Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May
    Ədəbiyyat AŞIQ ƏLƏSGƏR-200 üçün şərhlər bağlıdır

                                                             AŞIQ ŞEİRİNİN ZİRVƏSİ

    Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlarından biri olan Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kişinin ailəsi böyük olduğu üçün qayğıları da çox idi, artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmirdi. Buna görə də böyük övladı olan Ələsgəri Kərbəlayı Qurbana nökər verir. Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayı Qurbanın Səhnəbanı adında bir qızı var idi. Ələsgərlə Səhnəbanı bir-birini sevmiş, səmimi münasibətləri yaranmışdır. Ancaq Kərbəlayı Qurbanın qardaşı olan Məhərrəm Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur, Səhnəbanını isə öz oğluna alır. İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmışdır. Sonra Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl ailə başçısı olmuş, həmişə uşaqlarının maddiiqtisadi qayğılarını çəkmişdir. Aşıq Ələsgər bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara böyük təsir göstərmişdir. O, aşıq yaradıcılığının demək olar ki, bütün sahələrinə müraciət etmişdir. Onun zəngin bədii irsinə dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri daxildir. Daha ətraflı »

  • 31May
    Digər 28 MAY RESPUBLİKA GÜNÜ üçün şərhlər bağlıdır

    Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 103 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
    Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
    Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Daha ətraflı »

  • 31May
    Digər 31 MAY DÜNYA TÜTÜNSÜZ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Mayın 31-i Dünya Tütünsüz Günüdür. Bu gün 1988-ci ildə Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə təsis olunub. DST və tərəfdaşları hər il bu günü qeyd edir, tü-tündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə ef-fektiv siyasət aparmağa çağırır.
    DST-nin məlumatına görə dünyada hər il təxminən 8 milyon insan “tütün epidemiyası” səbəbindən vəfat edir. Onlardan 800 mindən çoxu passiv siqaret istifadəçiləridir. Diqqətçəkən məqam ondan ibarətdir ki, siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan vəfat edir.
    Azərbaycanda tütün istifadəçilərinin sayı təxminən 1,3 milyona bərabərdir. Daha ətraflı »

  • 29May
    Digər AZƏRBAYCAN REGİONDA YENİ REALLIQ YARADARAQ DÜNYANIN SİYASİ XƏRİTƏSİNDƏ ÖZ STATUS VƏ ROLUNU ARTIRMIŞDIR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 May – Respublika Günü ilə bağlı ünvanladığı təbrik məktubunda bir sıra məqamlara xüsusi ilə diqqət yetirmişdir. Bildirmişdir ki, regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir.

    İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.

    Respublika Günü münasibətilə ABŞ Prezidenti Azərbaycan Prezidentini təbrik etmişdir. Bundan əvvəl ABŞ Prezidenti Azərbaycan Prezidentini Novruz bayramı Daha ətraflı »

  • 26May
    Digər İQTİSADİ LAYİHƏLƏR REGİONAL ƏMƏKDAŞLIĞI QAÇILMAZ EDİR üçün şərhlər bağlıdır

    Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Tədbirdə aktivliyi ilə diqqət çəkən Azərbaycan Prezidenti çıxışında yüksək məntiq və intellektini ortaya qoyaraq dünyaya mühüm mesajlar verib. Prezidentin müsahibələrində və mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı, onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, eləcə də dünyada, regionumuzda baş verən hadisələr, cərəyan edən proseslər barədə tam məlumatlılığı informasiya meydanında qələbəmizi şərtləndirən əsas amillər kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev çıxışının əvvəlində bəyan edib ki, torpaqlarımız 30 illik işğal dövründə dağıntılara, erməni vandalizminə məruz qalıb. Genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

    Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Çin şirkətlərinin Azərbaycanın enerji sektoruna sərmayələr yatırdığını bildirən dövlətimizin başçısı deyib ki, ikitərəfli əməkdaşlığın inkişafı baxımından mühüm sahələrdən biri də insanlar arasında təmaslardır. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir. Çinlə çox gözəl münasibətlər mövcuddur. Daha ətraflı »

  • 24May
    Digər İTİRİLMİŞ UŞAQLIĞIN SONRAKI SEVİNCİ üçün şərhlər bağlıdır

    Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı, biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi.

    Lakin gördüklərimiz bir anda olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi. Axı, torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı…

    O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi. Səngərlərdə gecələyirdik. Hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəşfəşanlığı xatırladan mərmilər, çox qorxulu idi. Həmin gecə səngərdə keçirəcəyim son gecə idi.

    “Hamı səngərə!”– dedilər.

    Kişilər öz məhlələrində yığışıb əvvəlcədən səngər qazmışdılar.

    Bəli, səngərə gedirik. Saray kimi evimizdən götürdüyümüz tək şey canımız oldu!

    O gecə hər şey ola bilərdi. –Evimiz yana bilərdi, dağıla bilərdi. Düşünün, insanın hansısa bir əşyası itəndə bütün günü onu axdarır, amma biz bir gecədə evimizi və içi dolu əşyalarımızı itirə bilərdik.

    Budur, səngərə çatmışıq! İlk baxışda nağıllardan bizə tanış olan ayı mağarasını xatırladır. Səngərə hər zamankı kimi ilk girən kişilər oldu, içərisinin təmiz olduğunu bildirib çıxdılar. Sonra qadınlar, uşaqlar, qocalar daxil oldular. Rütubətli, nəm və zülmət bir mağara… Çox qorxdum. Büzüşüb anamın qucağında oturmuşdum. Çıraq işığında ətrafa nəzər salırdım. Başımın üstündən sakıt bir zümzümə səsi gəldi: “Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın.” Bu mahnını zümzümə edən qonşu gəlin idi. Onun yarı müharibədə ön cəphədə vuruşurdu. Gəlin nigarançılıqla  yarının yolun gözləyirdi. Ertəsi gün  yarı gəldi, ağ kəfəndə, tabutun içində gəldi…

    Həmin gecə çox igidlər həlak oldu, qəhrəmanlar qazi oldu çox evlər dagığılıb xarabaya döndü!

    Həmin gecə səngərdə gecələmək məcburiyyətində qaldıq. Hamı susqun halda oturub gözləyir  xəsdə sağalmağını gözləyən kimi, yazda ilk çiçəklərin açmağını, qışda ilk qarın yağacağını gözləyən kimi hamı gözləyir. Nəzərlərimi hər kəsin üzərindən keçirirəm. Yaşlı bir nənə əllərini Allaha uzatmış nəzərini mənə yönəltmiş halda: “Allahım,  bu körpələrə yazığın gəlsin!” – deyirdi. O anda körpə görünə bilərdim, amma içimdə özümü bir qəhrəman kimi hiss edirdim. Çünkü torpağını sevən hər bir qəhrəman kimi öz torpağımda idim, qorxub qaçmamışdım . O gecə həmyaşıdlarım öz yataqlarında mışıl-mışıl yatarkən, mən səngərdə anamın qucağında oturmuş, hər an ölüm qorxusu yaşayırdım… Daha ətraflı »

  • 20May
    Tərtər RİH-də ULU ÖNDƏRİN 98-ci İLDÖNÜMÜ üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdiriblər. Heydər Əliyev Mərkəzində isə dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
    Tərtər rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası da keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, idarə, müəssə, təşkilatların kollektivlərinin, könüllülərin iştirak etdiyi aksiyada “Tərtər-Bərdə”, “Tərtər-Ağdam”, “Tərtər-Gəncə”, “Tərtər-Şıxarx” avtomobil yollarının kənarına və Heydər Əliyev prospektinə 2000-ə yaxın Eldar şamı, çinar, sərv, göyrüş, söyüd, müxtəlif növ meyvə ağacları, 5000 həmişəyaşıl təkgöz və gül kolları əkilib.

     

  • 20May
    Xəbərlər “ŞƏHİDLƏR ABİDƏSİ”NİN AÇILIŞI OLDU üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Evoğlu kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər bulağı” və “Şəhidlərə xatirə” abidəsinin açılışı olub.
    Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri ilə birgə əvvəlcə “Şəhidlər bulağı”nda, sonra isə “Şəhidlərə xatirə” abidəsində olub, hər iki abidəyə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.
    Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

     

  • 20May
    Xəbərlər QAZİ AİLƏSİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və YAP rayon təşkilatının sədri Ramiz Şabanov, bir qrup partiya fəalı ilə birgə minaya düşərək bir ayaqını itirmiş Zolgəran kənd sakini, qazi Orucov Elşad Lətif oğlunun ailəsində olub, səhəti və qay-ğıları ilə maraqlanaraq köməklik göstəriblər.
    Qeyd edilib ki, Tərtərin igidləri şəhid olublar, qazi olublar, bu torpağa qan töküblər, lakin bir addım da olsun geri çəkilməyiblər. Buna görə də Tərtərin müdafiəsində şəhidlərimiz və qazilərimiz daha çox olub.
    Qazi Orucov Elşad Lətif oğlunun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

     

  • 20May
    Xəbərlər QƏLƏBƏ GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri ilə birlikdə 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılan abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
    Sonra şəhidlər abidə kompleksi ziyarət olunmuş, abidənin önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi yad edilmişdir.
    Rayon rəhbəri həmçinin tədbirə qatılan bir qrup Qarabağ müharibəsi veteranları və qazilərlə də görüşüb, onların qayğıları ilə maraqlanmışdır.
    Müharibə veteranları və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.