Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Okt
    İdman Tərtərdə YAP-ın 30 illik yubileyinə həsr olunmuş regionlararası mini futbol turnirinə start verilib üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətiylə Yeni Azərbaycan Partiyası və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində 18-30 yaşlılardan ibarət Tərtər, Ağdam, Şuşa, Xocalı, Bərdə və Füzuli rayonlarından olan komandaların iştirakı ilə regionlararası mini futbol turnirinə start verilib.

    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramal anıblar.

    Tərtər Olimpiya İdman Kompleksində davam edən tədbirdə öncə Yeni Azərbaycan Partiyasının qurucusu olan Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndər Heydər Əliyevin nurlu ideyaların daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrilməsindən, Azərbaycan dövlətinin bu günkü inkişafından, Vətən müharibəsində Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  qazanılan şanlı Zəfərdən danışaraq, komandalara yarışda uğur qazanmağı arzulayıb. Daha ətraflı »

  • 17Okt
    Şəhidlər Rayon rəhbəri mülki şəhid Əmirov İsgəndər Yelmar oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçsı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhər sakini mülki şəhid Əmirov İsgəndər Yelmar oğlunun  ikinci ildönümü ilə əlaqədar  ailəsinə baş çəkib, onlara başsağlığı verib.

    Tərtər Cümə Məscidinin imamı  şəhidlərin ruhuna dualar oxuyub.

    İkinci ildönümü qeyd olunan mülki şəhid İsgəndər Əmirov Ermənistan silahlı birləşmələrinin şəhər qəbristanlığında dəfn mərasimi zamanı dinc sakinləri artilleriya atəşinə tutması nəticəsində şəhid olub.

    Ermənistan Tərtər şəhərinin  dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə edərək, beynəlxalq humanitar hüquq qaydalarını kobudcasına pozub, öz  vandallıqlarını nümayiş etdiriblər.

    Ön cəbhədə məğlubiyyətə uğradıqlarını görüb qəbristanlıqda öz yaxınlarını dəfn edən dinc sakinləri atəşə tutmağı ancaq erməni vəhşiləri bacarar. Azərbaycan xalqı erməni terrorunu pisləyir, onları cəzalandırmağı tələb edir.

    Terror nəticəsində  Tərtərlilər 16 mülki şəhid verib, 63 nəfər mülki vətəndaş yaralanıb.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 17Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Əlizadə Elşən Faiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun İsmayılbəyli kəndində olan Vətən müharibəsi şəhidi Əlizadə Elşən Faiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsində olub, onlara başsağlığı verərək, qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.

    Əlizadə Elşən Faiq oğlu 1995-ci ilin avqust ayının 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Vətən müharibəsində oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 16-da isə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub, subay idi.

    Elşən Əlizadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğurunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Kənd sakinlərinin təşəbbüsü ilə kənddə I Qarabağ müharibəsi şəhidi Şəmil Quliyev və Vətən müharibəsi şəhidi Elşən Əlizadənin adına bulaq inşa olunub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Elşənin qısa, lakin mənalı ömür yolu gənclərə bir örnəkdir.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 17Okt
    Şəhidlər Rayon rəhbəri mülki şəhid Orucov Pərviz Novruz oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Erməni terrorçularının daha bir qurbanı rayonun Mamırlı kəndidən olan Orucov Pərviz Novruz oğludur. Pərvizin cəmi 31 yaşı var idi. O da Ermənistan silahlı qüvvələrinin  Tərtər  şəhərini artilleriya atəşinə tutması nəticəsində şəhər qəbristanlığında qohumunun dəfn mərasimi zamanı şəhid olub. Özündən sonra əkiz övladları yadigar qalıb. Pərviz Mamırlı kənd qəbristanlığında dəfn olunub,  ailənin yeganə oğlu idi.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidin 2-ci ildönümü  ilə əlaqədar onun ailəsində olub, başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı  şəhidlərin ruhuna dualar oxuyub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 14Okt
    Digər Müəyyən edilmiş hədəflərə nail olunacaq üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.

    Prezident İlham Əliyev Bişkekdə mətbuata bəyanat verib.

    Dövlətimizin başçısı bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir.

    Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

    Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub.

    Prezident İlham Əliyev effektiv əməkdaşlığın konkret nümunələrindən danışaraq deyib ki, Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Daha ətraflı »

  • 13Okt
    Xəbərlər İcra başçısı gəncəli şəhid İlqar Bürcəliyevin əmisini qəbul edib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncəli Vətən müharibəsi şəhidi, Bürcəliyev İlqar Vüqar oğlunun əmisi teatrşünas, tənqidçi Anar Burcəliyevi qəbul edib.

    Məlumat üçün bildiririk ki, İlqar Bürcəliyev görkəmli teatr və kino xadimləri Azərbaycan Respublikasının xalq artistləri Məmməd Bürcəliyev və Sədayə Mustafayevanın nəticəsidir. O, Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

    Qəbul zamanı şəhidin əmisi rayon rəhbərinə Göygöl rayonundan olan şəhid və qazilər haqqında yazdığı “Qalib əsgərin hekayəti” kitabını təqdim edib.

    İcra başçısı şəhidin əmisinə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında Vətən müharibəsində qazanılan şanlı Zəfərdən söhbət açıb, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş, tarix yazan tərtərli şəhidlər, öz sağlamlığını itirmiş qazilər barədə məlumat verib.

    Bildirilib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinin və onun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib. 44 günlük Vətən müharibəsində rayona 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Yaşayış evləri, sosial obyektlər, inzibati binalar dağılıb, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, kənd təsərrüfatına, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Daha ətraflı »

  • 12Okt
    Şəhidlər Rayon rəhbəri Vətən müharibəsi şəhidi Həsənli Zəlimxan Rafiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bəyimsarov kəndində anadan olmuş, əslən Kəlbəcər rayonundan olan 19 yaşlı şəhid Həsənli Zəlimxan Rafiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, onlara başsağlığı verib. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin  ruhuna dua oxuyub.

    Həsənli Zəlimxan  Rafiq oğlu 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2020-ci ilin yanvar ayında hərbi xidmətə gedib, sentyabrın 27-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında artilleriya komandasında iştirak edib.

    Tərtərin igid oğlu Fizuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və 11 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Subay idi. 12 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.

    Ölümündən sonra 19 yaşlı Zəlimxan Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə”  medalları ilə təltif olunub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah şəhidimizə rəhmət eləsin!

  • 12Okt
    Xəbərlər Rayon rəhbəri tərəfindən növbəti vətəndaş qəbulu keçirilib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 26 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, həyətyanı torpaq sahəsi ilə təmin olunma, sahibkarlıq məqsədi ilə icarəyə torpaq verilməsi, əkin üçün bələdiyyədən torpaq sahəsinin ayrılması, özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq aktivləri ilə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 12Okt
    Şəhidlər Rayon rəhbəri Vətən müharibəsi şəhidi Sabirli Əjdər Xanlar oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    İki il öncə daha bir şəhidimiz Sabirli Əjdər Xanlar oğlu doğulduğu  kənddə torpağa tapşırıldı. Şəhidin ikinci ildönümü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Tərtər Cümə Məscidinin imamı ilə birgə onun ailəsinə baş çəkib, onlara başsağlığı verib. Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

    Kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1996-ci ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi.

    Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi. Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.

    Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Suqovuşanın ada olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidentin cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 12Okt
    Hərbi vətənpərvərlik Tərtərdə Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təstiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirərən Vətən müharibəsi iştirakçılarına təqdimetmə mərasimi keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib və 12-13 sentyabr tarixindən başlayaraq ermənilərin dövlət sərhəddində törətdikləri genişmiqyaslı təxribatdan da danışıb. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq. Daha ətraflı »