Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr
    Ədəbiyyat HAQQ AŞIĞİ üçün şərhlər bağlıdır

    Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək.
    XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər möcüzəsi ilə sazın, sözün yeni ömrü başladı. “Haqq aşığı” ifadəsi Dədə Ələsgərin simasında yenidən dirilib gerçəkləşdi.
    1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan Ələsgəri atası Alməmməd kişi böyük külfətini dolandıra bilmədiyindən 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir. Ələsgər Kərbəlayı Qurbanın qızı Səhnəbanuya aşiq olsa da, bu sevda baş tutmur.
    İllər keçir, Ələsgər nakam məhəbbətin ağrıacısını yaşayır, uzun illər ilk məhəbbətini unuda bilmir, çətinliklərdən, sınaqlardan keçə-keçə sazla-sözün qovuşduğu dəryaya can atır.
    Dövrünün qüdrətli sənətkarı Aşıq Alı onun gələcək taleyini büsbütün dəyişir. Fitri istedadı, kəskin hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər on il Aşıq Alıya şəyirdlik edir, saz dünyasının sirlərinə bələd olur, sirlər qapısını açıb, ustadlıq mərtəbəsinə yetişir. Daha ətraflı »

  • 09Apr
    Ədəbiyyat ƏZƏMƏTLİ ZİRVƏ üçün şərhlər bağlıdır

    Adım Ələsgərdir, Göyçə mahalım,
    Ələst aləmində demişəm bəli.
    1821-ci il. Göyçə mahalı. Ağkilsə kəndi. Yazın ilk günü. Yoxsul Alməmməd kişinin kiçik komasında bir uşaq dünyaya gəldi. Körpənin adını Ələsgər qoydular. 13-14 yaşına çatanda atası onu bir varlının qapısına nökərçiliyə verdi. Amma uçmaq üçün yarananlar sürünə bilməzlər. Ələsgər o qapıdan qovuldu, ancaq Allah ona başqa bir qapı açdı. Azman saz, söz ustadı Aşıq Alının yanında düz on il aşıq sənətinin sirlərini öyrəndi. Məclislərin birində öz şagirdinə dəyər vermək üçün sazını ona bağışlamaq istəyir. Amma Ələsgər öz ustadının sazını qəbul etmir və dillər əzbəri olan məşhur şeirini deyir.
    Bir şəyird ki, ustadına kəm baxa,
    Onun gözlərinə ağ damar, damar.
    Məktəb üzü görməyən, yazı-pozu bilməyən, fitrən istedad sahibi olan, Daha ətraflı »

  • 09Apr
    Ədəbiyyat BU DÜNYADA ÜÇ ŞЕY BAŞA BƏLADI üçün şərhlər bağlıdır
    Bu dünyada üç şеy başa bəladı;
    Yaman oğul, yaman arvad, yaman at.
    İstəyirsən qurtarasan əlindən,
    Birin boşla, birin boşa, birin sat.
    Ov kеçdi bərədən, ata bilməzsən,
    Uçdu gеtdi əldən, tuta bilməzsən,
    Yеrisən, yüyürsən, çata bilməzsən,
    Görürsən ki, baxtın yatdı, sən də yat.
    Qılma Ələsgəri məhrumi-didar,
    Lütf еylə ləbindən bir busə, еy yar.
    Ismin üç hərf ilə еylərəm aşkar:
    Biri “kaf”dı, biri “lam”dı, biri – “sad”.
  • 06Apr
    Digər AZƏRBAYCAN VƏ BÜTÜN TÜRK XALQLARININ TARİXİNƏ DÜŞMÜŞ QƏLƏBƏ üçün şərhlər bağlıdır

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirib ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.

    Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Daha ətraflı »

  • 31Mar
    Xəbərlər LİTVALI JURNALİSTLƏR TƏRTƏRƏ SƏFƏR EDİB üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə bir qrup litvalı jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri baş tutub. Qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxil idi.
    Litvalı jurnalistlər BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında, dağıdılmış, talan olunmuş, eyni zamanda bərpa edilmiş binalar haqqında məlumat verib. Onlar Vətən müharibəsində ziyan dəymiş infrastrukturu əyani əks etdirən foto şəkil və stendlərlə tanış olublar.
    Sonra jurnalistlər işğaldan azad olunmuş Suqovuşan və Çaylı kəndlərinə gediblər. Suqovuşan kəndində infrastrukturun bərpası üzrə aparılan işlərə baxıblar.
    Litvalı jurnalistlər Tərtər Rayon İcra Hakimiyyətinin və BAMF heyətinin nümayəndələrinin müşayiəti ilə Suqovuşanda Daha ətraflı »

  • 31Mar
    Xəbərlər ŞƏHİD AİLƏSİNƏ FƏRDİ EV TİKİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Sarıcalı kəndindən olan Vətən Müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun ailəsi üçün tikilmiş fərdi yaşayış evinin açılış mərasimində iştirak edib. Fərdi yaşayış evi iş icraçısı Xəqani Məmmədovun təşkilatçılığı ilə bir qrup xeyirxaq şəxsin vəsaiti hesabına tikilib.
    Mərasimdə iştirak edən rayon rəhbəri prezident İlham Əliyev Daha ətraflı »

  • 31Mar
    Digər 31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ üçün şərhlər bağlıdır

    Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin martaprel aylarında yaşanmışdı.
    Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
    1918-ci ilin Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Daha ətraflı »

  • 31Mar
    Digər Qazilərimiz üçün şərhlər bağlıdır

                                                                            QÜRUR DUYDUĞUMUZ ƏSGƏR

    Əsgər Azər Abdullazadə Bakı şəhərində “N” saylı hərbi hissədə xidmət edirdi. Tərtər rayonunun Cəmilli kəndində öz zəhməti ilə dolanan ailələrdən biri olub Azərgilin ailəsi. Xidmət etdiyi hərbi hissədə ağıllı, mərd, Vətənpərvər, qorxmaz bir oğlan kimi tanınmışdı. Hərbi xidmətinin başa çatmasına çox az qalmışdı. Azər yaxşı bilirdi ki, ermənilər tərəfindən torpaqlarımızın da, insanlarımızın da müəyyən hissəsi əsir götürülüb. İnanırdı ki, bir gün onların geri qaytarılması, əsirlikdən qurtarılması üçün Vətənpərvər insanlarımız səfərbər olacaq. Artıq belə bir gün çatdı. 2020-ci il sentyabrın 27-i illərin həsrətinin başa Daha ətraflı »

  • 31Mar
    Digər Suqovuşandan gələn var üçün şərhlər bağlıdır

                                                                       SU GƏLƏN ARXA YENƏ SU GƏLDİ

    İllər idi ki, torpaqlarımızla bərabər təbiətimiz də– meşələrimiz, çaylarımız dərdlərə dərman bulaqlarımız mənfur qonşularımızın işğalı altında qalmışdır. Sərsəng və Suqovuşan su anbarlarından gələn suların, həmçinin həm insanlarımıza, həm təbiətimizə məlhəm olan yüzlərlə sularımızın qarşısı kəsilərək mənfurların əyləncə və istirahət yerlərinə çevrilmişdir. Ali Baş Komandanın möhkəm iradəsi və Müzəffər Ordumuzun 44 günlük şücaəti sayəsində bütün bunlara son qoyuldu. İşğal dövrünədək Madagiz adlandırılan su anbarı 3 oktyabr 2020-ci il tarixdə azad olunaraq Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Və qurumuş arxlarımıza axar su buraxıldı, həm də həmin gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə tarixi adı bərpa olunaraq Suqovuşan qoyuldu. Daha ətraflı »

  • 31Mar
    Kənd təsərrüfatı KƏND ƏMƏKÇİLƏRİNİN YAZ QAYĞILARI üçün şərhlər bağlıdır

    İlin ən gözəl fəsillərindən biri sayılan yaz fəsli əkinçilikdə insanların həyatında həm faydalı, həm də əlverişli fəsil kimi hər zaman özünü göstərmişdir. Yaz fəsli torpaqda xüsusən də əkinçiyə lazım olan şərait amillərini yaradır. Azəri Yurdunun ta qədimdən torpaqda çalışan halal, zəhmətkeş insanları ilin ən gözəl yaz fəslini səbirsizliklə gözləmişlər. Bu fəslin sevinci Tərtər rayonunun əməkçi fermerlərindən də yan keçmir. Rayonun zəhmətkeş insanları hamılıqla öz təsərrüfatlarında yazın gəlişindən istifadə edərək, sidqürəklə alıntəri axıda-axıda ucsuz-bucaqsız tarlalarda çalışırlar. Hal-hazırda fermer təsərrüfatlarında mövsümə uyğun olaraq yaz səpinləri ilə əlaqədar işlərə başlanılmışdır.
    Təsərrüfat sahibləri yaxşı bilirlər ki, əgər torpaqda ilin fəsilləri ilə əlaqədar aparılan işlər gecikərsə, nəticədə oradan gözlənilən məhsul aşağı səviyyədə olacaqdır. Daha ətraflı »