Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn
    Şəhidlər Şəhid Yaqub Qəhrəmanlının üç və yeddi mərasimləri keçirilib üçün şərhlər bağlıdır

    Mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.
    Mərasimlərdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.
    Qeyd edək ki, şəhid Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

     

  • 10İyn
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    İyunda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

    Zabil Həsənov 1983-cü ilin iyun ayının 1-də Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
    Oktyabrın 1-də Tərtər çayı üzərində yerləşən şəhərin əsas körpüsünün yanına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
    Ailəli idi. 3 övladı yadigar qalıb.
                                                                       Mənsimli İntiqam Rövşən oğlu
    İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində dünyaya göz açmışdır.
    Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 17 okytabr 2020-ci ildə Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
    İntiqam Mənsimli ölümündən sonra “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Daha ətraflı »

  • 10İyn
    Şəhidlər Niyyət elədi, niyyətinə çatdı üçün şərhlər bağlıdır

    …Mircəfər kişinin kiçik oğlu Mirsədi 3 aylıq gizirlik kursunu müvəffəqiyyətlə bitirmişdi. Təyinatla Xızı rayonuna getməliydi. Qohum-əqrəba gözaydınlığı verməyə gəlirdi. Şirin zaraftları, təmiz qəlbi ilə hamı tərəfindən çox sevilən Mirsədi atasını qucaqlayıb dedi:
    –Bilirəm, hamınız Umudlunun həsrətini çəkirsiniz. Mən o torpaqların azad olunmasında iştirak edəcəyəm. Gün gələcək, doğma kəndinizə qayıdacaqsınız.
    Sonra ailə bir quzu da götürüb, Kür çayı kənarındakı ocağa getdi. Kursları sağ-salamat bitirməsinə görə burada qurban kəsildi. Hər kəs ürəyində bir niyyət tutdu. Anası da dedi ki, oğul, ürəyində bir niyyət tut, inşaallah, arzuna çatarsan.
    Evə dönəndən sonra Mircəfər kişi həyat yoldaşının çox qəmgin olduğunu görüb, səbəbini soruşdu.
    Səadət xanım göz yaşı içində cavab verdi:
    – Bilirsən oğlumuz nə deyir? Niyyət edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olsun…
    Bu gün Mirsədi Bağırlının atası oğlunun sözünə sadiq olması haqqında kədər və qürurla danışır. Deyir ki, o, uşaqlıqdan özünü bu yola hazırlayırdı. Kiçik yaşlarında boyu balacaydı. İdmanla məşğul olmağa başladı, boyu uzandı. Çox zəhmətkeş və məqsədyönlüydü. Çətinliklərdən qorxmurdu.
    Mirsədi Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub. 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində “təmirçi çilingər və avtomobil sürücüsü” ixtisası üzrə təhsil alıb. Subay idi. Daha ətraflı »

  • 10İyn
    Səhiyyə İcbari tibbi sığortanın ilk addımları üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR RAZIDIRLAR, SƏHİYYƏMİZDƏ YENİLİKLƏR VAR

    Uzun illər ərzində Tərtər rayonu bu ərazilərə Rusiyadan, İrandan köçürülən ermənilərlə qonşu olduğundan, başımızın üstündən xətalar əskilməyib. Həm Sovetlər birliyinin tər-kibində yaşadığımız zaman, həm də müstəqillik dövründə düşmən bizə ağır zərbələr vurub. Həmişə də köməyimizə hərəsi bir əsgər olan tibb işçiləri çatıblar.

    Qeyd edim ki, vaxtilə bizim rayon xəstəxanasında çalışan həkimlərin səsi-sorağı bütün respublikamıza yayılmışdı. Məmməd Yunusov, Fərhad Rzayev, Yusif Quliyev kimi cərrahları, məşhur ürək həkimi Rəsul Həsənovu, nevropotoloqlar Rza İbrahimovu, Əjdər Şirinovu və başqalarını bu gün də tərtərlilər minnətdarlıq hissi ilə xatırlayırlar.
    I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və bütün dünyanı sarsıdan pandemiya dövründə də rayon mərkəzi xəstəxanasının tibb personalı Hippokrat andına sadiq qalaraq, əsl fədakarlıq göstərmiş, həyatlarını təhlükəyə ataraq, hərbçilərimizə, əhaliyə xidmət göstərmişlər. Öz vəzifəsini yerinə yetirərkən pandemiyanın qurbanı olmuş keçmiş baş həkim Yaşar Hüseyno-vun, həyətlərinə mərmi düşərkən həlak olmuş tibb işçisi Ayna Mehdiyevanın və başqalarının xatirəsi tərtərlilərin qəlbində yaşayacaqdır. Daha ətraflı »

  • 09İyn
    Xəbərlər Tərtərdə Narkomanlıq bəşəriyyət üçün böyük təhlükədir! mövzusunda marifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hacıqərvənd kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

    Əvvəlcə tədbir iştirakçıları vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib.

    Daha sonra məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

    Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 09İyn
    Xəbərlər Tərtərdə “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib üçün şərhlər bağlıdır

    İyunun 8-də Şıxarx kənd 1 saylı tam orta məktəbində “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın Uşaqlarla İş Üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon Polis Şöbəsinin Polis mayoru Yetkinlik yaşına çatmayanların proflaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, Şıxarx kənd 1 saylı tam orta məktəbin direktoru Ramil Ağayev və 9-11 sinif şagirdləri iştirak ediblər.

    Mövzu ətraflı müzakirə edilib, erkən nikahın mənfi nəticələri haqqında şagirdlərə məlumat verilib, sonra isə şagirdlərin sualları cavablandırılıb.

     

  • 09İyn
    Xəbərlər İcra başçısı Qarabağ Regional Təhsil İdarəsinin müdiri ilə birlikdə rayonda təhsil sahəsində mövcud vəziyyətlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovu qəbul edib. Qəbul zamanı rayonda fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət müzakirə edilərək, fikir mübadiləsi aparılıb. Təhsil, məktəbəqədər müəssisələrin maddi texniki bazasının möhkəmləndirilməsi, təhsil sahəsində “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərə diqqət yetirilib.

    Rayon rəhbəri Qarabağ Regional Təhsil İdarəsinin müdiri ilə birlikdə Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə və 5 saylı körpələr evi-uşaq bağçasında mövcud şəraitlə yaxından Daha ətraflı »

  • 08İyn
    Xəbərlər Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşları qəbul edib. Qəbulda 32 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.

    Qəbula gələn vətəndaşlardan Səkinə İbrahimova, Əli Əsədov, İsmayıl Behbudov, Ramiz Həsənov, Əzizə Cəfərova, Solmaz Məmmədova, Nazim İsmayılov Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, Qazyan kənd sakini Müzəffər Ələkbərov, fermer Adil Paşayev yeni subartezian quyusunun qazılması, Xəyal Əhmədov, Rizvan Abbasov, Raqif Kərimov işlə, Lətafət Fərzəliyev icarəsinə torpaq verilməsi və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.

    Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 06İyn
    Xəbərlər Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır üçün şərhlər bağlıdır

    Müstəqillik illərində əldə etdiyimiz nailiyyətlər ölkəmizin enerjiyə olan tələbatını ödəməklə yanaşı, Azərbaycanın Avropanın enerji təminatında rolunu daha da artırıb. Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı bunun parlaq nümunəsidir.

    Sərginin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, ötən əsrin sonunda mühüm hadisə baş verdi.Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində biz ixraca başlaya bildik və bir çox ölkələrin təlabatlarını təmin etdik. Eyni zamanda biz tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladıq.

    2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verildiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bununla da Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Daha ətraflı »

  • 04İyn
    Digər Təbii sərvətlərimizlə bağlı fəaliyyətimiz genişləndirilir üçün şərhlər bağlıdır

    Paytaxtımızda Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz  Sərgisinin  rəsmi açılış  mərasimi  olub. Açılış mərasimində Prezident  İlham Əliyev çıxış edib.

    Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi.

    Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə  Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Daha ətraflı »