Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn
    İdman Milli Qurtuluş Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    Mini futbol idman növü üzrə rayon çempionatı

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə rayonun ümumtəhsil məktəblərinin komandaları (Vl-Vll sinif oğlanlar) arasında mini futbol idman növü üzrə rayon çempionatı keçirilib.
    Çempionatda 16 məktəb komandası iştirak edib. Yarışın keçirilməsində məqsəd Heydər Əliyev ideyalarının yaşadılması, 15 iyun – Milli Qurtuluş Gününün rayonda qeyd edilməsi və mini futbolun yeniyetmələr arasında inkişaf etdirilməsidir.
    Yekunda şəhər 1 saylı tam orta məktəbin komandası I yeri, Köçərli kənd tam orta məktəbin komandası isə ll yeri tutaraq, müvafiq diplomlarla təltif edilib.

     

  • 20İyn
    Təhsil Naxçıvandan məktub üçün şərhlər bağlıdır

    Arzuların gerçək olduğu təhsil ocağı

    Hər bir gəncin uşaqlıq illərindən gələcək üçün qurduğu planlar, həyata keçirmək istədiyi arzuları olur. Kimi ailəsinin seçdiyi sənət üzrə mütəxəssis, kimisi də özünün ürəyincə olan ixtisasa sahib olmaq üçün çalışır. Düşünürəm ki, bu iki düşüncənin ikisinə də sahib biriyəm. Həm uşaqlıq arzusu olan, həm də valideynlərimin istədiyi mükəmməl bir ixtisası, jurnalistikanı seçmişəm. Jurnalistika ixtisasını mənə sevdirən–“Yeni Tərtər” qəzetinin müxbiri olan, jurnalist babam Əvəz Nəsirov olub. Uşaq yaşlarında, hələ orta məktəbin aşağı siniflərində oxuyanda dərsdən çıxandan sonra babamın yanına–redaksiyaya gedirdim. Çox maraqlı gəlirdi bu iş mənə. Maraqlı, bir o qədər də məsuliyyətli olan bir ixtisas.
    İnsan hər zaman xəyallarının arxasınca getməyi bacarmalıdır. Mən də məhz bu cür etmişəm. Hal-hazırda oxuduğum ali təhsil ocağı–Naxçıvan Dövlət Universiteti haqqında çox eşitmişdim. Amma eşitdiklərimdən daha yaxşı olduğuna burda bir daha şahid oldum. Universitetimizdə bütün ixtisaslar üçün çox yaxşı şərait yaradılıb. Daha ətraflı »

  • 20İyn
    Digər 30 illik işğalın acı nəticələri üçün şərhlər bağlıdır

      Azərbaycan Respublikasının Şərqi Zəngəzur və  Qarabağa aid olan rayonlardan  Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və  Füzuli rayonlarının  mərkəzləri və ərazilərinin böyük bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur. O dövrdə baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilirdi. İşğal altında olan bu sərhədlərdən Azərbaycanın zəbt olunmuş ərazilərində yerləşən yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınırdı. İşğal altında olan bu ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir.

    Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Burada nadir hallarda rast gəlinən ağaclardan olan yunan qozu, dağdağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir, onların yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-ə, diametri isə 4 m-ə çatan nümunələri də vardır.  Təəssüf ki, belə bir sərvətimiz işğal zamanı məhv edilmiş, o meşələrə amansız divan tutulmuş, kəsilərək Ermənistana aparaılmış,  mebel istehsalında istifadə olunmuşdur. Daha ətraflı »

  • 20İyn
    Şəhidlər Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür üçün şərhlər bağlıdır

    Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, veteranlar, qazilər, ictimaiyyət nümayəndələri tərəfindən Tərtər şəhərində qəhrəmanın adını daşıyan küçədə Şəhidin baralyefi ziyarət olunub, önünə tər gül-çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.

    Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər Tərtərdə Tibbi Səyyar Müayinə aksiyası keçirilir üçün şərhlər bağlıdır

    Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Bakı Sağlamlıq Mərkəzinin,  Mərhəmətli Ürək Asosasiyasının və Servıer şirkətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Şəhid və qazi ailələri, aztəminatlı ailələr üçün Tibbi Səyyar Müayinə aksiyası keçirilməyə başlanıb. Aksiya 18-19 iyun tarixlərini əhatə edəcəkdir.

    Aksiya ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Mərkəzi Xəstəxanaya gedərək aksiyanın keçirilməsi üçün yaradılan şəraitlə tanış olub. Rayon rəhbəri bildirib ki, aksiya bölgədə yaşayan sakinlərin qayğı ilə əhatə olunması, yerli əhali arasında proflaktiki müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği məqsədini daşıyır. Müayinə zamanı xəstəliklər vaxtında aşkara çıxarılır, düzgün diaqnoz qoyulur və müalicə təyin olunur.  İcra başçısı bu cür aksiyaların Tərtər rayonunda keçirilməsini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına və əziyyəti olan hər kəsə razılığını bildirib.  Müainəyə gələn Şəhid ailələrinin üzvləri və qazilərlə görüşərək onlarla səmimi söhbət edib.

    Aksiyada iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı ailələr onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

  • 20İyn
    Xəbərlər İcra başçısı Şəhid İsaxlı Anar Rəsul oğlunun ailəsi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Cəmilli kəndində Şəhid İsaxlı Anar Rəsul oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər İcra başçısının Cəmilli kəndində səyyar qəbul görüşü olub üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmodovun növbəti səyyar qəbul-görüş rayonun Cəmilli kəndində keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da icra başçısının yerlərdə səyyar qəbul-görüşləri mütəmadi şəkildə həyata keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur. Daha ətraflı »

  • 20İyn
    Səhiyyə Tərtərdə 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə tədbir keçirildi üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər  Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər.

    Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğıdan danışaraq qeyd edib ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər Tərtər rayon Mərkəzi Xəstəxanasında Şəhidlərin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib üçün şərhlər bağlıdır

    Bu gün Tibb işçilərinin peşə bayramı günündə Tərtər rayon Mərkəzi Xəstəxanasının həyətində Şəhidlərin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Tərtər rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsin direktoru, Şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları vətənimizin bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini yad edib,  Şəhidlərin ruhuna dualar oxunub.

    Sora Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, “torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Daha ətraflı »

  • 16İyn
    Milli-mənəvi dəyərlər Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi üçün şərhlər bağlıdır

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  2021-ci ilin iyun ayında Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi çox mühüm tarixi hadisə ilə yadda qaldı. Belə ki, iyunun 15-də burada iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə  bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu.

    Bəli, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir. İmzalanmış Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Bəyannamə tərəflərin gələcək əməkdaşlığı üçün yol xəritəsi rolunu da oynayır. Daha ətraflı »