Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                            YAŞAYAN XATİRƏLƏR

    Mayın 26-da 26 yaşı tamam oldu. İlk dəfə olaraq ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, yaşadığı kəndin sakinləri, hərbiçi dostları onsuz ad günü keçirdilər. Şəhidin xatirəsinə tikilmiş bulağın açılışı oldu. Həmin gün böyük də, kiçik də Rəşad haqqında danışdı. Mirzəli Rəşad Hafiz oğlundan hamı xoş sözlər söylədi. Dedilər ki, Rəşad Mirzəli Hacıqərvənd kəndinin igid, mərd oğullarından biri idi. Süfrə açıldı, tort kəsildi. Hamının gözü Rəşadı axtardı. Ən çox da anası Afidənin, Qarabağ müharibəsi veteranı olan atası Hafizin, bir də təkcə qalmış qardaşı Amilin gözləri. Nə qədər axtarsalar da, gəzsələr də, görünməyən Vətənin şəhid oğlu Daha ətraflı »

  • 30İyn
    Milli-mənəvi dəyərlər İSLAMDA PAXILLIQ üçün şərhlər bağlıdır

    Paxıllıq hər bir insanı bulaşdıra biləcək mənfi xüsusiyyətdir, xəbislikdir. İstər qadın olsun, istərsə də kişi, fərqi yoxdur, paxıllıq hamıya sirayət edə bilər.
    İnsanlar paxıllığın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Ancaq danılmaz bir faktdır ki, qadınlar kişilərlə müqayisədə daha çox paxıl olurlar. Statistik faktlar göstərir ki, paxıllıq hissi bir çox qadınların “ayrılmaz hissəsi”dir.
    Qadınlar kişilərə nisbətən daha eqoist, paxıl olur, çox vaxt bir-birlərinin arxasınca qeybət etməyi sevirlər. Buna görə də paxıllıq siyahısında əsasən qadınların adı hallanır. Amma bu, o demək deyil ki, kişilər paxıl olmurlar. Hər bir insanda paxıllıq hissi azacıq və müvəqqəti olsa da mövcuddur. Çoxları paxıllığı xudbinliklə və ya qibtə ilə qarışdırırlar. Xudbinlik kibrdir, başqalarına yuxarıdan aşağı baxmadır. Qibtə etməyin isə zərəri yoxdur. Daha ətraflı »

  • 30İyn
    Digər PREZİDENT İLHAM ƏLİYEV: ERMƏNİSTANIN İNKİŞAFI ÜÇÜN YEGANƏ YOL ÖZ QONŞULARI İLƏ NORMAL MÜNASİBƏTLƏR QURMAQ VƏ ƏRAZİ İDDİALARINDAN ƏL ÇƏKMƏKDİR üçün şərhlər bağlıdır

    Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 26 iyul Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyyətinin bir qrupu ilə görüşündə bir sıra məqamlar toxunmuşdur. İkinci Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə nəticələndiyini bildirərək qeyd etmişdir ki: “ Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

    Həmçinin ölkə başçısının çıxışında bildirilmişdir ki, birinci Qarabağ müharibəsi Daha ətraflı »

  • 30İyn
    Digər AZƏRBAYCANIN HƏRBİ QÜDRƏTİNİN ARTIRILMASI DÖVLƏT SİYASƏTİNİN PRİORİTETİDİR üçün şərhlər bağlıdır

    1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Azərbaycan Xalq Cühmhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. SSRİ dövründə azərbaycanlıların hərb sənətinə yiyələnməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz təşəbbüsü olmuşdur.
    Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına SSRİ rəhbərliyi laqeyd qala bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almışdı. Daha ətraflı »

  • 24İyn
    Digər VAKSİNLƏR XƏSTƏLİYƏ YOLUXMA ZAMANI AĞIRLAŞMA VƏ ÖLÜM HALLARININ QARŞISINI ALAN TƏHLÜKƏSİZ VASİTƏDİR üçün şərhlər bağlıdır

    Bu gün bütün dünyanı öz cənginə almış qorxunc xəstəlik olan COVİD-19-dan qorunmağın bir neçə yolunu göstərmək olar. Bunlar: tibbi maska taxmaq, sosial məsafə, gigiyenik qaydalara əməl etmək və vaksin etdirmək.
    COVİD-19 pandemiyasının ölkəmizdə yayılmağa başladığı ilk günlərdən etibarən Prezident İlham Əliyevin Azərbaycan xalqına çağırış edərək “Biz birlikdə güclüyük” şüarı qısa zamanda milli birliyimizin devizinə çevrilərək həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi dövründə öz təzahürünü tapdı. Bu birliyin nəticəsidir ki, ölkəmiz pandemiyaya qarşı uğurlu mübarizə aparmaqla dünyanın bir çox ölkələrinə örnək təşkil edir. COVID-19 pandemiyası ölkəmizdə yayılmağa başlayanda qətiyyətlə apardığımız mübarizəni, vaksinasiya prosesində də davam etdirməliyik. Bu bəşəri bəladan xilas olub, həyatın normal ritmini bərpa etməyin yeganə yolu kütləvi Daha ətraflı »

  • 19İyn
    Digər AZƏRBAYCAN VƏ TÜRKİYƏ BÜTÜN TARİXİ DÖVRLƏRDƏ BİR-BİRİNİN YANINDA OLUBLAR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan 2021-ci il 16 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisində olmuşdur. Ali qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılamış, keçirilən təkbətək görüşdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış etmişdir.

    Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı müzəffər Azərbaycan Respublikasının parlamentinin bütün üzvlərini Türkiyədəki 84 milyon qardaşımızın adından bir millət, iki dövlət anlayışı ilə salamlayaraq bildirmişdir ki, “Xoşbəxtəm, çünki Can Azərbaycandayam. Xoşbəxtəm, çünki Qarabağı azad etmiş qardaş Azərbaycanın Milli Məclisində sizlərlə birlikdəyəm. Xoşbəxtəm, çünki müstəqilliyinin otuzuncu ilinə çatan Azərbaycandayam. Qarabağın azad edilməsi Azərbaycanın müstəqil Daha ətraflı »

  • 18İyn
    Digər MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLDİ üçün şərhlər bağlıdır

    Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə mərkəzi meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
    Sonra Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən eksponatlarla tanış olublar.
    Tədbirdə qeyd olunub ki, 15 iyun Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ölkəmizin inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və ötən illər ərzində müstəqil Azərbaycan Respublikası bu strategiyaya əsaslanaraq böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanıb.
    15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə Ulu Öndərin adını daşıyan parkda karantin rejminin tələblərinə riayyət etməklə konsert proqramı təqdim edilib.

  • 18İyn
    Tərtər RİH-də MÜRACİƏTLƏRƏ HƏSSAS YANAŞMA üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib.
    Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, əkin sahələrinin suvarılmasında rastlaşdıqları çətinliklərlə, işlə təminat və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
    Onları narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, bəzi müraciətlərin həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı vətəndaşlar məlumatlandırılıb.
    Qəbulda olan sakinlər onların müraciətlərinin dinlənilməsindən razi qaldıqlarını bildiriblər.

     

  • 18İyn
    Səhiyyə TƏMƏNNASIZ TİBBİ XİDMƏT üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceu-ticals PLC” şirkətinin dəstəyi ilə Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün pulsuz tibbi yardım aksiyası təşkil olunub. Tibbi xidmətlərin göstərilməsində kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər.
    Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində müharibə nəticəsində müxtəlif travmalar almış, doğmaları həlak olmuş şəxslərə həkim və mütəxəssislər tərəfindən lazımi tibbi və psixoloji yardım göstərilib.
    Tərtər rayon icra hakimiyyətinin başçısı Müs-təqim Məmmədov rayon mərkəzi xəstəxanasına gələrək Bakı şəhərindən gələn həkimlərlə, müayinəyə gələn şəhidlərin ailə üzvləri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Bu xeyirxah aksiyanın düşmən vandalizminə daha çox məruz qalan Tərtər rayonunda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Daha ətraflı »

  • 18İyn
    Səhiyyə PEYVƏNDLƏMƏ DAVAM EDİR üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
    Vətəndaşların vaksinasiyası Tərtər Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaq-larda həyata keçirilir. İndiyədək rayon sakinlərinə 21 min 434 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 245, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 189 nəfərdir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vaksinasiya prosesinin gedişi ilə ta-nış olmaq məqsədi ilə rayon mərkəzi xəstəxanasında olub, lazimi tövsiyələrini verib. Vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərin qayğıları ilə maraqlanıb.
    Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.