Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt
    Tərtər RİH-də DOQQUZ AYIN YEKUNLARI ÇƏKİLƏN ZƏHMƏTİN UĞURLU BƏHRƏSİDİR üçün şərhlər bağlıdır

    DSC_7096DSC_7055“2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Tərtər Rayon İcra Hakimiyyəti başçısının hesabatı olub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Rayon Gənclər Mərkəzində davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzəsində bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ildə də uğurla davam etdirilib. İlin doqquz ayında 97 milyon 568,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 9 milyon 153,2 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Tərtər RİH-də ƏSKİPARA KƏNDİNDƏ QƏBUL üçün şərhlər bağlıdır

    MMNDSC_7830 (Копировать)Rayon icra hakimiyyəti başçısının bu dəfəki səyyar qəbul-görüşü Əskipara kəndində keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə kənddə Qarabağ müharibəsi şəhidlərinin və Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələrin önünə gül-çiçək dəstələri qoyaraq, xatirələrini böyük ehtiramla yad etdilər.
    Kənd ağsaqqalı Fəxrəddin Babışov, məktəbin direktoru Sərxan Babayev rayonda, eləcə də kəndlərində görülən işlərdən razılıq hissi ilə danışdılar, kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıq ifadə ediblər. Daha ətraflı »

    Teqlər: ,

  • 20Okt
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL SEYDİMLİ KƏNDİNDƏ OLUB üçün şərhlər bağlıdır

    DSC_7028 (Копировать)DSC_6972 (Копировать)(1)Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.
    Bu dəfə rayon icra hakimiyyətinin başçısının qəbulu Seydimli kəndində oldu. Tədbirdə kənd sakinlərindən Ələddin Süleymanov və Akif Məmmədov rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdılar. Əhaliyə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını ifadə etdilər.
    Sakinlərdən Surəyya Hüseynova, Mədinə Rzayeva və Məlahət Hüseynova kəndarası yolların və tibb məntəqəsinin təmirinə, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdilər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı. Sakinlər tərəfindən edilən müraciətlərin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verdi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Okt
    Tərtər RİH-də RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    CƏBHƏ BÖLGƏSİNDƏ İŞLƏMƏK İKİQAT MƏSULİYYƏTDİR

    DSC_22348d5fde59f5291548a0f13353678ea63bMəlum olduğu kimi, “Regionların Sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı” 2004-cü ilin əvvəlində-fevral ayında qəbul edilmişdir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildəki seçkiqabağı proqramının bir hissəsi idi. 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü “Regionların Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Hazırda “Regionların Sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Bu proqramın cəbhəyanı bölgə olan Tərtərdə necə yerinə yetirilməsi və bütövlükdə son illərdə rayonda görülən işlərlə bağlı “Made in Azerbaijan” jurnalının suallarını Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov cavablandırır. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Tərtər RİH-də Azadqaraqoyunlu kəndində səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    MİNNƏTDARLIQ İFADƏ ETDİLƏR

    DSC_5803 (Копировать)Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kəndin əhalisi, onların məşğuliyyəti ərazinin sosial-iqtisadi inkişafı barədə məlumat verib, kənddə mövcud olan xidmət obyektlərinin fəaliyyətindən danışdı.
    Sonra kənd ağsaqqalları Qanboy Musayev və Vaqif Quliyev çıxış edərək kənd sakinlərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Ağsaqqallar görülən işlərə görə respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıq bildiriblər. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Tərtər RİH-də İCRA BAŞÇISININ RƏCƏBLİ KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU üçün şərhlər bağlıdır

    DSC_5450 (Копировать)(1)Изображение 373Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüşü-qəbulu Rəcəbli kəndində oldu.

    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

    Rayon rəhbəri əvvəlcə məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik etdi, məktəbə yeni qədəm basmış birincilərə uğurlar dilədi.

    Sonra Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı məlumatlar verdi. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Tərtər RİH-də QAZYAN KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır

    DSC_0081 (Копировать)DSC_0043 (Копировать)(5)Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Qazyan kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi vəziyyəti ilə bağlı məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd ağsaqqalı Çərkəz Həsənov, Qazyan kənd ümumi orta məktəbin direktoru Yaşar Behbudov çıxış edərək kənd camaatına göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirdilər. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Tərtər RİH-də ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLAN GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    DSC_9501 (Копировать)DSC_9507 (Копировать)Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
    Rayon təhsil şöbəsinin işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və yüksək bal toplayan gənclərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik etdi, gənclərə uğurlar arzuladı. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Tərtər RİH-də RAYON RƏHBƏRİNİN SƏYYAR GÖRÜŞ-QƏBULLARI üçün şərhlər bağlıdır

    DSC_7354 (Копировать)(1)Изображение 006Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Kəbirli kəndində oldu.
    Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin ərazisi, əhalinin məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı məlumat verdi. Ağsaqqal Vəli Xasıyev Prezidentimiz İlham Əliyev tərəfindən kənd əhalisinə göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlıq etdi. Kənd əhalisinin işıq, qaz probleminin olmadığını, lakin kəndarası yolların təmirə ehtiyacı olduğunu bildirdi.
    Sonra kənd sakinləri Raquf Məmmədov və Sarvan Həsənov kənddə yeni subartezian quyusunun qazılması və bir quyunun təmiri, Bayandur kəndinin sakini Zakir Bayramov elektrik naqillərinin “SİP” kabellərlə əvəzlənməsi barədə təkliflər irəli sürdülər.
    Qaldırılan məsələlər barədə əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verildi. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır

    Изображение 096Изображение 098Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu təmas xəttinə yaxın olan Yuxarı Qaradağlı kəndində keçirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirə toplaşanlarla görüşdü. Sonra icra nümayəndəsi Lətif Həmidov kənd haqqında məlumat verdi.
    Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, kənd sakinlərindən Cəlal Rəhimov, İlham Cabbarov, Arzuman Məmmədov, Səidə İsmayılova, Nizami Həsənov, Qazyan kənd sakinləri Asif Mustafayev, Əvəz Hüseynov və başqaları çıxışlarında rayon mərkəzində və eləcə də kəndlərdə görülən quruculuq, abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Kənddəki çatışmazlıqlara da toxunuldu.
    Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərin bəzilərinin həlli üçün əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verdi. Qalan məsələlər nəzarətə götürüldü.
    Rayon rəhbərinin Yuxarı Qaradağlı kəndində keçirdiyi səyyar görüş-qəbuldan hamı razı qaldı.

    “Yeni Tərtər”

    Teqlər: