Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Ədəbiyyat GECƏ PƏNCƏRƏMƏ DIRMAŞAN PİŞİK! üçün şərhlər bağlıdır
    Azdı ac gödənə yüz haram tikə,

    Paslı dəmirləri gəmirmə nahaq.

    İşıqla qarnını kim doydurub ki,

    Zülmətlə qarnını kim doyuracaq?

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Söyüd də dartınır suyunu alcaq,

    Bir quru kötüyün ədası yoxdur!

    Qurd itdən süləngi, it qurddan alçaq,

    Sinəmdə yer versəm, faydası yoxdur,

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Sanma ki, dünyanın bəxtəvəriyəm,

    Yuxuda xoşbəxtəm, o da ki,  yatsam.

    Nahaq haqq əritsə, mənəm əriyən,

    Əsrin caynağında yumaqdı ad-san.

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Pəncərə sındıqca pişiklər artır,

    Görən nə yemişik, nə yedirtmişik?

    Astana yalayan pəncərə yırtır,

    Yəqin çox pişiyə pələng demişik,

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Hər haya-haraya zaman inanmır,

    Bəlkə Allahlığı bacarmır Allah?!

    Çoxdandı qəlbimin çırağı yanmır,

    Vallah, gözlərindən od versən, allam,

    Gecə pəncərəmə dırmaşan pişik!

    Elə marıtdama altdan yuxarı,

    Nə var yuxarıda? büdrəmək, aşmaq…

    Başa başsızları başsız çıxarır,

    Yeri get qabını yala, ay axmaq!

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Səninçün fərqi yox hər kim çağırdı,

    Qapıdan qapıya qaçmağın asan…

    Mənim ürəyimə gələn cığırda

    Fil azar, şir azar, hörümçək azar,

    Gecə pəncərəmə dırmaşan pişik!

     
  • 10İyl
    Ədəbiyyat YAŞADIM üçün şərhlər bağlıdır
    Öz ömrümü şum elədi öz əlim,

    Yazında gül, payızında xəzəlim.

    Gündoğandan günbatana mənzilim…

    Bu da belə bir ömürdü, yaşadım.

    Gah özümü özüm qovdum, yoruldum,

    Öz diqtəmin buyruğuna qul oldum.

    Vətən göyü göylüyündə duruldum,

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Zarımağa ömür deyib ağlama,

    Hər ölümə ölüm deyib ağlama,

    Tale döyüb, haqlı döyüb, ağlama,

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Zirvədəki əl çatmayan qala mən,

    Ətəkdəki sinə, cığır, tala mən.

    Xudafərin harayından qalan mən…

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Oğlun yoxdu – sonun yoxdu, dedilər,

    Sağın yoxdu, solun yoxdu, dedilər,

    Odun boyda suyun yoxdu, dedilər,

    Bu da belə bir ömürdü, yaşadım.

     

    Ocaq oldum, ocaq daşı olmadım,

    Hər çalaya axan naşı olmadım,

    Arazımla yol yoldaşı olmadım,

    Bu da belə bir ömürdü, yaşadım.

     

  • 10İyl
    Ədəbiyyat QOLTUQ AĞACI üçün şərhlər bağlıdır
    Qoltuq ağacına yazığım gəlir,

    Tutub bir binanı çiyinlərində

    O zorba bir dirək ola bilərdi

    Məğrur bir çobanın çiyinlərində

    Nəğmə də oxuyur o, cırhacırla,

    Qırıla-qırıla…

    Qoltuqdan oyana getməyir səsi.

    Nədir oxuduğu? — “qoltuq nəğməsi”

     

    Qurd əzən dəyənək ola bilərdi,

    Bir körpü tağı da ola bilərdi,

    Tüfəng qundağı da ola bilərdi,

    Vaxtsızmı qırıldı, tezmi qırıldı…

     

    Özü bu vərdişi ömrünə yazıb,

    Onu bir qoltuqdan tullasan əgər,

    Yanından yan ötüb bir ayaqsızın,

    Kiməsə üçüncü ayağa dönər…

     

    Vüqarı qırıldı, əzmi qırıldı,

    Qoltuq ağacından acığım gəlir.

    O bütün yollara qoltuqdan baxır,

    Girdiyi qollara qoltuqdan baxır.

     

    Daş  kaha  yaxşıdır  bir  uçuq   damdan,

    Duyar eyhamımı bir qoltuq acı.

    Deyirəm qoltuğa girən adamdan

    Yaxşıdır bir sınıq qoltuq ağacı.

  • 10İyl
    Digər “BU DÖVRDƏ ÖN PLANDA OLANI İNSANLARIN SAĞLAMLIĞIDIR VƏ İNSANLARIMIZIN SAĞLAMLIĞI İLƏ MÜQAYİSƏDƏ İQTİSADİYYAT İKİNCİ PLANDADIR” – İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır

    Bu gün təkcə ölkəmiz deyil, bütün bəşəriyyət çətin sınaq  qarşısındadır. Dünyanın bütün ölkələri COVID-19 pandemiyasının təsiri altında qalmaqda davam edir. Bir sıra ölkələrdə, o cümlədən ölkəmizdə də  məhdudlaşdırıcı addımlar atılsa da, vəziyyəti  tam normallaşdırmaq mümkün olmamışdır. Təəssüf ki, son həftələrdə koronavirus infeksiyasına  yoluxanların sayında artım hiss olunur. Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunması,  pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atmaqda davam edir. Yoluxma riskinin azaldılması istiqamətində yenidən  sərtləşdirilmiş karantin rejimi tətbiq edilir, müntəzəm olaraq maarifləndirmə tədbirləri görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə çətin pandemiya dövründə  vətəndaşların məşğulluğuna və sosial rifaha dəstək məqsədilə uğurlu  siyasət aparılır.
    Bütün görülən işlər Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir. Daha ətraflı »

  • 07İyl
    Digər DÜNYA HƏMRƏYLİYİNƏ NÜMUNƏ üçün şərhlər bağlıdır

    COVİD-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü və bu təşəbbüsün dünya dövlətləri tərəfindən bəyənilməsi Azərbaycanın siyasi çəkisinin daha da artmasından xəbər verir.

    Dünyada pandemiyanın başlandığı gündən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən həm regional, həm də qlobal səviyyədə bu bəşəri bəlaya qarşı mübarizə aparılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini özündə əks etdirən təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
    Tam məsuliyyətlə qeyd edə bilərik ki, digər sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünə məxsus imic formalaşdırıb-Azərbaycan modeli.

    Bu reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir, eləcə də, ölkəmizdə reallaşdırılan social-iqtisadi dəstək proqramları geniş miqyaslı antiböhran tədbirlərlə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Daha ətraflı »

  • 30İyn
    Digər PREZİDENT İLHAM ƏLİYEVƏ TƏRTƏRLİLƏRİN MİNNƏTDARLIQ TELEQRAMLARI üçün şərhlər bağlıdır

    Möhtərəm cənab Prezident!
    Tərtər rayonunun yeganə mətbu orqanı olan “Yeni Tərtər” qəzetinin kollektivi Tərtərə və tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığını bildirir, liderlik fəaliyyətinizdə daha böyük uğurlar diləyir, ailənizə, o cümlədən Birinci vitse-prezident, xeyirxahlıq və səmimiyyət nümunəsi olan Mehriban xanım Əliyevaya uzun ömür can sağlığı arzulayır!
    Hörmətli cənab Prezident!
    Bizim Tərtər rayonuna ardıcıl səfərləriniz, bu səfərlər zamanı rayon əhalisi ilə görüşləriniz, onların bir çox müraciətlərini yerindəcə həll etməyiniz, hətta döyüşlər getdiyi zamanlarda belə həyatınızı riskə ataraq tərtərlilərin yanında olmağınız düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən bu bölgənin əhalisini qürurlandırır, öz rəhbərinə güvəncini daha da artırır.
    Cənab Prezident!
    Onu da qeyd etməyi lazım bilirik ki, 86 yaşı tamam olan Tərtər rayon qəzeti laqeyid münasibət üzündən 7 il-dən çox (1998-2005-ci illər) öz fəaliyyətini dayandırmağa məcbur olsa da, jurnalistlərin dostu kimi Sizin yaratdığınız münbit media mühiti sayəsində yenidən həyata qayıtmışdır. Daha ətraflı »

  • 30İyn
    Tərtər RİH-də DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI ONLAYN QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans formatında görüş keçirib.
    İcra başçısı əvvəlcə konfrans iştirakçılarını Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar diləyib.
    Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qa-yıdışından sonra yaranmağa başlamışdır.
    2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı qanun, fərman və sərəncamlar imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis olunmuş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda öz əksini tapmışdır. Daha ətraflı »

  • 30İyn
    Təhsil BURAXILIŞ (QƏBUL) İMTAHANLARI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Dövlət İmtahan Mərkəzinin iyunun 19-da qurumun Bərdə regional bölməsinin əhatə etdiyi Füzuli və Tərtər rayonlarında keçirdiyi buraxılış (qəbul) imtahanları başa çatıb.
    İmtahanların keçirilməsi üçün bu rayonlarda, ümumilikdə, 6 bina ayrılıb. Buraxılış (qəbul) imtahanları Tərtər şəhər 1, 6 nömrəli və Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərdə təşkil olunub. İmtahanlarda Tərtər rayonu üzrə 741 nəfər şagirdin iştirakı nəzərdə tutulmuşdur. İmtahanlar iki rayon üzrə 19 imtahan rəhbəri, 149 nəzarətçi müəllim, 6 ümumi imtahan rəhbəri tərəfindən idarə olunub. Tərtərdə, həmçinin Azərbaycan dilindən fərqli dildə təhsil alan cari ilin 9-cu sinif məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilib. Daha ətraflı »

  • 30İyn
    Kənd Təsərufatı TOXUMLUQ TAXIL BİÇİLİR üçün şərhlər bağlıdır

    Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olan taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalının artırılmasına daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı, intensiv becərmə texnologiyasının tətbiqi ilə nail olmaq mümkündür. Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyəti tədqirəlayiqdir.
    Tərtər Bölgə Təcrübə Stansiyasının əkin sahələrində becərilmiş taxıl biçilir. Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova Stansiyaının fəaliyyəti, becərilən taxıl sortları barədə məlumat verərək bildirib ki, hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar, yatmaya və xəstəliyə davamlı sortların yaradılması və yüksək reproduksiyalı toxum istehsalıdır. Daha ətraflı »

  • 30İyn
    Səhiyyə DEZİNFEKSİYA İŞLƏRİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış şəhərcikdə COVİD-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
                                                                                                                                   “Yeni Tərtər