Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Ədəbiyyat YAŞADIM üçün şərhlər bağlıdır
    Öz ömrümü şum elədi öz əlim,

    Yazında gül, payızında xəzəlim.

    Gündoğandan günbatana mənzilim…

    Bu da belə bir ömürdü, yaşadım.

    Gah özümü özüm qovdum, yoruldum,

    Öz diqtəmin buyruğuna qul oldum.

    Vətən göyü göylüyündə duruldum,

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Zarımağa ömür deyib ağlama,

    Hər ölümə ölüm deyib ağlama,

    Tale döyüb, haqlı döyüb, ağlama,

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Zirvədəki əl çatmayan qala mən,

    Ətəkdəki sinə, cığır, tala mən.

    Xudafərin harayından qalan mən…

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Oğlun yoxdu – sonun yoxdu, dedilər,

    Sağın yoxdu, solun yoxdu, dedilər,

    Odun boyda suyun yoxdu, dedilər,

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Ocaq oldum, ocaq daşı olmadım,

    Hər çalaya axan naşı olmadım,

    Arazımla yol yoldaşı olmadım,

    Bu da belə bir ömürdü, yaşadım.

     

  • 10İyl
    Ədəbiyyat QOLTUQ AĞACI üçün şərhlər bağlıdır
    Qoltuq ağacına yazığım gəlir,

    Tutub bir binanı çiyinlərində

    O zorba bir dirək ola bilərdi

    Məğrur bir çobanın çiyinlərində

    Nəğmə də oxuyur o, cırhacırla,

    Qırıla-qırıla…

    Qoltuqdan oyana getməyir səsi.

    Nədir oxuduğu? — “qoltuq nəğməsi”

     

    Qurd əzən dəyənək ola bilərdi,

    Bir körpü tağı da ola bilərdi,

    Tüfəng qundağı da ola bilərdi,

    Vaxtsızmı qırıldı, tezmi qırıldı…

     

    Özü bu vərdişi ömrünə yazıb,

    Onu bir qoltuqdan tullasan əgər,

    Yanından yan ötüb bir ayaqsızın,

    Kiməsə üçüncü ayağa dönər…

     

    Vüqarı qırıldı, əzmi qırıldı,

    Qoltuq ağacından acığım gəlir.

    O bütün yollara qoltuqdan baxır,

    Girdiyi qollara qoltuqdan baxır.

     

    Daş  kaha  yaxşıdır  bir  uçuq   damdan,

    Duyar eyhamımı bir qoltuq acı.

    Deyirəm qoltuğa girən adamdan

    Yaxşıdır bir sınıq qoltuq ağacı.

  • 30İyn
    Ədəbiyyat HƏR ÇİNARDAN BİR YARPAQ üçün şərhlər bağlıdır

                                            MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN

    Mənə yüz il ömür arzulamayın,

    Payız yarpağıtək qovmasın külək.

    Gözlərim görsə də, ayağım, əlim,

    Əsalıq olanda dayansın ürək

     

    Sağlıqlar deyəndə hərdən şənimə,

    Nə özüm kövrəlim, nə sizə gülüm.

    Tanrıdan bir ömür diləyin mənə,

    Hər vaxt sevə bilim, sevilə bilim

    Mənə “Yüz il yaşa!” deməsin dostlar,

    Gülüşüm, yerişim, səsim itməsin.

    Məndən cavan olan, gümrah olanlar

    Çiynimdə dünyadan köçüb getməsin

     

    . Taleyim sevgiylə baxsın üzümə;

    Görsün yad payına şərik deyiləm.

    Gərək olmayanda özüm-özümə,

    Deməli, heç kəsə gərək deyiləm

    Mənə yüz il ömür arzulamayın,

    Bu qədər yaşayan hansı çiçəkdir?

    Sən yaşda qalmırsa tay-tuşun, tayın,

    Qurdla qiyamətə qalmaq deməkdir.

     

    ,Mənə yüz il ömür arzulamayın,

    Ləyaqət, təmiz ad atıb getməsin.

    Dünyaya qalacaq malı dünyanın,

    Karvanım lənətə batıb getməsin!

    Mənə yüz il ömür arzulamayın…

     

    Mənə elə ömür arzulayın ki,

    Ölüncə ümmantək çağlaya bilim.

    Qapı-pəncərəni öz evimdəki

    Özüm aça bilim, bağlaya bilim

     

    Vahid ƏZİZ,

    Xalq şairi

  • 30İyn
    Ədəbiyyat SƏN MƏNƏ VERDİYİN ƏZABA GÖRƏ üçün şərhlər bağlıdır
    Qapında əyilib suala döndüm,

    Səndən alacağım cavaba görə.

    Allahım heç sənə əzab verməsin,

    Sən mənə verdiyin əzaba görə.

    Elə bil ürəklər daşdı, dəmirdi,

    Bir üzü ağ küldü,biri kömürdü,

    İlahi, bu necə yalqız ömürdü,

    Qoymaram bu ömrü hesaba görə

     

    Üzüb hər ümiddən əlimi sənsiz,

    Dünyanın gedimi,gəlimi sənsiz,

    Daha istəmirəm könlümü sənsiz,

    Baxıb biganələr xaraba görə.

     

    Öz eşqim yolunda sadiq canam mən,

    Heyf  oldum, həm  yanan, həm  yamanam  mən,

    Bəlkə də, birinci müsəlmanam mən,

    Cəhənnəm çəkirəm savaba görə

     

    Düşməzmi güzarım bir dost bağına,

    Sevda çiçəklərim düşüb qırğına,

    Yamanca tuş oldum el qınağına,

    Təsəlli tapdığım şəraba görə.

     

     

     

    Allahım heç sənə əzab verməsin,

    Sən mənə verdiyin əzaba görə.

    Musa YAQUB,

    Xalq şair

  • 30İyn
    Ədəbiyyat GEDƏK BİZ OLMAYAN YERƏ üçün şərhlər bağlıdır

     

    Gəl, əl-ələ tutub gedək,

    Gedək biz olmayan yerə.

    Hər dərdi unudub gedək

    Dərdimiz olmayan yerə.

    Gəl çıxıb gedək birtəhər

    Bir kimsə tutmasın xəbər,

    Bu ev, bu küçə, bu şəhər,

    Bu dəniz olmayan yerə

     

    Burda qoyaq özümüzü,

    Bu qırışan üzümüzü,

    Bu köhnələn sözümüzü,

    Gedək söz olmayan yerə.

     

    Atam oğlu, az çabala,

    Sən deyən çətin tapılar.

    Bu Ramizi kim aparar,

    Bu Ramiz olmayan yerə?

    Ramiz RÖVŞƏN,

    Xalq şairi

  • 30İyn
    Ədəbiyyat DEYİM üçün şərhlər bağlıdır
    Bu yerlər həm acı, həm şirin yerlər,

    Yamanmı söyləyim, yaxşımı deyim?

    Burada həsrətlə keçər günlərim–

    Birə-beş artırıb yaşımı deyim

     

    Çinarlar qələmim, qayalar dəftər,

    Yazdıqca tükənməz sinəmdə dərdlər.

    Ah çəkdim, diksinib kükrədi Tərtər,

    Tərtərə gözümün yaşımı deyim?

    Onda yaman döndü çarxı taleyin,

    Bir anda qurudu arxı taleyin.

    Bir başqa nırx idi nırxı taleyin,

    O hicran ağardıb başımı deyim

     

    Pərişan elədim şair Hilalı,

    Ötən günlərimdə gəzdi xəyalı.

    Necə başa salım o gülcəmalı,

    Otuz ildən sonra naşımı deyim?

    Ürəkdə bir neçə sözüm paslanıb,

    Xatirəm ağlayıb gözüm islanıb.

    Xətrinə dəyməsin Məmməd Aslanın,

    “Sərsəng”ə başımın daşımı deyim?

    Fikrət Sadıq uydu qoşmaya yenə.

    Arzumun çox uzaq bir çiçəyinə.

    İlk eşqin soluxmuş bir ləçəyinə

    Ömrümün əbədi qışımı deyim.

    Fikrət SADIQ

  • 03İyn
    Ədəbiyyat ŞAİR DOĞULAN İNSAN üçün şərhlər bağlıdır

    Bu insan 1957-ci ildə Kəlbəcərimizin Çərəkdar kəndində doğulan Əlövsət Sarı oğludur-Əlövsət Saldaş. 40 ildən artıq riyaziyyat fənnini tədris edən, peşəsiylə, rəvan təbiylə bəzilərimizin “Şair mütləq ədəbiyyatçı olmalıdır” fikrinin üstündən qələm çəkən, şeirləri dillərdə söylənən, nəğmələrdə oxunan Saldaş.
    28 ildir Qobustan rayonunun Təklə kəndində məskunlaşan, ürəyində Vətən itkisinin ağrıları, ağır ellərin didərginlik dərdi, günahsız şəhidlərin həsrəti yuvalanan Saldaş.
    Mənəviyyat adamının bundan böyük dərdi olarmı?! Onun dünyaya gəlişi doğmalarını sevindirdiyi kimi, şeiriyyət aləminə gəlişi də çoxları üçün qazanc vasitəsinə çevrilən SÖZÜ sevindirib. Mən hər dəfə onunla həmsöhbət olarkən Saldaşın simasında uşaqlıq dövrünü özünü tanıyan bir gənc kimi, gənclik dövrünü yetkin kamillik kimi, kamillik dövrünü müdrik aqil kimi yaşayan bir insanı güzgü şəffaflığında görünən tək görüb tanımışam. Daha ətraflı »

  • 20May
    Ədəbiyyat BİR ÇAMADAN DOLLAR üçün şərhlər bağlıdır

                                                                                                  (Novella)

    Qapı döyüldü. İçəridən “buyurun”–deyən olmadı. Zəng çalındı, katibənin zəngi idi. Nazlı-qəmzəli səs eşidildi:
    –Əlövsət müəllim, yanınıza bir nəfər gəlmək istəyir.
    –Kimdir? Nədən ötrü?
    –Deyir ki, şəxsi sözüm var.
    –Ay qız, onu başa sal ki, getsin, qəbul günü gəlsin.
    –Əlövsət müəllim, demişəm, amma inad eləyir, deyir ki, mütləq görüşməliyəm. Daha ətraflı »

  • 20May
    Ədəbiyyat POEZİYA ÇƏLƏNGİ üçün şərhlər bağlıdır

                 HƏLƏ Kİ…                                                                                 ƏZİZİM

    Elə hələ deyib, hələ dözürük,

    Hələ ki, hələnin hələsiyəm mən.

    Nə sərhəd tanımaz aşiq Kərəməm,

    Nə də xan oğlunun Lələsiyəm mən.

    Dağ başında qar üstünə qar gələr,

    Gileylənmək zirvələrə ar gələr,

    Hər nə geysəm vücuduma dar gələr,

    Bu darlığa dözmək olmur, əzizim.

     

    Nahaqlar önündə neçin kiridim?

    Qal bu xəcalətdə, ağzı kilidim.

    Guya bu dünyada neyləyə bildim?

    Deyim ki, təzədən gələsiyəm mən?

    Əzəl gündən dünya yalan dünyadır,

    Baha satan, ucuz alan dünyadır,

    Arzuları nakam qalan dünyadır,

    Dağılanı düzmək olmur, əzizim.

     

    Bekar əl neçin də sözümə baxsın?

    Əlimin üzü yox üzümə baxsın.

    O hansı ümiddir bizi çağırsın,

    Durub arxasınca tələsiyəm mən?

    Heç bilməzdim daşım belə ağırdır,

    Bəxtim belə bicarədir, fağırdır,

    Gedəcəyəm, göylər məni cağırdı,

    Daha yerdə gəzmək olmur, əzizim.

     

    Dayan, durum gedim bazarımgilə,

    Dünya bolluğuna ərkim bir gilə.

    Qalmışam özümə lap gülə-gülə,

    Elə gülə-gülə öləsiyəm mən.

    Kaşki dünya zalımlığın ataydı,

    Qəlbim bir an istəyinə cataydı,

    Yaşamağım göz yaşıdır, haraydır,

    Göz yaşında üzmək olmur, əzizim.

     

    Kimlərə borcum var, dolub siyahı,

    Vura bilmədiyim hədəf günahı–

    Kəsib barmağımı verib silahı,

    Bir namərd hakımın köləsiyəm mən.

                            Musa YAQUB,

                           Xalq şairi

    Dalğalara yalvarmaqdan bezmişəm,

    Hönkürməkdən, ağlamaqdan bezmişəm,

    Səndən ayrı yaşamaqdan bezmişəm,

    El-obadan bezmək olmur, əzizim

                                   Vahid ƏZİZ,

                                     Xalq şair

  • 20May
    Ədəbiyyat BU QATARIN DALINCA BAXMA üçün şərhlər bağlıdır
    Məni aldı səndən, getdi bu qatar,

    Göydə bircə ovuc tüstüsü qaldı.

    Saçında əlimin tumarı qaldı,

    Ovcunda əlimin istisi qaldı.

     

    Uzaqdan, yaxından keçər bu qatar,

    Gecələr yuxundan keçər bu qatar.

    Gülsən, gülüşünü doğrayar, biçər,

    Ah çəksən, ahından keçər bu qatar

     

    Baxma, bu qatarın dalınca baxma,

    Baxma, gözlərini yorunca, baxma.

    Qaşların altında cüt yarpaq kimi

    Gözlərin saralıb solunca, baxma.

     

    Mən getdim, dünya ki qaldı yerində…

    Dünyanın payızı, baharı qaldı.

    Ovcunda əlimin istisi qaldı,

    Saçında əlimin tumarı qaldı.

    Ramiz RÖVŞƏN,

    Xalq şair