Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt
    Xəbərlər MÜƏLLİM İŞLƏYƏN ŞƏHİD VALİDEYNLƏRİ ZİYARƏT OLUNUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllim işləyən şəhid valideynləri–Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyevi və anası Səkinə Əliyevanı telefonla zəng edərək təbrik edib, şəhid Qubad Hacıyevin atası Cəmil Hacıyevi, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyevanı, şəhid Pərviz Orucovun anası Dilruba Orucovanı isə evlərinə gedərək peşə bayramlarını təbrik edib, onlara gənclərin təlim-tərbiyəsində müvəffəqiyyətlər arzulayıb.
    Qeyd edib ki, müəllim us-taddır, öyrədəndir. Hər birimizdə müəllimin bir zərrəsi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Ümummilli Lider Heydər Əliyev müəllimin əməyini həmişə yüksək qiymətləndirib, təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılmasının həmişə qayğısına qalıb. Bu gün bu qayğı ölkə rəhbəri və Birinci vitse-prezident tərəfindən davam etdirilir. Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə, müəllimlərin sosial durumunun yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə göstərdikləri diqqət və qayğını dilə gətirib. Bildirib ki, təhsildə əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər Şəhidlərin adları verilən küçələrdə əsaslı təmir işləri aparılır üçün şərhlər bağlıdır

    Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş I Qarabağ müharibəsi şəhidləri–Süleyman Məmmədov, Şakir Həsənov, Mübariz Kərimov, Vasif Hüseynov, Vətən müharibəsi şəhidləri–3-cü dərəcəli “Rəşadət” ordenli Qəmbər Qəmbərli, Azər Şəmilov və 3-cü dərəcəli “ Vətənə Xidmətə” görə ordenli Sənan Məmmədli, “Azərbaycan Bayrağı” ordenli Ruslan Şahbazov küçələrində əsaslı təmir işləri aparılır, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur. Küçələrin istinad divarları hündürləşdirilir, aqlay və qaya daşları ilə üzlənir. Telekommunikasiya və işıq, qaz xətləri səliqəyə salınır, ağaclar budanir, təmizlik, abadlıq işləri aparılır. Hazırda şəhid adı daşıyan küçələrə asfalt salınmasına hazırlıq işləri görülür.

  • 10Okt
    Qazilərimiz Qazi ona göstərilən diqqətə görə minnətdarlıq edib üçün şərhlər bağlıdır

    Rayon rəhbəri Müstəqim Məmmədov 3 oktyabr 2022-ci il tarixdə ehtiyatsızlıqdan avtomobil qəzası törədərək xəsarət almış, 1998-ci il təvəllüdlü, 2-ci qrup Vətən müharibəsi qazisi Kamal İsmayıllıya baş çəkib, onun səhhəti və qayğıları ilə maraqlanıb.
    Qazi hazırda rayon mərkəzi xəstəxanasında müalicə olunur. İcra başçısı rayon mərkəzi xəstəxanasının publik huquqi şəxsi Sərxan Cəlahaniyə qazinin müalicəsi üçün tapşırıq və tövsiyələrini verib.
    Kamal İsmayıllı şəhid və qazi ailələrinə, şəxsən onun səhhətinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib.

     

  • 10Okt
    Şəhidlər İgid döyüşçünün xatirəsi anıldı üçün şərhlər bağlıdır

    Bəyimsarov kəndində yaşayan şəhid Mustafayev Əlizamin Baxış oğlunun ailəsi ziyarət olunub, onlara şəhidin həlak olmasının ikinci ildönümü ilə bağlı başsağlığı verilib.
    Valideynləri Kəlbəcər rayonundan məcburi köçkün olan Əlizamin Mustafayev 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə hərbi xidmətini başa vurub. Daha sonra o, xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixdən başlayan Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlizamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 2-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 3 okyabrda Bəyimsarov kəndində dəfn edilib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

     

  • 10Okt
    Xəbərlər “Vətən bağın”da yeni ağaclar əkilib üçün şərhlər bağlıdır

    Şəhidlərimizin “Anım günün”də Şıxarx qəsəbəsində yol kənarına və şəhidlərin xatirəsinə salınmış “Vətən bağın”da ağacəkmə aksiyası keçirilib.
    Bu işdə rayon rəhbəri Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Həmçinin bu tədbir çərçivəsində ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb, qurumuş ağaclar yeniləri ilə əvəz olunub, əlavə olaraq müxtəlif növ ağaclar əkilərək suvarılıb.
    “Vətən bağı” salındığı müddət ərzində buradakı ağaclar xeyli böyüyüb, bağ gözəlləşib. Şəhid valideynləri vaxtaşırı bura gələrək ağaclara qulluq edirlər.

    “Yeni Tərtər”

  • 10Okt
    Şəhidlər ŞƏHİDLƏR BU DÜNYADA DÖNƏRLƏR BİR GÜNƏŞƏ, ŞƏHİDLƏR ÖLMƏZ OLUR, YAŞAYIRLAR HƏMİŞƏ üçün şərhlər bağlıdır

    Vətən müharibəsi şəhidlərinin şəhadətə qovuşduqlarının ikinci ildönümü ilə əlaqədar şəhid ailələri ziyarət olunub

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev sentyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunun Nəmirli kəndində dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsa-sən Qubad Hacıyev ölümün-dən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid ailələrini ziyarəti davam edir. O, növbəti dəfə Hüsənli kəndindən olan şəhid Məmmədov Taleh Arif oğlunun ailəsində olub, onlara başsağlığı verib.
    Taleh Məmmədov 1999-cu il yanvarın 16-da rayonun Hüsənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində al-dığı qəlpə yarasından şəhid olub. Taleh ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin ailəsi hərtərəfli qayğı ilə əhatə olunub.
    İldönümü mərasimində şəhidin ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad olunub.

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Rayon rəhbəri 30 sentyabr 2020-ci il tarixdə şəhid olmuş Hacıyev Rüstəm Firqani oğlunun ailəsinə də baş çəkib. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu vurğulayıb.
    Qeyd edək ki, 1999-cu il təvəllüdlü Rüstəm Hacıyev Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad edilməsinə görə”, “Hərbi xidmətə görə”və “Vətən uğrunda” medalları ilə təltif olunub.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    3 oktyabr 2020-ci il tarixi Mirzəli Rəşad Hafiz oğlunun şəhadətə qovuşduğu gündür. Şəhidin ikinci ildönümü münasibəti ilə rayon rəhbəri onun ailəsində olub, başsağlığı verib və qayğıları ilə maraqlanıb.
    Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci il tarixdə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən sonra 2015-ci ilə kimi Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb. Bu, Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən evlərində şəhidlər guşəsi yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə damıb.
    Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizm kollecinə daxil olsa da, gizirlik kursunu keçib, təyinatını “N” saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda Murov yüksəkliyi və Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib, neçə-neçə yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-də şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
    Rəşad Mirzəlinin doğulduğu kənddə onun adına bulaq inşa edilib, oxuduğu məktəbdə adına guşə düzəldilib.
    Rəşadın əziz xatirəsi onun sevənlərin ürəyində həmişə yaşayır.

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    10 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş rayonun Qaradağlı kəndindən olan şəhid Hüseynov Aslan Malik oğlunun ailəsi də rayon rəhbəri tərəfindən ziyarət olunub. Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qara-dağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artilleriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə” medalı ilə təltif olunub.
    27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Aslan Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.
    Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Aslan Hüseynova “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.
    Şəhidin adının əbədiləşdirilməsi üçün şəhərdə küçələrdən birinə onun adı verilib, doğulduğu kənddə isə adına bulaq inşa edilib. Şəhidin özündən sonra 3 övladı yadigar qalıb.
    “Şəhidlər ölməz, Vətən bölünməz!” Aslan kimi oğulları olan Vətən basılmaz!