Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Okt
    Tərtər RİH-də VƏTƏNDAŞLAR NÖVBƏTİ DƏFƏ QƏBUL OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunub.
    Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər Sahib Alıyev tərəfindən nəzarətə götürülüb.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

     

  • 08Okt
    Tərtər RİH-də GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
    İştirakçılara (yerli icmaları təmsil edən əlilliyi olan şəxslər, digər icma üzvləri, yerli məşğulluq xidməti nümayəndələri və b.) əlilliklə bağlı beynəlxalq və yerli qanunvericilik, əlilliyin tibbi və sosial modeli, əlilliyi olan şəxslər üçün müstəqil həyat fəlsəfəsi, onların hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər və digər aidiyyatı mövzular üzrə müfəssəl məlumatlar verilir.
    2019-2021-ci illəri əhatə edən layihənin icrasından ümumilikdə 3000-dək benefisiarın (əlilliyi olan şəxsin) qazanc və ictimai yerlərə çıxış imkanlarının birbaşa və dolayı şəkildə dəstəklənməsi gözlənilir.

     

  • 08Okt
    Xəbərlər MEDİA NÜMAYƏNDƏLƏRİ RAYONUMUZDA üçün şərhlər bağlıdır

    İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Medya qrupun başqanı Ali Rıza Yıldızın rəhbərlik etdiyi nümayəndə heyyəti Tərtər rayonunda səfərdə olub.
    Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli də iştirak edib.
    Rayon rəhbəri 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyan və onun aradan qaldırılması istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat verib.
    Sonra qonaqlar 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəymiş ziyanı əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olub, rayon rəhbəri ilə birlikdə Daha ətraflı »

  • 08Okt
    Xəbərlər BMTİP-in REZİDENT NÜMAYƏNDƏSİ TƏRTƏRƏ SƏFƏR EDİB üçün şərhlər bağlıdır

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Tərtərdə istifadəyə verilmiş İcma Resurs mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə səfər ediblər.
    Qonaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, Qələbə sevincini yaşayan Azərbaycanda tamamilə fərqli bir ab-hava var. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən öz ədalətli və haqlı mövqeyini ortaya qoydu. 44 gün ərzində ərazilərini işğaldan azad edərək şanlı zəfər tarixini yazdı.
    Daha sonra icra başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri və Tərtər rayonuna da müharibənin törətdiyi Daha ətraflı »

  • 08Okt
    Xəbərlər AĞACƏKMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı-Şəhidlər” parkında ağacəkmə aksiyası keçirilib.
    İcra başcısı Müstəqim Məmmədov ağacəkmə aksiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararaq, onların qayğıları ilə maraqlanıb.
    Aksiya çərçivəsində yeni salınmış parkda 3000 ədəd müxtəlif növ meyvə ağacı, 750 ədəd Eldar şamı və 200 ədəd sərv ağacı əkilib.

     

  • 08Okt
    Xəbərlər MÜBARİZ İBRAHİMOV KÜÇƏSİNİN TƏMİRDƏN SONRA AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Tərtər rayonunda qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub.
    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Mübariz İbrahimovun qəhrəmanlığı haqqında ətraflı danışıb.
    Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
    Sonra şəhidin adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb.
    Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
    Tədbir şəhidin adını daşıyan küçədə ağacəkmə aksiyası ilə davam edib. Aksiya çərçivəsində küçəyə 235 ədəd Eldar şamı və 50 min ədəd təkgöz kolu əkilib.

     

  • 08Okt
    Xəbərlər ŞƏHİDLƏRİN İL MƏRASİMLƏRİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    44 gün davam edən Vətən müharibəsi müddətində Tərtərlilərdən də şəhidlik zirvəsinə ucalanlar az olmamışdı. Onların arasında həm hərbi, həm də mülki şəhidlər olmuşdu.
    Bu günlərdə rayonumuzun hərbi şəhidlərindən Məhərzadə Taleh Oqtay oğlunun, Hacıyev Qubad Cəmil oğlunun, Aslanov Xəyal Qüdrət oğlunun, Əliyev Elməddin İlqar oğlunun, Əzizov Ayşad Qaryağdı oğlunun, Hüseynov Eşqin Cəsarət oğlunun və mülki şəhidər Əliyev Mehman Sovet oğlunun, Abbasov Xaliq Asif oğlunun, Abbasov Elşən Asif oğlunun il mərasimləri keçirilmişdir.
    Mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

     

  • 08Okt
    Xəbərlər ŞƏHİD BULAQLARININ AÇILIŞI üçün şərhlər bağlıdır

    Rayonumuzun Qazyan kəndində Şəhid Hacıyev Rüstəm Firqani oğlunun, Qaradağlı kəndində Şəhid Hüseynov Aslan Malik oğlunun və Tərtər şəhərində Aslanov Xəyal Qüdrət oğlunun adlarına tikilmiş Şəhid bulaqlarının açılışları olub.
    Açılışlarda Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi, İctimai Birliklərin nümayəndələri, qazilər, müharibə veteranları iştirak ediblər.
    Şəhidlərin ailə üzvləri onların övladlarının xatirələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 08Okt
    Digər TƏRTƏRDƏ “ANIM GÜNÜ” TƏDBİRİ üçün şərhlər bağlıdır

    Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında “Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.
    Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər Daha ətraflı »

  • 08Okt
    Xəbərlər PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tərtərdə prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirmiş, prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir.
    Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Daha ətraflı »