Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14İyl
    Digər Pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir.

    BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Ona görə də, bu təşəbbüs müzakirə obyekti deyil. Müzakirə mövzusu odur ki, bu təşəbbüs Azərbaycan və onun Prezidenti tərəfindən irəli sürülüb.

    Sual oluna bilər ki, bu təşəbbüsü başqa ölkələr də edə bilməzdimi? Axı böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının üzvləri, inkişaf etmiş ölkələr  var… Bütün bunları təhlil edərək təəssüflə qeyd etməliyik ki, beynəlxalq təşkilatlarda böhran, ölkələrdə özünə qapanma var. Dünyanın faciəsi ondadır ki, xüsusilə böyük dövlətlər öz maraqlarını düşünməyə çalışır. Bəzi ölkələrin də eqoizmi buna imkan vermir. Yəni onlar hansısa ölkənin təşəbbüslərlə çıxış etmələrindən qıcıqlanırlar. Belə bir zamanda Azərbaycan Prezidentinin  təşəbbüsü çox faydalıdır. Çünki Azərbaycanın siyasəti və bu təşəbbüsü nəticəsində bir sıra ölkələr öz aralarında rəqabəti kənara qoyub əməkdaşlıq edirlər. Daha ətraflı »

  • 14İyl
    Digər Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub üçün şərhlər bağlıdır

    2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.
    Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib.

    Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
    Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür Daha ətraflı »

  • 14İyl
    Digər Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir üçün şərhlər bağlıdır

    İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

    Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib.

    Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.

    Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Daha ətraflı »

  • 14İyl
    Digər Azərbaycan tərəfi nümayiş etdirir ki, torpaqların işğalı və hansı isə xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq üçün şərhlər bağlıdır

    Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir. Rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, Feysbuk səhifələrində Ermənistan vətəndaşlarının yazışmalarından da aydın göründüyü kimi qarşı tərəf canlı qüvvə ilə 30 nəfərdən artıq tələfat verərək geri çəkilmişdir.

    Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda  canlı qüvvəsi və texnikası məhv edildiyi görünür.

    Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Erpandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Daha ətraflı »

  • 14İyl
    Digər BƏŞƏRİYYƏTİN BMT-yə ƏN ÇOX EHTİYACI OLDUĞU BİR ZAMANDA BMT SUSUR üçün şərhlər bağlıdır

    Dünyanı bürüyən koronavirus  (COVİD-19) infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Hətta dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qalıb. Hər bir ölkənin virusla üzləşməsi, bu bəlaya qarşı mübarizədə böyük əmək və maliyyə vəsaitləri sərf etməsi günün mənzərəsini təşkil edir.

    Bu gün dünyanın gündəmi hələ də   koronavirusa qarşı mübarizəyə kökləndiyi, bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir.

    Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır? Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var.  Əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim məşğul olacaq. Daha ətraflı »

  • 10İyl
    Tərtər RİH-də VİDEOKONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə əlaqədar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirə ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmə-dov videokonfrans keçirib.
    Videokonfransda rayon prokuroru Şıxəli Alməmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahverdiyev, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı bildirib ki, videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər REYD TƏŞKİL OLUNUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, polis şöbəsinin əməkdaşlarının, mobil qrupların üzvlərinin iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Tərtər rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçirib. Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, mərkəzi bazar ərazisini, ictimaiiaşə obyektləri və ictimai nəqliyyat va sitələrini əhatə edib.
    Rayon rəhbəri əhali ilə söhbət zamanı Prezident İlham Əliyevin şəxsi nəzarəti altında koronavirus pande-miyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz qabaqlayıcı tədbirlərdən danışıb. Vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunmasına, onları gigiyenik qaydalara riayət etməyə, qoruyucu vasitələrdən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla sosial məsafə gözləməyə çağırıb. Daha ətraflı »

  • 10İyl
    Tərtər RİH-də VACİB TAPŞIRIQLAR VERİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti vi-deokonfrans keçirib.
    Videokonfransda icra baş-çısı respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Covid-19-a qarşı həsr olunmuş xüsusi sessiyasının keçiriləcəyini, dünyanın 130-dan çox dövlətinin İlham Əliyevin bu təşəbbüsünü dəstəklədiyini bildirmişdir. Bunun beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisi olduğunu qeyd etmişdir.
    Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermə-nistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini bildirdiyi halda, Ermənistan yenə öz xəyanətkar mövqeyini sərgiləmişdir. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər DEZİNFEKSİYA İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən inzibati binalarda dezinfeksiya işləri aparılıb. Binaların ətrafları, giriş hissələri xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub, vətəndaşlarla COVİD-19-a qarşı mübarizə tədbirləri barədə maarifləndirici söhbətlər aparılıb.

  • 10İyl
    Xəbərlər XÜSUSİ KARANTİN REJİMİNİ POZAN ŞƏXSLƏR CƏRİMƏLƏNİBLƏR üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiy-yətinin “Tədbirlər planı”na əsasən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məq-sədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
    Rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
    Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb. Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə edilib, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Araşdırmalarla cərimə olunan şəxslərdən 1 nəfərinin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.