Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24May
    Xəbərlər Tərtərdə Narkomaniya əleyhinə marifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Seyidimli kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

    Tədbirdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb.

    Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 21May
    Digər Azərbaycanın təklif etdiyi 5 prinsip beynəlxalq hüquq çərçivəsindədir üçün şərhlər bağlıdır

    Cari ilin may ayının  18-də Litva Respublikasının Prezidenti  cənab  Gitanas Nausedanın ölkəmizə  rəsmi səfərə gəlmişdir. Səfər zamanı hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxış etmişdilər. Möhtərəm Prezidentimiz  çıxışı  zamanı Litva ilə ölkəmiz arasında olan münasibətlərə toxunaraq qeyd etdi ki, ölkələrimiz uzun müddətdir  ki, strateji tərəfdaş olaraq fəaliyyət göstərirlər. Ölkə başçımız  bildirdi ki, ölkələrimiz arasındakı güclü siyasi əlaqələr mövcuddur. Məhz bu siyasi əlaqələr hər iki dövlətin  bir çox məsələlərin həllində  yaxınlaşmasına müsbət təsirini göstərir.

    Qeyd etmək lazımdır ki, bu cür yaxınlaşma hər iki dövlətin iş adamları arasında  biznes əlaqələrinin inkişafında son dərəcə təsir göstərir. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi əsasında  işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yarandı.  Forumdakı çıxışında dövlət başçımız vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirərək hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Bu gün Azərbaycan dövlətində  biznes inkişf etdirmək,  ölkədə iqtisadi əlaqələri qurmaq  mühiti çox əlverişlidir.

    Prezident cənab İlham Əliyev  ölkəmizin  hazırkı vəziyyətini  analiz edərkən bildirdi ki, – “Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz işğalçı Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. Müharibənin başa çatmasından keçən dövr ərizndə sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır. Təəssüf ki, Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistanın razılaşdırılmış görüşü ləğv etməsi artıq prosesin davamlı olmasına əngəl kimi qiymətləndirilməlidir”.

    İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti  Cənubi Qafqaz regionunda  sülhün,  digər dövlətlərlə əməkdaşlığın, qarşılıqlı əlaqələrin  qurulması üçün bütün imkanlardan maksimum istifadə edir ki,  bu da ölkəmizin  regionda olan yüksək nüfuzundan xəbər verir.

    Təəssüflə qeyd etmək lazımdır ki, 10 noyabr 2020 –ci il tarixli  koputaliyasına imza atmış  Ermənistan bölgədə yaranmış  reallıqlara   əməl etmək fikrindən müxtəlif bəhanələrlə  qaçmaq istəyir. Ancaq Ermənistan gec-tez Azərbaycanın onların qarşısında qoyduğu şərtlərlə razılaşıb, sülh müqaviləsinə imza atacaq.

     

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatın sədri

  • 21May
    Xəbərlər Azərbaycan–Litva Prezidentlərinin görüşü yaxşı nəticələr verəcək üçün şərhlər bağlıdır

    Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ölkəmizə rəsmi səfərə gəlib.

    Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

    Mayın 18-də Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

    Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür. Daha ətraflı »

  • 21May
    Digər Regionlarda psixoloqların rolunun gücləndirilməsinə dəstək verilir üçün şərhlər bağlıdır

       

    “Hüquq Dünyası” Hüquqi Təblığatİctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi postmüharibə dövründə müharibənin təsirlərinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarının artırmaqla, uşaqlara keyfiyyətli psixoloji dəstək göstərmək, uşaq hüquqlarının qorunması və təbliğində  psixoloqlarıinn rolunu gücləndirməkdən ibarətdir.

    Layihə çərçivəsində  Tərtər rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində Tərtər rayonunda psixoloqlar üçün seminar həyata keçirilmişdir. Seminarı Tərtər rayon  icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmmədli Rəqsanə açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, seminarların postmüharibə dövründə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.

    “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri  Zaur Quliyev çıxış edərək layihənin məqsəd və  vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamışdır. Layihə rəhbəri  tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə  dövründə psixoloqların üzərinə də ciddi və  məsuliyyətli bir vəzifənin düşdüyünü bildirmişdir.

    Digər çıxış edənlər Qarabağ regional Təhsil Şöbəsinin metodisti  Gülxar Abbasova, Sosial Xidmətlər Agenliyinin Qarabağ  regional filialının əməkdaşı Fazil Abbasov layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində  həyata keçirilməsinin vacibliyini vurğulamış, seminara uğurlar arzulamışlar.

    Layihə üzrə ekspert, psixologiya üzrə  fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva seminar zamanı müharibənin təsirlərinə məruz qalmış rayonlarda  postmüharibə  dövründə  uşaqların psixoloji durumu, Vətən müharibəsinin gedişində  müharibənin acı  nəticələri ilə üzləşmiş uşaqlarda yaranmış stress və  gərginlik fonunda  uşaqlara psixoloji dəstəyin həyata keçirilməsində psixoloqların rolunun gücləndirilməsinin zəruriliyi, şəhid və  qazı övladlarına göstərilən psixoloji xidmətlər  və  uşaqların asudə vaxtının və sosial mühitə inteqrasiya olunmasıın təşkilində məktəb psixoloqunun və  uşaq birliyinin rolu məsələləri mövzusunda təqdimatlar etmiş və  mövzu ətrafında müzakirələr aparılmışdır.

    Layihənin davamlılığı olaraq, layihə ekspertinin mentor dəstəyi ilə seminarlarda iştirak etmiş psixoloqların hər birinin öz yaşadığı və  fəaliyyət göstərdiyi  icmada “1 iyun – Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir və  psixoloji yardım günlərinin təşkil olunması nəzərdə tutulur.

    Seminar iştirakçıları olan psixoloqlar  vacib və  aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini  bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində  mühüm rolu olduğunu ifadə etmişlər.

    Sonda iştirakçılara sertifikatlar təqdim olunmuş, xatirə fotoşəkili çəkilmişdir

     

  • 21May
    Şəhidlər Rayon rəhbəri şəhid Verdiyev İsax Ədalət oğlunun valideyinləri ilə görüşüb üçün şərhlər bağlıdır

     Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əslən Tərtərdən olan həmyerlimiz şəhid Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan valideynlərini qəbul edib, onlarla səmimi söhbət edib. İcra başçısı bildirib ki, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi xalqımız tərəfindən ehtiramla yad edilir. “Şəhidlər ölməz, Vətən bölünməz”,- şüarı ilə döyüşə gedən oğullar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə Zəfər gününü yaşatdı. Daha ətraflı »

  • 20May
    Təhsil İcra başçısı respublika fənn olimpiadasının qalibləri ilə görüşüb üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüşüb.  Tədbirdə coğrafiya fənni üzrə 2-ci yerə layiq görülmüş Mamırlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Murad Qarayev, tarix fənni üzrə 3-cü yerə layiq görülmüş Köçərli kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Xədicə Qəmbərova, qaliblərin müəllimləri də iştirak ediblər.

    Görüşdə rayon rəhbəri respublika olimpiadasında öz bilik və istedadları ilə uğur qazanan məktəblilərə xoş arzularını bildirib, onları təbrik edib. O, respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, son illərdə Tərtər rayonunda 5 modul tipli məktəb quraşdırılıb. Prezidentin Sərəncamı ilə hazırda 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi tikilir. 360 yerlik şəhər 5 saylı tam orta məktəbinin tikintisinə də başlanılıb. Rayonda 3 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, 2 körpələr evi-uşaq bağçası isə əsaslı təmir olunub. Dövlət tərəfindən təhsil müəssisələrinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər təqdirəlayiqdir.  İcra başçısı bütün bunların Azərbaycanın xoşbəxt gələcəyi naminə edildiyini diqqətə çatdırıb.

    Sonra olimpiada qaliblərinə və onların müəllimlərinə rayon rəhbəri tərəfindən təşəkkürnamə təqdim olunub.

     

  • 20May
    Xəbərlər Kəbirli kəndində icra başçısı sakinləri qəbul edib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Kəbirli kəndində səyyar-qəbul görüşü keçirilib. Görüşdən əvvəl rayon rəhbəri hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyaraq xatirələrini ehtiramla yad ediblər.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq yerlərdə səyyar-qəbul görüşlər keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.

    Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan danışıb. Bildirib ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da  danışıb. Qeyd olunub ki, son beş ildə şəhid və qazi ailələrinə 1546 fərdi ev tikilib. Daha ətraflı »

  • 19May
    Şəhidlər ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! üçün şərhlər bağlıdır

    Dən səpdik-bitən oldu, ormanlara tən oldu,
    Buralar torpaq idi, can verdik Vətən oldu…
                                                                               Vahid Əziz, Azərbaycanın xalq şairi

                                                                           Əfsanəvi komandir

    Qənbər Qənbərli Kəngərli kənd orta məktəbinin IX sinfindən sonra 2009-cu ildə Naxçıvanski adına hərbi liseyə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Bundan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. Məktəbin nümunəvi məzunlarından biri olduğunu Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə sübut edib. Əfsanəvi kəşfiyyatçı, cəsur komandir kimi yaddaşlarda qalıb.
    Baş leytenant Qənbər Qənbərli üç nəfərlik kiçik dəstə ilə düşmənin arxasına keçərək, ordumuzun irəliləməsi üçün ona verilən bütün tapşırıqları qəhrəmancasına yerinə yetirib. Ərazinin çətin olması və düşmənin daha əlverişli mövqedə yerləşməsi bu vəzifənin öhdəsindən gəlməyi çətinləşdirirdi. Ancaq dəstədə hamı arxayın idi. Çünki Qənbər Qənbərli kimi ağıllı komandirləri vardı.
    Bu kiçik dəstə elə döyüşürdü ki, düşmən onların cəmi 3 nəfər olduğunu güman etmir və yaxınlaşa bilmirdi. Qənbərlinin əlverişli mövqe seçməsi nəticəsində ermənilərə xeyli zərbə vurulub. Düşmən postuna ehtiyat sursat və şəxsi heyət daşıyan maşınlara atəş açılaraq, onların həmin posta yaxınlaşmasına imkan verilməyib. Həmçinin həmin posta gedən kommunikasiya xətləri kəsilib. Bizim arxadakı topçulara koordinat verilib.
    Bundan sonra ermənilərin “UAZ” markalı sanitar maşını atəşə tutularaq, bir zabit və sürücüsü yerindəcə məhv edilib. Qalanları isə elə maşındaca komandirin atdığı qumbara nəticəsində zərərsizləşdirilib. Daha ətraflı »

  • 19May
    Şəhidlər Sevgi dolu bir ürəkdi Rəşad üçün şərhlər bağlıdır

    Anası Afidə xanım “Ay ürəyim” deyirdi oğlu Rəşada. Həqiqətən də, anasının, atasının, doğmalarının ürəyi idi. Allahdan ona ayrılmış qısa bir zaman kəsiyində nə qədər işlər görə bilmişdi Rəşad! Bu qədər insanın sevgisini, rəğbətini necə qazanmışdı?!
    Bu gün onun yaşadığı ünvana, son mənzili olan Hacıqərvənd kəndindəki qəb-ristanlığa çoxlu insan gəlir. Səbəbi gənc olmasına baxmayaraq, göstərdiyi şücaətlər, ətrafındakılara, xüsusən tabeliyində olan əsgərlərə münasibəti, təkcə ailəsi üçün deyil, Vətən üçün layiqli övlad olmasıdır.
    Onun üzündə daim təbəssüm olardı. Bu təbəssüm indi otağında məhəbbətlə qorunan şəkillərdə yaşayır və sanki valideynlərinə təsəlli kimi onun cənnətdə olmasını xatırladır.
    Oxuduğu Hacıqərvənd kənd orta məktəbində və həvəslə təhsil aldığı Mingəçevir İdman və Turizm Kollecində onun adı siniflərə verilib, şagird və tələbələrlə görüşlər keçirilib.
    Rəşad Mirzəli 1995-ci ildə mayın 26-da Hacıqərvənd kəndində doğulmuşdu. Baharın gözəl çağında dünyaya göz açan bu oğlan daim ətrafında sevgi və xoş münasibət görmüşdü, özünün də qəlbi sevgi ilə doluydu, amma bu hisslərə həm də düşmənə olan nifrət qarışmışdı. Ona görə də Rəşad şəxsi hisslərini, münasibətlərini bir kənara qoyub, hərb yolunu seçdi və bu yolda da əbədiyaşarlıq qazandı. Daha ətraflı »

  • 19May
    Şəhidlər Arzusunu atası yerinə yetirdi üçün şərhlər bağlıdır

    Elşən Məmmədovun ailəsi kəlbəcərli olsa da, o özü bu yerləri heç vaxt görməmişdi. Amma xəyallarında Kəlbəcərlə bağlı gözəlliklərlə dolu bir dünya yaşadırdı. Bu dünya doğma yurddan ayaqyalın, başıaçıq çıxan atası Dağıstan kişinin, anası Kifayət xanımın söhbətlərindən yaranmışdı.
    Dağıstan kişi deyir ki, Kəlbəcər işğal edilərkən, onlar dolu evlərindən heç nə götürə bilmədilər. Bir-təhər gəlib çıxdılar Tərtər rayonunun Hacıqərvənd kəndinə. Burada ailəni uşaq bağçasında yerləşdirdilər, yatacaq verdilər. Kənd sakinləri isti paltar gətirdilər. Beləliklə, ailə yenidən yavaş-yavaş ayaq üstə durdu. Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində indi rayonumuzda qaçqınlar üçün salınmış müasir qəsəbədə rahat mənzilləri var.
    Dolanışıq düzəlsə də, elə gün olmazdı ki, Dağıstan kişigildə Kəlbəcər barədə söhbət düşməsin. Elşən bunları dinləyədinləyə böyüyürdü. Atasının dediyinə görə ən böyük arzusu Kəlbəcəri görmək idi. Deyirdi, mən atamın dədə-baba yurdunda toy edəcəyəm. Lakin qismət olmadı…
    Elşən Məmmədov 1996-cı ildə rayonumuzun Hacıqərvənd kəndində doğulmuşdu. Orta məktəbi Buruc kəndində bitirib. Daha ətraflı »