Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt
    Təhsil ZƏHMƏTİN SİLİNMƏZ İZLƏRİ üçün şərhlər bağlıdır

    Müəllim sönməyən günəşdir.
                                                        (Atalar sözü)
    Bəli, müəllim sönməyən Günəşə bənzəyir. İllər keçsə də onun elminin ziyası sönmür. İnsanların bütün həyatını müəllim ziyası işıqlandırır. Belə müəllimlərimizdən biri də Musayeva Könül Sahib qızıdır. Onunla şəxsi tanışlığım olmadığı üçün dərs dediyi şagirdlər və valideynlərdən maraqlandım. Öyrəndim ki, ciddi və tələbkar, tədris etdiyi fənni ürəkdən sevən bir müəllimdir. 1 saylı tam orta məktəbdə coğrafiya fənnini tədris edir.
    Könül Musayeva 1978-ci il 4 apreldə Tərtər şəhərində ziyalı ailəsində anadan olub. Bu ailədə 3 övlad Daha ətraflı »

  • 20Okt
    Hərbi vətənpərvərlik KAŞ Kİ, BELƏ OLMAYAYDI!… üçün şərhlər bağlıdır

    Hüseynov Aslan Malik oğlunun ata-anası rusiyanın Orenburq şəhərində müvəqqəti yaşadıqları üçün o 1988-ci il oktyabrın 6-da orada doğulsa da, boya-başa Tərtər rayonunun Qaradağlı kəndində çatmışdı. Burada orta təhsil almış, əsgəri xidmətə çağrılmışdı. Əsgəri xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə yazılır. Hərbi sirləri qoruyub saxlamaqda və əsgəri qulluqda öz nümunəviliyi ilə fərqlənib.
    7 il idi ki, müddətdən artıq xidmət edirdi.
    Aslan ailəli idi. Aysu adında qızı, Kənan adında oğlu vardı. Aslangil özləri isə 3 uşaq olublar – 2 qardaş, 1 bacı. Son zamanlarda qardaşı İsgəndər də müddətdən artıq hərbi xidmətə yazılmışdı.
    Aslan həmişə torpaqlarımızın işğaldan azad olunmasından danışardı. Ərazilərimizin işğal altında inləməsi ona çox pis təsir edirdi. Daha ətraflı »

  • 20Okt
    Hərbi vətənpərvərlik SONUNCU MƏZUNİYYƏTDƏN SONUNCU MƏNZİLƏ üçün şərhlər bağlıdır

    Ofisdə hamımızın işlətdiyimiz əşyaları yığdığımız səbət var. Bir səbət var ki, 1 ildir toz basıb, bir qələm var ki, bir ildir əl vurulmur ona ofisdə. Elə bilirik ki o qələmi götürüb işlətsək, Pərviz deyəcək: “Kim götürdü yenə mənim qələmimi”.
    Adi iş günlərindən biri idi – 21 sentyabr 2020-ci il. İş yoldaşımız Orucov Pərviz Novruz oğlu məzuniyyətə çıxdı. Bir həftəlik. 28 sentyabr 2020-ci ildə işə qayıtmalı idi. Amma….
    27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. Tərtər və tərtərlilər şanlı döyüş yolu keçən ordumuza, xalq-ordu birliyinə, Qarabağ uğrunda canını və qanını əsirgəməyən cəsur Azərbaycan oğullarının qəhrəmanlığına, Daha ətraflı »

  • 20Okt
    Digər ŞƏHİD QIZININ XEYİRXAH ƏMƏLLƏRİ üçün şərhlər bağlıdır

    Hələ 2 il öncə atası Şəhid Qabil Əliyev haqqında yazanda Əsmərin barəsində yazacağımı qərarlaşdırdım. Şəhid atanın dörd qız övladının kiçiyi idi Əsmər. O vaxt atası barədə söhbət edəndə anası Kəklik xala: “Təkcə atasına oxşayan Əsmərdi”– demişdi. Özü isə demişdi: “Elə bil atam şəhid olanda ailəsinin bütün qayğılarını mənim çiyinlərimə ötürmüşdü”. Yer əkib-becərmək, ot tayası yığmaq, bağ-bağçanı suvarmaq, evin işığını düzəltmək – ailədəki görüləcək kişi işləri hamısı Əsmərin əlindən keçirdi. Ana Əsməri ailənin böyüyü, həm də kişisi kimi tanıdırdı.
    Əsmər heç zaman kimdənsə kömək gözləməyib, həmişə çörəyini öz zəhməti ilə qazanıb. O, 9 ildən çoxdur ki, fermerliklə məşğul olur. Özünün mülkiyyətində əkin sahəsi az olsa da icarəyə torpaq götürərək pambıq, taxıl əkib-becərib. Bu il isə özünə məxsus olan 2,5 hektar torpaq sahəsində taxıl əkib, oradan 12 tondan çox məhsul götürüb. Gələcəkdə isə məqsədi əkin sahələrini genişləndirməkdir.
    Bu gün Əsmər haqqında təkcə qoçaqlığından söz açmaq istəmirəm. O, həm də kənddə xeyriyəçi bir qadın kimi tanınır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Birinci Qarabağ müharibəsində şəhid ailələrinin varislərinə verilən on bir min manat pulu ata-sının qəbirinə sərf edəndə bu qızın hansı ürəyə sahib olduğunu bildirmişdim. Hətta yaşlı anasına, anadangəlmə əlil qardaşı Loğmana da o puldan 1 manat sərf etmədiyini bildirdi. Daha ətraflı »

  • 20Okt
    Digər UMUD HƏKİM üçün şərhlər bağlıdır

    “Bir ömrü illərlə ölçmək düz deyil,
    Ömürlə illəri ölçəsən gərək”
                                                                     Bəxtiyar Vahabzadə

    Atalar deyib: “Hər şeyin təzəsi dostun köhnəsi”
    Bizim tanışlığımız 1960-cı illərin sonlarından başlayıb. Onda mən və Umud həkim ailəsi ilə birlikdə Tərtər şəhərinin Vaqif küçəsinidəki 1№-li evdə (Firəngiz xalanın evində) kirayədə ayrı-ayrı otaqlarda yaşayırdıq və o vaxtlardan da Umud Quliyevlə ünsiyyətimiz tutmuşdu. Həmişə üzündə xoş bir təbəssüm olardı. Amma elə bir münasibət bəsləyirdi ki, Daha ətraflı »

  • 20Okt
    Ədəbiyyat QIRMIZI DON üçün şərhlər bağlıdır

                                                                                     (Mini hekayə)

    (Bu mövzunu mənə verən əziz tələbəm Aydan Hacıyevaya təşəkkür edirəm.)

    Niftalının ailəsi Laçının Qorçu kəndindən qaçqın düşüb, Bərdə rayonunda Meşəçilik deyilən yerə sığınmışdır. Atası rəhmətə gedəndən ailənin bütün ağırlığı anası Bənövşə arvadın çiynindəydi. Bənövşə arvad isə hər çətinliyə tab gətirib, yetimini böyütdü, oxutdu. Günlərin birində oğ-lu Bərdədəki bankda işə düzəldi.
    Niftalı anasına çox bağlanmışdır. Elə bil bu qadın onun dini-imanı idi. Aralarında gizlin nəsə olmazdı. Bir gün də şirin-şirin söhbət edərkən anası qəfildən soruşdu:
    -Ay oğul, heç gözaltın varmı?
    -Var, ay ana, var.
    -Kimlərdəndir, a bala?
    -Özümüzdən, ay ana. Uzaq qohumlardan.
    Bənövşə arvadın ürəyinə dammış kimi dedi: Daha ətraflı »

  • 20Okt
    Milli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır

                                                                    DİNLƏ İNANCLARIN ƏLAQƏSİ

    Azərbaycan folklorunda inanclara rast gəlmək mümkündür. Məsələn, folklorda deyilir ki, açarı oynadanın evinə dava düşər. Yaxud da inanca görə axşam süpürülən evdən bərəkət əskilər, aynanın şövqünü evə salanda evdən ölü çıxar…
    İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır:
    Məişət və mərasimlərlə bağlı inanclar, təbiət hadisələri ilə bağlı inanclar, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar.
    Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranıb. Məsələn, bir ulduz axanda Yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar.
    Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən kimsə bir kərə asqırarsa, “Tək səbr gəldi, gözlənilsin, səbr edilsin”, iki kərə asqırılarsa “cüt gəldi, xeyirlidir” – deyə yola çıxarlar. Daha ətraflı »

  • 18Okt
    Digər ŞƏRQİ ZƏNGƏZUR BÖLGƏSİNDƏ YERLƏŞƏN ZƏNGİLANI QƏDİM TORPAĞIMIZ OLAN QƏRBİ ZƏNGƏZURLA, ONDAN SONRA ORDUBAD VASİTƏSİLƏ NAXÇIVANLA VƏ TÜRKİYƏ İLƏ BİRLƏŞDİRMƏK AZƏRBAYCANIN NÖVBƏTİ TARİXİ NAİLİYYƏTİ OLACAQDIR üçün şərhlər bağlıdır

    Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 20-də bütün Azərbaycan xalqını xoş bir xəbərlə sevindirdi. Xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimizin sevincinə səbəb olan bu xəbərə ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu.

    1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat Daha ətraflı »

  • 18Okt
    Digər BEYNƏLXALQ HÜQUQUN NORMALARI VƏ BEYNƏLXALQ TƏŞKİLATLARIN QƏRARLARI İLƏ BAĞLI İKİLİ STANDATRTLAR VƏ SELEKTİV YANAŞMANIN TƏTBİQİ DÜNYADA MÜNAQİŞƏLƏRİN ƏDALƏTLİ HƏLLİNƏ MƏNFİ TƏSİR GÖSTƏRİR. üçün şərhlər bağlıdır

    Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı sülh və ədalətin əsas təsisatçılarından biridir
    Azərbaycan Respublkikasıın Prezidenti cənab İlham Əliyev 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Hərəkatın sədri olaraq çıxış etmiş, beynəlxalq arenada baş verən və təşkilatın gündəliyində duran əsas məsələlər ilə bağlı açıqlamalar vermişdir.

    Qoşulmama Hərəkatı 1961-ci ildə Belqradda təsis olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olun bu qurum, qlobal sülh, həmrəylik və ədalət naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. Hərəkata 120 üzv ,17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilat daxildir ki, üzvlərinin hər biri heç bir bloka daxil olmadıqlarını və tərəfsiz olduqlarını bəyan etmişlər. Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə hər zaman öz aktuallığını və vacibliyini qoruyub saxlayan suverenlik və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, təcavüz aktlarından çəkinmə kimi prinsiplərin yer aldığı Bandunq prinspilərini qəbul etmişdir. Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüquq və ədalətin qorunması prinsipləri əsasında qurulan Hərəkata töhfə vermək məqsədilə 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmağa qərar vermişdir. Daha ətraflı »

  • 18Okt
    Digər HADRUT BEYNƏLXALQ MƏDƏNİYYƏT VƏ TURİZM MƏRKƏZİ OLACAQDIR üçün şərhlər bağlıdır

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Hadrut əməliyyatının əhəmiyyəti barədə söhbətini davam etdirərkən söyləyib ki. , hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi: “Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”. Hadrutun strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı deyib: “Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı”. Daha ətraflı »