Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl
    Kənd təsərrüfatı TAXILÇILIQDA ÇƏKİLƏN ZƏHMƏT BƏHRƏSİNİ VERDİ üçün şərhlər bağlıdır

    2016-06-20-22-23-19taxilKəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri taxıl biçini kampaniyasını mütəşəkkilliklə başa çatdırmışlar. 168 hektar taxıl zəmilərinə aqrotexniki qaydalar əsasında qulluq edildiyi üçün zəmilərdən 648,5 ton buğda götürülmüşdür. Hər hektarın orta məhsuldarlığı 38,6 sentner olmuşdur. Bu işdə kənd sakinlərindən Maarif Mehdiyev, Güloğlan Kərimov, Elçin Şahbazov, Ramiz Kərimov və başqaları gərgin əmək sərf etmiş, yaxşı nəticələrə nail olmuşlar.
    Arpa sahələrində isə hektarın məhsuldarlığı orta hesabla 29 sentner təşkil edir. Ailə-fermer təsərrüfatlarının üzvlərindən Rəşid Məhərrəmovun, Flora Hüseynovanın və Mətləb Tahirovun əldə etdikləri məhsul orta məhsuldarlıqdan yüksək olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Kənd təsərrüfatı PAMBIĞIN BECƏRİLMƏSİNDƏ HƏLLEDİCİ MƏRHƏLƏ üçün şərhlər bağlıdır

    cotton_291014Kənd təsərrüfatının mühüm aparıcı sahələrindən biri də pambıqçılıqdır. Bu, həm ölkəyə yaxşı gəlir gətirir, həm də bu sahədə çalışanların maddirifah halının yaxşılaşdırılmasında, ailə büdcəsinin möhkəmləndirilməsində mühüm rol oynayır. Elə buna görə də son illər unudulan sahəyə çevrilən pambıqçılığın əvvəlki şöhrətinin yenidən qaytarılması hər bir tərtərlinin başlıca məqsədidir.
    Müdayisə üçün deyək ki, 2016-cı ildə rayonda 1035 hektar sahədə pambıq əkilmişdisə, bu il həmin sahələr 3 dəfədən çox artırılaraq 3123 hektara çatdırılıb.
    Bu sahədəki daha bir yenilik ondan ibarətdir ki, rayon ərazisində olan 3 pambıq qəbulu məntəqəsi ayrı-ayrı kəndlərdə fermerlərlə pambıq əkini barədə əvvəlcədən müqavilə bağlayıb.
    Qarabağ Regional Tərtər Pambıq Qəbulu Məntəqəsinin (Qaraqoyunlu kəndi) fermerlərlə bağladıqları müqaviləyə əsasən 1980 hektar sahədə pambıq əkilib. Belə ki, həmin məntəqənin nəzdində Köçərlidə 199,5, Azadqaraqoyunluda 233,3, Hüsənlidə 130, Qazyan kəndində 206, Qaynaqda 196,8, Yuxarı Qapanlıda 129,9 hektar pambıq əkilib.
    “CTS Aqro” MMC pambıq qəbulu məntəqəsi (Tərtər) isə fermerlərlə bağladıqları müqaviləyə əsasən 1063 hektarda pambıq əkib. Bu məntəqə Qazyan, Əksipara, Qaynaq, Qaraağacı, Bəyimsarov, Evoğlu, İsmayılbəyli, İrəvanlı, Qapanlı kəndlərinin fermerləri ilə müqavilələr bağlayıb. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Kənd təsərrüfatı RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    CƏBHƏ XƏTTİNDƏ ƏMƏK NÜMUNƏSİ

    0779a52c0de88c0230fb33239555fdc4Tərtər kəndlisinin qayğılı günləridir. Pambıq tarlalarında, tərəvəz sahələrində becərmə işləri başdan aşır. Hazırda taxıl biçilir. Təbiətin şıltaqlığı, qeyri-sabit hava şəraiti təsərrüfat işlərində müəyyən çətinliklər yaratsa da, kəndlinin əli işdən soyumur.
    Tərtər Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini icra edən Mehman Babayevlə birlikdə müxtəlif təsərrüfatlarda olduq, fermerlərlə iş başında görüşüb söhbət etdik. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, pambıqçılıqda, baramaçılıqda köhnə şöhrəti qaytarmaq barədə verdiyi tapşırıq və tövsiyələrinin nəticəsiz qalmadığının şahidi olduq.
    Köçərli kənd sakini Abbas Əliyevin sahəsində biçinin qızğın vaxtı idi. Anar Zeynalovun idarə etdiyi kombayn zəmidə aramla irəliləyirdi. Məhsul bolluğunun sevincini yaşayan Abbas kişi bizimlə söhbətində dedi:
    – Biz cəbhə bölgəsində, müharibə şəratində yaşayırıq. Dövlətimiz, ordumuz üçün çörəyin bolluğu silah qədər vacibdir. Bolluq uğrunda mübarizədə arxamız, dayağımız dövlətdir. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Kənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    ƏMƏLİ İŞ

    w_161487921047915938542_1000x669Hazırda təsərrüfat işlərinin qızğın dövrüdür. Kəndimizin fermerlərindən Xamis Əsgərov 3 hektarda pambıq becərir. Elxan Quliyev 6 hektar sahədə yonca, 3 hektar sahədə müxtəlif ağac tingləri əkib. Elxan mal-qara bəsləməklə də məş-ğul olur.

    Mən özüm isə icarəyə götürdüyüm 30 hektar torpaq sahəsinin 15 hektarında yonca, 3 hektarında müxtəlif ağac ting-ləri, qalan sahələrdə isə süpürgə, günəbaxan əkmişəm. 15 baş mal-qara bəsləyirəm. Onların içərisində sağılanı da var, ətlik üçün bəsləniləni də.
    Yonca sahələrində 2 dəfə biçin aparmışıq. Biçilən sahələ-rin otu götürülən kimi növbəti biçinə hazırlıq üçün dərhal su-varma aparırıq. Sahəmizin kənarında subartezian quyusu var. Suvarmanı həmin artezianın hesabına görürük.

    Vüqar Əsgərov,
    Kəngərli kəndində torpaq mülkiyyətçisi

    Teqlər:

  • 20İyl
    Kənd təsərrüfatı YÜKSƏK MƏHSULDARLIQ üçün şərhlər bağlıdır

    14251877214325424512_1000x669Rayonumuzda son dövrlərdə qazılan subartezian quyularının biri də bizim Ələsgərli kəndinin “13 hektar” deyilən ərazisindədir. Subartezian quyusunun suyundan fermerlər Cəmil Novruzov, Kamil Quliyev, Əbil Əliyev, Xəlil Əhmədov və başqaları istifadə edirlər. Onlar taxıl, soğan, kartof, pamidor, pambıq və digər kənd təsərrüfatı və bostan bitkiləri əkib becərirlər.
    Bu günlər fermer Cəmil Novruzov 4 hektar taxıl sahəsində biçini başa çatdırıb. Zəmilər vaxtlı-vaxtında və keyfiyyətlə suvarıldığına görə hər hektardan 40 sentner buğda götürülüb.
    Qonşu fermerlər də kənd təsərrüfatı və bostan bitkilərini normal becərdikləri üçün sahələrdə bol məhsul hasilə gəlib. Yeni subartezian quyusunun vurulması fermerlərin işə olan həvəsini artırıb.

    Kamran Əhmədov,
    Ələsgərli kənd İƏD üzrə icra nümayəndəsi

    Teqlər:

  • 20İyl
    Kənd təsərrüfatı ARPA BİÇİNİ BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    tarla_hasati_bicerdover_nettekeyifnet-compressor2017-ci ilin məhsulu üçün rayonda 9506,6 hektar sahədə taxıl əkilmişdir. Onun 6908,9 hektarı buğda, qalan 2597,7 hektarı arpa sahələridir.
    Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı rayonumuzun kənd təsərrüfatında çalışan fermer və ailə fermer təsərrüfatlarının üzvlərinin məsuliyyətini qat-qat atırmışdır. Onlar Prezidentin bu tapşırığına əməli işləri ilə cavab verməyə çalışırlar. Artıq rayonda arpa biçini başa çatıb. Zəmilərdən 23 min 451,3 ton məhsul yığılıb. Hər hektardan 31,4 sentner arpa götürülüb. Bu, ötən ildəkindən 4,2 sentner çoxdur.
    Bəzi fermerlər hektarın məhsuldarlığına görə daha yüksək göstərici qazanıblar. Belə ki, Sarıcalı kəndində arpa sahələrinin hər hektarından 38,9, Mamırlıda 32,6, İrəvanlıda 32,2 , Bəyimsarovzda isə 32,3 sentner məhsul yığılıb.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı BARAMA TƏDARÜKÜ BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    539-barama-toxumlari-tut-tnglr-v-findiq-phrlr-mhsul-stehsalilarina-vz-dnlmdn-paylanilacaqBir neçə il bundan əvvəl unudulan sahələrdən biri olan baramaçılıq indi yenə də əvvəlki şöhrətinə qayıdır.
    Baramaçılıq barədə daha ətraflı məlumat almaq məqsədilə rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayevlə əlaqə saxladıq. O bildirdi ki, rayonumuzun kümçüləri ötən il 20 qutu, bu il isə ondan 6 dəfə çox, yəni 120 qutu ipəkqurdu bəsləmişlər. Barama tədarükü başa çatıb. Hər bir kümçü dövlətə təhvil verdiyi baramanın bir kiloqramı üçün 9 manat pul alacaq. Onun 4 manatını Şəki İpək “ASC” verəcək, qalan 5 manat isə subsidiya şəklində dövlət tərəfindən ödəniləcəkdir.
    Rayon statistika idarəsinin məlumatına əsasən tərtərli kümçülər bu mövsümdə dövlətə 4601,6 kiloqram barama təhvil veriblər. Ötən il isə bu rəqəm 959 kiloqram olub. Bu il dövlətə 4,8 dəfə çox barama təhvil verilib. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı Kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir üçün şərhlər bağlıdır

    PREZİDENTİMİZİN TAPŞIRIĞINA ƏMƏLİ İŞİMİZLƏ CAVAB VERƏCƏYİK

    c9b13914-fc65-4372-b340-ebf71b2dc91fÖlkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı hər bir torpaq mülkiyyətçisi kimi mənim də işə olan həvəsimi qat-qat artırıb. 1997-ci ildən indiyədək torpaqda əkin-biçinlə məşğul oluram. Ötən il becərdiyimiz şəkər çuğunduru sahəsinin hər hektarından 70 tondan çox, buğda sahəsinin hər hektarından 30 sentner, arpa sahəsinin isə hər hektarından 22 sentner məhsul götürdük.
    Təsərrüfatımda işləyənlər–ailə üzvlərim, yaxın qohumlarım, qonşularımdır. Ölkə rəhbərinin pambıqçılığı inkişaf etdirmək barədə Saatlı rayonunda keçirdiyi müşavirədəki tapşırıqlarını, torpaq mülkiyyətçilərinə, nəzərdə tutulan subsidiyalar, texnikadan, gübrələrdən güzəştli şərtlərdə istifadə olunması insanların bu sahəyə marağını qat-qat artırıb. Bu il 23 hektar sahəyə çiyid, 9 hektara isə şəkər çuğunduru toxumu səpmişik. Hər iki sahədə səpin aqrotexniki qaydada keçirilib. İndi çuğundur sahələrində alaq otlarına qarşı becərmə işləri aparılır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı ŞƏKƏR ÇUĞUNDURUNUN İSTEHSALI ARTIR üçün şərhlər bağlıdır

    14317287745873043008_1000x669Son zamanlar respublikamızın əksər bölgələrində şəkər çuğundurunun əkini, onun becərilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib. Elə buna görə də rayonumuzda bu sahənin inkişaf etdirilməsinə xususi diqqət yetirilir.
    Qeyd etmək lazımdır ki, bu bitkinin son illər əkin sahələri əhəmiyyətli dərəcədə genişləndirilir. Müqayisə üçün deyək ki, əgər ötən il rayonumuzun təsərrüfatlarında 1187 hektar sahədə şəkər çuğunduru becərilmişdisə, bu il həmin sahələr 1541 hektara çatdırılıb.
    Fermerlərimiz 2016-cı ildə İmişlidəki şəkər zavoduna 56 min 872,1 ton məhsul təhvil vermişlər. Hər hektarın orta məhsuldarlığı 479,1 sentner olmuşdur. Bu il daha çox məhsul gözlənilir. Bu işdə bir sıra icra numayəndəliklərində çalışan fermerlərin işləri daha uğurlu olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı ZƏHMƏTİMİZ BƏHRƏ VERİR üçün şərhlər bağlıdır

    4D2942F4-7660-4799-9272-B22AE3F0AF46_w1080_h608Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barəsindəki göstərişləri təsərrüfatmızın üzvlərini də ürəkdən həvəsləndirib. Ona görə ki, biz ailəlikcə torpağı sevən, ondan bol məhsul götürən insanlarıq. Mən həm öz kəndimizdə, həm də qonşu Seydimli kəndində 40 hektara yaxın torpaq sahəsi becərirəm. Elə həmin torpaqların hesabına özümüzün fərdi fermamızı da yaratmışıq. İndi fermada 150 baş qoyun-quzu bəsləyirik.
    Cari ilin məhsulu üçün hələ ötən ilin payızında 10 hektar sahəyə payızlıq taxıl, 7 hektara şəkər çuğunduru toxumu əkmişdik, 15 hektar sahədə yonca becəririk.
    Ölkə Prezidenti İlham Əliyevin “Toxumdan tutmuş hazır məhsuladək Azərbaycanda istehsal olunmalıdır” təşəbbüsü torpağı əkib-becərən insanların məsuliyyət hissini qat-qat artırıb. Elə buna görə də səpdiyimiz taxıl toxumunu öz sahəmizdən götürmüşük. Daha ətraflı »

    Teqlər: