Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn
    Digər Silahlı qüvvələrimizlə fəxr edirik üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 26 iyun Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib.

    Dövlət başçısı bildirib ki,  24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

    Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib.

    Bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir.

    İşğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Daha ətraflı »

  • 25İyn
    Digər Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir üçün şərhlər bağlıdır

    Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi.

    Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

    Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu. Daha ətraflı »

  • 24İyn
    Digər Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı üçün şərhlər bağlıdır

    Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın açılışı keçirilib. Özbəkistan və Azərbaycan prezidentləri açılış mərasimində iştirak ediblər.

    Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.

    Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi.

    Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir.

    Görüş zamanı tərəflər bildirmişlər ki, iki dövlət arasında qarşılıqlı əlaqələr intensivləşməlidir. Hər bir istiqamət – iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik.

    Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Daha ətraflı »

  • 21İyn
    Digər Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır üçün şərhlər bağlıdır

    1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış edərək bildirdi ki, “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”

    Parlamentin 24 iyun tarixli iclasında isə Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Daha ətraflı »

  • 20İyn
    Digər Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib üçün şərhlər bağlıdır
    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib. Dövlət başçısı forumda çıxış edib.
    Prezident İlham Əliyev bildirib ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.
    Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir;
    Böhran qaçılmazdır və artıq yaxındadır. Böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar.

    Daha ətraflı »

  • 20İyn
    Digər Xalqın inandığı və dəstəklədiyi qüdrətli lider üçün şərhlər bağlıdır

    Müstəqilliyimizin ilk illərində Azərbaycanda yaranmış  dərin siyasi-hərbi böhranın əsas səbəbi ölkədə xalqı bəlalardan xilas edə biləcək liderin olmaması idi.

    1993-cü ilin iyun ayının 9-da Heydər Əliyevin Bakıya gəlməsi xalq tərəfindən böyük ümidlə qarşılandı.

    1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  demişdir: “Bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək”.

    Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı.

    Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər 15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Xoş əhval-ruhiyyəli bayram

     

     

     

     

     

     

    Bayram konsertində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Ağsaqqallar Şurasının, YAP rayon Təşkilatının sədrləri, Şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə iştirakçılar Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli liderə həsr olunmuş filmə baxıblar.
    Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsert proqramından öncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik əsl qurtuluş günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Rayon rəhbəri çıxışında bu gün Azərbaycanın idarəçilik sükanının Ulu Öndərin varisi İlham Əliyevin əlində olduğunu qeyd edib, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərdən söhbət açıb. Müstəqil respublikamızın günü-gündən beynəlxalq miqyasda artan nüfuzunu, iqtisadi sahədə imza atdığı uğurları yada salıb. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər 15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLİB

    15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon təşkilatının Qərargahında ümumrayon tədbiri keçirilib.
    Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
    Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyimizin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız-hesabsız təxribatlara sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac duyulurdu.
    Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin–Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Azərbaycanı düçar olduğu bəladan qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevidi. O dövrdə Heydər Əliyevlə bağlı ən adi informasiyalar hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc münasibət bəslənirdi. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər 18 nəfər sakinin evində təmir-bərpa işləri aparılacaq üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Proqnozlaşdırma və risklərin təhlili şöbəsinin sektor müdiri Əli Həsənovun, Komitənin Proqnozlaşdırma və risklərin təhlili şöbəsinin müdir müavini Vasif Quliyevin, rayon icra başçısının birinci müavini Elvin Umudovun, başçının müavini Abbas Cavadovun, rayon İcra hakimiyyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri Tofiq Kərimovun, rayon İcra hakimiyyəti başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Fizuli Əliyevin iştirakı ilə Vətən müharibəsində evlərinə ziyan dəymiş 18 nəfər sakini evlərində təmir-bərpa işlərinin aparılmasına şərait yaratmaları məqsədilə qəbul edib, sakinlərdən evlərində təmir-bərpa işlərinin aparılması üçün razılıq alınıb

     

  • 20İyn
    Digər Erkən nikah və onun mənfi nəticələri üçün şərhlər bağlıdır

    Şıxarx kənd 1 saylı tam orta məktəbində “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın Uşaqlarla İş Üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, İctimaisiyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon Polis Şöbəsinin polis mayoru, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, Şıxarx kənd 1 saylı tam orta məktəbin direktoru Ramil Ağayev və 9-11-ci sinif şagirdləri iştirak ediblər.
    Mövzu ətraflı müzakirə edilib, erkən nikahın mənfi nəticələri haqqında şagirdlərə məlumat verilib, sonra isə şagirdlərin sualları cavablandırılıb.