çatıb dayanır. Yükünü yerə qoyur və… il uzunu həyətinin məhsulundan hazırladığı meyvə şirələrini çıxararaq, dö-yüşdən qayıdan hərbçilərə uzadır:
    –İçin, balalarım! Sizə qurban olum. Yaxşıca verdiniz o nankorların cavabını!
    Seysulan istiqamətində gedən ağır vuruşmada yaralananları döyüş meydanından təxriyə edən snayperçi Nazim Cəfərzadə bu səhnəni görüb deyir:
    –Çox sağ ol, ana! Narahat olma! Tezliklə biz onların cavabını elə verəciyik ki, bir də bu torpaqlara yaxın düşə bilməyəcəklər.
    Sərin meyvə şirələri yaralı döyüşçülərə məlhəm kimi təsir edir. Sanki bu məlhəmi tanımadıqları bir qadının yox, elə öz analarının əlindən alıb içirlər. Nazim özü yaralı olsa da, bütün ağrılarını unudur. Üzündəki ifadə dəyişir…
    Bu hadisəni Nazim Cəfərzadə redaksiyamızın qonağı olarkən bizə danışdı. Onu da əlavə etdi ki, bu gün Azərbaycan Ordusu çox güclüdür, amma onu daha qüdrətli edən xalqın mənəvi dəstəyidir, bizim birliyimizdir. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər Şəhidin doğum günü üçün şərhlər bağlıdır

    QƏLBLƏRDƏ YAŞAYAN OĞUL

    image (1)Nicat Bəhruz oğlu İsgəndərov dünyaya gəlişi ilə bir ailəyə sevinc,fəxarət gətirmişdisə, şəhidlik zirvəsinə ucalması ilə xalqımızın qürur ünvanına çevrildi. Doğmaları danışırlar ki, uşaqlıqdan həmyaşıdları arasında tükənməz enerjisi ilə fərqlənən Nicat sanki bu dünyaya məhz hərbçi olmaq, canından artıq sevdiyi Vətənini qorumaq üçün gəlmişdi. Olduqca çevik, fiziki cəhətdən hazırlıqlı, yüksək insani keyfiyyətlərə malik bu gəncdə həm də ağsaqqallara xas olan düşüncə tərzi vardı. Hər kəsin yerini bilirdi. Hərəni öz dili ilə dindirməyi bacarırdı. Hərbidə hər bir çətin vəziyyətdən çıxış yolunu tapırdı. Əgər hərbi hissəyə işıq çəkmək lazım gəlirdisə, o montyor olurdu, əgər dülgərə ehtiyac yaranırdısa, bu işin öhdəsindən layiqincə gəlirdi.
    Ən gözəl yerinə yetirdiyi bir vəzifə də vardı ki, bu da düşmənlə mübarizə idi. Bunu əla bacardığını dəfələrlə bir kəşfiyyatcı kimi sübut etmişdir. Aprelin 1-dən 2-nə keçən gecə –son döyüşü isə onun hansı qəhrəmanlığa qadir olduğunu təkcə yoldaşlarına deyil, xalqımıza göstərdi. Son damla qanınadək vuruşan Nicat ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olundu. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər GƏNC ƏSGƏR üçün şərhlər bağlıdır

    Exif_JPEG_420

    Rayonumuzdakı Heydər Parkında gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilirdi. Mərasimdə Nurlan Ələkbərlinin valideynləri də iştirak edirdilər. Onların hər ikisi çıxış edərək hərbi xidmətə yola düşən bütün gənclərə Vətənə layiqincə xidmət etməyi tövsiyə etdilər. Nurlanın atası Azər Quliyev I Qarabağ və Əfqanıstan müharibələri veteranıdır. II qrup əlildir. Anası Mərziyə xanım Nurlana vətənimizi atası kimi sevməyi və qorumağı arzuladı.
    Artıq Nurlanın xidmət etdiyi hərbi hissədə andiçmə mərasimi keçirilib. Tədbirdə iştirak edən valideynlər rayonumuza sevinc hissi ilə qayıdıblar. Çünki komandirlər gənc əsgərin xidmətindən razıdırlar.
    Qeyd edək ki, Nurlan Ələkbərli rayonumuzdakı texniki peşə məktəbində sürücülük ixtisasına yiyələnib və Bakı Dövlət Sosial-İqtisad Kollecinin yol hərəkətinin təşkili fakültəsini bitirib. O, həm də bacarıqlı idmançıdır. Bütün bunlar hərbi xidmət zamanı onun köməyinə çatır.

    Kənan Hüseynzadə

    Teqlər:

  • 18Avq
    Digər “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ ŞAHLAR ALLAHVERDİYEV üçün şərhlər bağlıdır

    01Mənsim Allahverdiyevgilin ailəsi atası 1937-ci ildə sürgün edildikdən sonra Qubadlı rayonundan köçməli olur. Naçar qaldıqları bir zamanda naümid yollar onları bir neçə yeri dəyişdikdən sonra 1943-cü ildə Tərtər rayonuna gətirib çıxarır. Xeyirxah insanların qayğısı və köməkliyi ilə Sarov kəndində yerləşirlər. Günlər keçib illərlə əvəz olunur. Ailə kənd camaatı ilə qaynayıb-qarışır, xoşbəxt günlərin sayı artır. Oğul-qızın həyata gəlişi özləri ilə bərabər ailəyə bəxtəvərlik gətirir. Yurd həsrətinin yarası yavaş-yavaş qaysaqlamağa başlayır…
    Mənsim kişinin evində beş övlad dünyaya gəlmişdir. Dörd oğlan, bir qız. Suqra xala övladları böyüdükcə boylarına baxıb fərəhlənirdi. Ailəni gözləyən bədbəxtlikdən nə atanın, nə də ananın xəbəri yoxuydu. Bilmirdilər ki, qəfləti hadisələr onların xoşbəxt həyatına ağır zərbələr vuracaq, bəxtəvər yaşanan günləri kədərə,niskilə bürüyəcək, bir-birinin ardınca iki övladının həyatına son qoyacaq…
    Ailənin yeganə qızı Lalə tibb institutunun 4-cü kursunda təhsil alırdı. 1993-cü il avqust ayının 14-ü idi. Özünə geyim-kecim almağa Gəncə şəhərinə getmişdi. Bazarda alış-veriş edərkən o zamankı qardaş qırğınının tüğyan etdiyi bir vaxtda atılmış güllənin qurbanına çevrildi. Ailənin qara günləri də o vaxtdan başladı. Kaş belə olmayaydı!…
    Şahlar Allahverdiyev ailədə üçüncü oğlanıydı. 1964-cü il iyul ayının 19-da anadan olmuşdu. İlk təhsilini də elə yaşadığı Sarov kəndində almışdı. Hərbi xidmətini Sovet Ordusu sıralarında keçmişdi, özü də xaricdə–Almaniyada. Mina təmizləyən olmuşdu. Hərbidən qayıtdıqdan sonra doğma kəndlərində qalaraq orada kolxoz işlərində çalışmışdı. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində təhsil alırdı. Daha ətraflı »

    Teqlər: