Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May
    Xəbərlər Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə medalların təqdimetmə mərasimi keçirilib. Daha ətraflı »

  • 31May
    Xəbərlər İcra başçısı vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilərək, problemləri həll olunub.
    Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla bağlı şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, yeni artezian vurulması, pay torpaqlarının zəbt olunması, ünvanlı sosial yardım, güclü külək nəticəsində evlərinə dəymiş ziyan, içməli su təminatı vədigər problemlərlə bağlı müraciət ediblər.Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
    Köçərli kəndindən qəbula gələn Pərvanə Həsənova 11 yaşlı qızı Minayə Həsənlinin çəkdiyi rəsm əsərlərini icra başçısına göstərərək, onun 31 mart- soyqırım gününə həsr olunmuş rayon təhsil şöbəsinin məktəblilər arasında keçirdiyi rəsm müsabiqəsində I yeri tutduğunu bildirib. Icra başçısı Minayə Daha ətraflı »

  • 31May
    Şəhidlər Xalqa əmanət olan şəhid övladları üçün şərhlər bağlıdır

    AZƏR HƏKİMİN YADİGARLARI

    Ölüm mələyi qapıları döyəndə yaşlıya, cavana baxmır. Amma seçilmişləri, gərəkliləri, ən çox ehtiyac duyulan insanları özünə təslim edir. İnsanın hansı şəraitdə olması, yaşaması və işləməsindən asılı olmayaraq, seçilmişlərin itkisi doğmaları, yaxınları, bəlkə də bir nəsli sarsıdır. Müharibələr zamanı şəhid olan oğullarımız – qəhrəman, vətənpərvər, bir elin gərəyi igidlərimiz olublar. Subaylarımızın nişanələri qalmadığına yanılıb-yaxılırıq, kaş bir övladı olaydı, – deyirik. Yadigar övladlar isə bir əmanət sayılır xalqa, dövlətə, ümumiyyətlə hər kəsə əmanətdir, şəhid övladı.
    44 günlük Vətən müharibəsində şəhid olan həkim Azər Şəmilov gərəkli vəseçilmiş insanlardandır. O, yüzlərlə insana şəfa vermişdi, yaşlı atanın ümid çırağıydı, həyat yoldaşı üçün əvəzolunmaz böyük, övladlarına qayğıkeş, mehriban ata, Vətən üçün isə layiqli vətəndaş idi. Azər həkim şəhid olarkən bir evdən deyil, eldən getdiyini söyləyirdilər, layiqli vətəndaş olduğunu isə hərb meydanında təsdiq etdi. Hər evdə onun yolunu gözləyənlər var – sağ olsaydı xəstələrimizə şəfa verərdi – söyləyirlər. Bu gün şəhidimizin 2 övladı xalqa əmanət qalıb. Oğlu Fədayət, qızı Aynurə.
    Onlarla görüşmək qərarına gəlmişdim. Lakin, uyğun vaxt alınmırdı. Yaxınlarda görüşümüz alındı. Fədayət ali mktəbdə təhsil aldığı üçün bayram günü ilə əlaqədar evlərinə gəlmişdi. Daha ətraflı »

  • 31May
    Xəbərlər Narkomaniya: planetimizin ən qlobal problemi üçün şərhlər bağlıdır

    ÖVLADLARINIZA QARŞI DİQQƏTLİ OLUN, ƏZİZ VALİDEYNLƏR!

    Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemindən birinə çevrilən narkomaniyanın əzabını yaşamaqdadır.
    Ölkəmizdə də bu bəlaya qarşı dövlət səviyyəsində ciddi tədbirlər görülür. Təəssüf ki, hələ də gənclər arasında narkomanların sayı azalmır. Xüsusilə bəzi qadınların narkotik istifadəcisi olması heç bir məntiqə sığmır.
    Bütün bunlar barədə rayon polis şöbəsinin Mayıl Qədimov adına 96 saylı Tərtər ilk peşə ixtisas məktəbinin kollektivi ilə keçirdiyi görüşdə ətraflı söhbət gedib. Tədbiri məktəbin direktoru Faiq Məmmədov açıb.
    Rayon polis şöbəsinin rəisi Elçin Qasımov əvvəlcə tədbir iştirakçılarına dünyada və ölkəmizdə nar-komaniya ilə mübarizə sahəsində aparılan tədbirlər haqqında geniş məlumat verib. Həmçinin qeyd olu-nub ki, rayon polis şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində son günlərdə rayonumuzda bir neçə narkotik istifadəçisi tutularaq istintaqa cəlb olunub. Acınacaqlı haldır ki, onların arasında qadın da var. Daha ətraflı »

  • 31May
    Milli-mənəvi dəyərlər Erməni saxtakarlığı üçün şərhlər bağlıdır

    AKANABERD

    Bu sərlövhəni gördükdə yəqin ki, təəccüblənəcəksiniz. Amma gəlin tələsməyək, hövsələli olaq.
    Söhbət yer adlarından – toponimlərdən gedir. Toponimiya (yunanca yer+ad) dilçiliyin onomastika (adlar, xüsusi isimlər) bölməsinə aid olub yer adlarını (coğrafi adları) öyrənir. Yəni, göründüyü kimi, bunlar xüsusi isimlərdir və böyük hərflə yazılır.
    Yer adlarının seçilməsi təsadüfi xarakter daşımır. Bu, xarakterik xüsusiyyətlərdən, aid olduğu məkan, etnik mühit və dildən qaynaqlanır.Bu baxımdan toponimlər kiçik bayraqlara bənzəyir, vətənin (dövlətin, xalqın) atributu olaraq.
    Odur ki, tarix boyu hansısa bir ərazi yağmalanarkən orada “təmizləmə” işləri, o cümlədən toponimlərin silinməsi, dəyişdirilməsi prosesi icra edilirdi.
    Bu prosesə məruz qalan xalqlardan biri də bizik. Vaxtilə Ermənistana (öz ərazisi olmadığı üçün əslində qondarma respublikaya) verilmiş torpaqlarımızdan azərbaycanlılar 1948 (qismən) və 1988-ci illərdə (tam) deportasiya edildi. Və bütün yer adları dərhal dəyişdirildi – danışan adlar susduruldu. Daha ətraflı »

  • 30May
    Açılışlar “Böyük qayıdış”  prosesinə  start verilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxış edib.

    Prezident İlham Əliyev deyib ki, rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq.

    Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi.

    1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. Daha ətraflı »

  • 27May
    Xəbərlər Xaçın çayının daşması nəticəsində Hüsənli kəndində 100 hektar əkin sahəsinə ziyan dəyib üçün şərhlər bağlıdır

    26 may 2022-ci il tarixdə bir neçə gün davam edən aramsız yağan yağışlar nəticəsində səhər saatlarında Xaçın çayından gələn güclü sel suları rayonun Hüsənli kəndində 35 hektar pambıq,  25 hektar yonca, 40 hektar arpa və buğda,  ümumilikdə 100 hektar əkin sahəsini basmış, təsərrüfatlara güclü ziyan dəymişdir.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Fövqəladə hallar komissiyasının üzvləri ilə birlikdə həmin ərazidə olmuş, xüsusi texnikalar vasitəsilə müxtəlif istiqamətlərdə kanallar açılaraq sel sularının yenidən Xaçın çayına axıdılması təmin edilmişdir. Hazırda sel suları əkin sahələrindən kənarlaşdırılır.

     

  • 27May
    Xəbərlər Tərtərdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır

     Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qapanlı kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

    Əvvəlcə kənd ərazisindəki Şəhidlər abidəsinin önünə gül çiçək-dəstələri düzülüb, vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

    Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 24May
    Şəhidlər Tərtərdə Vətən müharibəsi şəhidi Qənbərli Qənbərin il mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar,  sakinlər, din xadimləri iştirak ediblər.

    Əvvəlcə şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.

    İl mərasimində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şücaətindən, Qənbər Qənbərlinin həyat və döyüş yolundan danışılıb. Bildirilib ki, Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

     

  • 24May
    Kənd təsərrüfatı Tərtərdə “Şuşa İli”nə həsr olunmuş “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda tarla seminarı keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Mayın 20-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı Tərtər rayonunun Şıxarx qəsəbəsində “Şuşa İli”nə həsr olunmuş “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda tarla seminarı keçirilib.

    AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkbərov seminarı açaraq tədbir iştirakçılarını AMEA-nın prezidentləri, akademiklər Arif Həşimov və İradə Hüseynovanın adından salamlayıb, seminarın işinə uğurlar arzu edib.

    Azərbaycanın əkin sahələrinin işğaldan azad olunmuş ərazilər hesabına genişləndirilməsinin zəruriliyi məsələsinə toxunan Zeynal Ələkbərov dünyada kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olan ölkələrdə yaranmış gərgin vəziyyəti nəzərə alaraq, yaxın illər ərzində daxili imkanlarımız hesabına bu problemin həll edilməsinə nail olunmasının əhəmiyyətinə toxunub.

    O, Qarabağ ərazisində təsərrüfatın genişləndirilməsi və taxıla olan tələbatın ödənilməsində Qarabağ Elmi-Tədqiqat Bazasının əhəmiyyətli rola malik olduğunu qeyd edərək, sözügedən Bazanın 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərdiyini, 1989-cu ildə erməni işğalına qədər 1700 hektaradək əraziyə malik olduğunu deyib. Bildirib ki, bazada 30-dan çox yüksək məhsuldar sort və minlərlə hibrid nümunəsi yaradılaraq Qarabağ bölgəsində və ölkənin digər iqtisadi rayonlarının təsərrüfatlarında geniş ərazilərdə becərilib və bu, kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib. Daha ətraflı »