Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Apr
    Digər Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir üçün şərhlər bağlıdır

    Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birinı təşkil edir. Daha ətraflı »

  • 09Apr
    Xəbərlər SOYQIRIM QURBANLARININ XATİRƏSİ EHTİRAMLA ANILDI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.

  • 09Apr
    Xəbərlər ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər rayonundan 2016-cı ilin Aprel döyüşlərində Füzuli istiqamətində gedən vuruşlarda şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun şəhidliyinin 5-ci ildönümü qeyd olunub. Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev şəhidin ailəsinə baş çəkmiş, onun xatirəsi yad edilmiş, keçdiyi döyüş yoluna bir daha nəzər salınmışdır. Şəhidin valideynləri Bəhruz və Maya İsgəndərovlar və yaxınları onunla bağlı xatirələrini söyləmişlər.
    Nicat İsgəndərov aprel döyüşlərində göstərdiyi sücaətlərə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı Tərtər şəhərinin abad küçələrindən birinə verilərək əbədiləşdirilib. İctimaiyyət nümayəndələri şəhidin 5-ci ildönümündə onun adını daşıyan küçədə olmuş, xatirəsini ehtiramla yad edərək, baralyefi önünə gül dəstələri düzmüşlər. Daha ətraflı »

  • 09Apr
    Digər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                                   YARIMÇIQ QALMIŞ ARZULAR

    Şəhidlərimiz haqqında yazmaq olduqca çətindir. Hər biri barədə yazanda o acını yaşamaq gərəkdir. Düşündükcə onların ölümlə nəticələnən acı talelərinin şahidi oluram. Hamısı Vətən, Torpaq, Namus, Qeyrət uğrunda şirin canlarından keçərək, ömürlərini, arzularını yarımçıq, doğmalarını gözü yaşlı qoyublar. Zəhmətkeş, öz alın təri ilə dolanan ailələrin övladları olub bir çoxu.
    Belə şəhidlərimizdən biri də Məhərzadə Taleh Oqtay oğludur.
    O, həmişə mənfur erməniləri ürəyində lənətləyərək tezliklə ərazilərimizin bütövləşəcəyinə inanırdı. Odur ki, 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı hərbi xidmətə yazıldı. Arzusu torpaqlarımızın azad olunmasında Ordumuzun tərkibində düşmənə qarşı sonədək mübarizə aparmaq və qələbəmizdən sonra ailə qurmaq idi. Anası ilə telefonla əlaqə saxlayan zaman istəyini bildirmişdi. Daha ətraflı »

  • 09Apr
    Digər CAHANGİRİN SON DÖYÜŞÜ üçün şərhlər bağlıdır

    30 il idi ki, torpaqlarımız erməni işğalçılarının əsarəti altında inləyirdi. Gözəl Şuşamız, Laçınımız, Füzulimiz, Kəlbəcərimiz, ümumiyyətlə, 20 faiz torpaqla-rımız işğalçıların tapdaq yeri olmuşdu. Bu hər bir Azərbaycanlı üçün çəkilməz dərd sayılırdı. Qədirbilən xalqımız, mərd oğullarımız hər an torpaqlarımızın işğaldan azad olunacağı günün arzusu ilə yaşayırdılar. Nəhayət 27 sentyabr 2020-ci il bu iztiraba son qoyulmasının başlanğıc günü oldu.
    Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı ildə Qaynaq kəndində doğulmuşdu. Daha ətraflı »

  • 09Apr
    Digər ŞƏHİD ANASI İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Rayonumuzun Sarıcalı kəndində bir ana yaşayır. Qara günlərlə, min cür əzab əziyyətlə, od-ocaqsız daxmada “bir qarnı ac, bir qarnı tox” 2 övlad böyüdən ana! 1 qız və 1 oğlunu atalıykən atasız böyüdən, bu gün şəhid Mehdinin anası kimi tanınan Laləzar ana. O, ailə həyatı quranda öz həmkəndlisi Elçini seçdi, xoşbəxt günləri onunla olacağını düşündü. Lakin nə özü ər qazancı görə bildi, nə uşaqları ata çörəyi yeyə bildi. 4-5 il baldızı Kəmalənin yanında uşaqlarını saxladı, Elçin Qazaxıstanda oldu. Bu cür həyata dözməyən Laləzar uşaqların da götürüb kəndə ata-anasının yanına qayıtdı. Bir müddətdən sonra ata-anasının məsləhəti ilə əl damı kimi bir otaq tikib, uşaqlarını ora yığdı, öz zəhməti ilə Daha ətraflı »

  • 09Apr
    Digər Aprel döyüşləri üçün şərhlər bağlıdır

                                                                            BÖYÜK ZƏFƏRİN BAŞLANĞICI

                   

    2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si öldü, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

    Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən yüzdən çox hərbi qulluqçusu öldü və yaralandı.
    Azərbaycan Silahlı Qüvvələrinin isə 12 hərbi qulluqçusu şəhid oldu. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Daha ətraflı »

  • 09Apr
    Səhiyyə DEZİNFEKSİYA İŞLƏRİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə çoxmənzilli yaşayış binalarında, küçələrdə və digər yerlərdə dezinfeksiya işləri aparılıb.

  • 09Apr
    Səhiyyə ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜ üçün şərhlər bağlıdır

    1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir.
    Builki Sağlamlıq Günü yayılmasına görə əmək qabiliyyәti vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-nin Avropa regionunda 128 min intihar halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib. Hazırda depressiya pozğunluğu olanların sayı regionda 40 milyon nәfәrə çatır. Qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, Daha ətraflı »

  • 09Apr
    Ədəbiyyat Aşıq Ələsgər-200 üçün şərhlər bağlıdır

    AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNİN QEYD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

    2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.
    Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
    Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Daha ətraflı »