Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Mənsimli İntiqam Rövşən oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə  rayonun Kəngərli kəndindən olan şəhid Mənsimli İntiqam Rövşən oğlunun ikinci ildönümü ilə əlaqədar onun ailəsinə baş çəkib, başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

    Mənsimli İntiqam 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun  Kəngərli kəndində dəfn olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin  müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidin ailə üzvləri onlara göstərilən  diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 19Okt
    Digər Azərbaycan Respublikası müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam oldu üçün şərhlər bağlıdır

    Oktyabrın 18-də Azərbaycan Res-publikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam oldu.
    1991-ci ildən sonra ikinci ildir ki, Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq,öz ərazi bütövlüyünü bərpa etmiş xalq kimi qeyd edir.
    Ölkəmizdə mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
    Azərbaycan müstəqilliyinin qoru-nub saxlanılmasında, əbədi olmasında 2003-cü ildə 100 illik yubileyini qeyd edəcəyimiz Ümummilli Liderimiz Heydər Əliyevin titanik əməyi var.
    Məhz onun yorulmaz fəaliyyəti sayəsində Azərbaycan bütün sahələr üzrə surətli inkişaf yoluna qədəm qoydu, dünya miqyasında tanındı və müstəqil söz sahibinə çevrildi.
    Ulu Öndərin ən layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İham Əliyev atasının başa çatdıra bimədiyi işləri uğurla davam etdirərək, Azərbaycan xalqına qalib xalq, müzəffər Orduya malik ölkə sevincini yaşatdı.
    Azərbaycan Ordusunun qarşısından qorxaqcasına qaçan erməni silahlı birləşmələri bu gün öz məğlubiyyətlərini gözəl anlayırlar.
    Suveren, müstəqil Azərbaycan isə sevimli lideri İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha güclü olacaq, yeni-yeni uğurlara imza atacaq.

    “Yeni Tərtər”

  • 19Okt
    Xəbərlər TƏZƏKƏND KƏNDİNDƏ RAYON RƏHBƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinin Təzəkənd kəndində keçirilib.
    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin şəkillərindən ibarət məktəbdəki fotostendin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
    Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici səfərlərindən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni vəhşiliyinin ifşası istiqamətində yorulmaz fəaliyyətindən məlumat verib.
    İcra başçısı Azərbaycan Respublikası Prezidentinin Astanada Pakistanın baş naziri Şahbaz Şəriflə görüşündən də danışıb. Bildirib ki, həmin görüşdə ölkə rəhbəri deyib ki, Ermənistan tərəfindən siyası iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsinin imzalana biləcək. Daha ətraflı »

  • 19Okt
    Təhsil Dərsdən yayınma hallarının qarşısı alınmalıdır üçün şərhlər bağlıdır

    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun 124 şagird yerlik Təzəkənd kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
    Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

     

  • 19Okt
    Xəbərlər Şəhid adları verilən küçələrə asfalt salınır üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər şəhərinin şəhid adları verilən küçələri müasir standartlara uyğun olaraq yenidən qurulur. Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş birinci Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli “Rəşadət” ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Sənan Məmmədli adına küçələrə əsaslı təmirdən sonra asfalt salınır.
    Şakir Həsənov küçəsinin sakini İltimas Babayev deyir:
    –Şəhidlər bizim qürurumuz, tariximizdir. Gələcək nəsillər onları tanımalı və xatirələrini uca tutmalıdır. Bu istiqamətdə rayonumuzda görülən işləri ürəkdən alqışlayırıq. Bu, həm də şəhid ailələri üçün bir təsəllidir.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • 19Okt
    Digər KÖNÜLLÜLƏRƏ SERTİFİKAT VERİLİB üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu qeyd edib.
    Bildirilib ki, könüllülərin fəaliyyətinə qoşulmuş 15 nəfər gəncdən artıq 8 nəfəri Tərtər rayon İcra Hakimiyyətində, 1 nəfər isə YAP rayon təşkilatında müvafiq işlə təmin olunub.
    Tərtər rayon könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran 3 nəfər gəncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim edilib və 2 nəfər könüllü gənclə yeni müqavilə bağlanıb.

     

  • 19Okt
    Hərbi vətənpərvərlik Füzulinin və Zəngilanın işğaldan azad olunmasından 2 il ötür üçün şərhlər bağlıdır

    FÜZULİNİN AZAD OLUNMASI ORDUMUZUN ZƏFƏR YÜRÜŞÜNƏ YOL AÇDI

    Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünü qeyd etdi.
    Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonradan Prezident Heydər Əli-yevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.
    Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. Daha ətraflı »

  • 19Okt
    Xəbərlər ZƏNGİLANDA DÜNYANIN ƏN MÜASİR KƏNDİ TİKİLİB üçün şərhlər bağlıdır

    Oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüv-vələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür.
    2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin–Havalı, Zərnəli Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olundu-ğunu elan edib.
    Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib.
    Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
    Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Daha ətraflı »

  • 19Okt
    Digər İKİLİ STANDARTLAR: NƏYƏ GÖRƏ AVROPA DÜZÜ-DÜZ, ƏYRİNİ-ƏYRİ GÖRMƏK İSTƏMİR? üçün şərhlər bağlıdır

    BU HƏQİQƏTLƏRƏƏ BİGANƏƏ QALMAQ MÜMKÜNDÜRMÜ?

     

     

     

     

     

     

    Avropanın ermənipərəst vəzifə sahibləri bu ölkə ilə bağlı dəqiqləşdirilməyən məlumatları şişirdərək, böyük faciə yaratmağa can atırlar. Ancaq iki əsrə yaxın bir dövrdə bizim xalqımıza qarşı törədilən insanlığa sığmayan vəhşiliklərin üstündən sükutla keçir, bunlara biganə qalırlar. Lakin, şükürlər olsun ki, minlərlə günahsız insanın qisasını Azərbaycan özü – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu aldı. 44 günlük tarixdə nümunəsi olmayan bir müharibə ilə düşmənə layiqli cavab verildi. Müharibə davam etdiyi müddətdə də erməni öz erməniliyində qalmaqda davam edirdi. Dünyada ən müasir və humanist Azərbaycan Ordusundan fərqli olaraq, düşmən cəbhədəki məğlubiyyətlərinin heyfini dinc əhalidən alırdı. Evlər dağılır, sosial obyektlər məhv edilir, heç bir günahı olmayan dinc əhali öz evində-eşiyində, küçələrdə, iş dalınca getdikdə həlak olurdu.

    ­­Yalnız Tərtər rayonu 44 günlük Vətən müharibəsində 16 mülki şəhid verdi. Müharibənin 2-ci günü, sentyabrın 28-də 3 uşaq atası, qəlbi arzularla çırpınan Mehman Əliyev şəhərimizin Heydər Əliyev prospektində, məhkəmə binasının qarşısına düşən artilleriya mərmisindən aldığı qəlpə yarası nəticəsində şəhid oldu.
    Elə həmin gün, sentyabrın 28-də, bir ailə eyni gündə iki oğul övladını itirdi. Poladlı kəndinin sakini Asif Abbasov iki övladını doğma torpağa tapşırarkən, “Vətən sağ olsun”, –dedi. Bəli, xalqımız üçün, azərbaycanlılar üçün Vətən, torpaq sevgisi bütün ülvi hisslərdən üstündür.
    Sentyabrın 29-da daha bir kədərli xəbər tərtərliləri sarsıtdı. Cəbhədən uzaq, öz həyətində günahsız bir qadın– Ayna Mehdiyeva erməni terrorunun qurbanı oldu. Daha ətraflı »

  • 19Okt
    Mədəniyyət Açıq havada ev-muzey üçün şərhlər bağlıdır

    Erməni vəhşiliyinin sübutu olaraq bu gün Tərtərin Elman Səfərov küçəsində açıq havada ev-muzey yaradılıb. Bu evi Vətən mü-haribəsi zamanı ermənilərin atdığı “Smerç” raketi dağıdıb.
    Evin sahibi Sahib İsmayılov bu barədə deyir:
    –İllərlə əziyyətlə tikdiyimiz, hər bir daşı, içərisindəki hər bir əşyası bizə əziz olan evimiz dağılanda, düzü, çox pis olduq. Axı, biz ermənilərə neyləmişdik? Cəbhədə döyüşmək əvəzinə, onlar dinc əhalini, evlərimizi hədəfə aldılar. Bu, dünyada qəbul edilmiş bütün müharibə qanunlarına ziddir.
    Hadisə baş verəndən sonra fövqəladə hadisələr zamanı mülki müdafiənin təmin edilməsi məqsədilə yaradılmış rayon qərargahının üzvləri, Fövqəladə Hallar nazirliyinin əməkdaşları dərhal bizə gələrək, ailəmizin vəziyyəti ilə maraqlandılar. Bizi tək qoymadılar.
    Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında Sa-hib İsmayılovun ailəsinə yeni, hər cür şəraiti olan ev tikilib.
    Dövlətimizin başçısı 2021-ci il oktyabrın 3-də Tərtərə səfəri zamanı Sahib İsmayılovla görüşüb, ev-muzey və yeni evdə yaradılan şəraitlə tanış olub.
    Bu dəfə də ermənilər məqsədlərinə çata bilməyiblər.