Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt
    Digər Sülh müqaviləsinin imzalanması yaxınlaşır üçün şərhlər bağlıdır

    Oktyabrın 6-da Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri olub.

    Görüş zamanı qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. İlk növbədə, enerji sahəsində. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.

    Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb.

    Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.

    Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Daha ətraflı »

  • 11Okt
    Şəhidlər Rayon rəhbəri Vətən müharibəsi şəhidi Bağırlı Mirsədi Mircəfər oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birgə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun ailəsini ziyarət edib, onlara başsağlığı verib.

    Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

    Əslən Tərtər rayonunun Umudlu kəndindən olan Kiçik gizir Mirsədi Bağırlı 12 iyun 2000-ci ildə Bərdə rayonunun Mehdixanlı kəndində anadan olub. 2018-20-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olan Mirsədi sərhədçi peşəsinə çox maraq yaranıb. O, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edib. 2020-ci il fevralın 8-də xidmətə qəbul edilib, az vaxtda hərbi  kollektivin etimadını qazanıb.

    44 günlük Vətən müharibəsində Mirsədi snayperçi kimi iştirak edib. Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fərqlənib. O, Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub və Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub. Daha ətraflı »

  • 11Okt
    Şəhidlər İcra başçısı Vətən Müharibəsi şəhidi Şahbazov Ruslan Mahir oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib üçün şərhlər bağlıdır

    Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş daha bir şəhidimizin Şahbazov Ruslan Mahir oğlunun şəhadətə qovuşmasının  ikinci ildönümüdür. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərıəri və YAP rayon təşkilatının sədri ilə birgə  şəhidin ildönümü mərasimində  iştirak edib, ailəsinə başsağlığı veriərək, səbr diləyib.

    Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov  tərəfindən şəhidlərin  ruhuna dualar oxunub, onların xatirəsi yad edilib.

    Ruslan Mahir oğlu Şahbazov Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub.

    2014-cu ildən müddətdən artıq hərb qulluqçu kimi xidmətə başlayıb. O, 2016-ci ilin 2-5 aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində isə Talış, Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənin 5 tankını, xeyli  canlı qüvvəsini  məhv edib və Talış kəndi  uğrunda  gedən döyüşlərdə şəhid olub, Ələsgərli  kədnində dənf olunub.

    Ruslan Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Azərbaycan Ordusunun 100 illiyi” medalalrı ilə təltif olunub.

    Ruslan Şahbazovun adına doğulduğu kənddə bulaq tikilib. Tərtər şəhərində isə adına küçə verilib, xatirəsi əbədiləşdirilib.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Azərbaycan xalqı igid oğullarını unutmur, onların xatirəsini həmişə yad edir.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 11Okt
    Şəhidlər Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə rayonun Səhləbad kəndindən  olan  Vətən müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun  ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib, ailəsinə  başsağlığı verib.

    Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov tərəfindən  torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş  şəhidlərin ruhuna dualar oxunub.

    Aslanlı Orxan  Şahmar oğlu 20 oktyabr 1992-ci ildə rayonun Səhləbad  kəndində anadan olub. Ağdərə istiqamətində  gedən döyüşlərdə  şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidin adına doğulduğu kənddə bulaq inşaa edilib.

    Orxanın qısa, lakin mənalı ömür yolu gənclərimizə bir örnəkdir.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 10Okt
    Xəbərlər Oktyabrın 3-də Suqovuşanda Azərbaycan bayrağı qaldırılıb üçün şərhlər bağlıdır

    2020-ci il oktyabrın 3-də Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırıldı.
    Bütün Azərbaycan xalqı kimi, tərtərlilər də unudulmaz günlərdə döyüşlərin gedişini ürək çırpıntıları ilə izləyirdilər. O oğullar hər birimizin övladıydı. Odur ki, Tərtərdə açıq-aydın eşidilən döyüşlərin səsi hər birimizin ürəyində əks-səda verirdi.
    Oktyabrın 3-də isə Suqovuşandan qələbə xəbəri gəldi.
    Qeyd edək ki, qədim adı Suqovuşan olan, Sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Ağdərə rayonu ləğv ediləndən sonra Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.
    Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb.
    Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində Şimal-Şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
    Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobili məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib üçün şərhlər bağlıdır

    Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.
    Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur. Daha ətraflı »

  • 10Okt
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Oktyabrda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

                                                                Abbasov Elşən Asif oğlu
    Elşən Abbasov 1987-ci ilin oktyabr ayının 5-də Tərtər rayonunun Poladlı kəndində anadan olub.
    28 sentyabr tarixində Şıxarx qəsəbəsinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub.
                                                           Hüseynov Aslan Malik oğlu
    1985-ci il oktyabrın 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.
    Aslan Hüseynov sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
    Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. 2020-ci ildə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                                  Şirinli Nurlan Qədir oğlu
    Nurlan Şirinli 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub.
    İgid hərbçi oktyabrın 7-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Sarov kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
                                                               Məmmədov Səbuhi Zahid oğlu
    Səbuhi Məmmədov 2000-ci ilin oktyabr ayının 17-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
    Noyabrın 8-də Talış-Suqovuşan istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olmuşdur.
    Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

  • 10Okt
    Xəbərlər MÜƏLLİM İŞLƏYƏN ŞƏHİD VALİDEYNLƏRİ ZİYARƏT OLUNUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllim işləyən şəhid valideynləri–Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyevi və anası Səkinə Əliyevanı telefonla zəng edərək təbrik edib, şəhid Qubad Hacıyevin atası Cəmil Hacıyevi, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyevanı, şəhid Pərviz Orucovun anası Dilruba Orucovanı isə evlərinə gedərək peşə bayramlarını təbrik edib, onlara gənclərin təlim-tərbiyəsində müvəffəqiyyətlər arzulayıb.
    Qeyd edib ki, müəllim us-taddır, öyrədəndir. Hər birimizdə müəllimin bir zərrəsi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Ümummilli Lider Heydər Əliyev müəllimin əməyini həmişə yüksək qiymətləndirib, təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılmasının həmişə qayğısına qalıb. Bu gün bu qayğı ölkə rəhbəri və Birinci vitse-prezident tərəfindən davam etdirilir. Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə, müəllimlərin sosial durumunun yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə göstərdikləri diqqət və qayğını dilə gətirib. Bildirib ki, təhsildə əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər Şəhidlərin adları verilən küçələrdə əsaslı təmir işləri aparılır üçün şərhlər bağlıdır

    Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş I Qarabağ müharibəsi şəhidləri–Süleyman Məmmədov, Şakir Həsənov, Mübariz Kərimov, Vasif Hüseynov, Vətən müharibəsi şəhidləri–3-cü dərəcəli “Rəşadət” ordenli Qəmbər Qəmbərli, Azər Şəmilov və 3-cü dərəcəli “ Vətənə Xidmətə” görə ordenli Sənan Məmmədli, “Azərbaycan Bayrağı” ordenli Ruslan Şahbazov küçələrində əsaslı təmir işləri aparılır, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur. Küçələrin istinad divarları hündürləşdirilir, aqlay və qaya daşları ilə üzlənir. Telekommunikasiya və işıq, qaz xətləri səliqəyə salınır, ağaclar budanir, təmizlik, abadlıq işləri aparılır. Hazırda şəhid adı daşıyan küçələrə asfalt salınmasına hazırlıq işləri görülür.

  • 10Okt
    Qazilərimiz Qazi ona göstərilən diqqətə görə minnətdarlıq edib üçün şərhlər bağlıdır

    Rayon rəhbəri Müstəqim Məmmədov 3 oktyabr 2022-ci il tarixdə ehtiyatsızlıqdan avtomobil qəzası törədərək xəsarət almış, 1998-ci il təvəllüdlü, 2-ci qrup Vətən müharibəsi qazisi Kamal İsmayıllıya baş çəkib, onun səhhəti və qayğıları ilə maraqlanıb.
    Qazi hazırda rayon mərkəzi xəstəxanasında müalicə olunur. İcra başçısı rayon mərkəzi xəstəxanasının publik huquqi şəxsi Sərxan Cəlahaniyə qazinin müalicəsi üçün tapşırıq və tövsiyələrini verib.
    Kamal İsmayıllı şəhid və qazi ailələrinə, şəxsən onun səhhətinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib.