Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Dek
    Milli-mənəvi dəyərlər DƏYƏRLƏRİMİZ VƏ MÜASİRLİK üçün şərhlər bağlıdır

    Bir millət üçün ən böyük, ən qiymətli dəyərlər nələrdir? – Təbii ki, dini və dili, tarixindən miras qalmış mədəni-mənəvi irsi və sairə.
    Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Daha ətraflı »

  • 18Dek
    Milli-mənəvi dəyərlər TOYLARIMIZDA MİLLİLİK OLMALIDIR üçün şərhlər bağlıdır

    Azərbaycanda toy adətləri – Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
    Toy adətlərinə zəmanənin təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi də bu qəbildən-dir. Daha ətraflı »

  • 18Dek
    Milli-mənəvi dəyərlər DƏBDƏBƏLİ EHSAN SÜFRƏSİ DİNİMİZƏ ZİDDİR üçün şərhlər bağlıdır

    Koronavirus pandemi-yasından əvvəl Azərbaycanda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması haqda tövsiyələr ətrafında ajiotaj sanki azalmağa başlayırdı. Lakin cəmiyyəti bu məsələdə maarifləndirmək zərurəti nəinki qüvvədən düşmədi, hətta daha aktual forma aldı.
    Ailənin yaxın üzvünün son mənzilə yola salınması – mərhuma təkcə hörmət əlaməti deyil, eyni zamanda hansısa sosial aktdır. Amma zamanla bu ritualın mahiyyəti və ilkin səbəbləri sanki unudulur, bizim yaddaşımızdan silinir. Bu fonda bizim üçün çay, plov, halva ilə və nə gizlədək, bir-birini çoxdandır görməyən qohumlar və tanış-ların söhbətləri ilə ənənəvi olan yas mərasimləri təmtəraqlı, dəsgahlı yığıncağa çevrilir. Daha ətraflı »

  • 18Dek
    Ədəbiyyat GƏRAYLILAR üçün şərhlər bağlıdır

                                                                                                                                                                                                   ƏLİ QURBANOV

    Qurbanov Əli Əkbər oğlu 1964-cü ildə Kəlbəcər rayonunun Babaşlar kəndində anadan olub.
    1981-ci ildə orta təhsilini başa vurub. 1981-1986-cı illərdə Xalq Təsərrüfatı İnstitutunda ali təhsilə yiyələnib.
    31 ildir ki, Tərtər rayonunun Bəyimsarov kəndinin icra nümayəndəliyində çalışır. Ailəlidir, 2 övladı var.                                                    

                                                                            DAĞLAR

    Ömur kecdi bir an kimi,

    Necə doldum yaşa, dağlar?

    Yazdan, yaydan kam almadım,

    Nə tez çatdım qışa, dağlar?

    Əli, yar bildin qibləni,

    Məni yıxdı hicran qəmi.

    Olmadın könül həmdəmi,

    Mən gedirəm, yaşa, dağlar!

     

    Qəlbim sevinclə dolmamış,

    Sevgidən ilham almamış,

    Yar qəlbinə yol salmamış

    Bəla gəldi başa, dağlar.

     

  • 18Dek
    Ədəbiyyat SƏN SEVSƏN DƏ üçün şərhlər bağlıdır
    Dünya içrə bir dünyam var,

    Mən görürəm, kimsə görmür.

    Yarı abad, yarı tar-mar,

    Hey sokurlər, kimsə hörmür.

    Saxta sevgi, saxta ilqar,

    Tükənib inam-etibar.

    Yar yerinə sevilir var,

    Varlıda eyib görünmür.

     

    Əcəl ovçu, insan bir ov,

    Tutacaqdı, ha qaç, ha qov.

    Qurar tələ, atar tilov,

    Vaxt, fürsəti əldən vermir.

     

    Cəfa çəkdin çox nadana,

    Nə anladı, nə də qana.?!

    Əkbəroğlu, bu zamana

    Sən sevsən də, səni sevmir.

     

  • 18Dek
    Ədəbiyyat DƏRDİ VAR üçün şərhlər bağlıdır
    Sən düşünmə dərdsiz insan,

    Hər bir kəsin öz dərdi var.

    Çoxdu dərdi dərd qananın,

    Qanmazın qanmaz dərdi var.

    Kiminin var bala dərdi,

    Kimə verib bəla dərdi.

    Çəkən verir yola dərdi,

    Çəkməyənin saz dərdi var.

     

    Dərd var, sinələr dağlayır,

    Dərd var, görənlər ağlayır.

    Kiminsə dərdi çağlayır,

    Kimi anlamaz, dərdi var.

     

    Əli, dərdi de qanana,

    Açma dərdin hər nadana.

    Ocaq demə hər yanana,

    Ocağın da köz dərdi var.

     

    İnsan var ki, nəfdi dərdi,

    İnsan var ki, kefdi dərdi.

    Kiminin sevməkdi dərdi,

    Sevənin də naz dərdi var.

     

  • 18Dek
    Ədəbiyyat BELƏ YARANIB BU CAHAN üçün şərhlər bağlıdır
    .Dünyadan doymam deyəni

    Dünya elə doyurur ki!…

    Heç vaxt ayrılmam deyəni,

    Bircə anda ayırır ki!…

    Belə yaranıb bu cahan,

    Az olar dərdinə yanan.

    Sənsiz ölləm – deyən canan,

    Sənsiz elə ovunur ki!…

     

    Sərvətinə çalışanı,

    Kəsakəslə danışanı,

    Güntək yanıb-alışanı,

    Məzar elə soyudur ki!…

     

    Qurbanlının budu sözü,

    Hər kəsə xoş gələr özü.

    Dünyadan doymayan gözü,

    Torpaq elə doyurur ki!.

     

     

  • 18Dek
    Ədəbiyyat DAĞLARIMA üçün şərhlər bağlıdır
    Yollarıma səd çəkilib,

    Gedəmmirəm dağlarıma.

    Dağ üstündən dağ çəkilib,

    Dözəmmirəm dağlarıma.

    Darıxmışam köksün ücün,

    Ayrılıqda çoxdu suçum,

    Məni bağışlamaq üçün

    Yalvarıram dağlarıma.

     

    Nə müddətdir aralıyam,

    Qəlbi param-parçalıyam.

    Soruşanda haralıyam?

    Üz tuturam dağlarıma!

     

    Əkbəroğlu, keçir zaman,

    Qovuşmağa varmı güman?!

    Öləm, qoynunda uyuyam –

    Qonaq olam dağlarıma.

     

  • 18Dek
    Ədəbiyyat BU DÜNYADA üçün şərhlər bağlıdır
    Bu gün varsan, sabah yoxsan,

    Bu dünyada, bu dünyada.

    Sən ki, beşgünlük qonaqsan,

    Bu dünyada, bu dünyada.

    Eşqin, sevgin tükənəcək,

    Ömür də sona yetəcək,

    Kimsə səni yad edəcək,

    Bu dünyada, bu dünyada.

     

    Bezərsən, küsdü bilməzsən,

    Yığarsan, bəsdi bilməzsən.

    Bu nə həvəsdi?! Bilməzsən,

    Bu dünyada, bu dünyada.

     

    Sevinci az, kədəri çox,

    Xeyiri az, zərəri çox.

    Bir gün də Əli olar yox,

    Bu dünyada, bu dünyada.

     

    Şöhrətinə aldanarsan,

    Əzabına qatlanarsan.

    Məzarda üryan yatarsan –

    Bu dünyada, bu dünyada.

     

  • 18Dek
    Ədəbiyyat KİŞİLƏR üçün şərhlər bağlıdır
    Yeriniz yaman görünür,

    Hardasız, yaxşı kişilər?!

    Ayırın haqqı nahaqdan,

    Ay elin naxışı kişilər!

    Gədələr meydan alıbdı,

    Dünyanı qana salıbdı.

    Sizsiz dunya qaralıbdı,

    İldırım çaxışı kişilər,

    Hardasız, yaxşı kişilər?!

     

    Yetən özün bilən sayır,

    Amma fitnə-fəsad yayır.

    Gəl nahaqdan haqqı ayır,

    Ay elin baxışı kişilər,

    Hardasız, yaxşı kişilər?!

     

    Eşidən yox bir-birini,

    Bilən yoxdu öz yerini.

    Əkbəroğlu, yaz şeirini,

    Oxusun yaxşı kişilər,

    Hardasız, yaxşı kişilər?!