Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn
    Şəhidlər Bu hadisə bütün dünyaya yayıldı üçün şərhlər bağlıdır

    Oktyabrın 15-də Tərtər şəhər qəbiristanlığında baş verən hadisə bütün dünyaya yayıldı və sülhsevər insanlar tərəfindən qəzəblə qarşılandı. Bu dəfə ermənilər hədəfə dəfn mərasiminin iştirakçılarını aldılar.
    Mərhumu dəfn edərkən qəbiristanlıqdakı dörd nəfər şəhid oldu, qalanları yaralandı.
    Şəhid olanlardan biri də İsgəndər Yelmar oğlu Əmirov idi. O, 1967-ci il fevralın 18-də Tərtər şəhərində anadan olub.
    Həyat yoldaşı İradə Əmirova hadisə barədə belə danışır:
    – Anam rəhmətə getmişdi. Qardaşımız olmadığına görə, onun dəfni ilə bağlı bütün işləri yoldaşım görürdü. Həmin gün qəbiristanlıqda böyük faciə yaşandı. Dörd ailə başsız qaldı, bu ailələrdə övladlar atalarını itirdilər. Baş verənləri sözlə ifadə etmək mümkün deyil. Bizdən müsahibə alan xarici jurnalistlər bunu erməni terroru adlandırdılar.
    Həmin gün İradə xanımın nəvələri həm atalarını, həm də babalarını itirdilər.

     

  • 30İyn
    Şəhidlər Yaralılara qan verirdi üçün şərhlər bağlıdır

    Zamanov Şakir Xasay oğlu 1988-ci il aprelin 25-də Kəlbəcər rayonunun Geşdək kəndində doğulub. Erməni terrorçularının törətdikləri vəhşiliklər nəticəsində ailəsi ev-eşiklərini tərk edərək, Tərtər rayonunda məskunlaşıb. Məcburi köçkün həyatı yaşayıblar.
    Şıxarxda məcburi köçkünlər üçün qəsəbə tikiləndə, dövlətimiz tərəfindən onların ailəsinə də üçotaqlı mənzil verilib. Şakir düşünürdü ki, bununla da ai-lənin çətin günləri arxada qalıb…
    Vətən müharibəsinin başlamasını böyük ümidlə qarşılamışdılar. Hamı kimi Şakir də bu qələbənin yaxınlaşmasına kömək etmək istəyirdi. Könüllü olaraq Bərdə mərkəzi xəstə-xanasına gedib, yaralılarımıza qan vermişdi.
    Şakir özü atasız böyüdüyü üçün, övladlarına qarşı çox həssas idi. Onları yaxşı böyütmək, təhsil vermək istəyirdi. Oktyabrın 15-də o, bazarlıq edib, Gəncəyə, uşaqlarının yanına getmək istəyirdi. Ancaq hadisələr onu başqa tərəfə apardı.
    Həmin gün şəhər qəbiristanlığında dəfn mərasimi keçirilirdi. Daha ətraflı »

  • 30İyn
    Şəhidlər Yarımçıq qalan arzular üçün şərhlər bağlıdır

    Qaynaq kəndinin sakini Həsən Məmmədov körpəlikdən yetim böyümüşdü. Atası cavan yaşında qəza nəticəsində vəfat etmiş, anası Xanım Əliyeva gəlin köçdüyü Xoruzludan öz kəndlərinə qayıdaraq, çətinliklə də olsa ev-eşik tikdirmiş, iki körpəsini böyütmüşdü.
    Həsən evlənəndən, nəvələri dünyaya gələndən sonra bu qadının da üzü gülməyə başlamışdı. Ailədə üç uşaq – Arzu, Pərzad və Zamiq xoşbəxt idilər.
    Qaynaq İƏD-nin mühasibi Vəsilə Süleymanova deyir ki, Həsən çox zəhmətkeş insan idi. Mal-heyvan saxlayır, əkinçiliklə məşğul olur, övladlarına təhsil vermək arzusu ilə yaşayırdı. Bir də həmişə deyirdi ki, mən özüm görmüşəm, istəyirəm uşaqlar atasızlığın nə olduğunu bilməsinlər.
    Çox təəssüf ki, namərd qonşular bu ailənin də işıqlı günlərinə son qoydu.
    44 günlük Vətən Müharibəsində Qaynaq rayonumuzun ən çox atəşə tutulan kəndlərindən biriydi. Həmin gün – oktyabrın 6-da kənd növbəti dəfə artilleriya hücumuna məruz qaldı. Həsən evlərindəydi. Mal-heyvanı, toyuq-cücəni rahatlayıb, bir az kənddən uzaqlaşmaq is-təyirdi. Ailəsi də elə yol kənarındaydı. Həsən onlar üçün evdəki ərzaqlardan götürmüş, atəş kəsənə qədər dolanmaları üçün tədarük görmüşdü. Daha ətraflı »

  • 30İyn
    Şəhidlər Cəbhəyə yola salırdılar, əbədi vidalaşdılar… üçün şərhlər bağlıdır

    Şahin İbrahimov 1987-ci ilin dekabr ayının 24-də Dəmirçilər kəndində anadan olub. İbrahimovlar ailəsinin üç övladının ortancılı idi.
    Zəhmətkeş, məsuliyyətli gənc idi. Valideynləri evləndirib arzularına çatmışdılar. Həyat yoldaşını da elə qonşu qızların içindən seçib bəyənmişdi. İki övladı var – böyüyü Nurlan, kiçiyi isə Nuraydır.
    Övladlarının gələcəyi ilə bağlı Şahinin çoxlu arzuları vardı. Odur ki, kənddən Bakıya gedib, orada işləyirdi. Müharibə başlayan kimi Şahin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin çağırışına əsasən rayona gəldi. Sentyabrın 29-da şöbədə oldu. Lakin həmin gün cəbhəyə göndərilmədi. Sabahısı gəlməli oldu.
    Sentyabrın 30-da qohumları onu yola salmaq üçün yenidən şöbəyə gəldilər. Onların arsında qaynatası Əliyev Müzəffər, atası, əmisi oğlu və qohumlar vardı.
    Müharibənin ilk günündən başlayaraq düşmən Tərtər şəhərini və kəndlərini dayanmadan artilleriya atəşinə tutur, dinc sakinləri qətlə yetirirdi. Vəziyyətin təhlükəli olduğunu hamı bilirdi, ancaq Şahini cəbhəyə yola salıb, sonra qayıtmaq istəyirdilər.
    Şəhərin növbəti dəfə ağır silahlardan atəşə tutulması nəticəsində Şahin İbrahimov cəbhəyə gedən yolun elə əvvəlində şəhidlik zirvəsinə ucaldı, qaynatası Müzəffər Əliyev də şəhid oldu, atasının qolu qırıldı, əmisi oğlu gözünü itirdi. Beləcə, erməni vandalları daha bir ailə faciəsi yaşatdılar.
    Şahin İbrahimov Dəmirçilər kənd qəbiristanlığında dəfn olunub.

  • 30İyn
    Xəbərlər “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı olub üçün şərhlər bağlıdır

    Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında 2022-ci il martın 9-da imzalanan “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı keçirilib.
    Açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırıb, həyata keçirilən humanitar layihələrə görə Yaponiya hökumətinə təşəkkürünü bildirib.
    BAMF prezidenti Umud Mirzəyev isə qeyd edib ki, layihənin əsas məqsədi ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən Fondun İcma Mina Aksiyası komandasını Tərtər rayonunda mina və partlamamış sursatların təmizlənməsi üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsidir. Layihə 11 minaaxtaranı tam olaraq bütün lazımi avadanlıqlar və nəqliyyat vasitəsilə təmin edir.
    Diqqətə çatdırılıb ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandası 20 ildən artıqdır Azərbaycan ərazilərində mina və partlamamış sursatların təmizlənməsi fəaliyyətini həyata keçirir. 2002-2022-ci illərdə ümumilikdə 156.261.899 kvadratmetr ərazi təmizlənib, 912 tank əleyhinə, 1326 piyada əleyhinə mina, 11.218 partlamamış hərbi sursat aşkar edilib. Açılış mərasimi keçirilən “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsi Yaponiya səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində BAMF-a ayrılmış sayca 3-cü yardım layihəsidir. Daha ətraflı »

  • 30İyn
    Digər Şuşa -270 üçün şərhlər bağlıdır

    Bu layihələr xüsusi əhəmiyyətə malikdir

    Bildiyimiz kimi, təkcə Şuşa şəhərinin 150-dən çox tarixi abidəsi var. Bu abidələrin hər birinin bərpası bizim üçün xüsusi önəm daşıyır. Prezidentimiz cənab İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu göstərir. Buna görə də Şuşanın bərpası və yenidən qurulması xüsusi həssaslıqla aparılır.
    Bərpa olunan abidələr təkcə Azərbaycanın deyil, bütün dünyanın mənəvi sərvətidir. İşğaldan azad edilmiş ərazilərdəki abidələrin bərpası Qarabağ Dirçəliş Fondu üçün ən prioritet məsələlərdən biridir. Fond bu işlərdə daim Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir. Bu gün Qarabağın yenidən dirçəlişi, həyata qaytarılması istiqamətində mühüm işlər görülür. Bu yerlərin abadlaşdırılması həm də müqəddəs mahiyyət daşayır…
    İşğaldan yeni azad ediləndə Şuşadakı abidələrin dağıntılara məruz qaldığı müşahidə olunurdu. Aşağı Gövhər Ağa məscidinin həyətindəki mədrəsə də bu qəbildəndir. Bu kimi tarixi tikililərin bərpası son dərəcə həssaslıqla aparılır. Daha ətraflı »

  • 30İyn
    Kənd Təsərufatı Milli Elmlər Akademiyasının vitse-Prezidenti Akademik İradə xanım Hüseynova rayonumuzda üçün şərhlər bağlıdır

    Bazanın əvvəlki şöhrəti özünə qaytarılacaq

    Azərbaycan Milli Elmlər Akademiyasının viste-Prezidenti, akademik İradə xanım Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, Akademiyanın müxbir üzvü Zeynal Əkbərov Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Baza-sının direktoru Həmid Mehdiyev ilə birlikdə bazanın Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən əkin sahələrinə baxış keçiriblər. Baxışdan sonra qonaqlar rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüş zamanı Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi-Tədqiqat Bazasının rolu, bazanın əvvəlki şöhrətinin özünə qaytarılması və onun gələcək perspektiv inkişaf layihələri ətrafında fikir mübadiləsi aparılıb.
    Rayon rəhbəri bazada 30-dan çox yüksək məhsuldar sort və minlərlə hibrid nümunəsinin yaradılaraq iqtisadi rayonların təsərrüfatlarında becərilməsinin kənd təsərrüfatnın inkişafına böyük töhvə verəcəyini bildirib, görkəmli akademik Cəlal Əliyevin rəhbərliyi ilə alınmış sortların bazada yetişdirilməsini qürur hissi ilə qeyd edib, tezliklə bazanın əvvəlki şöhrətinin özünə qaytarılacağını vurğulayıb.

     

  • 30İyn
    Xəbərlər Silahlı Qüvvələr Günü münasibəti ilə görüş üçün şərhlər bağlıdır

    Qarabağ Regional Təhsil İdarəsinin təşəbbüsü ilə rayonumuzda 26 iyun–Silahlı Qüvvələr Günü münasibəti ilə şəhid ailələri, qazilər və döyüşçü müəllimlər ilə görüş keçirilib. Görüşdə Tərtər Rayon Təhsil Sektorunun müdir əvəzi Nuranə Addullazadə, Həmkarlar İttifaqının sədri Şəhla Manafova, şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov, Azərbaycan Vətən Müharibəsi iştirakçıları Tərtər regional bölməsinin rəhbəri Vidadi Məmmədzadə, şəhid Vasif Rüstəmovun həyat yoldaşı Sona Vəliyeva çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən bəhs ediblər.
    Çay süfrəsi arxasında keçirilən görüşdə iştirakçıların qayğı və problemləri ətrafında söhbət gedib.

    “Yeni Tərtər”

  • 30İyn
    Digər Gələcəyi korlayan bəla… üçün şərhlər bağlıdır

    İnsan həyata bir dəfə gəlir və ömrünü də bir dəfə yaşayır. Həyatı dünən , bu gün, sabaha bölür. Sabahı fikirləşir, bu günü yaşayır, keçmişi geriyə gətirə bilmir. Bunun üçün də doğru həyat tərzi yaşamaq hər bir insana mütləq lazımdır. Düzgün həyat tərzi yaşayan insanların gələcəyi daha inamla qurulur. Necə deyərlər, həyatda həmişə öndə olurlar. Həyat adlı aləmdə yanlış yolu seçənlər üçünsə bunu demək çətindir. Rəqəmlər onların ziyanına olaraq dəyişir. Doğru həyat tərzi yaşamaq üçün ətraf mühit lazımdır. Bu mühit isə xüsusilə də yeniyetməlik və gənclik illərində çox əhəmiyyətlidir. Yəni hələ məktəb illərindən ətrafında yaratdığın atmosfer və ya mühitin necə olarsa gələcəyə də eyni tərzdə addımlayarsan. Uşaq yaşlarında olan yeniyetmələr hələ kövrək xasiyyətli olduqları, yaxşı ilə pisi olduğu kimi seçə bilmədiyi üçün xoşagəlməz vərdişlərə daha çox meyilli olurlar. Bunun əsas səbəbi təbii ki, uşaqların düzgün tərbiyə edilməməsi, valideyn nəzarətindən kənar olması və xüsusilə də, qeyd etdiyimiz kimi, düşdüyü qeyri-sağlam mühitdir.
    Yeniyetmələrin həssas dövrü kimi qiymətləndirilən bu vaxtlar ən çox rast gəlinən xoşagəlməz vəziyyət orta təhsil müəssisələrində yeniyetmələrin tütün məhsullarının və alkoqolun təsirinə düşməsidir. Nəzər salsaq görərik ki spirtli içkilərdən istifadə etmək hər il milyonlarla insanın ölümünə səbəb olur. Bu zərərli vərdiş müxtəlif xəstəliklərin: qaraciyər, mədə, xərçəng, əsəb-sinir xəstəliklərinin yaranmasına gətirib çıxarır. Alkoqolun verdiyi ağırlıq hissini aradan qaldırmaq üçün təbii yollar–koporçayi, Avropa çobandüdüyü, dazıotu, kəklikotu kimi çaylar vardır. Amma alkoqoldan uzaq durmaq üçün çaylar kifayət etmir. Bunun üçün insanın öz istəyi də vacibdir. Yəni iradə əzmi nəticəsində insanın edə bilməyəcəyi fədakarlıq yoxdur. Daha ətraflı »

  • 29İyn
    Digər Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında videofarmatda çıxış edib.Dövlət başçısı çıxışında deyib ki, 2022-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir.

    Strateji planlama və səmərəli əməkdaşlıqdan bəhs edən cənab İlham Əliyev diqqətə çatdırıb ki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.

    Bununla bağlı Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

    Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər. Daha ətraflı »