Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy
    Xəbərlər Fövqəladə Hallar Nazirliyi Tərtər rayonunda kompleks mülki müdafiə təlimi keçirib üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində 2-4 noyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Tərtər rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

    Təlimdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər. Daha ətraflı »

  • 05Noy
    Şəhidlər 8 noyabr Zəfər günü ilə əlaqədar rayon rəhbəri Vətən müharibəsi şəhidi Cahangir Surxayzadənin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov 8 noyabr Zəfər günü ilə əlaqədar Qaynaq kəndində şəhid Surxayzadə Cahangir Hətəm oğunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda torpağı qanları ilə vətənə çevirən  oğulların ruhuna  dualar oxuyub.

    Sonra icra başçsı 24 yaşlı Cahangirin keçdiyi döyüş yolundan danışıb. Qeyd olunub ki, Cahangir Surxayzadə Azərbaycan Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının əsgəri olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda döyüşüb və noyabrın 9-da Şuşa

    döyüşlərində şəhid olub. Daha ətraflı »

  • 05Noy
    Şəhidlər Rayon rəhbərinin 8 noyabr- Şanlı Zəfər günü ilə əlaqədar şəhid ailələrini ziyarəti davam edir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 8 noyabr- Şanlı Zəfər günü ilə əlaqədar şəhid ailələrini ziyarəti davam edir. İcra başçısı növbəti dəfə əslən Kəlbəcər rayonundan olan Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşmış Vətən müharibəsi şəhidi Rzayev Ülfət Novruz oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, şəhidin ailə üzvləri ilə birgə Ülfətin xatirəsini anıb, bir daha onun döyüş yoluna nəzər salıb.

    Ülfət Novruz oğlu Rzayev 2000-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Daha ətraflı »

  • 05Noy
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun rayonun Bəyimsarov kəndində yaşayan ailəsini ziyarət edib, onlara başsağlığı verib, qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna  dualar oxuyub.

    Məmədəli Tural Aqil oğlu 1998-ci il martin 22-də Tərtər rayonnunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi  Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Daha ətraflı »

  • 05Noy
    Xəbərlər Tərtərdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtərdə tarixi Zəfər günü ilə bağlı silsilə tədbirlər davam edir. Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi ilə birlikdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirib.

    Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və veteranlar, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlərin Abidə Kompleksini ziyarət edib, onların xatriəsini ehtiramla yad ediblər.

    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha ətraflı »

  • 05Noy
    Şəhidlər Rayon rəhbəri Zəfər günü ərəfəsində Yuxarı Qapanlı kəndində Vətən müharibəsi şəhidi Əliyev Elməddinin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon prokurou Əli Qurbanov və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Zəfər günü ərəfəsində  Yuxarı Qapanlı kəndində Vətən müharibəsi şəhidi Əliyev Elməddinin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan ordusunun tarixi qələbəsindən danişan icra başçısı Müstəqim Məmmədov ordumuzun erməni ordusunun məglubedilməzliyi haqqında yayilmış “əfsanə”nin əslində yalan oldugunu üzə çıxardıgını, erməni vandalizminə son qoydugunu bildirib. Azərbaycan Ordusunun 44 gündə onları diz çökdürdüyünü, Ermənistanın kaptulyasiya aktına imza atdıgını qeyd edib. Bu qələbənin məhz Elməddin kimi ogulların sayəsində qazanıldıgını, onların sayəsində 30 ildən sonra torpaqlarımızın işgaldan azad olundugunu deyib. Rayon rəhbəri şəhidin valideynlərinə Elməddin kimi ogul böyütdükləri üçün minnətdarlıgını bildirib. Daha ətraflı »

  • 05Noy
    Təhsil İcra başçısı Yuxarı Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 420 şagird yerlik Yuxarı Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

     

  • 05Noy
    Xəbərlər Yuxarı Qapanlı kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Yuxarı Qapanlı kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »

  • 05Noy
    Şəhidlər Zəfər günü ilə əlaqədar Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi Aysənan Abbasovun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Zəfər günü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə  Vətən müharibəsi şəhidi Abbasov Aysənan Əsgər oğlunun rayonun Seydimli kəndində yaşayan ailəsini ziyarət edib, onun ailəsinin qayğıları ilə maraqlanıb, şəhidin valideynlərinə Aysənan kimi Vətəni sevən, onun ərazi bütövlüyü uğrunda canından keçən oğul böyütdükləri üçün minnətdarlıq edib, Aysənanın evdən deyil, eldən gedən ogul olduğunu bildirib.

    Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Daha ətraflı »

  • 05Noy
    Şəhidlər 8 noyabr- Şanlı Zəfər günü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi Elnur Hüseynovun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

     8 noyabr- Şanlı Zəfər günü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Kəbirli kəndində yaşayan Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Elnur kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.

    Elnurun keçdiyi döyüş yolundan danışan rayon rəhbəri  onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Elnur kimi oğullarının unudulmadığını bildirib.

    Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb. Daha ətraflı »