Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl
    Xəbərlər TƏXİRƏSALINMAZ DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus
    infeksiyasının qarşısının alınması məqsədilə rayonun Heydər Əliyev prospekti və Heydər Əliyev parkında dezinfeksiya işləri aparılmışdır.

  • 30İyl
    Milli-mənəvi dəyərlər MÜQƏDDƏS QURBAN BAYRAMI İSLAM DİNİNİN MÜHÜM BAYRAMLARINDAN BİRİDİR üçün şərhlər bağlıdır

    Həmin gün İbrahim Xəlil peyqəmbərin (ə) Allah taalanın “oğlun İsmaili qurbangahda kəs” əmrinə itaət edib və onu layiqincə yerinə yetirməsi ilə məşhurdur. Bilirsiniz ki, İbrahim peyğəmbər (ə) Qurani-Kərimdə də qeyd olunduğu kimi imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan peyqəmbərdir. Uzun müddət övladının olmaması və qocalıq yaşında ovlad sahibi olduqdan sonra onu Allah taa-la yolunda kəsilmə əmri də məhz həmin imtahanlardandır. Baş verən hadisəyə diqqət etsək bu imtahanın həqiqətən də çətin olmasını anlayarıq. Belə ki, o Həzrət, Allah taalanın əmrini yerinə yetirmək üçün oqlu İsmaili qurbangaha aparır və oqlunun başını Allah taala yolunda kəsmək üçün bıçaqı onun boğazına sürtür amma bıçaq kəsmir. Allah taaladan nida gəlir: “Ey İbrahim, sən bu İlahi sınaqdan layiqincə çıxdın” Daha ətraflı »

  • 30İyl
    Milli-mənəvi dəyərlər QURBAN KƏSMƏK üçün şərhlər bağlıdır

    Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
    Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

  • 30İyl
    Ədəbiyyat YAYLAĞA KÖÇ üçün şərhlər bağlıdır

                                                                                    (Hekayə)

    Qış çıxmışdı. Yaz Qarabağın aran bölgəsinə özünəməxsus bütün gözəllikləri gətirib gəlmişdi. Təbiət yaşıllığa bürünmüş, quşların səsi kəndin içi ilə axan böyük arxın zümzüməsinə qarışmışdı. Kənd camaatının həyatına rəng qatan bu arx Nəsir ağanın məhləsini iki yerə ayırırdı. Arxın bir tərəfində Ağanın mülkü, o biri tərəfində heyvanlar üçün tikilmiş tövlə, çobanlar və nökərlər üçün olacaq-lar var idi. Nəsir ağa dövlətli olmaqla yanaşı, həm də ədalətli bir kişi idi, kimsənin haqqını ayaqlamazdı. Ağanın bir xasiyyəti də var idi, bəzən gözlənilməz qərarlar verərdi. Bu səhərdə heç kimin gözləmədiyi, ev adamlarını da təəccübləndirən bir göstəriş verdi. Tezdən heyvanları yemləyib tövlədən çıxan Zərbəli ağanın gur səsinə diksindi. Daha ətraflı »

  • 30İyl
    Ədəbiyyat TƏNHA ULDUZ üçün şərhlər bağlıdır

    (Hekayə)

                                                                            4 İL KEÇSƏ DƏ…
    2016-cı ilin yayı idi. Həmişə redaksiyamıza hekayələr göndərən Əntiqə Məmmədova bu dəfə “Tənha ulduz”adlı bir hekayə yollamışdı. Oxumuşduq və qəzetimizdə dərc olunmasını məsləhət bilmişdik. Lakin aradan 4 il keçsə də, o hekayə hansı səbəblərdənsə dərc olunmamışdı.
    Bu günlərdə köhnə yazılar qovluğuna baxanda, Əntiqə Məmmədovanın “Tənha ulduz” hekayəsinə rast gəldim və günahımızı yumaq üçün o hekayəni dərc etməyi lazım bildik.
    Onu da qeyd edim ki, 4 ildir ki, Əntiqə Məmmədova ilə redaksiyamızın heç bir əlaqəsi yoxdur.
                                                                                                                           Tofiq Yusif

    Hörmət bəslədiyim bir qadına
    Gecə yarıdır, göydə ulduzlar sayrışır. Ulduzların bəziləri elə işıq saçırdı ki, sanki, Ay ilə yarışırdı. Mən maraqla yanıb-sönən, bir-birinə, “göz vuran” ulduz-ları seyr edirdim. Aya baxmaqdan isə özümü güclə saxlayırdım. Ta uşaqlıqdan ürəyimdə bir qorxu yaranmışdı…
    Bir dəfə başıma qəribə bir hadisə gəlmişdir. Pəncərədən aya tamaşa edirdim. Rəvayətlərə görə güya ki, Ay oğlandır, Günəşsə qız. Mən bunu yalanmı, ya gerçəkmi olduğunu bilmək istəyirdim. O qədər aya diqqətlə baxdım ki, onun qaş, göz, ağız, burnunu gördüm. Üzümə deyən qəfil sillə məni qəribə aləmdən ayırdı. Yan-yörəmə baxdım, heç kimi görmədim. Amma, həqiqətən məni vurmuşdular. Işığı yandırıb sifətimə baxdım. Üzümdə beş barmağın izi vardı. Sillənin yeri qızarmışdır. Daha ətraflı »

  • 27İyl
    Digər SU TƏHLÜKƏSİZLİYİMİZİN TƏMİN EDİLMƏSİ PREZİDENT İLHAM ƏLİYEVİN PERSPEKTİV PRİORİTETLƏRİ SIRASINDADIR üçün şərhlər bağlıdır

    “Azərbaycanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Məhz, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib, eyni zamanda digər sahələrin də tərəqqisinə əlavə təkan verib”. Bu gün ölkəmizin 30-dan çox elektrik stansiyası var və bu, enerji təhlükəsizliyini təmin edir. Hətta, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, bu enerjini ixrac belə edir: “Bununla yanaşı, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Təsadüfi deyildir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”
    .“Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Daha ətraflı »

  • 24İyl
    Digər ÖLKƏMİZDƏ VƏTƏNDAŞ HƏMRƏYLİYİ VƏ DÖVLƏT SİYASƏTİNİN TƏZAHÜRÜ üçün şərhlər bağlıdır

    Azərbaycan dövləti və onun rəhbəri İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qayğılarını daim diqqət mərkəzində saxlayır, mövcud çətinliklərin həllinə daim dəstək göstərir, bu qəbildən olan insanların həyat tərzinin və sosial rifah halının yaxşılaşması üçün mümkün bütün tədbirləri həyata keçirirlər. Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı Prezident İlham Əliyevin nitqi ölkə başçısı səviyyəsində bu vacib sahəyə olan münasibətin məntiqi təzahürüdür. Bu tədbirdə prezident qeyd etmişdir ki,  şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Daha ətraflı »

  • 23İyl
    Digər DÖVLƏT BAŞÇISININ ÖZ VƏTƏNDAŞINA QAYĞISI üçün şərhlər bağlıdır

    Erməni quldurlarının varlığı sanki qandan-qadadan, qatillikdən və vəhşilikdən yoğrulub, onlar dəfələrlə azərbaycanlıdır deyə qocaya-cavana, kişiyə-qadına, böyüyə-uşağa baxmadan amansızcasına qətillər törədiblər, dinc və əliyalın insanları min-bir əzabla öldürüblər, işgəncə veriblər. Diri-diri gözlərini çıxarıblar, əzalarını doğrayıblar, yenə də bəsdir deməyiblər. Bu erməni xisləti, məkiri və qəddarlığı indi də davam edir. Torpaqlarımızın 20 faizini işğal edən mənfur ermənilər əlavə ərazilər zəbt etmək məqsədi ilə tez-tez basqınlar törədir və mülki əhalini atəşə tuturlar. Bu dəfə isə iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə,
    qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
    Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Daha ətraflı »

  • 20İyl
    Tərtər RİH-də GÜNÜN ƏN VACİB MƏSƏLƏSİ üçün şərhlər bağlıdır

    Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, rayon ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictima-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində bununla bağlı tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqinin aparılaraq pozuntu hallarının qarşısı-nın alınması, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı Tərtər Rayon İcra Haki-miyyətinin başçısının növbəti videokonfransı keçirilib.Videokonfransda rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Daha ətraflı »

  • 20İyl
    Xəbərlər NÖVBƏTİ REYD KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş ka-rantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirədə verilən tapşırıqlara uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəisi Elçin Qasımov və mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçiriblər. Onlar sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar.  Daha ətraflı »