16İyl
8 AYDAN SONRA QAYIDIŞ
44 günlük Vətən müharibəsindən 8 ay keçməsinə baxmayaraq hələ də ata-ananın gözləri yolda, qulaqları səsdə qalmışdı. Hətta oğlunun axtarışında Bəhruz ata dəfələrlə iştirak etmişdir, hələ oğlunun döyüşdüyü Murovdağda namaz da qılmışdı. Oğlundan xəbər çıxmırdı ki, cıxmırdı. Gülnarə ana hər gələndən Qəmbəri soruşurdu ki, bəlkə oğlundan bir xəbər ala. Yenə gözləri yol gözləyirdi. Hər qaranlıq gecəni yola salanda, hər açılan sabahı axşam edəndə ümidlə oğlundan soraq gözləyirdi. Düz 8 ay idi ki, hamının gözləri yolda idi. Ata-ana bilirdi ki, oğulları bu səbrin yiyəsi deyil. Əgər sağ-salamat olsaydı, atadan, qardaşdan, həyat yoldaşından xəbər tutardı.
Hərbiçi yoldaşlarından Bəhruz ataya deyən olmuşdu ki, Qənbər həmişə irəlidə gedən Daha ətraflı »
16İyl
Kəngərli kəndindəki şəhid ailələrini ziyarət zamanı İntiqam Mənsimlinin yaşadığı evin də qonağı oldum. Burada hər şey tamam fərqli idi. Sanki şəhid bir oğulun özü yaşayırdı onun üçün ayrılmış otaqda. Qapıdan içəri girərkən elə bil hər kəsə əl uzadıb xoş gəldin deyəcək. Bu otaqda nə varsa İntiqam nəfəslidir. Burada heyrətlənməmək olmur. Otaq İntiqam həsrətli, arzuları ürəyində donub qalmış, günlərini onun xəyalları ilə həmdərd olan ananın istəyilə bu cür yaradılıb. Burada hansı tərəfə üz çevirsən şəhid olmuş deyil, elə bil həyatda yaşayan İntiqamla üz-üzə gəlirsən. Bu otaqda şəhid İntiqam haqqında danışmasını atası Rövşəndən xahiş etdim. Doluxsunmuş ata özünü toplayaraq danışdı: Daha ətraflı »
16İyl
Elmin 1998-ci il 1 noyabr tarixində Kəngərli kəndində doğulub. 3 qardaşın ikincisi olub. Sadə bir ailədə böyüyərək həm ailəyə, həm də Vətənə layıq bir oğul idi. Hərbi xidmətdə Vətəni müdafiə etmək bütün gənc oğlanlarımızın müqəddəs borcudur. Bu borcu şərəflə, ləyaqətlə yerinə yetirmək üçün əsgəri xidmət bir sınaqdır. Bu sınaqdan alnıaçıq, üzüağ keçən oğullarımızdan biri də Elmin Quluzadə olub.
Elmin hərbi xdməti Bakı şəhərində təlim-tədris mərkəzində keçib. 2018-ci ildə hərbi xidmətini bitirdikdən sonra kənddə təsərrüfatla məşğul olub. Böyük qardaşı Murad müddətdən artıq xidmət etdiyi üçün o da ailəsinə, ata-anasına kömək olmağa çalışıb. 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı o da könüllü olaraq Orduya yazılıb. Daha ətraflı »
16İyl
HALAL RUZİ
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
(Nizami Gəncəvi)
İnsanın kamilliyi onun peşəsi ilə yox, ağlı, zəkası ilə ölçülür. İnsan sözün həqiqi mənasımda İnsan olmalıdır və mənası yoxdur ki, sən hansı peşənin sahibisən. Ailəni halal ruzi ilə saxlayanlar həmişə Tanrı yanında da əziz olublar.
Sadə peşə adamlarından söz düşəndə İlqar Sadıqovun adı fəxrlə çəkilir. O, bərbər peşəsində çalışır.
İlqar 1968-ci ildə Tərtər rayonunun Buruc kəndində doğulub, Daha ətraflı »
16İyl
Hər gün səhər-səhər qarşılaşdığım mənzərəni qələmə almaq fikrinə düşdüm. Bununcün hər gün gördüyüm iki qadına yaxınlaşıb:
–Sabahınız xeyir! Siz harada işləyirsiniz?–deyə, soruşdum. Hər ikisi “Dost Xidmətində”- dedi.
–Kommunal xidməti müəssisəsində? Saleh müəlimin yanında?– deyə, maraqlandım.
Yox, Hafiz müəllimin.
Beləliklə, öyrəndim ki, hər gün rastlaşdığım bu qadınlar Hafiz Ələkbərovun rəhbərlik etdiyi Mənzil İstehsalat Təmiri müəssisəsində çalışırlar. Onların haqqında yazmaq istədiyimi bildirdim. Ona görə də müəssisənin rəhbəri Hafiz müəllimə fikrimi çatdırdım. O, işçiləri haqqında xoş sözlər söyləyərək dedi ki, müəssisəmizdə təmizlik işinə baxan 35 nəfər var. Bu qadınlar onlardan ikisidir– Ofelya Şəmilova və Elnarə Aslanova. Daha ətraflı »
16İyl
HAQQI VERMƏMƏK
Cəmiyyət halında yaşamaq qarşılıqlı haqq və məsuliyyəti də özü ilə gətirir.
İnsanlar arasında ata-ana və övlad, ər-arvad, qonşu, qohum, dost, işçi-işverən kimi qarşılıqlı əlaqələri təşkil edən fərdi münasibətlər tərəflər üzərinə müxtəlif haqlar qoyur.
Hörmətli möminlər!
İslam dini haqqlının haqqını verməyə çox böyük önəm verir. Bildiyimiz kimi, bir gün bu fani dünya həyatı sona çatacaq, həqiqi həyat adlandırdığımız axirət həyatı başlayacaq və hər kəs dünyadakı həyatına görə hesaba çəkiləcək. Ağıllı və bəsirətli insan o insandır ki, Allaha və Onun qullarına qarşı öz vəzifələrini yerinə yetirir, haqq və hüquqlara hörmət göstərir, hesab gününə borcsuz və günahsız getməyə çalışır. Daha ətraflı »
15İyl
Qurban bayramı bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzidir. Bu bayramın dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır.
Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur. Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınır.
Ümummilli Lider Heydər Əliyevin hər il xalqı Qurban bayramı münasibəti ilə təbrik etməsi, bayramı məcburi köçkün soydaşlarımızla birgə keçirməsi, Daha ətraflı »
13İyl
15 iyun 2021-ci il tarixdə biz mühüm bir tarixi hadisənin şahidi olduq. Azərbaycan və qardaş Türkiyə arasında unikal bir müttəfiqlik nümunəsi “Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd hər iki ölkə, o cümlədən region üçün mühüm tarixi əhəmiyyət daşıyır. Birinci növbədə bu müttəfiqlik bəyannaməsi xarici maraqların toqquşduğu bölgədə Ölkəmizin apardığı azad siyaətin məntiqi nəticəsidir. Eyni zamanda bu bəyannamə ilə Azərbaycan Türkiyə münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Burada əks olunan müddəalarda siyasi, iqtisadi, ideoloji, humanitar məsələlər öz əksini tapmış, bütün sahələrin davamlı inkişafı üçün şərait yaranmışdır.
Şuşa Bəyannaməsi eyni zamanda Ermənistanda mövcud olan revanşist qüvvələrin seçkiqabağı torpaqları yenidən azad edəcəyik mövzusunda səsləndirdikləri şüarları alt-üst etdi. İndi Ermənistanda bəzi nüfuzlu şəxslər o cümlədən Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan kimi tanınmış hüquq müdafiyəçiləri, Daha ətraflı »
09İyl
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uy-ğun olaraq qəbul edib.
Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, əkin sahələrinin suvarılmasında rastlaşdıqları çətinliklərlə, işlə təminat və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, lazımi köməkliklər göstərilib.
Sakinlərin problemləri dinlənildikdən sonra, icra başcısı tərəfindən həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qəbulda olan sakinlər onların müraciətlərinə həssas-lıqla yanaşıldığına görə razılıqlarını bildiriblər.
09İyl
Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir karantin qaydalarının tələblərinə əməl etməklə rayon polis şöbəsində davam etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salaraq, Azərbaycan polisinə böyük diqqət və qayğının göstərildiyini qeyd edib. Daha ətraflı »
Yeni ismarıclar