Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek
    Xəbərlər Tərtərdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    Dekabrın 8-də keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru Bəxtiyar Əliyev, Gənclər və İdman idarəsinin İdman sahəsi üzrə aparıcı məsləhətçisi Nəriman Nərimanzadə, rayon Mərkəzi Xəstəxanasının həkimi Sevinc Şirinova, rayon ümumtəhsil məktəblərinin psixoloq və müəllimləri iştirak ediblər.

    Tədbirdə çıxış edənlər bildiriblər ki,  ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında”  Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb.  Birinci vitse-prezident, çox hörmətli  Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür. Daha ətraflı »

  • 10Dek
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

    Müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

    Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının yerinə yetirilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılıb, özlərinin iştirakı ilə araşdırılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, vətəndaşlar tərəfindən payızlıq əkinlərin ilin sonunadək bəyan edilməsi, nizam-intizam qaydalarına riayət olunması, rayon ərazisində abadlıq quruculuq işlərinin aparılması, yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin qarşısının alınması məsələləri müzakirə olunub.

    Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov və digərləri  çıxış ediblər.

    Müzakirə olunan məsələlər barədə icra başçısı aidiyyəti qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

     

  • 10Dek
    Xəbərlər Rayon rəhbəri şəhər küçələrinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub üçün şərhlər bağlıdır

    Tərtər şəhərində abadlıq və yenidənqurma işlərinin icrası uğurla davam etdirilir, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur.

    Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş birinci Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, İnqilab Ağayev, İlqar Həsənov, Mehrac Mahmudov, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli “Rəşadət” ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Sənan Məmmədli, Aysənan Abbasov, Məftun Əhmədzadə, “Azərbaycan bayrağı” ordenli Ruslan Şahbazov və Nəsimi, Məmməd Əmin Rəsulzadə, Rəsul Rza, Qafur Məmmədov, Firudun bəy Köçərli, Mikayıl Müşviq, Həsən bəy Zərdabi, Əbdulrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdı oğlu, Fikrət Əmirov, Heydər Hüseynov, Abbas Mirzə Şərifzadə, Yüsif Vəzir Çəmənzəminli, ümumilikdə 24 küçəyə əsaslı təmirdən sonra asfalt örtüyü çəkilib.

    Hazırda Nizami küçəsinin döngələrinə asfalt örtüyü çəkilir.

    Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti qurumların rəhbərləri ilə şəhərin asfaltlanma işləri aparılan küçələrində görülən işlərlə yerində tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.

    Sakinlər görülən işlərdən razılıq edib, küçələrdə aparılan tikinti-abadlıq işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 10Dek
    Digər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı yanında icra hakimiyyətinin “Heydər Əliyev İli” çərçivəsində hazırladığı Tədbirlər Planı müzakirə olunub üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı yanında dəyirmi masa keçirilib.

    Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, YAP Tərtər rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının, təhsil, səhiyyə, mədəniyyət və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 05 dekabr 2022-ci il tarixdə tədbirlər planı hazırlanmışdır. Daha ətraflı »

  • 09Dek
    Digər 2023- cü il “Heydər Əliyev ili”dir üçün şərhlər bağlıdır

    ULU ÖNDƏRİN ADINA LAYİQ YAŞAYACAĞIQ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd olunması və “Heydər Əliyev ili”nin tədbirlər planının təsdiq etməsi haqqındakı Sərəncamları müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin parlaq həyatının və fəaliyyətinin öyrənilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərə start verib.
    Bu istiqamətdə rayonumuzda da ardıcıl olaraq silsilə tədbirlər görüləcək. Azərbaycan dövlətinin Heydər Əliyevin adı ilə bağlı inkişaf mərhələsi daha dərindən öyrəniləcək, bu dövrdə əldə olunan möhtəşəm nailiyyətlər barədə gənclərə dolğun məlumatlar çatdırılacaq.
    Tərtər kənd təsərrüfatı rayonu olduğu üçün, bu sahənin inkişaf etdirilməsinə Ulu Öndərin verdiyi sanballı töhfələr bir daha öyrəniləcək və təbliğ olunacaq. Onun tərtərlilərin yaddaşında yaşayan qiymətli tövsiyələri, məsləhətləri bir daha xatırlanacaq və yenidən canlanacaq.
    “Heydər Əliyev ili”ndə tərtərlilər hər bir sahədə Ümummilli Liderin adına və əziz xatirəsinə layiq yaşamağa və əmək uğurları qazanmağa çalışacaqlar.

    “Yeni Tərtər”

  • 09Dek
    Xəbərlər Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri Tərtərə səfər edib üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Səfər çərçivəsində səfir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri səfirə rayonun infrastrukturu, sosial-iqtisadi göstəriciləri, istehsal olunan kənd təsərrüfatı məhsulları, sahibkarlığın inkişafı üçün investisiyaların cəlb olunması barədə məlumat verib, Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə danışıb.
    Səfir mərkəzi meydanda Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olub.
    Sonra o, şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun ermənilərin atdığı “Smerç” tipli raketin nəticəsində dağılmış evində olub. Bir tərəfdə açıq havada dağılmış ev müzeyinə, digər tərəfdə dövlətin həmin dağılmış evin yanında öz vətəndaşına tikdiyi evə baxıb.
    Sonra səfir Şıxarx qəsəbəsində böyük hissəsi ermənilər tərəfindən dağı-dılmış ”Marağa-150” abidəsində olub. İcra başçısı səfirə abidə haqqında məlumat verib. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

  • 09Dek
    Digər Dekabrın 12-si Ümummilli Lider Heydər Əliyevin anım günüdür üçün şərhlər bağlıdır

    Ulu Öndərin müdrik kəlamları

    .Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz və qiymətli nailiyyətdir, bu nailiyyəti, dövlət müstəqilliyimizi daim qoruyub sax-layacağıq.
    .Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
    .Əgər hər hansı bir dövlətin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
    .Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
    .Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır.
    .Həyatda hər kəsin öz mövqeyi olmalıdır– istər yaxşı, istərsə də pis. Ən təhlükəli adam şəxsi mövqeyi olmayandır.
    .Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır.

  • 09Dek
    Digər Heydər Əliyev haqqında demişlər üçün şərhlər bağlıdır

    Heydər Əliyevin zəngin təcrübəsi və müdrikliyi sayəsində əldə edilmiş nəticələr yeni müstəqillik qazanmış digər ölkələr üçün də gözəl nümunədir.

    Alkirdas Brazauskas,
    Litva prezidenti

    Türkiyəlilərin Atatürk kimi bir lideri vardır, azərbaycanlılar da xoşbəxtdirlər ki, onlar Heydər Əliyev kimi bir liderin ətrafında sıx birləşmişlər. Məhz buna görə də həm türkiyəlilər, həm də azərbaycanlılar öz talelərinə minnətdar olmalıdırlar. Aysel Köksoy,

    Türkiyə Böyük Millət
    Məclisinin millət vəkili

    Prezident Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanda yəhudilər üçün yaradılan şərait dünyadakı bütün müsəlmanlar və yəhudilər üçün nümunə olmalıdır.

    Avraam Burq,
    Ümumdünya Yəhudi Agentliyi
    Direktorlar şurasının sədri Daha ətraflı »

  • 09Dek
    Ədəbiyyat VƏTƏN OĞLU üçün şərhlər bağlıdır

    Müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz imzasını atan dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır. Onun ali bir rəhbər kimi Azərbaycan üçün etdikləri xalq tərəfindən unudulmur, şeir və nəğmələrə, film və kitablara mövzu olur. Xalq onun üçün yaşayanları unutmur.

    Vətən oğlu, ata oldun bizə sən,
    Ata kimi qayğımızı çəkirdin.
    Şair kimi həssas idin sözə sən,
    Danışıqda sözdən sözü çəkirdin.
    Sənin rəmzin Azərbaycan bayrağı,
    Baş qoymağa, can verməyə hazırıq.
    Dan ulduzum – yurdumuzun mayakı,
    Şeir də bir təsəllidir, yazırıq.
     

    Ölkə olduq sən arzuna çatanda,
    Bir əlin od, bir əlin su olurdu.
    Millət rahat xumarlanıb yatanda,
    Yuxun bir an quş yuxusu olurdu.

     

    Adın-sanın yenilməz bir ordudu,
    İndi odlar diyarının özüsən…
    Azərbaycan Heydərlərin yurdudu,
    Gələcəyə baxanların gözüsən.

    Fikrət Qoca

    Yurdumuzda şan-şöhrətli hər nə var
    Yatmadığn günlər, aylar, illərdi;
    Ziyarətə gəlir səni bu yollar…
    Göz yaşımız məzarında güllərdi.
  • 09Dek
    Ədəbiyyat HEYDƏR ATAMIZ üçün şərhlər bağlıdır
    Azərbaycan adını,
    Azərbaycan xalqını,
    Dünyaya tanıtdıran,
    Heydər atamız oldu.
    Sinəndə köz də yansa,
    Dilində söz də yansa,
    Qarşında kim dayansa,
    Yaşa, ey odlar yurdu.
    Tanrı sənə yetirib,
    Heydər kimi bir oğlu.
    Keşiyində dayanıb
    Basılmaz, igid ordu.
    Damarında türk qanı
    Axan Heydər özüdür.
    Bütün türk dünyasında,
    Atatürklə özüdür.

    Zəminə Bayramova