Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt
    Xəbərlər Tərtərdə İcra başçısının sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.

    Aparatın məsul əməkdaşlarının, idarə, müəssə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Müşavirədə  əsasən şəhid ailələri və qazilərin problem və sosial qayğılarına həssaslıqla yanaşılması, onların problemlərinin operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təsdiq edilmiş qazilərin sosial rifahının yaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən şəhid və qazi ailələrinin 1 hektar torpaq sahəsi ilə təmin edilməsi,  icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, son tamamlama işlərinin aparılması, pambıq toplanışı, rayon ərazisində dövlət atributlarının düzgün yerləşdirilməsi qaydalarına riayət olunması, rayonun yaşayış məntəqələrində təmizlik və səliqə-sahman işlərinin aparılması, rayon mərkəzində telekommunikasiya xətlərinin səliqəyə salınması, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması, yerlərdə qəbullar zamanı vətəndaş-məmur münasibətlərində vətəndaş məmnunluğunun təmin edilməsi və digər məsələlərlə bağlı müzakirələr olub.

    Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti idarə, təşkilat rəhbərlərinə, inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.

     

  • 07Okt
    Xəbərlər Şəhidlərin adı verilən küçələrdə əsaslı təmir işləri aparılır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid adı verilən küçələrdə təmir işləri ilə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

    Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş, I Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, Mübariz Kərimov, Vasif Hüseynov, Vətən müharibəsi şəhidləri- 3-cü dərəcəli “Rəşadət” ordenli Qəmbər Qəmbərli, Azər Şəmilov və 3-cü dərəcəli “ Vətənə Xidmətə” görə ordenli Sənan Məmmədli, “Azərbaycan Bayrağı” ordenli Ruslan Şahbazov küçələrində əsaslı təmir işləri aparılır, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur. Küçənin istinad divarları hündürləşdirilir, aqlay və qaya daşları ilə üzlənir. Telekommunikasiya və işıq, qaz xətləri səliqəyə salınır, ağaclar budanir, təmizlik, abadlıq işləri aparılır. Hazırda şəhid adı daşıyan küçələrə asfalt salınmasına hazırlıq işləri görülür.

    Sakinlər görülən işlərdən razılıq edir, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.

     

  • 07Okt
    Xəbərlər İcra başçısının növbəti səyyar qəbul-görüşü Rəcəbli kəndində keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Sarov kənd İƏD üzrə nümayəndəliyinin Rəcəbli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

    Rayon icra hakimiyyətinin başçısı sentyabr ayının 12-13-də Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan danışıb, Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini bildirib, şəhid olan hərbiçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib.

    Sonra rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »

  • 07Okt
    Şəhidlər Rayon rəhbəri Vətən Müharibəsi şəhidi İsax Verdiyevin ikinci ildönümü ilə əlaqədar Sumqayıt şəhərində yaşayan ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Verdiyev İsax Ədalət oğlunun ikinci ildönümü ilə əlaqədar  Sumqayıt şəhərində  yaşayan ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb, ailə üzvləri ilə  birgə onun xatirəsini yad ediblər.

    Ziyarət zamanı  şəhid İsaxın ailəsi onun  döyüş yolundan söhbət açıb, torpaq uğrunda göstərdiyi qəhrəmanlıqlardan fəxarətlə danışıb. Sonra şəhidin məzarı və xatirəsinə ucaldılmış bulaq ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.

    İsax Verdiyevin 1997-ci il sentyabr ayının 21-də Tərtər şəhərində anadan olub. Evin tək övladı idi. 5 dil bilən İsax İqtisad Universitetində oxuyarkən  savadlı olduğuna görə Türkiyədə təhsil almağa göndərilib.

    2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi  zamanı könüllü olaraq savaşıb. Daha ətraflı »

  • 05Okt
    Digər Azərbaycan və Bolqarıstan arasında yeni əməkdaşlıq imkanları yaranır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfərdə olub. Səfər zamanı dövlətimizin başçısı çıxış edib. O bildirib ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.

    Prezident İlham Əliyev deyib ki, ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir. Nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaqdır. Daha ətraflı »

  • 04Okt
    Digər 27 il davam edən işğala 2 il əvvəl son qoyuldu üçün şərhlər bağlıdır

    Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.

    İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

    İşğal zamanı rayonun yeraltı və yerüstü sərvətləri, maddi-mədəni abidələri məhv edilib və dağıntıya məruz qalıb.

    Cəbrayıllı məcburi köçkünlər 27 il ərzində respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

    “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi.

    Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir. Daha ətraflı »

  • 04Okt
    Digər Ölkənin inkişaf tarixində yeni səhifə üçün şərhlər bağlıdır

    3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

    Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

    Müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edənlər sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.

    Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçiləndən sonra ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmışdır. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Daha ətraflı »

  • 04Okt
    Digər İşğaldan azad edilmiş Vətən torpaqlarına həyat yenidən qayıdır üçün şərhlər bağlıdır

    Cəbrayıllılar 4 oktyabr tarixini qürurla qeyd edirlər

    Cəmi 2 il əvvəl biz torpaqlarımızın işğal tarixlərini qeyd edirdik. Ürək ağrısı və eyni zamanda bir ümid hissi ilə ki, bu işğala mütləq son qoyulacaq. Nəhayət, Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan Ordusu ümidlərimizi gerçəkliyə çevirdi, xalqın 30 illik həsrətinə son qoydu.

    Cəbrayıl sakinləri ilə görüşü zamanı Prezident İlham Əliyev deyib:“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi”.

    Dövlətimizin başçısı həmçinin bildirib ki, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Daha ətraflı »

  • 30Sen
    Xəbərlər 44 GÜN. QÜRURLA ANIRIQ! üçün şərhlər bağlıdır

    TƏRTƏRDƏ 27 SENTYABR–ANIM GÜNÜ QEYD EDİLİB

     

     

     

     

     

    Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında 27 sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.
    Sentyabrın 27-də ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmən tərəfindən ən çox atəşə tutulan Tərtər rayonunda da anım mərasimləri keçirilib, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunub.
    Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, 2020-ci il sentyabrın 27-si Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olunub. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edilib. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadağın olunub. Ordumuz bütün cəbhə boyu irəliləyib və düşmən Azərbaycan əsgərinin qarşısında diz çöküb. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilməyib. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atıb. Daha ətraflı »

  • 30Sen
    Şəhidlər ALLAH ŞƏHİDLƏRİMİZƏƏ RƏHMƏT ELƏSİN, AİLƏLƏRİNƏƏ SƏBR VERSİN üçün şərhlər bağlıdır

    O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.
                                                                                             İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    QƏLƏBƏYƏ 2-3 SAAT QALMIŞ ŞƏHİD OLDU

    Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da rayonumuzun Qaynaq kəndində doğulmuşdu. Ailədə iki qardaş idilər. Böyüyü Babək, kiçiyi isə Cahangir idi.
    2016-ci ildə əsgəri borcunu layiqincə yerinə yetirən Cahangir elə o vaxtdan müddətdən artıq hərbi qulluqçu kimi yenidən orduya qayıtmışdı. DİN-in Daxili Qoşunlarında xidmət edirdi. 4 il müddətində fiziki hazırlığını, biliyini artıraraq, peşəkar hərbçi kimi püxtələşmişdi.
    Cahangir müharibənin ilk günündən döyüşlərə qatılıb. Müzəffər Ordumuzun tərkibində sürətlə irəliləyərək, torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak edib. Onun sorağı Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Daşaltıdan gəlirdi. Hər telefon zəngi ilə sanki ailəsinə dünyanı bağışlayırdı: o qədər sevinclə, fəxrlə danışırdı ki!
    O, kiçik dəstələrlə düşmənin arxasına keçib lazımi məlumatları gətirir, mühasirədə qalan yoldaşlarının xilas edilməsində, yaralı və şəhidlərin döyüş meydanından çıxarılmasında şücaət göstərirdi. Dağlıq ərazilərin relyefinə tez uyğunlaşırdı. Sanki elə bu yerlərdə doğulmuşdu. Bununla bağlı ona sual veriləndə deyirdi: “Bura Vətəndir! Nə olsun ki, indiyə kimi bu yerləri görməmişik. Doğma torpağımızın hər daşı, hər ağacı döyüş tapşırığının yerinə yetirilməsində bizə kömək edir”.
    Gələcəklə bağlı çoxlu arzuları vardı Cahangirin…
    Son tapşırığını Daşaltıdan keçəndən sonra, Şuşanın girəcəyində almışdı. Getməmişdən əvvəl anasına zəng vurub tələsik demişdi: “Lap az qalıb, ana! Tezliklə görüşəcəyik!” Bundan artıq heç nə deyə bilməzdi. Ailədə hamı qələbə ümidi ilə yaşayırdı. Qələbə isə lap yaxındaydı. Onu yaxınlaşdıranlardan biri də cəsur döyüşçü Cahangir Surxayzadə oldu. Daha ətraflı »